Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

Bakıdakılara nisbətən (91%) daha az məktəbə gedi‐

blər.


3

Astarada oğlanlar da məktəbi tərk edir, ancaq

qızlara nisbətən oğlanların məktəbi tərk etmə faizi

daha azdır. İkincisi, kənd ərazilərində gender rolları

dərin kök salıb. 

Kişilər ailədə çörək pulu qazanan roldadır.

Qadınlar isə ev işləri, o cümlədən yemək bişirmək,

təmizlik, paltar yumaq, ütüləmək və uşaqlara bax‐

maqla məşğuldur. Bu o demək deyil ki, qadınlara

işləmək qadağan olunub. Ailədə ərin ölməsi və ya

işləmək qabiliy yətin də olmaması, iş tapa billməməsi,

ailəyə baxmaqdan imtina etməsi, kifayət qədər pul

qazana bilməməsi səbəbindən yaranan maliyyə

çətinlikləri zamanı qadınlar iş bazarında özlərinə iş

tapırlar. Onlar yalnız qadınlar üçün “qəbul edilən”

işlərdə, o cümlədən müəllimlik, bazarda və ya bağ

işlərində işləyə bilərlər. Qadınların işləmək imkan‐

larının bu şəkildə artımı hələ də onların statusunun

dəyişməsinə səbəb olmayıb. Qız ların yanlız ailə qur‐

maq və ev işləri üçün bir vasitə olması mentaliteti

nəsillədən nəsillərə ötürülüb və bunun dəyişməsi

çox çətindir.

Üçüncüsü, bu rayonun əhalisi arasında qızların

erkən yaşda ailə qurması ənənəsini var. Hazırkı

həyat bir çox aspektlərdə yarım əsr bundan

əvvəlkindən heç də fərqlənmir. Ailələrin bu münasi‐

bəti davam etdir mə si təbiidir, çünki bu, onların ən

çox bildikləri möv zudur. Oğlanların və gender rol‐

larının əhəmiyyəti ilə əlaqədar yuxarıda qeyd olunan

təsvirdən məlum olur ki, valideynlərin öz qızlarına

daha çox enerji sərf etməməsi heç də təəccüblü deyil.

Onlar qızlara uğurlu karyeraya sahib ola biləcək

qadın kimi deyil, yanlız gələcək həyat yoldaşı və ya

ana kimi baxırlar. Valideynlər bu ehtimalı nəzərə al‐

madıqları üçün, qız ların təhsilinin əhəmiyyətini dərk

etmirlər. Bu səbəbdən, öz qızlarının orta təhsillərini

başa vurması üçün təkid etmirlər. Bunun əvəzinə, qı‐

zların erkən yaşda məktəbdən çıxarılması daha geniş

yayılıb və bunun ən başlıca səbəbi valdeynlərin öz

qızlarını erkən yaşda evləndirmək arzusudur. 

Digər mürəkkəb məsələ isə ailənin maddi

vəziyyəti, ailə namusu ilə bağlı valideynin qayğısı,

qızların özlərinin evlənmək arzusu və təhsil sistemi‐

nin özünün zəif olması ilə bağlıdır ki, bütün bu prob‐

lemlər  oğlanlara üstünlük verilməsi və gender

rollarından əhəmiyyətli şəkildə təsirlənib. 

Hətta 2009‐cu ildə, Astara kənd məktəbində qız la ‐

rın orta təhsillərini başa vurmamalarının əsas səbəbi

erkən evlilikdir. Qanunun 17 yaşda evliliyə icazə ver‐

məsinə baxmayaraq, buradakı qızlar 13 yaşında belə

ailə qura bilirlər. Bu yaş tələblərinə baxmayaraq,

valideynlər dünyəvi  qanunların tələblərinə riayət et‐

mirlər. Bu rayonda ailələr arasında öz qızlarını erkən

evləndimək rəqabəti mövcuddur. Adətən, atalardan



Aygün Dadaşova ‐  Azərbay‐

canın Astara kəndindəki Maşxan

kənd orta məktəbinin müəlliməsi.

Kati Teylor ‐  ABŞ Dövlət De‐

partamentinin İngils dili üzrə

Kolleqası, Azərbaycanın Lənkaran

şəhərindəki “Azərbaycan İngils

Dili Müəllimləri” Assosasiyası ilə

birgə işləyir.

1

Rüblük Jurnal

23



daha çox analar öz qızlarının erkən yaşda ailə qur‐

masında qürur duyurlar və öz qızlarını erkən yaşda

ailə qurmağa sövq edirlər. Atalar isə bu qərarın veril ‐

məsinə müdaxilə etmirlər, çünki onlar evdə ol‐

murlar, işləyirlər.  Bu münasibət anaların digər

qızlarla uşaqlıqda apardıqları rəqabətin təzahürüdür.

Sadəcə, indi onlar öz qızlarından həyat oynunda isti‐

fadə edən yetkin qadınlardır. Analar öz qız larına

gözəl paltarlar geyindirir və onları gələcək ərlərinə

və ya evlilik yaşına çatmış oğulları olan analara nü‐

mayiş etdirirlər. Burada kifayət qədər maraqlı olan

məqam budur ki, oyun “ən yaxşı” və ya ən uyğun

kürəkəni tapmağı hədəf seçmir. Burada əsas məsələ

öz qızını kiminsə qızından daha erkən ərə ver‐

məkdir. Analar bir çox səbəbdən öz qızlarını erkən

yaşda evləndirmək istəyirlər. Bunlardan ən nəzərə

çarpanı ailənin maddi vəziyyətinin aşağı olmasıdır. 

Nəticə etibarilə, bu qədər kiçik gəlir vasitəsilə

ailənin iqtisadi vəziyyətini təkmiləşdirmək mümkün

deyil. Öz qızlarını erkən evləndirməklə onlar, uşaq

üzərində olan maliyyə öhdəliklərindən qurtulur və

bu öhdəlikləri yeni kürəkənə və ya onun ailəsinə

ötürürlər. Bundan əlavə, Azərbaycan mədəniyyətinə

görə, ailə namusu çox mühüm əhəmiyyət kəsb edir.

Ailələrin öz uşaqlarını müvafiq yeniyetmə yaşına

gəlməsini istəyir, uşaqların bundan sonrakı

davranışları isə daim onları düşündürür və onlar öz

qız və oğlanlarına görə daha çox narahat  olmağa

başlayırlar. Kişilər qadınlara nisbətən daha çoz

azadlığa sahib olurlar. “Oğlan oğlandır da” fəlsəfəsi

geniş yayılıb, halbuki, qızların belə bir imtiyazı yox‐

dur. Onlar üçün ciddi narahatlıq doğuran məsələ isə

qızların öz “əxlaqsız” davranışları ilə “pis” ad çıxara‐

cağı və bununla da ailənin namusuna ləkə gətirəcəyi

ehtimalıdır. Qızlar 7‐ci sinfə keçəndə, valideynlər

məktəbin övladlarına mənfi təsir edəcəyini

düşünərək, narahat olmağa başlayır. Әgər valideyn‐

lər digər qız şagirdlərin məktəbdə özünü pis

apardığını eşidirsə, onlar öz qızlarının da buna

bənzər hərəkət edəcəyindən ciddi narahatlıq keçir‐

məyə başlayırlar. Son nəticədə, məktəbin onların

uşaqlarını necə korla dığını və onlara xeyir ver‐

mədiyini düşünməyə başlayırlar. Onlar öz qızlarını

məktəbi tərk etməyə və gənc yaşda ailə qurmağa

cəsarətləndirməklə bütün bu narahatlıqlardan (onları

böyütməkdən) xilas olduqlarını düşünür. Çünki qı‐

zlarının davranışları bundan sonra artıq başqasının

(ərləri və onların ailələrinin) məsuliyyəti altında ola‐

caq. 

Biz bir çox qızın maliyyə vəziyyətinin onların



məktəbi bitirməsinə necə əhəmiyyətli dərəcədə təsir

etməsinin şahidi olmuşuq. Bu qızlarla evlənəcək

kişilər bəzən yaşca onlardan çox böyükdür və bir çox

halda uzaqda işlədikləri üçün gələcək həyat

yoldaşlarının məktəbdə başqa oğlanlarla

görüşəcəyindən qorxurlar. Fikrimizcə, onlar fikirləşir

www.aaa.org.az

GӘLİN, QIZLARIMIZA TӘHSİL VERӘK VӘ GӘLӘCӘYİMİZİ SAVADSIZLIĞA APARMAYAQ!

24



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə