“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   63   64   65   66   67   68   69   70   ...   114

 
 
206 
tinə,  eyni  zamanda  SSRİ  daxili  millətlərin  istiqlaliyyəti  məsələ-
sində təsirini çox ustalıqla açıqlaya bilmişdi. Əsərdən aydın olur 
ki,  uzun  illər  Azərbaycan,  eləcə  də  digər  ölkələrin  mühacirləri 
tərəfindən kəskin tənqid edilən ABŞ-ın müdafiə etdiyi “böyük və 
vahid Rusiya” fikrinin mayasında dayanan amillərdən biri də Bakı 
nefti  məsələsi  olmuşdu.  Lord  Kerzonun  kiçik  dövlətlərin 
istiqlaliyyətlərinin  müdafiəsi  mövqeyində  dayanacağını  ehtimal 
edən  V.  Vilson,  müəllifi  olduğu  14  bəndlik  humanist  bəyanna-
mənin  müddəalarına məhəl  qoymadan” ...əski  Rusiya dövlətinin 
ufaq  (xırda-X.  İ.)  və  müstəqil  dövlətlərə  ayrılmasından  əndişə-
lənir”[146, s.18], Rusiyanın parçalanması fikrinə qarşı çıxırdı. 
     ΙΙ  Dünya  müharibəsi  başlayana  qədər  mühacirlərin  yara-
dıcılığında  Almaniya,  Yaponiya  və  İtaliyaya  rəğbət  açıq-aydın 
hiss olunurdu. Fikrimizi aydınlaşdırmaq üçün M. Ə. Rəsulzadənin 
“Kommunizmə  qarşı  millətlərarası  mücadilə”  (Milli  Təsanüd) 
məqaləsindən  bir  nümunəyə  diqqət  yetirmək:  “Kommunizmlə 
mücadilə  bizim  üçün  çalınmış  istiqlalımızı  geri  almaq  yolunda 
yapılan  bir  mücadilədir.  Öncə  qeyd  etdiyimiz  Alman-Yapon 
anlaşmasında  da  bu  motiv  mövcuddur.  Anlaşma  milli  möv-
cudiyyətlər  və  mövcud  dövlətlər  üçün  Komintern  fəaliyyətini  
təhlükəli  görür  və  bununla  mücadiləyə,  təhlükəyə  məruz  bütün 
dövlətləri çağırıyor” [310, s.94]. 
     Fransa və ABŞ SSRİ-ni himayə  etdiyinə, Çiçerinin “Qul-
durlar  şirkəti”  adlandırdığı  Millətlər  Cəmiyyətinə  bu  dövlətin 
daxil  olunmasında  müsbət  mövqe  tutduğuna  qörə  isə  İngiltərə 
kəskin tənqidlərə məruz qalmışdı. 
     1932-ci  il  İspaniyada  başlayan  vətəndaş  müharibəsi  bey-
nəlxalq  vəziyyəti  daha  da  mürəkkəbləşdirdi.  Artıq  “Madrid 
hökumətinin Kominternin 7-ci konqresinin qərarı ilə vücuda gələn 
Xalq  Cəbhəsi  tərəfindən  qurulmuş  bir  sovet  hökuməti  olduğuna 
şübhə  qalmamışdı”  [39,  N-24,1936].  Moskvanın  İspaniyaya 
müdaxiləsi  o  qədər  açıq  və  qorxulu  şəkil  almışdı  ki,  İtaliya  və 
Almaniya Madridə silah daşıyan sovet  gəmilərini batıracaqlarını 
bəyan etmişdilər. 


 
 
207 
     Avropada qütbləşmə gün-gündən sürətlənirdi: SSRİ “dün-
ya kommunizmi”ni yaymağa və bu yolda öz qarşısında əsas maneə 
hesab  etdiyi  nasist  Almaniyasına  qarşı  Avropa  dövlətlərinin  və 
ABŞ-ın dəstəyinə can atırdı. Almaniya isə (İtaliya və Yaponiya ilə 
birgə) “dünya kommunizni”nin qarşısına sədd çəkməyə çalışırdı. 
İkinci blokda cəmləşən dövlətlərin də iştahı, niyyətləri nə qədər 
antihumanist təsir bağışlasa da qeyd etdiyimiz kimi mühacirlər öz 
milli müstəqillikləri naminə (Almaniya Polşanı işğal edənə qədər) 
onların  mövqeyini-beynəlmiləlçiliyə  qarşı  millətçiliyi  müdafiə 
edirdilər.  ABŞ,  Fransa,  qismən  də  İngiltərənin  SSRİ-yə 
münasibəti  isə  milli  müstəqillik  uğrunda  aparılan  mübarizəni 
çətinləşdirir, əlavə problemlər yaradırdı. 
     “Dünya kommunizmi” ideyasının reallaşması üçün dünya 
müharibəsinə bir vasitə kimi baxan Stalin” [310, s.33] təkcə Qərbə 
deyil,  Şərqə  tərəf  də  irəliləməyi  unutmur,  milli  hərəkatları 
dəstəkləmək  adı  altında  yerli  kommunist  firqələrinin  köməyi  ilə 
İran, Türkiyə, Çin,  Hindistan, Misir və b. dövlətlərin içərilərinə 
girməyə can atırdı. M. Ə. Rəsulzadənin qeyd etdiyi kimi: “Canın-
dakı  bu  ikilikdəndir  ki,  o  (yəni  SSRİ-X.  İ.)  Şərqdəki  milli 
hərəkatları  təşviq  və  ilk  sırada  onlara  yardım  etdiyi  halda, 
direktivini  Moskvadan  almaq  surətiylə  hərəkət  edən  yerli 
kommunist firqəsinin təşkilini dəxi unutmaz” [162, s.80-81]. 
     “Bolşeviklərin Şərq siyasəti” əsərində (1928-ci ildə İstan-
bulda “Milliyyət və bolşevizm” kitabının tərkibində, 1994-cü ildə 
isə Bakıda ayrıca kitabça şəklində dərc edilib) M. Ə. Rəsulzadə, 
Şərqdə  sosializm  düşərgəsini  böyütmək,  imperialist  dairələrini 
bölgədən  çıxarmaq  üçün  (məsələn,  İngiltərəni  Hindistandan, 
Misirdən)  kommunistlərin,  Çindəki  qanlı  hadisələrin  (Sun  Yat 
Senin  başçılıq  etdiyi  Qo  Min  Dan  firqəsinin  Kantondakı  mil-
lətçilərlə toqquşmaları), Misirdə, Hindistanda çevriliş cəhdlərinin 
əsas müəllifləri olduğunu hərtərəfli açıqlaya bilmişdi. 
     Daxili  ehtiyaclarının  kəskinliyinə  baxmayaraq  gənc  sovet 
hökuməti belə məsələlərdə tələbxarclıq etməkdən çəkinmirdi. M. 


 
 
208 
Ə. Rəsulzadə Şərq məmləkətləri ilə bağlı sovetlərin bu comərd-
liyini,  əliaçıqlığını  “Tökülmüş  bəhməzi  bağışlayırlar”  məsəli  ilə 
səciyyələndirərək  yazırdı:    “Rus  Lefonten”i  məşhur  Krılovun 
“İstifadə edə bilmədiyimizi hədiyyə edirik” deyə bir misrası var. 
Bolşeviklər də...əlləri çatmadıqlarını hədiyyə verirlər” [162, s.74]. 
     Mühacirət irsində 1920-30-cu illərin beynəlxalq vəziyyətin 
təhlilinə həsr edilən iki əsər də mövcuddur. Bunlardan biri M. Ə. 
Rəsulzadənin 1928-ci ildə İstanbulda (əski əlifba ilə) nəşr etdirdiyi 
“İxtilalcı sosializmin iflası və demokratiyanın gələcəyi”, digəri isə 
M.  Mehdizadənin  1934-cü  ildə  Parisdə  rusca  nəşr  olunan 
“Beynəlmiləl vəziyyət və sovetlərdə milliyyət məsələsi” əsəridir. 
Hər iki əsərdə ΙΙ Dünya müharibəsi yaxınlaşdıqca mürəkkəbləşən 
beynəlxalq  münasibətlər,  SSRİ-nin  millətləri  həzm  etməyə 
yönələn  kosmopolit  siyasətinin  mahiyyəti  və  milli  azadlıqları 
qeyb edən bu siyasətin gec-tez iflasa uğrayacağı təhlil edilmişdir. 
     Mühacirlərin beynəlxalq vəziyyətlə bağlı dövrü mətbuatda 
da  kifayət  qədər  məqalələri  dərc  olunub.  Almaniya-Azərbaycan 
mədəniyyətləri,  ictimai-siyasi  mühitləri  arasında  körpü  rolunu 
oynayan,  alman  dilini  gözəl  bilən  Hilal  Münşinin  redaktorluq 
etdiyi “Qurtuluş” dərgisinin demək olar ki, hər sayında belə mə-
qalələrə təsadüf edilir. 
     İkinci  Dünya  müharibəsindən  sonra  çoxsaylı  mühacir 
imzalarının  sırasında  beynəlxalq  münasibətlər  və  siyasətlə  bağlı 
maraqlı çıxışlar edən yeni imza görünməyə başladı. Bu, “SSRİ-yə 
qarşı psixoloji müharibə” [406, N-2, 1952] məqaləsində beynəl-
xalq münasibətlər sisteminin müharibədən sonra daha çox psixo-
logiyalaşdığını,  SSRİ-yə  qarşı  tətbiq  edilməkdə  olan  psixoloji 
müharibənin açıq və qanlı hərbi toqquşmalara nisbətən daha çox 
uğur gətirəcəyini inandırıcı dəlillərlə açıqlayan mayor F. Düdən-
ginski idi. 
    Millətlərin  həzm  edilməsi  ilə  bağlı  kommunist  siyasətinin 
bir  sıra  cəhətləri  yuxarıda  adı  çəkilən  əsərlərdə  şərh  olunsa  da, 
mühacirət  irsində  konkret  olaraq  SSRİ-nin  ümumi  vəziyyətinə, 
bolşeviklərin daxili siyasətinə həsr edilən araşdırmalar da az deyil. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə