Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə22/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
69
neçə pivə bakalından sonra artıq sərxoş olmuşdu. Ağlında 
ancaq Culi vardı. Klubdan çıxıb İnstituta götürüldü. İnsti-
tutun ətrafını bir neçə dəfə dolaşıb həyəti gözdən keçir-
sə də, oturacaqlarda oturan, bir binadan digərinə gedən 
tələbələrin içərisində Culini görə bilmədi. O, giriş qapısına 
yaxınlaşıb içəri keçmək istəsə də, mühafizənin işçiləri on-
dan sənədini göstərməsini xahiş etdilər. Zor göstərsə də 
içəri girə bilməyəcəyini kəsdirən Meyqer cibindən çıxardı-
ğı bıçağı onun üstünə ən çox gələn oğlanıın qarnına soxdu. 
O, Culi-Culi qışqıraraq içəri keçmək istəsə də, digər müha-
fizəçinin dəyənəyinin zərbəsi onu yerə yıxdı. 
Ayılanda polis məntəqəsində barmaqlıqlar arxasında 
dəmir çarpayıda uzandığını görüb təəccübləndi. Başı bərk 
ağrıyırdı. Nələrin baş verdiyi xatırlamağa çalışdı. Dumanlı 
da olsa yadına düşdü. Deyəsən, o, Culinin dalınca instituta 
getmişdi. İçəri keçməyə çalışırdı, sonra da... 
Ay  yarım  uzanan  instintaqdan  sonra  zərərçəkən 
tərəfin  şikayətçi  olmaması  səbəbindən  maddi  təzminat 
ödəməklə beş il müddətinə azadlıqdan məhrum edildi. 
Xəbər  institutda  tez  yayıldı.  Meyqerin  gözə  görün-
məməsindən sevinən Culi ondan canını qurtardığına se-
vinsə də, hələ nəsə edəcəyini gözləyirdi. Yayılan xəbərdən 
sonra başa düşdü ki, Meyqer onun dalınca gəlibmiş. Çox 
keçmədi  ki,  onu  ifadə  vermək  üçün  polisə  də  çağırdılar. 
Meyqerlə görüşməkdən imtina etdi. Çünki, ondan qorxur-
du. Bilirdi ki, ondan hər bir hərəkəti gözləmək olar. Görüş-
mək istəməməsinin səbəbini olduğu kimi də açıqladı. 
Biləndə  ki,  o,  həbs  edilib,  içində  sevindi.  Sonralar 
Meyqer  dostları  vasitəsi  ilə  onu  görüşə  çağırsa  da  get-
mədi. Xəbər də göndərdi ki, xahişi odur ki, onu bir daha 
aramasın. Meyqer ona verilən pulsuz telefon dəqiqələrini 
bir neçə dəfə ona sərf edib, münasibətləri yoluna qoymaq 
istəsə də, hədə qorxu gəlsə də, heç nə alınmamışdı. Nöm-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
70
rəni dəyişməklə Meyqerdən canını qurtaran Culi əvvəlki 
sakitliyinə qovuşduğu üçün sevinirdi. Meyqerlə keçən bu 
bir ildə fikirləri alt-üst olmuşdu. Bu yaşına qədər arzula-
mış olduğu insanlarla çiyin-çiyinə durmaq qisməti olsa da, 
onların mübarizə üsullarını sevmədi. Düzdür, ona dünya-
nın hər yerində millətçilərin öz əqidələri uğrunda hər cür 
zorakalıq  üsullarına  əl  atdıqlarını  desələr  də,  misal  çək-
sələr də, o, bununla razılaşa bilmədi. Axı insanları ideya 
uğrunda necə qırğına vermək olar? O, bunu başa düşə bil-
mirdi. Bu üzdən əqidəsinə inamsızlıq yarandı. İndi o, əqi-
dəsinin orta xəttində dururdu. 
* * *
Almaniyaya  gəlməsindən  artıq  üç  il  ötürdü.  Çəkdiyi 
əziyyətlər bahasına ona olan inamı doğruldurdu. Son se-
mesterdən sonra şəklinin şərəf lövhəsinə vurulması onu 
daha da ruhlandırmışdı. Şükür edirdi ki, çətinlikləri arxa-
da  qoydu.  Həm  işləyir,  həm  də  oxuyurdu.  Özüdə  zarafat 
deyil,  belə  ali  məktəbin  şərəf  lövhəsinə  adı  düşmüşdü. 
Deməli, yuxusuz gecələr bəhrəsini verirdi. Otaq yoldaşları 
yatdıqları  üçün  zəif  stolüstü  işıqda  İnsan  anatomiyasına 
aid müxtəlif ədəbiyyatları araşdırması, insan orqnizminin 
sirlərini, xəstəliklərini, onlara qarşı müalicə üsullarını öy-
rənməyə çalışması onu digərlərindən fərqləndirməyə baş-
lamışdı. Otaq yoldaşları ona həqiqətən həsəd aparırdılar. 
Bu  oğlan  oxumaqdan  yorulmurdu.  Otaq  yoldaşlarından 
biri hər zaman onunla zarafat edir əgər buranı qurtara bil-
sən onun özünə həkim lazım olacağını – deyirdi. 
3 il sonra...
* * *
Buralarda yaz fəslinin öz gözəlliyi vardı. Torpaq oyan-
mış,  ana  təbiət  günəşin  istisini  hiss  etməyə  başlamışdı. 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
71
Qışın sərt soyuqlarını geridə qoyan meşələr qarını yeni-
cə  çırpmışdı.  Qəsəbəni  hər  tərəfdən  ağuşuna  alan  meşə 
zolağına kənardan baxanda tez-tez gəlib. gedən dumanın 
fonunda  təzəcə  tumurcuqlayan  ağacların  əzəmətini  hiss 
olunurdu. Günəş təzəcə çıxmağa başlayanda ətrafı çoxda 
sıx  olmayan  duman  bürüyür,  sonra  isə  bu  duman  əriyib 
itirdi.  Ümumuiyyətlə  təbiəti  şıltaq  olan  buraların  yağı-
şı da həmişə bol idi. Səhər tezdən yağan yağış günortanı 
keçməsinə baxmayaraq hələ də davam edirdi, kəsənə də 
oxşamırdı.  Çıxışdan  avtobus  dayanacağına  qədər  1  km 
olardı. Tərslikdən bu gün çətirini evdə unutmuşdu. Neylə-
sin? Getsə mütləq tamam islanacaqdı. Birdən xatırladı ki, 
bu gün saat 3-də Akt zalında həvəskar pianoçuların kon-
serti var. Lap yerinə düşdü, ki, yəqin o konsertdən çıxana 
yağış da kəsər. Bufetdən iki-üç peraşki alıb, akt zalına get-
di. Onsuzda musiqini çox sevirdi. Canlı ifalar ona xüsusi 
ləzzət verirdi. Özü bir il musiqiyə getmişdi. Azdan – çox-
dan musiqidən anlayışı olduğu üçün səhvləri tuta bilirdi. 
Ancaq yenədə ifalardan ləzzət alırdı. Gözlərinə inanmaq 
istəmədi.  Növbəti  və  sonuncu  ifaçı  Mətinin  tamaşaçıları 
salamlaması və repertuarını səsləndirməsi onu həqiqətən 
təccübləndirdi.  Özünə  arxayınlıqla  piano  arxasına  keçən 
bu gəncin ifası tək onu deyil, bütün zalı öz əsarətinə al-
mışdı. Culi sanki şokdaydı. Canlı olaraq belə gözəl ifa hələ 
dinləməmişdi. Duyğuların belə gözəl ifasını ancaq profesi-
onal pianoçular bacarardı. Zalda oturanların ayağa dura-
raq onu alqışlaması və təkidlə başqa musiqi səsləndirmə-
sini tələb etmələri gösrərirdi ki, hamının xoşuna gəlmişdi. 
Köksü fəxrlə qalxıb-enirdi. Axı bu oğlanı şəxsən tanıyırdı. 
Sonuncu musiqi burada oturanlara yad da olsa, yenə ha-
mını təsirləndirə bilmişdi. İfanın sonunda onu hamı ayağa 
qalxaraq  alqışladı.  Culi  arxa  qapıya  yaxınlaşanda  dostla-
rının onu araya alıb qucaqladıqlarını, onu necə təbrik et-


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə