Pedaqoji proses əhatə olunan məsələlər



Yüklə 333,79 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix08.12.2017
ölçüsü333,79 Kb.
#14616
1   ...   5   6   7   8   9   10   11   12   13

texnologiyanı  tədris  metodikasının  tərkibinə  daxil  etməyə  imkan  verir.  Məsələn, 

fizikada  təcrübə  xətalarının  hesablanma  metodikası  laboratoriya  işlərinin  yerinə 

yetirilməsi  prosesinin  tərkibinə  daxil  edilsə  də,  laboratoriya  işlərinin  aparılması 

texnologiyasına  həmin  fənnin  tədrisi  metodikasının  tərkib  hissəsi  kimi  baxmaq 

lazımdır .  

Pedaqoji  texnologiya  məktəblilərin  şəxsiyyətinin  inkişafına  yönəldilmiş 

pedaqoji prosesə obyektiv nəzarəti tələb edir.  

Pedaqoji  prosesin  təşkili  texnologiyası  prosesin  müvəffəqiyyətlə  keçməsinin 

həlledici  şərtlərindən  biridir.  Buraya  fəaliyyətin  təhlili,  diaqnostikası,  proqnozun 

müəyyənləşdirilməsi və layihənin işlənib hazırlanması daxildir.  

Pedaqoji  prosesin  təşkili  texnologiyası  özü  bir-birilə  vəhdətdə  olan  üç 

texnologiyadan ibarətdir:  

1)

 

məzmunun yaradılması texnologiyası; 



2)

 

maddi vasitələr texnologiyası; 



3)

 

fəaliyyətin texnologiyası. 



Bu  üç  texnologiya  bir-birindən  öz  predmetlərinə  görə  fərqlənir.  Hər  üç 

texnologiyada  müəllim  ardıcıl olaraq  analitik,  proqnozlaşdırma  və  layihələşdirmə 

fəaliyyətini  həyata  keçirir.  Bu  üç  məfhumun  (analiz  (diaqnoz),  proqnoz,  layihə) 

ayrılmaz  birliyi  hər hansı  bir  pedaqoji vəzifənin həllində özünü  göstərir.  Strateji, 

taktiki  və  operativ  vəzifələrin  həllərinin  məhsuldarlığı  texnologiyanın  təşkili 

keyfiyyəti ilə şərtlənir. Pedaqoji prosesin texnologiyası yalnız müəllimi deyil, həm 

də şagirdləri nəzərə almaqla yaradılmalı və həyata keçirilməlidir. Pedaqoji prosesin 

bilavasitə həyata keçirilməsi texnologiyasını aşağıdakı kimi təsəvvür etmək olar: 

1)

 

informasiyanı vermək texnologiyası; 



2)

 

tədris-idrak fəaliyyətinin və digər inkişafetdirici fəaliyyət 



növlərinin təşkili texnologiyası; 

3)

 



şagirdlərin fəallığının stimullaşdırılması texnologiyası; 

4)

 



pedaqoji prosesin gedişinin tənzimlənməsi texnologiyası; 

5)

 



pedaqoji prosesə cari nəzarətin həyata keçirilməsi 

texnologiyası.  

Təhsil  və  tərbiyə  texnologiyalarında  iştirak  edən  bütün  komponentlər  – 

məqsəd,  vəzifə,  məzmun,  metod,  vasitə,  forma  –  öz  funksiyalarını  daim 

müasirləşdirməyə  möhtacdır.  Məqsəd  üç  pilləlidir:  məxsusi,  ümumi,  ən  ümumi. 

Məxsusi  və  ümumi  ən  ümuminin  həyata  keçirilməsinə  xidmət  göstərir.  Ona  görə 

də  onlar  daha  mütəhərrik  olurlar.  Vəzifə  bir  neçə  toplanandan  ibarətdir:  1)  bilik, 

bacarıq və vərdişlər vermək; 2) təmiz əxlaqlı, saf mənəviyyatlı, ədalətli, səxavətli, 

sadə insanlar yetişdirmək; 3) böyüyən nəsli hərtərəfli, harmonik inkişaf etdirmək. 

Məzmun  təhsil,  tərbiyə  prosesinin  mayasıdır.  Bunsuz  yerdə  qalan  parametrlər  öz 

əhəmiyyətini  itirir.  Onun  seçilmə,  düzülmə  mexanizmi  “Təhsil  standartları”  ilə 

müəyyənləşir.  Metodlar  əsasən  məqsəd  və  vəzifənin  yerinə  yetirilməsini  təmin 

edən  ən  zəruri,  çoxşaxəli  və  çoxtərkibli  komponentdir.  Bun-ların  seçilməsi, 

komplektləşdirilməsi  və  tətbiqi  müvafiq  qanunauy-ğunluqlarla  həyata  keçirilir. 

Vəzifələr, metodların yardımçıları məz-munun daha mükəmməl mənimsənilməsinə 

xidmət göstərən parametrdir. Forma, bütün parametrləri məqsədyönlü və səmərəli 

həyata  keçirmək,  təhsilin  iqtisadi  tərəfinin  daha  optimal  istifadə  modelini  təmin 



etmək vəzifələrini yerinə yetirir. Formanın üç toplananı var: 1) idarəetmə forması; 

2)  təlim-tərbiyənin  təşkili  forması;  3)  təlim-tərbiyə  prosesinə  nəzarət  və 

qiymətləndirmə forması. Əsas parametrlərə daxil olan alt parametrlərin dəyişməsi 

ilə bütün sistemdə daim təkmilləşmə, yeniləşmə baş verir. Nəzərə almaq lazımdır 

ki,  həyatda  hər  cür  şeyin  ölçüsü  var.  İnsanı  təlim  etməyin,  ona  tərbiyə  verməyin 

başlıca  amalı  da  bu  ölçüləri  onlara  öyrətmək,  həmin  ölçülər  çərçivəsində 

davranmaq bacarıqları formalaşdırmaqdır. Dahi Nizami demişdir: 

“Bir inci saflığı varsa da suda, 

Artıq içiləndə dərd verir o da.” 

Bütün  bu  texnologiyaların  məcmusu  pedaqoji  prosesin  həyata  keçirilməsi 

texnologiyasını  təşkil  edir.  Bunların  içərisində  fəaliyyətin  təşkili  texnologiyası 

mərkəzi  yer  tutur.  Əslində  bu,  pedaqoji  prosesin  fəaliyyətinin  əsasında  qoyulan 

niyyətin və layihənin reallaşdırılmasıdır. 

Pedaqoji  prosesi  həyata  keçirmə  gedişində  ona  pedaqoji  rəhbərliyi  uşaqların 

müstəqilliyini,  təşəbbüskarlığını  və  yaradıcılığını  inkişaf  etdirməklə  üzvi  surətdə 

uyğunlaşdırmaq lazımdır. Bu zaman müəllimlərin idarəedici təsirini və şagirdlərin 

özünüidarə  fəaliyyətini  əlaqələndirməyin  rasional  ölçüsünü  tapmaq  olduqca 

vacibdir.  Pedaqoji  prosesin  gedişində  möhkəm  əks  əlaqənin  yaradılması 

müəllimlərin təşkilatçılıq fəaliyyəti ilə şagirdlərin özünüidarəsini korreksiya etmək 

üçün  lazımdır.  Bu  əks  əlaqə  təhlilləndirici  vəzifələri  effektli  həll  etmək  üçün 

zəruridir. 

Texnoloji  yanaşma  təhsil  sahəsində  konseptual  problemlərin  və  müxtəlif 

xarakterli layihələrin, pedaqoji, psixoloji, sosial məqsədlərin yerinə yetirilməsində 

və aşağıdakı problemlərin həllində yeni imkanlar açır: 

 

pedaqoji prosesin nəticələrinin əvvəlcədən yüksək dəqiqliklə 



müəyyən edilməsində və prosesin idarə olunmasında; 

–  qazanılmış  praktik  təcrübənin  elmi  əsaslarla  təhlili,  sistemləşdirilməsi  və 

ondan səmərəli istifadə olunmasında; 

– təhsil, təlim-tərbiyə və sosial problemlərin kompleks həllində; 

– şəxsiyyətin hərtərəfli inkişafını təmin edən əlverişli şəraitin yaradılmasında; 

–  təhsil  sistemində  effektivliyi  təmin  etmək  üçün  ehtiyatlardan  səmərəli 

istifadə olunmasında; 

–  təlim  prosesində  təhsil  alanlara  təsir  edən  qeyri-normal  halların 

azaldılmasında; 

–  sosial-pedaqoji  problemlərin  həlli  üçün  yeni  texnoloji  yanaşmaların, 

modellərin işlənilməsində və daha effektli metodların seçilməsində.  

Yapon  pedaqoqu  T.Sakomotonun  fikrincə,  pedaqoji  prosesdə  texnoloji 

yanaşmalara pedaqogika, sosial pedaqogika, psixologiya, sosiologiya, politologiya, 

elm  və  təcrübənin  digər  sahələrində  elmi  yanaşmaları  zənginləşdirərək  onun 

inkişafını  təmin  edən  və  keyfiyyətli  təlim-tərbiyə  prosesinin  qurulmasına  şərait 

yaradan, təlim-tər-biyə prosesində təfəkkürün, idraki prosesin sistemli inkişafı kimi 

baxılmalıdır.  

 

 



8. Pedaqoji ünsiyyətin texnologiyası 


Yüklə 333,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə