Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə17/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
53
gizlətmədi. 
– Desəm ki, siz mənim xoşuma gəlirsiz, hirslənməyə-
cəksiz?
Culi bunu hiss etmişdi, ancaq belə tezliklə bu etirafı 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
54
caqsan-deyən  oğlan,  geridə  qalmaq  istəmirdi,  O,  bədəninə 
yaraşmayan cəldliklə önə keçib diz çökdü. 
– Culi mənimlə necə istəyirsən elə hərəkət edə bilər-
sən,  bircə,  bax,  başqasını  həyatına  soxma.  Yoxsa  mənim 
üçün çox pis olar. 
O, əslində sənin üçün demək istəyirdi, ancaq indidən qızı 
qorxutmaq istəmədi. Culi qeyri –iradi, qarşısında diz çökmüş 
bu  oğlanın  həqiqətən  də  onun  gözlədiyi  şahzadə  olub-ol-
mamasını  dəqiqləşdirmək  istəsə  də,  bu  onda  alınmadı.  O, 
Meyqerin  saçını  qarışdırıb,  qolundan  tutdu.  Gəlirsən,  yox-
sa-yox, deyib, onun qolundan dartdı. 
Meyqerin Qanadı olsaydı uçardı. O, məqsədinə çatmışdı. 
Bu ətrafın ən gözəl qızını ələ keçirmişdi. 
Fikirləşməyə dəyər deyilmi? Bəzən belə də olur. İllərlə 
başqalarının, eləcə də sənin əldə etmək istədiyin şeyi kim-
sə başqa birisi əldə edib sahiblənir. Sən Meyqer heç özü də 
bilmirdi ki, bu sadəcə yaranan zərurətin vaxtına tuş gəl-
məsi, onu qalib etmişdi. 
* * *
Mətinin əzmkarlığı öz bəhrəsini verməyə başladı. Qar-
şısındakı məqsədə çatması üçün gecəsini gündüzünə qat-
ması, onu universitetin əlaçıları siyahısına çıxarmış oldu. 
Artıq ona işləmək lazım olduğunu düşünən Mətin soraqla-
şıb, yarım günlük iş tapa bildi. O, buna çox sevinirdi. Düzdü 
oxumaq və eyni vaxtda işləmək çətin olacaqdı. İşi kafedə 
təmizliklə məşğul olmaq idi. Təzə-təzə alışmaq çətin oldu. 
Ancaq o, özü-özünə daima xatırladırdı ki, Amerikanın pre-
zidenti, eləcə də NATO-nun Birləşmiş Qüvvələrin ilk baş 
komandanı olmuş Duayt Eyzenhauer kimi tanınmış insan 
belə aşağı işdə işləməyi eyib bilməyib. O, bir vaxtlar də-
mir yolu vağzalında pivə boçkalarını daşımasını utanma-
dan dilə gətirmiş və aşağıdakı məhşur kəlamı söyləmişdir: 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
55
“Böyük insan odur ki, nə qədər bataqlığın dibinə batırsa 
batsın oradan yüksəlib qalxa bilsin. 
Buranın insanlarının əksəriyyəti xeyirxah idi, əlbəttə 
bədxahları da əksik deyildi. Ünsiyyəti çox sevməsələr də, 
ünsiyyətə  girəndə  səmimi  idilər.  Mətinin  sakit,  qaradin-
məz və işgüzar olması kollektivdə ona hörmət qazandır-
mışdı. O heç kimlə mübahisəyə girməz, öz işi ilə məşğul 
olardı. Onun tələbə olduğunu bildiyindən, qadın baş aşbaz 
ona öz oğlu kimi baxmağa başlamışdı. Deyirlər ana ürə-
yi kövrək olur, özü də balasını itirmiş ana ola. O, itirdiyi 
ilə kimi isə oxşadanda mehrini ona salır. İtkisinin acısını 
onunla  ovutmağa  çalışır.  Bu  qadının  universitet  tələbəsi 
olan yeganə oğlu qəzada ölmüşdü. Xarici görünüşcə oğlu-
na oxşatdığından qadın ona qarşı nəvazişini əsirgəmir, oz 
doğması kimi münasibət göstərirdi. 
Yeməkxana kiçik olsa da, demək olar ki, bu ətrafda ək-
səriyyət axşam yeməyini burda yeyirdi. Bir dəfə baş verən 
hadisə Mətini buranın daimi müştəriləri və kafenin işçiləri-
nin gözündə qaldırmış oldu. Yemək yeyən müştərilərin ara-
sında cavan bir qız yemək yeyərkən qidanın nəfəs borusu-
na düşməsi ilə vəziyyəti pisləşmiş, az qalmışdı ölə. Mətinin 
yaxında olması qızın həyatını qurtarmış oldu. Hamının do-
nub qaldığı anda Mətinin qızı xilas etməsi onun haqqında 
marağa səbəb oldu. Bu hadisəni eşidib bilən hər kəsdə ona 
qarşı rəğbət oyandı. Hər zaman öz işi ilə məşğul görünən, 
ünsiyyətə can atmayan bu əcnəbi ilə hamı salamlaşır, kefini 
soruşurdular. Həyatını qurtardığı qız və sevgilisi də onunla 
dostlaşmışdılar. Onu hər zaman nəyəsə qonaq etməyə ça-
lışsalar da o, bacardıqca nəzakətlə boyun qaçırırdı. 
Həm işləmək, həm də oxumaq çətin idi. Ancaq bu çətin-
liyi iradəsi hesabına yenmək asan olmasa da, o bunu edirdi. 
Çünki başqa çıxış yolu da yox idi. Verilmiş şansı boşa verə 
bilməzdi. İxtisas bölümündə seçdiyi cərrahlıq ixtisasına qə-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
56
bul  olunması  onu  lap  da  ruhlandırmışdı.  İxtisas  seçimləri 
həmin ixtisasa verilmiş ərizələr əsasında tələbənin qiymət-
lərinə baxılaraq edilirdi. Hə, zarafat deyildi, ən yüksək göstə-
ricilər tələb olunan ixtisasa yiyələnmişdi. İndi qalırdı bu ix-
tisasa sona qədər yiyələnməyi bacarmaq. Bəzən yorulanda, 
usananda özü-özünə sakitcə pıçıldayırdı: sən bacarmalısan! 
Mütləq bunu etməlisən! Ruhdan düşmək olmaz! Tənha bu-
raxdığın bacın üçün atanın son sözünü unutmamalısan. 
Öz-özünə bu sözləri hər dəfə pıçıldayanda bacısını, ata-
sını,  uşaqlığını,  qeridə  qoyduğu  xoş  anlarını  xatırlayır,  onu 
qəhər boğurdu. İndi görəsən nə edir mənim sevimli bacım? 
Görəsən heç yadına düşürəmmi? Darıxma bacı mütləq gələ-
cəm. Kövrəlsə də, ağlamırdı...
Bəzən  elə  musiqilər  olur  ki,  dinlədikcə  həyatda  yaşa-
dıqlarının  fərqinə  varır,  musiqinin  dərin  qatlarına  endik-
cə  isə  həyatın  fəlsəfəsini,  varlığın  mahiyyətini  anlayırsan. 
Musiqinin bu sehrinə bəzən o da düşürdü. Yaxşı ki, uşaq-
lığında pianodan musiqi təhsili almışdı. Belə anlarda hamı 
dağılşandan  sonra  yeməkxananın  küncündə  duran,  qara 
qədimi pianinoya içini boşalda bilirdi. Hamıdan gizlətməyə 
çalışsa da, onu təsadüfən dinləyən aşbaz qadın ifasının so-
nunda onu bağrına basıb hönkür-hönkür ağlamış, yenidən 
çalmasını xahiş etmişdi. Musiqi yad olsa da, onun gözəl ifası 
insanı əfsunlayır, dinləyicini öz ağuşuna alıb, uzaqlara apa-
rırdı. Sonradan onu oğlu kimi sevən bu qadın ifası haqqında 
xoş sözlər demişdi.Həmin gündən sonra qadın ondan şəxsi 
həyatını soruşmuş, ona oğlu haqqında danışmışdı. Mətinin 
xahişi ilə onun bu bacarığı haqqında heç kimə deməmişdi. 
O, hamı dağılışandan sonra hərdən Mətindən yorğun deyil-
nə isə U
d
O
 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə