Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   ...   13   14   15   16   17   18   19   20   21

PARADOKSLAR

Azərbaycanda təhsil sahəsində çalışan əcnəbi bir

işçi kimi qarşıma çıxan problem “deyilənlərlə edilən‐

lər”in üst‐üstə düşməməsidir. Mənim aid olduğum

mədəniyyətdə iş, fəaliyyət yüksək qiymətləndirilir.

ABŞ atalar sözləri isə bu dəyəri güzgü kimi özündə

əks etdirir. Məsələn, biz “insana əməllərinə görə

qiymət verirlər” deyirik və öz nəzəriyyəsini

təcrübədə sınayanlara hörmət edirik. Bu səbəbdən bir

təhsil sistemində məktəb direktoru qürurla deyəndə

ki, məktəbin kompüter öyrənmə mərkəzi var, ancaq

görəndə ki, o mərkəzin daimi elektriki belə yoxdur,

bu insanı çox məyus edir. Bəli, məktəbin kompüterli

otağı var, lakin o otaqda kompüter öyrənmək üçün

heç bir fəaliyyət göstərilmir, çünki kompüterləri işə

salmaq belə mümkün deyil. İşlədiyim məktəbdə bir

çox müəllimlərin fəaliyyəti, dedikləri sözlərlə üst‐

üstə düşmürdü. Bu, ölkəyə dəvət olunmuş insanları

onların sözlərinə qarşı şübhə ilə yanaşmağa vadar

edir. Eşidilənlərlə reallıq arasında rahat istiqamət

götürmək üçün sosial replikaları öyrənmək çox vaxt

aparır. 


İcazə verin, Azərbaycan haqqında heç bir dərin

anlayışı olmayan sadəlövh bir amerikalı kimi ilk dəfə

gəldiyim zaman, bu ölkədə gördüklərimdən danışım. 

Mən, itirilmiş imkanlar və təhsildən uzaqlaşmaq

üçün özlərini aldadan insanlar gördüm. Mən,

özlərini uğura həvəsləndirən, lakin cəhdlərinə dəyər

verməyən bir təhsil sistemi tərəfindən boğulan

tələbələr gördüm. Mən, sinif otaqlarında dərs demək

həvəsini itirən, pul qazanmaq üçün dərsdən kənar

məşğələlər keçirən müəllimlər gördüm. Mən, övlad‐

larının bacarıqları ilə qürur duyan, ancaq yenə də

rüşvətxorluğa şərait yaradan və bununla da övlad‐

larının potensialının tam inkişafına imkan verməyən

valideynlər gördüm. Mən, məharətli işçilər axtaran

iqtisadiyyat gördüm, lakin texniki bacarıqlar öyrədən

tədris planı görmədim. Mən, ali təhsilə yüksək

qiymət verən, ancaq korrupsiya nəticəsində öz

dəyərini itirmiş təhsil dərəcəsinə sahib vətəndaşlar

gördüm. Onu da deyim ki, tələbələrin, bu təhsil siste‐

mindən keçərkən öyrənmə və təhsil alma imkanlarını

itirməsini müşahidə etmək çox üzücü idi. 

Mən, tarixən təhsilə dəyər verən, lakin bu təhsili

qoruyub saxlamaq üçün müasir müəssisələr qur‐

mayan bir cəmiyyət gördüm. Fəvvarələr meydanın‐

dan Gəncəyədək, Naçıvandan Qubayadək qürurla

Nizaminin əsərlərini əzbərdən deyən, Hacıbəyovun

bəstələrini dodağının altında zümzümə edən, mək‐

təblərdə buz kimi otaqlarda çətinliklə qızınan uşaqlar

gördüm. 

H.Z. Tağıyevin evini dolaşdım və 1901‐ci ildə qı‐

zlar üçün inşa etdiyi məktəb haqqında öyrəndim.

Eyni zamanda, müasir Azərbaycanda çox erkən

Rüblük Jurnal

33

Amy Peterson Beynəlxalq Təhsil



üzrə Amerika Şurasının (ACTR/AC‐

CELS) Azərbaycandakı ölkə direk‐

torudur. 2003‐2005‐ci illərdə

Azər    bay      canda  ilk  könüllü  Sülh  Kor‐

pusunda xidmət göstərərək, İsmayıllıda

1 saylı orta məktəbdə İngilis dili və kom‐

püter bilikləri müəllim kimi fəaliyyət

göstərmişdi. Amy Peterson ABŞ‐ın

Corc Vaşinqton Universitetindən

Beynəlxalq Təhsil üzrə magistr dərəcəsi

alıb.


yaşlarında məktəbdən çıxarılan və öz arzularının re‐

allaşmasına heç vaxt imkan verilməyən qızlar

haqqında eşitdim. Qafqaz dağlarının zirvələrində

yerləşən kəndlərdəki evlərdə yaşayan, Tolstoyun şer‐

lərini əzbər deyən, Cek Londonun əsərlərindəki

macəraları nəql edən yaşlı kişiləri ziyarət etdim, hal‐

buki, gənc uşaqların oxumağa azərbaycan dilində

kitabları belə yox idi. Ailələrin artıq istifadə olun‐

mayan əlifbada yazılmış dünya ədəbiyyatı ilə dolu

kitab rəfləri olduğu halda, gənclərin müasir latın əlif‐

basında oxumağa lazımi resursları yoxdur. Zəngin

tarixlə acınacaqlı müasir dövr arasındakı paradoksla

üz‐üzə gəlmək çox üzücü idi.  

Mən, məğzdən daha çox görünüşə önəm verən

varlı bir ölkə gördüm. Mən, fiziki infrastruktur və

texnikada dəyişikliklər, lakin eyni zamanda mövcud

resurslardan faydalanmaq üçün bilik və bacarıqları

çatmayan müəllimlər gördüm. Mən, texnikadan isti‐

fadə edə biləcək əllərə sahib tələbələr, lakin təhsilini

artıra bilmək üçün internetdən istifadə edə bilən çox

az müəllim gördüm. Mən, dəyərli iş arzulayan , lakin

buna uyğun bilik və bacarıqları olmayan gənclər

gördüm. 

Müəllim kimi işlədiyim həmin iki ildə gördüyüm

paradoksların çoxu hələ də mövcuddur. Mən hələ də

düşünürəm ki, təhsil sistemində mövcud olan bir sıra

aspektlər tələbələrin potensialının tam inkişafı üçün

imkanlar yaratmaq əvəzinə, daha çox onları bu

imkandan uzaqlaşdırır. Bunu ona görə deyirəm ki,

Azərbaycanda həyatım boyu tanıdığım ən istedadlı

və peşəkar insanlar arasında işləmək fürsətim olub.

Mən xaricdə təhsil alan insanları nəzərdə tutmuram.

Bu gözəl insanlar mənim bir çox amerikalı iş

yoldaşlarımdan qat‐qat artıq istedad sahibi və Azər‐

baycandakı təhsilin məhsuludurlar. Bu isə sistemin

üstün tərəflərinin olmasından xəbər verir. Bir çoxları,

təhsil sistemini, artan islahatlar vasitəsilə inkişaf et‐

dirməyə çalışırlar. Hazırda Təhsil Nazirliyində və

QHT‐lərdə mövcud olan proqramlar da öz ölkələri

üçün fəxarət mənbəyi olan istedadlı və onları əhatə

edən dünyadan xəbərdar azərbaycanlı gənclər üçün

bu cür dəyişiklikləri təmin edir.



GÖRDÜYÜM POTENSİAL

Paradokslarla dolu olan bir təhsil sisteminə şahid

olan mənim kimi bir qonaq nə edə bilərdi? Bir şeyi

eşidib, onun əksini görmək kimi bir ümidsizlikdən

necə yan keçə bilərdim? Mən, keçmişin gücündən

dəstək alan gələcəkdəki potensialı görməyi öyrən‐

məyə məcbur idim. Mən, Azərbaycanda hər bir

tələbədə, hər bir müəllimdə və hər bir valideyndə

potensial görürəm. Tələbələr öz bilik və bacarıqlarını

artırmaq üçün yolları araşdırırlar; onlar ölkələrində

və xaricdə ən yaxşı təhsil imkanları axtarırlar. Müəl‐

limlər yeni metodlar öyrənir və islahat prosesinə

Təhsil Nazirliyini də cəlb edirlər. Məktəb direktorları

tələbələri lazımi resurslarla təmin etmək məqsədilə

məktəbləri maliyyələşdirmək üçün yeni metodları

testdən keçirərək yerli hökümətlə birgə işləyirlər.

Təhsil Nazirliyi də öz növbəsində, ibtidai və orta təh‐

sili dünya standardları ilə bərabər səviyyəyə qaldır‐

maq və ali təhsili Boloniya prosesi vasitəsilə Avropa

sistemi ilə bərabər tutmaq üçün tədris planına iri

miqyaslı dəyişikliklər edir. Bunlar, atılacaq addım‐

lardır və mən inanıram ki, bu addımlar təhsil müəs‐

sisələri rəhbərlərinin dedikləri isalahatlarla üst‐üstə

düşəcək iddialardır. 

Ali təhsildə öyrənmə vasitələri olan – danışıq

klubları, könüllü layihələr, xarici dil kursları, bacarıq

artıran kurslar və xaricdə təhsillə bağlı proqramlar

tapmaq üçün can atan tələbələr görürəm. Hazırda bu

imkanların əksəriyyəti təhsil sistemindən kənardadır

‐ tələbələr iş yerlərinə daxil olanda onlara lazım ola‐

caq bilik və bacarıqları toplamaq üçün universitet

şəhərciklərini tərk edirlər. Әgər tələbə işdə məktəbdə

öyrəndiklərindən daha çox öyrənəcəyini düşünüb

dərslərdən yayınaraq özünə iş tapıb işləyirsə, deməli,

universitet sistemi dəyişməlidir. 

Әgər, hazırki təhsil sistemi məqsədyönlü

akademik və professional inkişaf üçün lazımi imkan‐

lar yaratmırsa, tələbələr təhsillərini inkişaf etdirmə

www.aaa.org.az

AZӘRBAYCANDAKI TӘHSİLLӘ BAĞLI DÜŞÜNCӘLӘR

34



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə