Q a y d a L a r I


 Qaydaların pozulmasına görə məsuliyyət



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə3/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   2   3   4   5   6   7   8   9   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

1.2. Qaydaların pozulmasına görə məsuliyyət 
 
1.2.1. Müəssisələr obyektin layihələndirilməsi, tikintisi, is-
tismarı, konservasiyası və ləğvi mərhələlərində bu Qaydaların 
tələblərinə 
əməl 
etmədiklərinə 
görə 
Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. 
1.2.2. Bu Qaydaların tələblərini pozmuş müəssisə rəhbəri 
və mütəxəssislər, o cümlədən layihə, konstruktor və elmi-təd-
qiqat müəssisələrinin işçiləri Azərbaycan Respublikasının 
qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. 
1.2.3. Işçilər yerinə yetirdikləri işin təhlükəsizlik 
tələblərinə 
əməl 
etmədiklərinə 
görə 
Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. 
1.3. Ümumi təşkilati-texniki tələblər 
 
1.3.1. Bu Qaydalar qüvvəyə mindikdən sonra istismar 
olunan obyektlər müvafiq dövlət nəzarət orqanları ilə razılaşdı-
rılmış 
müddətdə 
bu 
Qaydaların 
tələblərinə 
uyğunlaşdırılmalıdır. 
1.3.2. Bu və qüvvədə olan digər «Qaydalar»a, normalara 
əsasən (uyğun) bütün müəssisələrdə əməyin təhlükəsizliyinə 
dair peşələr və iş növləri üzrə təlimatlar olmalıdır. 
1.3.3. Xarici dövlətlərdə istehsal olunmuş qazma və neft-
mədən və s. müvafiq avadanlıqların Azərbaycan Respublika-
sında tətbiqi Azdövdağtexnəzarət Komitəsinin razılığı ilə aparıl-
malıdır. 
vk.com/club152685050 | vk.com/id446425943



1.3.4. Neftqazçıxarma profili üzrə fəaliyyət göstərən və 
yeni istismara verilən bütün obyektlər adı, nömrəsi və sahibi 
göstərilmiş yaxşı görünən yerdə quraşdırılmış trafaretlərlə 
təchiz olunmalıdır. 
1.3.5. Eyni obyektdə bir neçə müəssisə işlədikdə 
(fəaliyyət göstərdikdə) işlərin təşkili və aparılması qaydası, 
ümumi rəhbərlik bu müəssisələrin rəhbərləri tərəfindən 
təsdiqlənmiş müəssisələr arasında qarşılıqlı əlaqəyə dair 
müqavilə ilə müəyyən edilir (tənzimlənir), bir müəssisənin bir 
neçə bölməsi tərəfindən iş aparıldıqda isə – müəssisənin 
rəhbərliyi tərəfindən təyin edilmiş qaydaya uyğun 
aparılmalıdır. 
1.3.6. Yüksək istehsalat təhlükəsi olan yerlərdə işlər tap-
şırıq-buraxılış üzrə yerinə yetirilməlidir. 
Idarə və müəssisələrdə tapşırıq-buraxılış tələb edən 
xüsusi təhlükəli işlərin siyahısı tərtib olunmalı, baş mühəndis 
(müəssisənin texniki rəhbəri) tərəfindən təsdiqlənməlidir. 
Təhlükəli işlərin yerinə yetirilməsinə məsul şəxslər və tapşırıq-
buraxılış vermə səlahiyyəti olan şəxslər təyin edilməlidir. 
Yüksək təhlükəli işlər, belə işlərin təşkili və təhlükəsiz 
aparılmasını müəyyən edən, müəssisənin texniki rəhbərliyi 
tərəfindən təsdiqlənmiş təlimatların tələblərinə uyğun olaraq 
yerinə yetirilməlidir. 
1.3.7. Partlayış-yanğın təhlükəli obyektlərdə baş verə 
biləcək qəzaların ləğv edilməsi planı işlənilməlidir. Planda ob-
yektin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, qəzaların qarşı-
sının alınması və ləğvində, yanma və ya partlayışların baş ver-
məməsi və həmçinin qəzanın ləğvi ilə məşğul olmayan 
adamların təhlükəsiz təxliyəsi üzrə heyətin çevik hərəkəti 
nəzərdə tutulmalıdır. 
1.3.8. Bədbəxt hadisə baş verdikdə zərərçəkən 
(xəsarətalan) və ya hadisənin şahidi olmuş şəxs, hadisə yerini 
olduğu kimi saxlamaqla (əgər bu təhlükəyə və qəzaya səbəb 
vk.com/club152685050 | vk.com/id446425943



olmazsa) birbaşa tabe olduğu rəhbərə bu haqda məlumat 
verməlidir. 
1.3.9. Istehsalat obyektində, işin rəhbərinin və ya 
obyektin rəhbərliyinin icazəsi olmadan kənar şəxslərin olması 
qadağandır. 
Iş görülən sahədə bu işlə əlaqəsi olmayan şəxslərin 
olması qadağandır. 
1.3.10. Iş yerlərində və təhlükəli yerlərdə, müəssisənin 
baş mühəndisi tərəfindən təsdiqlənmiş siyahı üzrə müvafiq 
təhlükəsizlik 
plakatları 
və 
nişanları 
asılmalıdır 
(quraşdırılmalıdır). 
1.3.11. Istehsalat obyektləri və briqadaları təhlükəsizlik 
səviyyəsini artırmaq üçün müvafiq vasitələrlə, quruluşlarla və 
cihazlarla təchiz olunmalıdır. 
1.3.12. Obyektlərdə avadanlıqların yerləşdirilməsi, onlara 
təhlükəsiz qulluğu və onların təhlükəsiz təmirini təmin 
etməlidir. 
1.3.13. Yeraltı kommunikasiyalar keçən (çala) quyular 
möhkəm qapaqlarla örtülməli və onlar düşüb-çıxmaq üçün 
pilləkənlə və ya divara vurulmuş dəmir pərçimlərlə (pillələrlə) 
təchiz olunmalıdır. 
1.3.14. Yerin səthindən keçən boruların, o cümlədən xən-
dəklərin və qanovların üstündən keçmək üçün eni 0,6 m olan, 
hündürlüyü 1 m-dən az olmayan məhəccərli körpülər quraşdırıl-
malıdır. 
1.3.15. Hər bir işçi, insan üçün hər-hansı bir təhlükəni 
görərsə, dərhal həmin təhlükəni aradan qaldırmaq üçün 
ondan asılı olan tədbirləri görməli və bu haqda birbaşa 
tabeçiliyində olduğu rəhbərliyə və ya bu işlərə məsul olan 
şəxsə, əgər dispetçer xidməti mövcuddursa – növbə 
dispetçerinə məlumat verməlidir. 
1.3.16. 
Müəssisənin 
istehsalat 
bölmələrində 
(obyektlərdə) «Əmək şəraitinin vəziyyətinin yoxlanılması 
vk.com/club152685050 | vk.com/id446425943


10 
jurnalı» aparılmalıdır. Jurnalda, müəssisənin və yuxarı 
təşkilatın rəhbərliyi və mühəndis-texniki işçiləri, əməyin 
mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin işçiləri və 
həmçinin nəzarətedici və yoxlayıcı dövlət orqanlarının 
səlahiyyətli nümayəndələri tərəfindən obyektlərdə əməyin 
mühafizəsi üzrə çatışmamazlıqlara və onların aradan qal-
dırılmasına dair müvafiq qeydlər aparılır. Jurnalın forması [36] 
–da verilmişdir.
1.3.17. Elektrik hava xəttlərinin altında hər hansı bir işin 
aparılması qadağandır. 
Müstəsna hallarda tikinti maşınları, avtokran və ya digər 
mexanizmlərlə hava elektrik veriliş xəttlərinin mühafizə 
zonaları həddində işlər, bunun üçün tapşırıq–buraxılış vərəqəsi 
və bu elektrik verici xəttlərini istismar edən təşkilatın rəsmi 
yazılı icazəsi ilə [32, 33]–ün tələblərinə əməl olunmaqla bu 
işlərə cavabdeh iş icraçısının rəhbərliyi altında yerinə yetirilə 
bilər. 
Hava elektrik veriliş xəttlərinin mühafizə zonaları m-lə: 
gərginlik 
1000 V-a qədər 
-2; 
20 kV –a qədər 
-10; 
35 kV-a qədər
-15; 
110 kV –a qədər 
-20; 
150, 220 kV-a qədər 
-25; 
330, 500 kV-a qədər 
-30; 
750 kV-a qədər 
-40; 
1150 kV-a qədər 
-55. 
1.3.18. Yeni tikilmiş, yenidən qurulan təhlükə potensiallı 
obyekt istismara qəbul edilməzdən ən azı 3 gün əvvəl 
Azdövdağtexnəzarət Komitəsinə məlumat verilməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


11 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə