Pedaqoji proses əhatə olunan məsələlər



Yüklə 333,79 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix08.12.2017
ölçüsü333,79 Kb.
#14616
1   2   3   4   5   6   7   8   9   ...   13

fəaliyyət göstərir. Hər bir sistemin həm də spesifik şəraiti (məktəbin maddi-texniki 

bazası,  sanitar-gigiyenik  vəziyyəti,  əxlaqi-psixoloji  mühit,  estetik  tərtibatı  və  s.) 

vardır.  

Pedaqoji  prosesin  tamlığı  müxtəlif  cəhətdən  təmin  olunur.  Birinci  növbədə, 

şəxsiyyətin  bütövlüyü  ilə,  təlimdə,  tərbiyə  və  təhsildə  məqsəd  və  məzmunun 

vəhdəti ilə, hərəkətverici qüvvələrə və qanunauyğunluqlara malik olması ilə tamlıq 

həyata  keçir.  Real  həyatda  insan  şəxsiyyəti  hissə-hissə  formalaşmır,  onun  əqli 

keyfiyyətləri  əxlaqi  keyfiyyətlərindən  ayrılıqda  inkişaf  etmir.  Şəxsiyyəti  səciyyə-

ləndirən  mənəvi  keyfiyyətlər  qarşılıqlı  surətdə  bir-birinə  təsir  göstərir,  biri 

digərinin  formalaşmasını  şərtləndirir.  Burada  pedaqoji  prosesin  təşkilindən,  onun 

necəliyindən,  uşaq  fəaliyyətinin  müxtəlifliyi  və  ya  yeknəsəqliyindən  çox  şey 

asılıdır.  Uşaq  eyni  zamanda  zehni,  fiziki  əməyə,  bədii  yaradıcılığa,  idman 

fəaliyyətinə  cəlb  edilməklə  onun  şəxsiyyətinin  inkişafında  ahəngdarlığı  təmin  et-

mək  imkanı  yaranır.  Göstərilən  fəaliyyət  növlərindən  yalnız  birinə  uşaq  aludə 

olduqda onun mənəvi inkişafı birtərəfli istiqamət alır. 

Pedaqoji  prosesdə  ictimai  faydalı  fəaliyyətin  müxtəlifliyi  uşaq  şəxsiyyətinin 

hərtərəfli  inkişafı  üçün  başlıca  şərtdir.  Buna  görə  də  fəaliyyət  növləri  pedaqoji 

prosesdə  əlaqələndirilir.  Pedaqoji  prosesin  tamlığı  nəinki  ideya,  əxlaq,  estetik, 

əmək, fiziki, əqli tərbiyənin vəhdəti ilə, həm də bunların hər birinin daxili ahəng-

darlığı ilə izah edilir. Məsələn, mənəvi inkişafın ahəngdarlığı biliklərin zənginliyi-

nə,  mənəvi  kamillik  həvəsinə,  geniş  insani  ünsiyyətə  əsaslanan  zehni  inkişafı 

özündə  birləşdirir;  əxlaqi  inkişaf  cəmiyyətdə  bərqərar  olan  etika  normalarına 

istinad edən dərin əxlaqi hisslərin və anlayışların formalaşmasını nəzərdə tutur və 

s.  


Pedaqoji prosesin tamlığı müxtəlif cəhətdən təmin olunur:      1) təhsil, təlim, 

tərbiyədə  məqsəd  və  məzmunun  eyni  olması,  hərəkətverici  qüvvələrə  və 

qanunauyğunluqlara  malik  olması  ilə;  2)  təlim,  təhsil,  tərbiyənin  prinsiplərində, 

metodlarında,  təşkili  formalarında  ümumiliyin  olması  ilə.  Bu  ümumilik  həmin 

proseslərin məqsəd və məzmun cəhətdən qovuşmasına, pedaqoji prosesin tamlığına 

imkan verir.  



Pedaqoji proses dinamik sistemdir. Onun öz strukturu (quruluşu) və struktur 

elementləri  (komponentləri)  vardır.  Pedaqoji  proses  öz  məqsədi,  vəzifələri, 

məzmunu,  metodları,  müəllim  və  şagirdlərin  qarşılıqlı  təsir  formaları  sayəsində 

əldə  olunmuş  nəticələri  ilə  xarakterizə  olunur.  Məqsəd,  məzmun,  fəaliyyət  və 

nəticə komponenti – sistem yaradan komponentlərdir. 

Məqsəd  komponenti  pedaqoji  fəaliyyətin  bütün  müxtəlif  məqsəd  və 

vəzifələrini birləşdirir.  



Məzmun komponenti həm ümumi məqsədə, həm də konkret vəzifəyə qoyulan 

mənanı əks etdirir. 



Fəaliyyət  komponenti  pedaqoq  və  şagirdlərin  qarşılıqlı  təsirini,  onların 

əməkdaşlığını,  prosesin  təşkili  və  idarə  olunmasını  əks  etdirir.  Pedaqoji 

ədəbiyyatda  bu  komponentə  təşkilati  və  ya  təşkilati-idarəetmə  komponenti  də 

deyilir.  



Nəticə  komponenti  isə  prosesin  baş  verməsinin  səmərəliliyi,  qarşıya 

qoyulmuş məqsədə uyğun olaraq əldə olunmuş nailiyyətlərlə xarakterizə olunur.  




Pedaqoji  prosesin  komponentləri  arasında  əlaqələr  vardır.  Qarşılıqlı  pedaqoji 

təsir  prosesində  informasiya,  təşkilati-fəaliyyət  və  kommunikativ,  idarəetmə  və 

özünüidarə  əlaqələri  özünü  göstərir.  Bu  əlaqələr  pedaqoji  proses  üçün  xüsusi 

əhəmiyyət kəsb edir .  

Həyata  keçirildiyi  yerdən  və  şəraitdən  asılı  olmayaraq  pedaqoji  prosesi 

səciyyələndirən  digər  cəhətlər  də  vardır.  Pedaqoji  prosesin  obyekti  və  subyekti 

vardır.  Cərəyan  etdiyi  şəraitdən  asılı  olaraq  pedaqoji  prosesin  subyekti  ayrı-ayrı 

şəxslər (müəllim, tərbiyəçi, valideyn, idarə rəhbəri və s.) və ya kollektiv orqanlar 

da (məktəb pedaqoji şurası, institut rektorluğu, yerli komitə və s.) ola bilər.  

Pedaqoji  prosesin  obyekti  də  ayrı-ayrı  fərdlərdən  (uşaqlardan,  şagirdlərdən, 

tələbələrdən,  əsgərlərdən  və  s.)  və  onların  qrupundan  (bir  sinfin  şagirdlərindən, 

məktəbin  şagirdlərindən,  tələbələr  qrupundan  və  s.)  ibarət  ola  bilir.  Pedaqoji 

prosesin obyekti heç də həmişə passiv olmur, fəallıq da göstərir, nəinki subyektin 

tərbiyəvi  təsirinə  məruz  qalır,  bir  çox  hallarda  özü  subyektə  təsir  göstərir  və  bu-

nunla da pedaqoji prosesin səmərəliyinin artmasına səbəb olur.  

Pedaqoji  proses  əmək  prosesidir.  O,  hər  hansı  bir  əmək  prosesi  kimi  ictimai 

əhəmiyyəti  olan  məqsədlərə  çatmaq  üçün  həyata  keçirilir.  Pedaqoji  prosesin 

subyektivliyi ondadır ki, burada tərbiyəçilərlə tərbiyə olunanların əməyi bir-birinə 

qoşulur, özünəməxsus qarşılıqlı təsir münasibətləri yaranır. 

Pedaqoji əməyin obyektinə mürəkkəblik, sistemlilik, özünütənzimləmə xasdır. 

Bundan  başqa,  ona  keyfiyyət  dəyişikliyi,  öz-özünə  inkişaf  da  xasdır.  Pedaqoji 

proseslər  çoxvariantlı,  dəyişkən  və  təkrarolunmazdır.  İnsanın  formalaşması 

pedaqoji  əməyin  predmetini  təşkil  edir.  Formalaşan  şagird  müəllimə  nisbətən,  öz 

inkişafının ilk mərhələsində olduğundan, yaşlı insan üçün zəruri olan bilik, bacarıq, 

vərdiş  və  təcrübəyə  malik  deyil.  Burada  məqsəd  ona  arzu-olunan  təsiri 

göstərməkdir. Pedaqoji prosesdə pedaqoji əməyin məhsulu yaradılır. Əgər pedaqoji 

prosesdə “istehsal” olunan “məhsulu” təsəvvürə gətirsək, ilk növbədə gözümüzün 

qarşısında tərbiyəli, həyata hazır, ictimai insan canlanır. Ümumi pedaqoji prosesin 

komponent  “hissələri”ndə  ümumi  məqsədə  uyğun  olaraq  şəxsiyyətin  ayrı-ayrı 

keyfiyyətləri formalaşdırılır. 

Hər hansı bir əmək prosesi kimi pedaqoji proses təşkilolunma və idarəolunma 

səviyyəsinə,  texnologiyasına,  qənaətcilliyinə,  məhsuldarlığına  görə  xarakterizə 

olunur.  Onların  bir-birindən  ayrılması  əldə  olunmuş  göstəricilərin  (səviyyələrin) 

nəinki  keyfiyyət,  həm  də  kəmiyyət  qiymətini  verməkdən  ötrü  meyarların  əsaslan-

dırılması üçün imkanlar yaradır. Vaxt pedaqoji prosesin nə qədər tez və keyfiyyətli 

keçməsi barədə fikir söyləməyə imkan verən universal meyardır.  

Pedaqoji prosesdə  yuxarıda  qeyd  olunduğu  kimi, obyekt  və  subyekt  arasında 

daim qarşılıqlı pedaqoji təsir baş verir. Qarşılıqlı pedaqoji təsirin təzahür formaları 

müxtəlifdir:  məlumat  əlaqəsi,  təşkilati  fəaliyyət  əlaqəsi,  ünsiyyət  əlaqəsi,  idarə 

əlaqəsi, səbəb- nəticə əlaqəsi, meyli üzə çıxaran əlaqə. Birincidə – obyekt və sub-

yekt  arasında  ictimai  məna  kəsb  edən  məlumat  mübadiləsi  baş  verir;  ikincidə  – 

sosial  məzmunlu  fəaliyyət  göstərilir;  üçüncüdə  –  müxtəlif  formalı  adi  insani 

ünsiyyət müşahidə olunur; dördüncüdə – verilən tapşırıqlar icra edilir; beşincidə – 

təlim  və  ya  tərbiyə  zamanı  müşahidə  edilən  nöqsanların  və  uğurların  səbəbləri 




Yüklə 333,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə