Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

müəssisələrində müəllim öz fənninin öyrənilməsinin

nəticələrinə verilən tələbləri tərtib etməli,   universitetin

portalında şəxsi səhifəsini hazırlamalı, burada tədris etdiyi

fənləri, tərtib etdiyi tədris proqramlarını əks etdirməli,

tələbələrin müstəqil fəaliyyəti üçün lazım olan məlumat

mənbələrinin, elektron istinadlarının siyahısını yer‐

ləşdirməli və daim yeniləşdirməlidir. O, həmçinin öz audi‐

toriya məşğələlərinin mətnlərini və multimediya

müşayiətini (slaydları), seminarların planlarını, yoxlama

işlərinin məzmununu, testləri  və s. də öz internet səhifəsinə

daxil etməlidir.

‐Fikrinizcə, qaldırdığınız problemləri  hansı yolla

daha  da aktuallaşdırmaq və geniş içtimaiyyətin fikrini

Boloniya prosesinə cəlb etmək olar?

‐ Son 5‐6 ildə   dəfələrlə demişəm, yenə də təkrar etmək

istəyirəm ki, hər hansı islahat tədbirləri yalnız o vaxt

əhəmiyyətli nəticə verə bilər ki, onun mahiyyəti həmin

dəyişiklikləri həyata keçirməli  olan şəxslərin hamısı üçün

tam və birmənalı şəkildə aydın olsun. Heç kim üçün sirr

deyil ki, bizlərdə  nəyin islahata məruz qalmasının, onun

nəyə görə aparılmasının, gözlənilən çətinlik və,  problem‐

lərin mahiyyətinin, islahatın uğurlu həyata keçirilməsi üçün

kimin nəyi edəcəyinin və bu kimi digər məsələlərin

genişmiqyaslı izahına, islahat sənədlərinin islahat prose si ‐

nin bütün iştirakçılarına incəliklərinə qədər çatdırılmasına

əksər hallarda  ciddi fikir verilmir.  

Әslində  anlanılması o qədər də asan olmayan Boloniya

Bəyannaməsinin  təbliğatı  – sovetlərdəki kimi səslənən bu

söz burada münasibdir,   onun əsas ideyalarının

öyrənilməsinə, dərk olunması üzrə işlərə biz azı 4 il bundan

əvvəl başlamalı idik. Bunun üçün ölkə miqyasında və hər

bir ali təhsil müəssisəsi çərçivəsində  xüsusi tədbirlər  işlənib

hazırlanmalı, onların ardıcıl, məqsədyönlü və sistemli şəkil ‐

də həyata keçirilməsi nəzərdə tutulmalı idi.

Qərbdə bu, “Public awareness”, yəni “İctimaiyyətin

məlumatlandırılması" tədbirləri çərçivəsində həyata keçiri ‐

lir. Düşünürəm ki, bizim üçün elə indinin özündə də “İcti‐

maiyyətin məlumatlandırılması" planının hazırlanması və

icrası məsələsi öz aktuallığını itirməmişdir. Boloniya prosesi

iştirakçılarının hər bir kateqoriyası üçün izahat işinin bütün

nüanslarını tam detallaşdırmaq gec deyil. “İctimai

məlumatlandırma" həyata keçirildiyi zaman Boloniya

Bəyannaməsi ideyalarının hər bir ali təhsil müəssisəsi rəh‐

bəri və müəllimi tərəfindən mənimsənilməsinə, həmin

ideyaların möhkəm biliklərə, dayanıqlı bacarıqlara transfor‐

masiya olunmasına mütləq nail olmaq lazımdır. Bu

ideyaların mahiyyəti və mənası hər bir tələbəyə, geniş icti‐

maiyyətə, o cümlədən valideyn içtimaiyyətinə çatdırılmalı

və hamı tərəfindən anlanılmalıdır.    

Bununla belə, xarici təcrübəyə əsaslanaraq qətiyyətlə

deyə bilərəm ki,  lazımi səviyyədə maliyyə dəstəyi  ol‐

madan  məlumatlandırma planının həyata keçirilməsi

mümkün deyildir. Çünki Boloniya Bəyannaməsindəki,

Praqa, Berlin, Bergen, London kommünikelərindəki çox

mühüm ideyaların, tövsiyələrin  izahı    televiziya kanal‐

larında verilişlər silsiləsının hazırlanması, bir neçə saytın

yaradılması, bukletlərin, əyani təbliğat vasitələrinin  nəşri,

habelə prosesin demək olar ki, bütün iştirakçılarını əhatə

edən çoxsaylı seminarların, treninqlərin   keçirilməsi  böyük

məbləğdə vəsait tələb edəcəkdir.    

Bu tədbirlər reallaşmayana qədər  Təhsil Nazirliyi

tərəfindən işlənib hazırlanan normativ‐hüquqi sənədlər nə

qədər keyfiyyətli, beynəlxalq standartlara cavab versə də,

onlar yalnız kağız üzərində qalacaqdır. Әn yaxşı halda  isə

bu sənədləri tərtib edən  Təhsil Nazirlıyinin mütəxəssisləri

onları özlərinin  intellektual mülkiyyəti kimi patentləşdirə

biləcəklər.

Bilirsiniz, deyiləsi sözlər çoxdur... Müsahibəmi özüm

verəcəyim sualla başa vurmaq istərdim: axı niyə biz

Boloniya Bəyannaməsinin sistemli şəkildə reallaşması

nəticəsində  ölkəmizə verilə biləcək sosial, iqtisadi və hətta

siyasi faydalanmanı gecikdiririk?   Әminəm ki, Avropa ilə

birlikdə Azərbaycanın ali təhsil sisteminin  müasir‐

ləşdirilməsi bütün cəmiyyətimizin və dövlətimizin

marağındadır.

Rüblük Jurnal

21



www.aaa.org.az

GӘLİN, QIZLARIMIZA TӘHSİL VERӘK VӘ GӘLӘCӘYİMİZİ SAVADSIZLIĞA APARMAYAQ!

22

ASTARA KӘND MӘKTӘBLӘRİNİN



BİRİNDӘ QIZLARIN TӘHSİLİ

Azərbaycan Respublikasının Konstitusiyası (ik‐

inci bölmə, III fəsil, Maddə 42) bütün vətəndaşlar

üçün azad ibtidai və orta təhsil almaq hüququna zə‐

manət verir. Təhsilin bu cür məcburi mahiyyətinə

baxmayaraq, biz Azərbaycanın cənub regionlarında

bir çox uşağın erkən yaşda məktəbi tərk etdiyinin

şahidi oldum. Bu hal xüsusilə qızlar üçün daha re‐

aldır. Altı yaşında məktəbə başlayan bir çox şagird

qızlar 11‐ci sinifi bitirmədən məktəbi tərk edir. Bir

qayda olaraq, məhz valideynlər uşaqlarının məktəbə

gedə bilmək qabiliyyəti və məktəbdə hansı müddətə

qədər qala biləcəyi barədə yekun qərarı verirlər. On‐

ların seçiminə bir çox faktorlar, o cümlədən qızlar‐

dan daha çox oğlanların arzulanması, gender

rollarının pozulması və erkən evlilik mədəniyyəti

valideynlərin bu mövzuya münasibətinə böyük təsir

edir. 


Bu məqalə Azərbaycanın cənub regionlarında qız‐

ların təhsil prosesini təsvir edəcəkdir. Azərbaycan

cəmiyyətində oğlanların üstünlük təşkil etdiyi üçün,

onların bu mədəniyyətdə oynadıqları rolu qısaca

müzakirə etmək vacibdir. Astara rayonunda qızlar‐

dan çox oğlanların arzulanması öncəki nəsillərdən

bəri davam edir. Bəziləri düşünə bilər ki, bu yanlız

kasıb ailələr üçün xarakterikdir, ancaq bunun

məsələyə heç bir dəxli yoxdur. Mən bu münasibəti

ən varlı ailələrdən tutmuş ən kasıb ailələrə kimi hər

yerdə müşahidə etdim. Valideyinlər ailənin bütün

enerjisini və cəhdlərini böyüyən oğlan uşaqlarına

sərf etməyi düzgün hesab edirlər. Onlar düşünür ki,

məhz oğlan son nəticədə işə düzələrək öz ailəsinin,

eləcə də valideyinlərinin qayğısına qalacaq.  

Nəticədə, oğlan uşaqlarına ən azından orta mək‐

təbin son sinfinə qədər oxuması üçün şərait yaradılır.

Әgər onlar orta məktəbi bitirdikdən sonra öz təhsil‐

lərini davam etdirmək istəsələr, buna müsbət hal

kimi yanaşılır. Orta təhsil çərçivəsində (1‐11‐ci sini‐

flər) Azərbaycanda orta təhsildən ayrılanların rəsmi

faizi çox aşağıdır, təxminən 1%–2%

2

. Ancaq aparılan



araşdırmalar göstərir ki, məktəbə gedənlərin faktiki

sayı rəsmi rəqəmlərdən daha azdır.  

UNICEF MICS müəyyən edib ki, ibtidai təhsil

alan uşaqlar arasında məktəbə gedənlər 88.4 faiz

təşkil edir, lakin istər rayonlarda, istər kənd‐şəhər

ərazilərində, istərsə də zəngin ailələrədə qızların və

oğlanların ibtidai sinfə getmələrinin faizində

əhəmiyyətli dəyişikliklər müşahidə olunmayıb. Buna

baxmayaraq, məktəbə gedənlərin ümumi faizində

müxətlif regionlar arasında fərqlər müşahidə olunub.

Qərbdə və cənub‐qərbdə oğlanlar və qızlar (85.1%)



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə