Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   ...   13   14   15   16   17   18   19   20   21

Nəticədə  isə bir gecəyə toplanan bilik çox zaman semi‐

nar və ya imtahan bitdikdən sonra unudulur. 



BEŞ ADAM VӘ PITSA

Әnənəvi olaraq, müəyyən universitetlərin təlim

metodlarının əsasında tədqiqatlar (case studies) təşkil

edir. Harvard buna yaxşı nümunədir. Roçester

Texnologiya İnstitutu da real və uydurma şirkətlərin

problemlərini həll etmək üçün fərqli keyfiyyətə və mil‐

liyətə mənsub olan tələbələri işə cəlb etmək kimi yaxşı

təcrübəyə malik idi. Mən “Global Marketing” dərsində

ikisi amerikan, biri türk və biri də puerto rikalı olan 5

tələbədən ibarət qrupda  olduğumu xüsusilə xatır‐

layıram. Bu birgə qulaq asıb son qərarı qəbul edən,

müxtəlif mədəniyyətli olan komanda üzvləri ilə ilk iş

təcrübəm idi. Xatırlayıram ki, beşimiz də içkilərimiz və

iri pitsamız qarşımızda kitabxanada  oturub mühüm bir

məsələ  ətrafında müzakirə aparıb “dalaşırdıq” (daha

dəqiqi, dünya üzrə müxtəlif bazarlarda özümüzün uy‐

durduğumuz bir məhsula qiymət qoyma strategiyası

üzərində mübahisə edirdik) və birdən  ağlıma gəldi ki,

bu cür çalışmağımız  adi bir müəssisədəki işçi iclasına

bənzəyir.  Professorlar təhsil təcrübəmizin həqiqi biznes

mühitinə oxşar olması üçün bizi qruplarda işləməyə

həvəsləndirirdilər.

Azərbaycanda heç vaxt tədqiqat metodundan isti‐

fadə etmədiyimə görə, iki yanaşmanı müqayisə etmə

imkanım yoxdur. Doğrudur, ölkəmizin bəzi özəl elm

müəssisələri bu metoddan istifadə etməyə başlayıblar.

Lakin buna baxmayaraq tədqiqat metodundan tam isti‐

fadə edilməsinə hələ çox var.  



SӘN BUNU EDӘ BILMӘZSӘN! 

Amerika məktəblərində qadağalar çox da müşahidə

olunmur. Әlbəttə, auditoriyaya çılpaq gəlib həyasızlıq

etmək olmaz, ancaq sən fikirləşdiyini deməkdə və

özünü rahat hiss etdiyin şəkildə aparmaqda sərbəstsən.

Tam başqa bir düşüncə tərzinə malik, fərqli təhsil sis‐

teminin məzunu kimi mən, bu yeni reallığa uyğunlaş‐

malı idim. Bu, çox xoşagələn bir keçid idi. Dəyişikliklər

sinfə soyuq alma şirəsi gətirmək, ayağını bir‐birinin

üzərinə aşıraraq stulda oturmaq, auditoriyaya sərbəst

şəkildə girib‐çıxmaqla başladı. 

Amerikada müəllim‐tələbə münasibəti iki bərabər

tərəflər arasında olan münasibətdi. Azərbaycanda isə bu

münasibətləri xarakterizə edən müəllimin “üstünlüyü”

və tələbənin “əskikliyidir”. Amerikada professor sənə

sual verir və tələbələr arasında debata həvəs oyadır. Әl‐

bəttə, müəllimin hər zaman müdaxilə etməyə və ya bir

ideya təklif etməyə haqqı var. Lakin bu cür müdaxilələr

fikir sahibi olan şəxsi fikrindən daşındırmaq demək

deyil. Bu, qərar vermək deyil, əksinə, problemi həll et‐

məyin bir çox yolları olduğunun başa düşülməsi kimi

dəyərli müzakirəyə, yüksək hədəfə müəllimin də maraq

və sövq göstərdiyini  nümayiş etdirir. 

Bir çox dərslərdə mən, keçmiş Sovet İttifaqından

olan yeganə insan idim və bir çox məsələlərdə fikir

ayrılığı üstünlüyündən zövq alırdım. Mənim təcrübəm

köhnəlmiş hesab olunmurdu. Әksinə, bu unikal və

ciddi potensiala malik ideyalar kimi görünürdü. Bir

dəfə mən Azərbaycan televiziyasındakı reklamların

başlanma erası haqqında danışdım və auditoriyada

oyat dığım maraq məni təəccübləndirdi. Dinləyicilər, heç

bir mühakimə yürütmədən, sadəcə olaraq qulaq as‐

maqla unikal bir təcrübəni başa düşməyə çalışırdılar. 

Azərbaycanda sən hər yerdə qadağalarla rastlaşır‐

san: dərsdə nə içə, nə də yeyə bilərsən, nə də icazəsiz

auditoriyanı tərk edə və yaxud da, istədiyin kimi

hərəkət edə bilərsən. Әn əsası isə, sən müəlliminin söz ‐

lərinin həqiqətə uyğun olub‐olmamasını açıq şəkildə

şübhə altına ala bilməzsən. “Müəllim, mən Sizinlə  razı

deyiləm” ifadəsini əksər hallarda Azərbaycan univer‐

sitetlərinin auditoriyalarında səsləndirə bilməzsiniz. Bu‐

rada müəllimlərin fikirləri ilə bağlı sual yaratmaq

onların nüfuzlarını sual altına qoymaq deməkdir. “Bu‐

rada böyük mənəm, böyük isə hər zaman haqlıdır”

deyə müəllim özünə bəraət qazandırır. 

“HÖRMӘT”: OKEANIN HӘR İKİ 

TӘRӘFİNDӘ FӘRQLİ MӘNA 

Təhsildə rüşvətxorluq dəhşətli bir fenomendir və

cəlb olunan bütün tərəfləri, hər şeydən əvvəl tələbə və

müəllimləri zəiflədir. Bu, isə çox vaxt müəllimləri

həvəslə işləmək, tələbələri isə həvəslə oxumaq

istəyindən uzaqlaşdırır. 

Azərbaycanda tələbə müəllimə yaxınlaşarkən işlət‐

diyi “hörmət” sözü müəllimin tələbənin biliyinə verdiyi

qiymət və tələbəyə göstərdiyi münasibəti rüşvətlə ələ

almaq mənasını kəsb edir. 

Müəllim və tələbələr heç bir mənfi əlaqələrlə bir‐biri ‐

nə bağlanmadıqlarına görə, onlar sərbəst şəkildə söhbət

və müzakirələr edə bilir. Әn vacib məsələ bundan

ibarətdir ki, onlar auditoriyanı öyrənmək və öyrənilən

bilikləri təcrübəyə tətbiq etmək üçün ən  yaxşı mühit

hesab edirlər. Onlar bir‐birindən öyrənirlər və bu,

sadəcə gözəl sözlər deyil. Dərslərimin birində zəngin

mədəniyyət nümunəsi kimi Azərbaycan haqqında qısa

www.aaa.org.az

“MÜӘLLİM, MӘN RAZI DEYİLӘM!”. ATLANTİK OKEANIN O TAYINDA FӘRQLİ TӘLİM VӘ TӘHSİL 

30

Amerikada eyni sözün tam fərqli mənası var:



müəllimlərə hörmət edirlər, çünki onlar bilik‐

lidirlər və tədris müəssisəsində tələbələrin

taleyinin üzərində müəyyən bir qüvvəyə sahib‐

dirlər. Hörmət, çox vaxt müəllimin sənin haqqında

fikrini yalnız tədris müəssisəsindəki perfoman‐

sına görə müəyyənləşdirməsi səbəbindən irəli

gəlir.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə