Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

Meydana qanunauyğun şəkildə belə bir sual  çıxır: nə

vaxtadək  biz ölkəmizin tərəqqisi üçün həyati əhəmiyyət

daşıyan məsələlərə  bu qədər biganəlik göstərəcəyik? Axı

adicə Boloniya Bəyannaməsinin  dəqiq şəkildə həyata

keçiril məsi ali təhsilimizdə əsaslı  dəyişikliklərə gətirib

çıxara bilər. Axı hansı səbəbdən biz bu Bəyannamənin tət‐

biqindən əldə edə biləcəyimiz  sosial, iqtisadi, intellektual,

genetik, maddı mənfəətləri anlamağa, görməyə, hesabla‐

mağa  qadir deyilik? Yalnız ona görəmi ki, hətta müstəqillik

əldə etməyimizdən 17 il keçməsnə baxmayaraq,  biz hələ də

sovet ətalətindən uzaqlaşa bilməmiş, ilk növbədə  rəhbər‐

liyin nəzərində çox bacarıqlı görünmək, yuxarıların kön‐

lünü oxşamaq üçün  qısa zamanda müvəffəqiyyət gətirə

biləcək (əslində, görünə biləcək) işlərə  üstünlük verəcəyik?

Aydındır ki, təhsilin intellektual komponenti, onun əsaslı

şəkildə yeniləşməsi daha uzun vaxt, gərgin, bəzən vizual

cəhətdən görünməyən əmək tələb edir;  axı bu, təmir‐tikin ‐

ti, alınmış kompüterlərin nümayişi deyildir! Yəqin, elə

buna görə  zehni, insan inkişafına yönəldilmiş uzunmüd‐

dətli islahatlar  bir çox rəhbər məmurların təsəvvüründə o

qədər də səmərəli görünmür.

‐Boloniya Bəyannaməsinin əsas tövsiyələrinin

mahiyyəti nədən ibarətdir?

‐ Bəyannamənin birinci və ikinci müddəaları barədə

qısa şəkildə demək olar ki, onlar əsasən Avropa vətən‐

daşlarının işə düzəlmək imkanlarının artırılmasına və

Avropanın ali təhsil sisteminin beynəlxalq miqyasda

rəqabətqabiliyyətliliyinin gücləndirilməsinə yönəldilmişdir.

Bu istiqamətdə bir sıra məsələlərin həlli nəzərdə tutulmuş‐

dur, o cümlədən milli ali təhsil sistemində bütün ölkələr

tərəfindən asan başa düşülən və müqayisə aparmağı

mümkün edən  dərəcələr sisteminə keçid, ali təhsil

haqqında  diploma unifikasiya edilmiş yeni əlavənin təd‐

biqi,  ikipilləli ali təhsil proqramlarının  və ixtisaslaşmaların

həyata keçirilməsi. Bəyannamə birinci pillədə təhsil müddə‐

tinin 3‐4 il davam etdirilərək  bakalavr dərəcəsinin,   ikinci

pillədə isə 1‐2 il davam edən magistratura təhsilinin  və

magistr  dərəcəsinin verilməsini nəzərdə tutur. Qeyd edək

ki, Azərbaycanın  ali təhsil müəssisələrində bu sistemə hələ

1993‐cü ildə   keçilmiş və düşünmək olardı ki, ötən illər

ərzində xeyli dəyişikliklər baş vermiş, böyük nailiyyətlər

əldə edilmişdir. Әfsuslar olsun ki,  reallıq başqa mənzərəni

əks etdirir... 

Avropada bakalavr dərəcəsi ali təhsilin baza pilləsi

sayılır və əmək bazarında əsas ixtisas dərəcəsini təşkil edir.

Nəzərdə tutulmuşdur ki, orta hesabla mütəxəssislərin 80

faizi  bu pillədə hazırlanacaqdır.

Bir məsələyə də   təəssüf hissilə toxunmaq istərdim.

Nədənsə cəmiyyətimizin böyük hissəsində, hətta işə

götürənlər arasında bakalavr pilləsinin tam ali təhsil olma‐

ması barədə səhv fikir formalaşmışdır. Onlar bakalavriatı

əsl ali təhsil saydıqları magistr dərəcəsinə keçid  mərhələsi

kimi qəbul edirlər.  Belə münasibətə qəti şəkildə son qoyul‐

malıdır.


Hamı anlamalıdır ki, bakalavr tam ali təhsilli mütəxəs‐

Rüblük Jurnal

19



sisdir və o, öz bilik‐bacarıqlarını, kompetensiyalarını seçdiyi

ixtisas istiqaməti  üzrə əmək bazarının bir çox  sahələrində

geniş spektrda istifadə edə bilər. Həmin ixtisas dərəcəsi

şəxsiyyətin   əmək fəaliyyəti  şəraitinə daha asan   uyğunlaş‐

masına, adaptasiya olunmasına,  öz gücü   və imkanlarının

yoxlanılmasına da şərait yaradır. Və əlbəttə ki, əgər

müəyyən bir vaxtdan sonra  bakalavrda öz təhsil poten‐

sialının genişləndirilməsinə ehtiyac yaranarsa, hansısa

konkret peşə və elmi tələbatlarını  ödəmək  məqsədilə o,

növbəti təhsil pilləsinə –  magistraturaya qəbul oluna bilər.    

Bir daha təəssüflə qeyd edim ki, 15 ildən çox bir vaxtın

keçməsinə baxmayaraq, ölkəmizdə hələ də ikipilləli ali təh‐

sil sistemi Qərbdəki logistikanı  özündə ehtiva edə

bilməmişdir. Çəmiyyətimizdə   belə bir fikir formalaşmışdır

ki, əslində magistraturada təhsil bakalavriat proqramının

(kurikulumunun) mexaniki sıxılması yolu ilə qurulmuşdur.

Bunu elə magistrlər də,   ali məktəb müəllimləri  də  açıq

şəkildə etiraf edirlər. Məhz belə vəziyyətə görə  magistrlərin

çoxu adlarının yalnız universitet  jurnallarına daxil edilməsi

ilə kifayətlənərək,   tədrisin ilk günlərindən full‐time reji‐

mində işə qəbul olunur. Halbuki bütün təhsil müddəti

ərzində   həmin vaxt  magistrantın  kitabxanalarda müxtəlif

elmi ədəbiyyatla tanış olmasına, onların təhlilinə, kurs

işlərinin hazırlanmasına, esselərin yazılmasına, qrup şək‐

lində layihə fəaliyyətinə sərf olunmalıdır. 

Xaricdə təhsil alanlar üçün bu, adi və başqa cür

təsəvvür olunmayan bir prosesdir, bizdə isə...  Doğrudur,

Qərb universitetlərindəki magistrlərin də bir hissəsi tədris‐

dən kənar vaxtda professor köməkçisi kimi işə qəbul olu ‐

nur, lakin bu, yalnız daha yüksək hazırlıq nümayiş etdirən

magistrlərə bir imtiyaz kimi verilir. Axı  magistratura elə

məhz ona görə yaradılıb ki, təhsilin məzmunu  adekvat təh‐

silin və bacarıqların əldə edilməsini tələb edən təcrübi, elmi,

tədris fəaliyyətilə sıx şəkildə əlaqələndirsin.  

Boloniya Bəyannaməsinin digər mühüm müddəası

Avropa kreditlərinin qarşılıqlı tanınması və qəbul edilməsi

sistemidir. İlk dəfə kredit sistemi ABŞ‐ın universitet təh‐

silində yaranıb. Qeyd edim ki, kredit təlim əməyinin əmək‐

tutumluğunu səciyyələndirən   vahiddir, yəni onun

vasitəsilə tələbənin bilik həcminin və səviyyəsinin   riyazi

hesablanması üsuludur. Kredit  vasitəsilə həm də

müəyyən tədris materialının mənimsənilməsi üçün tələb

olunan vaxtı əks etdirmək mümkün olur. Eyni zamanda bu

elə bir mexanizmdir ki, onunla  digər ali təhsil müəs‐

sisəsində keçirilmiş kursların kredit şəklində  hesablanması

mümkündür. O, həmçinin yığım funksiyasını da yerinə ye‐

tirir, yəni tələbə təhsili fasilələrlə, ali təhsil müəssisələrini

dəyişdirərək və s. ala bilir. Yeri gəlmişkən, tələbə  kreditləri

istənilən müddət ərzində toplaya bilər və əvvələr

qazanılmış kreditlər itmir, buna görə də tələbə təhsildə

uzunmüddətli fasilələr edə bilər.      

Kredit sistemi Azərbaycanın 26 ali təhsil müəssisəsində

tədbiq olunmuşdur. 2010‐cu ilədək isə bu sistem bizim

bütün ali təhsil müəssisələrimizi əhatə etməlidir. Lakin

bügünkü reallıq  elədir ki, həmin sistemin bütün incəlik‐

lərinə yalnız Təhsil Nazirlıyinin əlaqədar işçiləri, ali təhsil

müəssisələrinin müəllim və rəhbərliyinin az bir hissəsi

dərindən bələddir. Məsələn, qəzetlərin birində müxbirin

“Kredit sisteminin mahiyyəti nədən ibarətdir?” sualına

həmin sistemin  neçə illərdir tətbiq olunduğu ali təhsil

müəssisələrindən birinin professoru  onu yüz ballıq qiymət

sistemi ilə əlaqələndirmişdir. Dosentlərdən biri  krediti

tələbə tərəfindən borc götürülən və sonradan qaytarılması

mütləq olan fənlər kimi izah etmişdir. Baş müəllim isə

demişdir ki,  imtahanda kəsilmiş tələbə yeni   sistemdə

kredit vasitəsilə pul ödəyir və yenidən imtahana buraxılır. 



‐  Kredit sistemi şəraitində təhsil alan tələbələrin

verdikləri tamamilə absurd cavabları sadalamağa   və on‐

lara şərh verməyə heç bir lüzum görmürəm.  Lakin bir

sualı səsləndirməyə bilmərəm:   hələ 2006‐cı ildə Respub‐

likanın Təhsil Nazirliyi tərəfindən qəbul olunmuş və

2007‐ci ildə əlavələrlə dəqiqləşdirilmiş “Ali təhsil müəs‐

sisələrində   kredit sistemi ilə tədrisin təşkili barədə

nümünəvi Әsasnamə” kimlərə ünvanlanmışdır?    

‐ Kredit sistemi tədbiq olunmuş bütün Avropa ali təhsil

www.aaa.org.az

BOLONİYA BӘYANNAMӘSİ: GERİLӘMӘYӘ HAQQIMIZ YOXDUR!

20



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə