Pedaqoji proses əhatə olunan məsələlər



Yüklə 333,79 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix08.12.2017
ölçüsü333,79 Kb.
#14616
1   ...   5   6   7   8   9   10   11   12   13

 

Pedaqoji  ünsiyyətin  texnologiyası  texnologiyalar  içərisində  bəlkə  də  ən 

mürəkkəbidir.  Ünsiyyət  elmlərarası  kateqoriyalar  sırasına  daxildir.  O,  fəlsəfə, 

sosiologiya,  ümumi  və  sosial  psixologiya,  pedaqogika  və  digər  elmlərdə  geniş 

təmsil olunur. Həmin elmlər ünsiyyəti öz bilik sahələrinin vəzifələri və spesifikası 

ilə əlaqədar öyrənir.  

Psixologiyada  ünsiyyətə  belə  tərif  verilir:  iki  və  daha  çox  adamın 

münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədi ilə öz səylərini 

əlaqələndirməyə  və  birləşdirməyə  yönəldilmiş  qa-rşılıqlı  təsirinə  ünsiyyət  deyilir. 

Ünsiyyətin  predmeti  başqa  adamdan  ibarətdir.  K.Marks  yazırdı  ki,  insan  həmişə 

“başqa insan kimi ən böyük bir sərvətə...” tələbat hiss edir. Ünsiyyət tələbatı insan 

tələbatları  içərisində  xüsusi  yer  tutur.  L.S.Vıqotski  ünsiyyət  tələbatına  uşağın 

inkişafının əsas və hərəkətverici qüvvəsi kimi xüsusi əhəmiyyət verirdi. Ən ümumi 

şəkildə  ünsiyyət  situasiyasının  iki  tipini  fərqləndirmək  olar.  Onlara  birgə 

fəaliyyətdə  ünsiyyət  və  şəxsi  (şəxsiyyətə  məxsus)  ünsiyyət  deyilir.  Ünsiyyət  (S  – 

S) fəaliyyətlə (S – O) ilə təsvir olunur. Onları qarşılıqlı əlaqədə belə təsvir etmək 

olar:  

 

 



 

Birgə  fəaliyyət  şəraitində  ünsiyyət  funksional  xarakter  kəsb  edir,  yəni  onun 

mövzusu birgə fəaliyyətin obyekti ilə müəyyən olunur. Bu zaman birgə fəaliyyəti 

həyata keçirmək üçün yolların axtarılması ünsiyyətin əsas məqsədini təşkil edir.  

Bir  sıra  hallarda  isə  insanlar  bir-birinə  birgə  fəaliyyətin  obyekti  haqqında 

deyil, hər-hansı bir adam, onun münasibətləri haqqında informasiya verirlər. Bəzən 

adamın  özü  ünsiyyətin  mövzusuna  çevrilir:  o  başqalarına  özü  haqqında  danışır. 

Adamların  şəxsiyyətlərarası  qarşılıqlı  münasibətlərə  aid  müxtəlif  hadisələri  öz 

aralarında  müzakirə  etməsi  hallarına  da  az  təsadüf  olunmur.  Belə  ünsiyyətə  şəxsi 

ünsiyyət deyilir.  

Şəxsi ünsiyyəti ən ümumi şəkildə belə təsvir etmək olar: 

S



–S

 



S

Burada S



1

 – haqqında danışılan, S

2

 – danışan, S



3

 – məlumat alan şəxsdir.  



Müasir  psixologiyada  ünsiyyətin  üç  tərəfini  –  kommunikativ,  interaktiv  və 

perseptiv  tərəflərini  fərqləndirirlər.  Ünsiyyət  informasiya  mübadiləsidir,  ünsiyyət 

insanların bir-birini qavramasıdır, ünsiyyət qarşılıqlı təsirdir.  

Fəaliyyətin  psixoloji  xarakteristikasını  xatırlayaq:  insanlar  fəaliyyət 

prosesində  işin  məqsədini  bir-birinə  izah  edir,  ayrı-ayrı  əməliyyatlarla  bir-birini 

tanış edir, nöqsanları müəyyən edir, onları aradan qaldırmaq üçün məsləhətləşirlər. 

Bu prosesdə ünsiyyət ancaq və ancaq insanların birgə fəaliyyətinin təşkilinə xidmət 

edir .  


Şəxsiyyətin  yaşadığı  və  fəaliyyət  göstərdiyi  bütün  mühitlərdə  ikitərəfli  və 

çoxtərəfli  əlaqələri  isti,  tam  anlaşıqlı  və  tam  səmimi  qurma  bacarıqlarını  özündə 

cəmləşdirən vacib insani keyfiyyət ünsiyyət mədəniyyətidir.  

    S               S 

             

 



Ünsiyyət  mədəniyyəti  tərbiyəsi  şəxsiyyətin  yüksək  ünsiyyət  mədəniyyəti 

sahibi olmasına yönəldilmiş təlim-tərbiyə sistemidir. Böyüyən nəslin hər bir üzvü 

yüksək  ünsiyyət  mədəniyyəti  tələb  edən  çox  mürəkkəb  münasibətlər  sistemi 

daxilində fəaliyyət göstərəcəyinin qaçılmazlığını dərk etməli və bu tərbiyəyə yiyə-

lənməlidir.  

Pedaqoji  ünsiyyətin  səciyyəvi  cəhəti  bu  fəaliyyətin  məqsədi  ilə  müəyyən 

olunur. 


Pedaqoji  ünsiyyət  pedaqoqlar  və  şagirdlər  arasında  qarşılıqlı  fəaliyyətin 

məqsəd  və  məzmunundan  irəli  gələn  çoxplanlı  prosesdir.  O,  kommunikasiyanın, 

qarşılıqlı  anlaşmanın  və  qarşılıqlı  təsirin  yaradılması  və  inkişafı  ilə  xarakterizə 

olunur.  

Göründüyü  kimi,  pedaqoji  ünsiyyət  təhsil  prosesində  mürəkkəb  və  çoxplanlı 

xarakter  daşıyır.  Pedaqoji  ünsiyyətdə  müəllimin  və  şagirdlərin  “normativ  statusu” 

əks olunur.  Onların məzmunu  nizamnamə  sənədləri,  tədris planları və proqramları 

ilə  müəyyən  olunur.  Bu  mənada,  pedaqoji  ünsiyyət  müəllimlərin  şagirdlərlə 

qarşılıqlı  təsirinin  sosial-normativ  formalarıdır.  “Müəllim-şagird”  pedaqoji  sistemi 

müəyyən  mədəni  bilik  kimi  çıxış  edir.  Burada  sosial  əhəmiyyəti  olan  davranış 

normalarının yerinə yetirilməsi böyük rol oynayır.  

Pedaqoji  fəaliyyətin  məhsuldarlığı  müəllimin  pedaqoji  texnologiyaya 

yiyələnməsi  səviyyəsindən  çox  asılıdır.  Pedaqoji  praktikanın  təhlili  göstərir  ki, 

təlim,  təhsil,  tərbiyə  vəzifələrinin  həllində  yaranan  bir  çox  ciddi  çətinliklər 

müəllimin uşaqlarla ünsiyyəti düzgün qura bilməməsi nəticəsində əmələ gəlir. Ona 

görə  də  hər  bir  müəllimin  qarşısında  pedaqoji  ünsiyyətin  texnologiyasına 

yiyələnmək  vəzifəsi  durur.  Uşaqlarla  ünsiyyət  prosesində  pedaqoji  yaradıcılıq, 

pedaqoji  yaradıcılıq  prosesində  uşaqlarla  ünsiyyət  müəllimin  peşə  fəaliyyətinin 

spesifik xarakteristikasını ifadə edir. Pedaqoji ünsiyyət müəllimlərin və şagirdlərin 

qarşılıqlı sosial-psixoloji təsir sistemidir. Onun məzmunu informasiya mübadiləsi, 

tərbiyəvi  təsir  göstərmək,  kommunikativ  vasitələrin  köməyi  ilə  qarşılıqlı 

münasibətləri təşkil etməklə bağlıdır. Bununla əlaqədar olaraq demək lazımdır ki, 

pedaqoji  fəaliyyətdə  ünsiyyət  tədris  vəzifələrini  həll  etmək  vasitəsidir,  təhsil 

prosesinin  sosial-psixoloji  təminatıdır,  müəllimlərlə  şagirdlərin  qarşılıqlı 

münasibətlərinin təşkili qaydasıdır.  

Beləliklə, pedaqoji ünsiyyət texnoloji planda yaradıcılığın xüsusi növüdür. O, 

informasiyanı vermək bacarığında, şagirdin vəziyyətini başa düşmək bacarığında, 

uşaqlarla  qarşılıqlı  münasibətləri  qurmaq  bacarığında,  özünün  psixi  vəziyyətini 

idarə etmək bacarığında öz ifadəsini tapır. 

Pedaqoji  ünsiyyətin  mərhələləri  və  onların  həyata  keçirilmə  texnologiyası 

xüsusi  əhəmiyyət  kəsb  edir.  Həmin  mərhələlər  bunlardır:  1)  pedaqoji  ünsiyyətin 



modelləşdirilməsi; 2) pedaqoji ünsiyyətin bilavasitə təşkili; 3) pedaqoji ünsiyyətin 

idarə olunması;        4) pedaqoji ünsiyyətin texnologiyasının həyata keçirilməsinin 

gedişi və nəticələrinin təhlili.  

Bu  ardıcıllıq  pedaqoji  prosesdə  yaranan  ən  tipik  situasiyaları  açıb  göstərir. 

Pedaqoji ünsiyyətin üslubu müxtəlif olduğundan onların texnoloji xarakteristikası 

da, təbii ki, müxtəlif olacaqdır (avtoritar üslub, səhlənkar üslub, demokratik üslub, 

qarışıq üslub).  



Pedaqoji  cəhətdən  məqsədəuyğun  qarşılıqlı  münasibətləri  yaratmağın 

texnologiyası  pedaqoji  ünsiyyətlə  qırılmaz  surətdə  bağlıdır.  Belə  münasibətlərin 

yaradılmasında  müəllim  şəxsiyyəti  mühüm  amildir.  Müəllimlərlə  şagirdlərin 

qarşılıqlı anlaşması yaranan münasibətlərin əsasıdır.  

 



 

9. Pedaqoji innovasiyalar 

 

İnnovasiya  (ingiliscə  “innovation”  –  sözündən  götürülüb,  mənası  “yenilik” 

deməkdir)  dedikdə  geniş  mənada  təlim,  təhsil-tərbiyə  prosesinin  gedişini  və 

nəticələrini  yaxşılaşdırmaq  məqsədilə  pedaqoji  sistemdə  həyata  keçirilən  yeniıik 

başa düşülür. İnnovasiya, yəni yenilik pedaqoji sistemin daxili ehtiyatları hesabına 

(in  –  daxili  deməkdir)  baş  verir.  İnnovasiya  keyfiyyətcə  təkmilləşmiş  pedaqoji 

sistemdə  vəhdət  halında  götürülmüş  ideyalar,  proseslər,  vasitələr  və  nəticələrdir. 

Pedaqoji sistemin yeniləşməsi üçün çox vacib və aktual bir işdir, o, səriştəli təhlil, 

yaradıcı müəllim tələb edir .  

Son  onillikdə  çox  şey  dəyişmişdir.  Yeni  paradiqmalar,  konsepsiyalar, 

innovasiyalar  və  investisiyalar  (sərmayələr),  dövlət  standartları  və  alternativ  tədris 

planları, yeni tip məktəblər yaradılmışdır.  

Pedaqoji proses pedaqoji sistemdə baş verir. Pedaqoji sistem komponentlərin 

(hissələrin)  sabit  və  möhkəm  birliyidir.  Əgər  bu  birlikdə  baş  verən  dəyişikliklər 

(yeniliklər)  müəyyən  edilmiş  həddi  keçərsə,  onda  sistem  dağılar,  onun  yerində 

başqa xassələri olan yeni sistem əmələ gələr. Hər hansı pedaqoji sistemin strukturu 

bir-birilə qarşılıqlı əlaqədə olan elementlərin məcmusundan ibarətdir: 1) şagirdlər; 

2)  təlim  və  tərbiyənin  ümumi  və  xüsusi  məqsədləri;  3)  təlim  və  tərbiyənin 

məzmunu; 4) təlim və ərbiyə prosesi; 5) müəllimlər; 6) texniki təlim vasitələri; 7) 

təlim  və  tərbiyə  işinin  təşkili  formaları;  8)  təlim,  təhsil-tərbiyə  prosesinin  idarə 

olunması;  9)  təlim  və  tərbiyə  prosesinin  texnologiyası;  10)  təlim  və  tərbiyə 

prosesinin nəticələri.  

Bu sistemin komponentlərindən hər biri ən kiçik elementlərə parçalana bilər. 

Başqa sözlə, pedaqoji sistem qarşıya qoyulmuş məqsədə çatmağı təmin edən sabit 

təşkilati-texnoloji  kompleksdir.  Pedaqoji  sistem  texnologiyasız  ola  bilməz. 

Texnologiya olan yerdə keyfiyyət də olur. Keyfiyyət pedaqoji sistemin imkanlarını 

müəyyən  edir  və  o,  müəyyən  mənada  idarəetmədən  asılıdır.  Təlim  və  tərbiyə 

prosesinin məhsuldarlığı həmişə pedaqoji sistemin təkmilləşdirilməsi ilə bağlıdır. 

Pedaqoji  sistemin  təkmilləşdirilməsinin  iki  başlıca  yolu  vardır:  intensiv  yol 

(fransız  sözü  “intensif”  sözündən  götürülmüşdür,  mənası  “gücləndirmək”, 

“məhsuldarlığı  artırmaq”  deməkdir)  və  ekstensiv  yol  (latın  sözü  “extensivus” 

sözündən götürülmüşdür, mənası “genişləndirmək”, “uzatmaq” deməkdir).  



İntensiv  yol  pedaqoji  sistemin  inkişafını  daxili  ehtiyatlar  hesabına  həyata 

keçirməyi nəzərdə tutur. 

 Ekstensiv  yol  isə  pedaqoji  sistemin  inkişafı  üçün  əlavə  qüvvələrin 

(investisiyaların),  yeni  vasitələrin,  avadanlıqların,  texnologiyaların,  kapital 

qoyuluşlarının və s. cəlb edilməsinə əsaslanır.  

Bəzi aparıcı nəzəriyyəçilər belə bir fikir söyləyirlər ki, yaxın vaxtlarda peda-

qogikada  innovasiyalar  keçmişə  qayıtmağa  gətirib  çıxaracaqdır.  Qərb  məktəbi 

ekstensiv yolla inkişaf edir. O, yeni innovasiya texnologiyaları, tədris fəaliyyətinin 

müxtəlif  növləri  arasında  vaxt  bölgüsünü  yenidən  aparmaq,  sinif  işinin 

diferensiyası və fərdiləşdirilməsi hesabına pedaqoji məhsulun kəmiyyət göstərici-

lərini  artırır.  Bu  zaman  pedaqoji  məhsulun  keyfiyyəti  yaxşılaşırmı?  Bu  suala 



hələlik  cavab  verilməmişdir.  Müstəqil  ekspertlərin  əksəriyyəti  bu  məsləyə  şübhə 

ilə  yanaşırlar.”  Pedaqoji  sistemin  intensiv  və  ekstensiv  inkişaf  yollarını  bir-

ləşdirmək  (innovasiyaları  inteqrasiya  etmək)  isə  həmin  sistemin  istifadə 

olunmayan ehtiyatlarının diqqətlə tədqiq olunmasını tələb edir. Pedaqoji sistemin 

səmərəliliyini bəlkə bu yolla yaxşılaşdırmaq olar. 

İnnovasiyaların  obyekti  aşağıdakı  problemlərdir:  1)  təlim  və  tərbiyə 

fəaliyyətinin motivasiyasını (öyrənməyə, oxumağa olan marağı) necə yüksəltmək; 

2)  dərsdə  öyrənilən  materialın  həcmini  necə  artırmaq;  3)  təlimin  sürətini  necə 

artırmaq; 4) vaxt itkisini necə aradan qaldırmaq və s.  

Yeni  pedaqoji  ədəbiyyatda  innovasiya  pedaqogikası  (bu  onun  qeyri-rəsmi, 

şərti  adıdır)  təhsil-tərbiyənin  paradiqmalarını  dəyişməyi  tələb  edir.  Paradiqma 

nəzəri  və  praktik  problemlərin  həllinin  əsasına  qoyulan  hakim  nəzəriyyədir. 

İnnovatorlar  belə  hesab  edirlər  ki,  klassik  pedaqoji  nəzəriyyə  köhnəlmişdir,  yeni 

şəraitdə indiki nəsillərə o nəzəriyyə əsasında təhsil-tərbiyə vermək olmaz. Müasir 

pedaqogika  praktikada  o  qədər  də  dəyişdirici  təsir  göstərə  bilmir.  Belə  olduğu 

halda  o,  inzibati-amirlik  dövründə  formalaşan  ideyaları  ilə  ölkəmizin  təhsil 

sistemini “qidalandırmaqda” davam edir.  

Əgər  pedaqoji  fikrin  inkişafını  təmin  etmək  istəyiriksə,  pedaqogikanın 

metodoloji əsasını yeniləşdirmək lazım gələcəkdir. İdeoloji ehkamlar pedaqogikanı 

öz təbii inkişaf axarından çıxarmışdır. Uşaqların anadangəlmə bərabər doğulması, 

təhsil-tərbiyədə  bərabər  imkanlara  malik  olması  kimi  qeyri-real  metodoloji 

prinsiplər buna misal ola bilər. Elm və təcrübə sübut edir ki, təhsil-tərbiyənin kö-

məyi  ilə  çox  şeyi  dəyişmək  olmaz. Pedaqogikada  ziddiyyətli məsələlər çoxdur və 

ona görə də burada innovasiya son dərəcə vacibdir.  

Pedaqoji nəzəriyyənin və onun ardınca məktəbin gedəcəyi yol təlimin, təhsil-

tərbiyə  prosesinin  fundamental  əsaslarını  müəyyənləşdirməsindən,  yeni  elmin  və 

təhsil-tərbiyənin  praktikasının  hansı  metodoloji  əsas  üzərində  qurulmasından 

asılıdır.  Pedaqogika  elmi  nəzəriyyələr  sistemidir.  Obyektivlik,  məqsədəuyğunluq, 

sabitlik,  ziddiyyətsizlik  onun  əsas  səciyyəvi  xüsusiyyətləridir.  Hər  hansı  bir  elmi 

nəzəriyyə kimi pedaqogikanın sistemini də elmi prinsip layihələşdirir, birləşdirir və 

saxlayır.  Çünki  obyektiv  nəzəriyyənin  əsas  prinsipi  ideoloji  prinsip  yox,  ancaq 

elmi prinsip ola bilər.  

 

 

 

 

10. Pedaqoji sistemin optimallaşdırılması 

 

Təhsil,  təlim,  tərbiyə  prosesinin  optimallaşdırılması  bütünlükdə  pedaqoji 

sistemə aid edilən innovasiyadır. Optimallaşdırma (optimum  – ən yaxşı) mümkün 

olan  variantlardan  ən  yaxşısını  seçib  götürmək  prosesidir.  Pedaqoji  sistem  kimi 

mürəkkəb,  dinamik,  çoxplanlı  sistemdə  təlim,  təhsil,  tərbiyə  prosesinin 

qurulmasının  və  təşkilinin,  orada  məqsədlərə  nail  olmağın  minlərlə  mümkün 

variantları mövcuddur. Konkret şəraitdə onlardan ancaq biri ən yaxşı ola bilər. Onu 

axtarıb  tapmaq  optimallaşdırmanın  başlıca  vəzifəsidir.  Bu  vəzifə  mümkün 

variantları müqayisə etmək və alternativləri qiymətləndirmək yolu ilə həll edilir.  



Optimallaşdırma  pedaqoji  sistemin  qarşıya  qoyulmuş  məqsədinə  uyğun 

olmalıdır. Çünki həmin sistem o  məqsədə nail olmaq üçün yaradılıb. Bu şəraitdə 

əldə  edilən  optimallıq  digər  şərait  üçün  yararlı  olmaya  da  bilər.  Ona  görə  ki, 

optimallaşdırma anlayışı həmişə konkretdir. Optimallaşdırmanın nəzəri və praktik 

istiqamətləri vardır. 

Nəzəri  aspektdə  –  “optimallaşdırma”  anlayışının  sinonim  variantları  hesaba 

(uçota)  alma,  müqayisə,  tutuşdurma  hesab  olunur.  Praktik  aspektdə 

“optimallaşdırma”  pedaqoji  sistemin  innovasiyası,  yenidən  təşkili  və  qurulması, 

qarşıya  qoyulmuş  vəzifələri  həll  etmək  üçün  onun  ən  yaxşı  vəziyyətə  gətirilməsi 

kimi  başa  düşülür.  Optimallaşdırma  vəzifələrin  həlli  meyarlarının  seçilməsindən 

başlayır. Optimallaşdırmanın meyarı əlamətdir, göstəricidir. Onun əsasında

 

inkişaf 



prosesinin  mümkün  variantları  qiymətləndirilir  və  onlardan  ən  yaxşısı  seçilir. 

Məntiq tələb edir ki, meyarda ancaq və ancaq bir göstərici (parametr) olsun. Amma 

pedaqogikada  o,  kompleks  halda  olur.  Çünki  pedaqoji  sistemdə  baş  verən 

proseslərin  səbəb-nəticə  əlaqələrini  bir-birindən  ayırmaq  mümkün  deyil.  Təlim-

tərbiyə  prosesi  o  zaman  optimal  hesab  olunur  ki,  orada  şagirdlər  və  müəllimlər 

yüklənmir  və  maksimum  nəticə  əldə  olunur.  Təcrübə  göstərir  ki,  müəllim  və 

şagirdlərin  həddindən  artıq  yüklənməsi  onların  iş  qabiliyyətini  azaldır  və 

sağlamlıqlarına pis təsir göstərir.  

Pedaqoji  ədəbiyyatda  təlim-tərbiyə  prosesinin  optimallaşdırılmasının  əsas 

meyarı kimi bir-biri ilə üzvi əlaqəsi olan iki göstərici əsas götürülür: 

1.  Müəyyən  şəraitdə  şagirdlərin  təhsil-tərbiyəsi  və  inkişafında  maksimum 

mümkün olan nəticələr əldə etmək; 

2.  Həmin  yaşda  olan  şagirdlərin  sinif  və  ev  işinə  ayrılan  vaxt  normalarını 

gözləmək.  

Sistemli  yanaşma  optimallaşdırmanın  metodoloji  əsasını  təşkil  edir.  O, 

pedaqoji 

prosesin 

bütün 


komponentlərini, 

qarşılıqlı 

əlaqələrin 

qanunauyğunluqlarını  vəhdətdə  götürməli,  mürəkkəb  dinamik  sistemlərin  idarə 

olunmasının  ümumi  nəzəriyyəsinə  istinad  etməyi  tələb  edir.  Optimallaşdırma 

pedaqoji  prosesi  mövcud  vəziyyətə,  şəraitə  uyğunlaşdırmağı  nəzərdə  tutur. 

Bununla  belə,  o,  özü  yeni  şərait  yaradır  və  pedaqoji  prosesin  ona  tabe  olmasını 

tələb  edir.  Burada  heç  bir  ziddiyyət  yoxdur.  Belə  ki,  hər  iki  proses  arasında 

qarşılıqlı əlaqə vardır.  

Məktəbin,  müəllimin  və  şagirdlərin  fəaliyyətinin  aşağıdakı  səviyyələri 

məlumdur: 

1) qeyri-kafi səviyyə

2) böhran səviyyə

3) müvafiq səviyyə;  

4) optimal səviyyə. 

Təlim-tərbiyə  prosesinin  optimallaşdırılması  o  zaman  mümkündür  ki, 

pedaqoq əsas pedaqoji bilik və bacarıqlara, pedaqogikanın müəyyən etdiyi aparıcı 

qanunauyğunluqlarına  və  prinsiplərinə,  kollektiv,  qrup  və  fərdi  fəaliyyətin  təşkili 

texnologiyasına yiyələnmiş olsun, təhsilin, tərbiyənin və inkişafın vəzifələrini başa 

düşsün. Ancaq bu da həqiqətdir ki, bütövlükdə sistemi və onun hər bir elementini 

bilməklə  optimal  variantı  seçmək  olar.  Əgər  belə  olmasa  onda  optimallıq  ideyası 

həddindən  artıq  mürəkkəb  bir  şey  hesab  olunar,  öz  əhəmiyyətini  itirər. 

Optimallaşdırma  həm  də  qabaqcıl  müəllimlərin  təcrübəsinə  istinad  edir.  Lakin 



onunla 

məhdudlaşmır. 

Tədqiqatlar  göstərir  ki,  təlim-tərbiyə  prosesini 

müvəffəqiyyətlə  optimallaşdırmaq  üçün  müəllim  aşağıdakı  şəxsi  keyfiyyətlərə 

malik  olmalıdır:  1)  yaradıcı  təfəkkür  üslubuna;  2)  təfəkkür  çevikliyinə;      3) 

təfəkkür  konkretliyinə;  4)  təfəkkür  sistemliliyinə;  5)  qərarlar  qəbul  edən  və 

fəaliyyət  göstərən  zaman  həddi  gözləmək  qabiliyyətinə;  6)  daha  tez  ünsiyyətə 

girmək və pedaqoji taktı gözləmək bacarığına.  

Ümumiyyətlə,  təlim-tərbiyə  prosesinin  optimallaşdırılması  metodikasını 

bilmək hər bir müəllim üçün zəruri və vacibdir.  

  

Suallar və tapşırıqlar 

 

1.“Pedaqoji proses” anlayışının təbiətini açan əsas xüsusiyyətləri göstərin.  



2. Pedaqoji prosesin “sistem” anlayışı vasitəsi ilə interpretasiya edin. 

3. Pedaqoji prosesin daxili və xarici ziddiyyətlərini fərqləndirin. 

4. Pedaqoji prosesin qanunauyğunluqları barədə danışın.  

5. Pedaqoji prosesin prinsipləri barədə nə deyə bilərsiniz? 

6. Pedaqoji texnologiya nədir? 

7. Pedaqoji prosesin texnoloji əsasları barədə şərh verin. 

8. Pedaqoji prosesin mərhələlərini fərqləndirin.  

9. Pedaqoji ünsiyyət barədə fikrinizi təqdim edin.  

10. “Pedaqoji innovasiyalar” deyərkən nəyi nəzərdə tutursunuz? 

11. “Pedaqoji sistemin optimallaşdırılması” nə deməkdir? 

 

 

                                                Ədəbiyyat 



 

1. Ağayev Ə.Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı: Adiloğlu, 2006, 138 

səh. 

2. Ağayev Ə.Ə. Yeni təlim metod və texnologiyalarından istifadənin nəzəri və 



praktik məsələləri // ARTPİ-nin “Elmi əsərləri”, Bakı, 2006. 

3. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı: Maarif, 1989, 

səh. 441-448. 

4. Əhmədov B.A., Rzayev A.Q. Pedaqogikadan mühazirə konspektləri. Bakı: 

Maarif, 1983. 

5.  Əhmədov  B.A.,  Hacıyev  A.N.  Pedaqogikanın  qanunları  və  prinsipləri. 

Bakı: Maarif, 1993, səh. 20-22.  

6.  Həsənov  M.M.,  Bəhmənova  C.  İbtidai  siniflərdə  fəal  və  interaktiv 

metodlardan  istifadənin  nəzəri-praktik  məsələləri. (Metodik  vəsait). Bakı:  ADPU, 

2009.


 

7. İbrahimov F.N. Ümumi pedaqogikadan mühazirələr. Bakı: Mütərcim, 2010, 

səh. 83-99. 

8. Kazımov N.M., Həşimov Ə.Ş. Pedaqogika. Bakı: Maarif, 1996, 

səh. 28-51.  

9. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika, Bakı, 2003. 




10. Mehdizadə M.M. Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin 

təkmilləşdirilməsi yolları. Bakı: Maarif, 1982.  

 11. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R. Pedaqoji 

texnologiyalar. Bakı: Mütərcim, 2006, səh. 10-11; 23-24; 339-340. 

 12. Mirzəcanzadə A.X. İxtisasa giriş. Bakı: BDU nəşriyyatı, 1990. 

 13. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Bakı: Nurlan, 2007, səh 95-

106. 

 14. Zeynalov Z. Müəllim pedaqoji prosesin idarəedicisi və təşkilatçısıdır // 



“Fizika, riyaziyyat, informatika tədrisi”, Bakı №4, 2003. 

 15. Аверьянов А.Н. Системное познание мира. – М.: Наука, 1985, стр. 

21-26. 

 16. Блинов В.М., Краевски В.В. О некоторых закономерностях 



методики как наука // «Советская педагогика», 1964, №4. 

 

 



  

 

Yüklə 333,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə