Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   ...   13   14   15   16   17   18   19   20   21

Rüblük Jurnal

27



www.aaa.org.az

“MÜӘLLİM, MӘN RAZI DEYİLӘM!”. ATLANTİK OKEANIN O TAYINDA FӘRQLİ TӘLİM VӘ TӘHSİL 

28

“MÜӘLLİM, MӘN RAZI DEYİLӘM!”.



ATLANTİK OKEANIN O TAYINDA 

FӘRQLİ TӘLİM VӘ TӘHSİL

PROLOQ: ӘCNӘBİ HӘQİQӘT

Nyu Yorkda olduğum ilk həftələrdə, qaldığım otelin

liftinə minəndə 5‐ə 3 dəqiqə qalırdı. “Muskie”

təqaüdünün bir hissəsi olan magistr dərəcəsi aldığım

Roçester Texnologiya İnstitutunun Biznes Kollecində ilk

rəsmi dərsimə saat 5‐də yola düşəçək  avtobusla  çat‐

malı idim. Çölə çıxanda avtobus artıq yola düşmüşdü ‐

mən onu ancaq  uzaqdan  görə bilirdim. Cəmi bir

dəqiqə gecikməyimə baxmayaraq, avtobus artıq yox idi.

İnana bilmirdim, lakin bu cür yeni reallıqlara artıq

uyğunlaşmalı idim ‐ burda hər şey Bakıdakı kimi ləng

deyildi. Qrafik üzrə növbəti avtobusun sabaha səhər

tezdən yola düşdüyü  üçün və taksi tutmağa vaxt ol‐

madığına görə mən piyada getməyə və ya  daha dəqiq

desək, beş kilometr aralıda yerləşən universitetə qaça‐

qaça getməyə məcbur idim... Bu qədər yolu qaça‐qaça

getmək dəhşət idi.

Mən sinifə daxil olanda otaq insanlarla dolu idi və

qısaboy, dolu və gümrah görkəmli Fil Tayler ‐ marke ‐

tinq üzrə professor, özünü auditoriyaya təqdim edirdi.

“Gecikdiyim üçün üzr  istəyirəm.  Avtobusa çata

bilmədim ” deyərək üzrxahlıq etməyə başladım. “Cəmi

bir dəqiqə gecikməyimə baxmayaraq, avtobus çıxıb get‐

mişdi. Sizin ictimai avtobus sisteminiz çox pisdir: avto‐

bus yalnız bir saatdan bir yola düşür..” Fil Tayler

eynəyinin altından mənə baxıb gülümsəyərək dedi:

“Ancaq avtobus vaxtında gəlmişdi. Gecikən isə sən

idin.”


Bu kiçik epizod onu göstərirdi ki, ABŞ ilə Azərbay‐

can arasında fərq çoxdur və mən bu fərqliliklərlə

razılaşmaq məcburiyyətində idim. Әksər hallarda,

Azərbaycanda çox işlənən  günahı başqasında görmək

kimi köhnə metod burada keçərli deyildi. Burada öz

hərəkətlərinə görə daşıdığın məsuliyyət hissi “bəxtim

gətirmədi” fəlsəfəsinə üstün gəlir. Lakin ən vacibi o idi

ki, bu mənim müəllimlə auditoriyada ilk görüşüm idi

və Fil Tayler məndə mülayim və eyni zamanda

qətiyyətli bir şəxs təəssüratı yaratdı. Daha sonra mənə

məlum oldu ki, Roçester Texnologiya İnstitutunda

müəllimlərin əksəriyyəti belədir. 



“PROFESSOR” VӘ “MÜӘLLİM” ANLAYIŞLARI:

ENTUZİAZM BOŞLUĞU

Әgər Roçester Texnologiya İnstitutundakı professor‐

ları (Amerika kolleclərində müəllimlərə çox zaman pro‐

fessor deyə çağırırlar) bir‐iki sözlə təsvir etmiş

olsaydım, deyərdim ki,  onlar ədalətli, bilikli, yardım‐

sevər, açıq fikirli, sərbəst və ruh yüksəkliyi ilə işləyən

şəxslərdilər. Ancaq Azərbaycandakı müəllimlərimi

düşündükdə (əslində həm orta məktəbdə, həm də uni‐

versitetdə mənim yaxşı müəllimlərim olub) deməliyəm

ki, hələ də bu iki qrup arasında böyük fərq var. Bəs bu

fərq nədədir? Bu, bir çox məsələlərdə özünü biruzə

verir, onlardan bəzilərinin böyük, bəzilərinin isə kiçik

olmasına baxmayaraq bu məsələlərin hamısı müəllim‐

tələbə münasibətinə təsir göstərir. Әsas fərq, məncə, ruh

yüksəkliyi, və ya entuziazm, məsələsidir. 

Sirr deyil ki, qərbdəki müəllimlər Azərbaycandakı

həmkarlarına nisbətən maliyyə baxımından daha təmi‐

natlı olurlar: onların həmçinin, akademik (nəşriyyatlar,

konfranslar, professional assosiasiyalar) və şəxsi

(kompyüterlər, sinif otaqlarındakı texniki avadanlıq)




resurslardan istifadə etmə imkanları var. Təəssüf ki,

odlar diyarında zəif işıqlanmış, zəif qızdırılmış və zəif

təchizatı olan sinif otaqlarında müəllimlər gənclərə elm

işığını mənimsətmək üçün çətinliklərlə qarşılaşırlar. 

Bəziləri mübahisə edərlər ki, hazırda Azərbaycanda

bir çox universitetlər ən yeni informasiya

texnologiyaları, təzə yazı masası və stullarla təchiz olun‐

muş müasir sinif otaqlarına  malikdir. (Şükürlər olsun,

neft gəlirlərinin sayəsində!) Halbuki, tələbələrin  ək‐

səriyyəti fənnləri köhnə təlim metodları ilə tədris edən,

Bakının Fəvvarələr meydanında dilənən dilənçilərdən

daha az pul qazanan və tələbələrə yaxşı qiymət yazmaq

üçün rüşvət istəyən müəllimlərlə üzləşirlər.

Bu isə biliyi digərləri ilə bölüşdürmək, dəyişikliklər

etmək üçün tələbələri ruhlandırmaq kimi nəticələr ver‐

mir. Әslində, Azərbaycanda tanıdığım ruh yüksəkliyi ilə

çalışan müəllimlərin əksəriyyəti maddi cəhətdən təmi‐

natlı, yəni maddi rifahi yüksək olan ailələrin üzvləri  və

ya repetitor kimi çalışan müəllimlərdir. 

MӘN BUNUN HAMISINI OXUMALIYAM?!

Birinci dəfə, dərsdən əvvəl oxunması  vacib olan ma‐

terialları ‐ ən azı 100 səhifəlik  əsas  dərslik, əlavə oxu

üçün 2 kitab və 35 səhifəlik araşdırmanı görəndə şoka

düşdüm. Bu qədər dərslik Azərbaycanda bir fənn üzrə

birillik oxunan materiallara bərabərdir. 

Bu, Amerikada tələbə‐müəllim münasibətlərinin

əsasını təşkil edir. İdeya çox sadədir: müəllim audi‐

toriyada tələbəyə bütün nəzəri detalları başa salmaq

üçün vaxt sərf etmir ‐  o, tələbədən və digər dinləyi‐

cilərdən bunları bilməyi tələb edir. Әvəzində isə o, audi‐

toriyada  tələbələr arasında müvafiq mövzular ətrafında

müzakirələr aparır. “Kütləvi media tarixi” dərsimdə

bizim müəllim Rudi Puqliz vaxtın çox hissəsini sual ver‐

məyə sərf edirdi və bu suallar radionun kəşf olunma

tarixi və ya işləmə prinsipləri kimi spesifik suallar yox,

daha çox səbəbləri araşdıran “nə üçün” sualı idi. “Bu nə

cür tarix dərsidir?” deyə təəccüblə düşündüm. “Mən

nəyin, və nə üçün baş verdiyini haradan biləcəyəm və

bilsəm belə, bu kim üçün maraqlıdır?” Daha sonra mən

başa düşdüm ki, hər şeydən öncə bu bizim mübahisə

etmə bacarıqlarımızı inkişaf etdirmək və möhkəm‐

ləndirmək məqsədi daşıyır. Məntiqi izahatı çox sadə və

aydın idi: biz lazımsız statistik məlumatlar  toplamaq və

kitab oxumaqla deyil, problemləri təhlil etmək və on‐

ların həlli yollarını  göstərməyi bacaran məzunlar kimi

universiteti bitiririk. 

Azərbaycanda da oxumaq vacibdir. Lakin bu

konkret təlim və ya mühazirə vasitəsi ilə  həyata keçiri ‐

lir. Beləliklə, müəllimin auditoriyada arxaya‐qabağa

gedərkən oxuduğu mühazirəni kağız üzərinə cızma‐

qara etdiyin zaman nəinki debat, heç muzakirə də baş

vermir. Tələbələr əksər hallarda yalnız imtahana və

bəzən seminarlara hazırlaşarkən  dərs oxuyurlar.

Rüblük Jurnal

29

Rəşad Bayramov Edmund S. Muskie Fel‐



lowship programının 2002‐2003‐cü il

məzunudu və Roçester Texnologiya İnstitutu‐

nun Kommunikasiya və Marketinq üzrə təbii

elmlər üzrə magistr dərəcəsinə və Azərbaycan

Dillər Universitetinin ingilis dili üzrə human‐

itar elmlər üzrə magistr dərəcəsinə malikdir.

ABŞ‐dan qayıdandan sonra brend haqqında

məlumatlansdırılma və BP brendinin şirkətin

daxilində va xaricində gücləndirilməsi

məqsədilə 2004‐cü ilin iyulunda Rəşad BP‐yə

Kommunikasiya və xarici əlaqələr şöbəsinə

brend üzrə mürəxəssis vəzifəsinə işə

düzəlmişdir. Raşad həmçinin 2004 və 2005‐ci

illərdə BP Helios mükafatı proqramının Qafqaz

regionunda və Rusiyada koordinatoru olmuş‐

dur. 2006‐cı ildə Raşad Azərbaycanda ölkə üzrə

BP brendnini təhqiqat rəhbəri olmuşdur: bu iş

BP‐yə Azərbaycanda öz imigini anlamaq kömək

etmiş və cəmiyyətlə qarşılıqlı faydalı əlaqələrinin

qurulması üçün sahələr müəyyən etmişdir.

2007‐ci ilin sonunda Rəşad BP işçilərinin Kom‐

pas jurnalına və şirkətin işcilərin cəlb edilməsi

proqramına  məsul olan şöbə müdiri vəzifəsinə

təyin edilmişdir. BP‐dən əvvəl Rəşad Avropa

Təhlükəsizlıyı və Әməkdaşlığı Təşkilatının

(ATӘT) Bakı ofisində Siyasi və Mediya

köməkçisi və “Internews Azerbaijan”da (media

inkişafı üzrə QHT) Kommunikasiya üzrə məs‐

ləhətçi vəzifələrində çalışıb. 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə