bir təqdimat apardım. Sonda, ölkə haqqında əlavə
məlumat toplamaq üçün mənə ən çox sual verən tələbə
deyil, müəllim oldu.
FİKİR AZADLIĞI
Sən ifrat bir şey etmək istəyirsənsə, Amerika kollec ‐
ləri bunun üçün ideal bir yerdir. Bu, şişirtmə deyil. Sən
istədiyin qədər həyatını, şəxsiyyətini və maraqlarını
təcrübədən keçirə bilərsən. Әksər amerikalı tələbələr öz
şəhərlərindən uzaqlarda yerləşən universitetləri seçirlər
ki, özlərini günahkar saymadan, dost və əqrəba
tərəfindən hədə‐qorxu hədəfinə çevrilmədən istədik‐
ləri hər bir şeyi edə bilsinlər.
Universitetlər həmçinin liberal düşüncə məkanıdır:
həm müəllimlər, həm də tələbələr öz fikirlərini azad
ifadə edirlər. Məncə, oxuduğum illər ərzində gördüyüm
anti‐müharibə, anti‐abort, anti‐hökümət və anti‐sən‐
adını‐qoy kampaniyalarının sayı həyatım boyu
gördüyüm hər bir şeydən çoxdur. Şübhəsiz, bu cür
emosional partlayışlara məhdudiyyət yoxdur: bu ya
bəzilərini maraqlandırır, yaxud da, heç bir maraq oyat‐
mır. Beləliklə, sənin etirazına, boykotuna böyük marağı
və ya zəif iştirakı ilə çəki verən xalqdır..Müəllimlər dini,
siyasi və bir sıra başqa şəxsi məsələlərə rəy verməkdən
çəkinirlər. Onlar hər bir kəsin düşünmə tərzinə və sər‐
bəst davranış hüquqlarına hörmətlə yanaşırlar.
Azərbaycanda sinifdə öz fikrini ifadə etmək müəm‐
malı səslənir. Әlbəttə, hər bir kəsin dərsə hazırlıqlı
gəlməsi vacibdir, lakin bu, yalnız kitabdan oxuduğun
bir‐iki abzasdır. Öz fikirlərinə gəldikdə isə bu, öyrənmə
prosesində yersiz hesab olunmasa da, ikinci dərəcəli
hesab olunur. “O kitabı ağıllı insanlar yazıb və sənin nə
düşündüyün məni maraqlandırmır. Sussan və
öyrədiləni öyrənsən yaxşı olar” onu sınamaq istəyən
cəsarətli tələbəyə müəllim belə cavab verər.
EPİLOQ: EHTİYACINDA OLDUĞUMUZ
DӘYİŞİKLİK
Bu məqaləni yazarkən, mən bir neçə dostumla
qeyri‐rəsmi söhbət etmişəm və onların hamısı həm
Azərbaycanda həm də Amerikada təhsil alıblar. İki təh‐
sil sistemi arasındakı uyğunsuzluqları axtarıb tapmaq
üçün on dəqiqəyə yaxın müzakirə apardıq. Biri dedi ki,
Azərbaycanda təhsil faktiki olaraq mövcud olmadığı
halda, Amerikada hərəkətlidir. Digəri israr etdi ki,
Amerika institutları liderlik və qərar verməni dəstək‐
lədikləri halda, Azərbaycan tədris müəssisələri fərdi
düşünmə və yaradıcı yanaşma qarşı mübarizə aparır.
Bəziləri razılaşdılar ki, Amerikada münasibətlər insan‐
ların qabiliyyətlərinə görə qurulduğu halda Azərbay‐
canda korrupsiya “böyük bir bəladır”. Amerika təhsil
müəssisələri isə cəmiyyət üçün yüksək əmək və zəka
sahibi olan məzunlar yetişdirir.
Mənim əlavə olunacaq yalnız bir fikrim var: əgər
cəmiyyətimizdə dəyişiklik istəyiriksə, təhsildən başla‐
malıyıq.
Rüblük Jurnal
31
MӘNİM FİKRİMCӘ
Azərbaycanda və mənim vətənim ABŞ‐da təhsil
prosesi fərqlidir və mən bu fərqlərin bəzilərini təsvir
etməyə çalışacağam. İsmayıllıda yerləşən 1 saylı orta
məktəbdə iki il ərzində ingilis dili və kompüter bilik‐
ləri dərslərini keçdiyim müddətdə zəhmətkeş müəllim
və çalışqan tələbə kimi Azərbaycanın təhsil sistemi
haqqında öyrənmişəm. İndi isə, Bakıda beynəlxalq bir
təhsil müəssisəsində işləyərək, yüksək rəqabətli bir
prosesdən keçərək ABŞ‐da təhsil almaq üçün seçilmiş
azərbaycanlı gənclərin səylərini müşahidə edirəm.
Həm İsmayıllıdakı şagirdlərim, həm də bizim pro‐
qramın məzunları özünəməxsusdurlar və məni
gündəlik işimdə ruhlandırırlar. Ancaq onlar bu ölkədə
təhsilin fərqli‐fərqli tərəflərini təmsil edirlər.
Azərbaycandakı təhsillə bağlı fikirlərimi sizlərlə
dəqiqliklə bölüşmək üçün mən xaricdə təhsil almış elit
təbəqənin dəyişikliklərə təsir etmə potensialı ilə, çiyin‐
lərində gələcəyin yükünü daşıyan sıravi vətəndaşları
yanaşı tutmalıyam. Mən bunu etməyə qadirəm, çünki,
İsmayıllıdakı iki illik müəllimlik fəaliyyətim Bakıdakı
işimlə böyük bir ziddiyyət təşkil edir. Әminəm ki,
Azərbaycanın xaricdə təhsil almış elit təbəqəsi ölkənin
təhsil və iqtisadiyyat kimi geniş sahələrinin gələcək
inkişafında qabaqcıl rol oynamaqda israrlıdır. Bunun
üçün isə onlar Azərbaycana fayda vermək üçün
qazandıqları elmi sərvətdən ölkədəki bütün gənclərlə
əlaqəli şəkildə faydalanmalıdırlar.
Bu fikrə giriş olaraq qeyd etmək istərdim ki, mən
təhsili, eləcə də onun fərdlərə və cəmiyyətə göstərdiyi
müsbət təsirini çox yüksək qiymətləndirirəm. Təhsil
bizə fundamental biliklər verərək özümüzü bu bilik‐
lərin bazasında tənqidi göz və bacarıqlı əllərlə inkişaf
etdirmək imkanı verir. Təhsil hər yerdə davam edən
bir prosesdir‐evdə, məktəbdə, iş və ya şəxsi əlaqələr
vasitəsilə. Hər bir cəmiyyət müxtəlif metodlarla gən‐
clərə təhsil verir. Buna görə də bir mədəniyyətdən
digərinə keçərkən gənclərin dünyaya baxışlarındakı
fərqləri də nəzərə almaq labüddür. Mən bu ölkədə
təhsili müxtəlif aspektlərdən müşahidə etmişəm, lakin
həmişə “təhsil qəpiyi”nin iki tərəfinə qayıdıram – per‐
spektivi olan və perspektivi olmayan təhsil.
Azərbaycandakı təhsil kimi geniş mövzu ilə
üzləşəndə, sadə‐elit, kənd‐şəhər, təhsil‐öyrənilənlər
kimi müqayisələrdə aydın şəkildə müşahidə olunan
paradoksla qarşılaşıram. Akademik təcrübəsi olmayan
bir əcnəbi kimi, gördüyüm bəzi paradoksları analiz
etmək və şahidi olduğum qeyri‐bərabər imkanların
gətirib çıxardığı gərgin vəziyyətdən qurtulma yollarını
müzakirə etmək istərdim.
www.aaa.org.az
AZӘRBAYCANDAKI TӘHSİLLӘ BAĞLI DÜŞÜNCӘLӘR
32
AZӘRBAYCANDAKI
TӘHSİLLӘ BAĞLI DÜŞÜNCӘLӘR