“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   66   67   68   69   70   71   72   73   ...   114

 
 
215 
sürükləyərək Türkiyəyə birləşdirmək məqsədinin dayandığı barə-
də  geniş  təbliğat  kampaniyası  aparırdı.  Lakin  Mühittin  Birgən 
kimi  yeni  Türkiyənin  imperialist  olmadığını  və  Azərbaycanın, 
bütövlükdə  Qafqazın  müstəqilliyinin  Türkiyə  üçün  təhlükəsiz 
Cənub buferinin yaranması demək olduğu fikrini müdafiə edənlər 
də var idi və belələri çoxluq təşkil edirdi. 
     Azərbaycan mühacirləri arasında M. Ə. Rəsulzadəni  “ək-
məgini  yediyi  Türkiyəyə  xor baxmaqda” suçlayanlar da  yox de-
yildi (Belə ittihamlar əsasən M. Ə. Rəsulzadə  1931-ci ildə Türki-
yəni tərk edəndən sonra meydana gəlmişdi). Məsələyə tam aydın-
lıq gətirmək üçün “Əsrimizin Səyavuşu” əsərində Səyavuş obrazı 
ilə  Azərbaycanın  27  aprel  faciəsi  arasında  rəmzi  əlaqəyə  diqqət 
yetirmək  gərəkdir.  Şərafəddin  Erəl  yazır:  “M.  Ə.  Rəsulzadə 
Səyavuş  olaraq  Azərbaycan  hökumətinə  qəsd  etməkdədir... 
(nəzərdə  tutmaqdadır-X.  İ.)  Əfsanədəki  Səyavuş  nasıl  ki,  Türk 
hökmdarı tərəfindən öldürülmüşsə, bu günkü Səyavuş (yəni Azər-
baycan  Cümhuriyyəti)  da  türklər  tərəfindən  düşmənlərinin  əlinə 
tərk edilmişdir” [223,s.45]. İran və türk meyvəsinin bəhrəsi olan 
Səyavuşun  türk  babası  Əfrasiyab  tərəfindən  qətlə  yetirilməsini 
doğrudan  da  27  aprel  faciəsi  ilə  bağlayan  M.  Ə.  Rəsulzadə  isə 
məsələnin başqa cəhətini də açıqlayırdı: “Azərbaycan kəndi hami-
lərindən və xilaskarlarından olan türklərin, kommunist olsalar da 
kəndi  əleyhinə  sui-qəsd  bəsləməyəcəklərini  ümid  eyləmişdi...” 
[301,s.59]. Hər iki nümunədə məntiq Səyavuşun türklər tərəfindən 
qətlə yetirildiyini deyir, lakin ikinci nümunədə qatilin məhz türk 
kommunistləri olduğu açıq göstərilmişdir. M. Ə. Rəsulzadə 1937-
ci ildə də həmin fikrə qayıdaraq kommunistləri “Gənc Azərbaycan 
faciəsinə  səbəb  verən...  macəracılar”  adlandırırdı.  [39,  N-36, 
1937]. Elə həmin məqalədə (Mühittin Birgənə görə Azərbaycan-
Türkiyə  münasibətləri)  müəllif,  Türkiyəyə  münasibətə  daha  da 
aydınlıq  gətirmişdi:  “Biz  heç  zaman  esefli  (üzüntülü-X.  İ.) 
hadisənin (27 aprel faciəsinin-X. İ.) məsuliyyətini ümuma təşmil 
(aid-X.İ.) 
etmədik;  Bakı  şəhidliyində  yatan  Anadolu 
mehmetçiklərinin  əziz xatirəsi  haqqında bəslədiyimiz müqəddəs 


 
 
216 
minnətdarlıq hissi buna hər  zaman mane olmuşdur!” [39, N-36, 
1937]. 
     Ilk  baxışdan  “Azərbaycan  Cümhuriyyəti”  kimi  daha  çox 
tarixi  aspektdən  yazılması  təəssüratı  yaradan  “Əsrimizin  Səya-
vuşu”nda  da  əslində,  Azərbaycanın  müstəqilliyi  ilə  bağlı  dərin 
ideoloji-siyasi  məsələlərə  toxunulur.  Azərbaycanın  müstəqil-
liyinin özü  qədər də Türkiyəyə və İrana lazım olduğu fikrini irəli 
sürən müəllif, etnik, qan baxımından Türkiyəyə, mədəniyyət baxı-
mından  İrana  qohum  olan  Azərbaycanın  bu  iki  ölkə  arasında 
birləşdirici güc, körpü rolunu oynayacağı qənaətinə gəlir. 
     (Hazırda  mədəniyyət  baxımından  İranla  qohumluq  nisbə-
tən vaxtı keçmiş görünür). 
     Avropa “Əfkari-ümumiyyəsinə” təqdim olunan əsərlərdən 
Hilal  Münşinin  “Azərbaycan  Cümhuriyyəti”  və  M.  Ə.  Rəsulza-
dənin “Azərbaycan problemi” yığcamlığı, eyni zamanda əhəmiy-
yəti baxımından diqqəti cəlb edir. Hər iki əsər Azərbaycan və onun 
problemi barədə dolğun təəssürat yaratmağa qadirdir. 
     H. Münşinin “Azərbaycan cümhuriyyəti”, adı türk əsli isə 
yəhudi olan Əsəd bəy adlı bir müəllifin yazdığı əsərlə Avropada 
Azərbaycan  haqqında  formalaşdırılan  mənfi  rəyə  kəskin  zərbə 
burdu.  Azərbaycan  mədəniyyəti  ilə  bağlı  aldadıcı  təəssüratın 
müqabilində H. Münşi, mədəniyyətimiz, tariximiz, həm də Azər-
baycanda siyasi fikir tarixi barədə Avropa mühitinə mükəmməl bir 
tədqiqat  məhsulu  təqdim  edə  bilmişdi.  Əhməd  Cəfəroğlu  əsərin 
əhəmiyyəti  barədə  yazırdı:  “Bu  əsər  populyar  bir  mahiyyətdə 
olmaqla bərabər, həm elm və həm də alman mühitini Azərbaycan 
həyatilə  tanış  edə  biləcək  bir  mahiyyətdə  olduğundan  şübhəsiz, 
faydalı xidməti ifa eyləmişdi” [34, N-6-7, 1932]. 
     M.  Ə.  Rəsulzadənin  “Azərbaycan  problemi”  (Berlində 
Humboldt klubda eyni adlı məruzəsi 1938-ci ildə kitabça şəklində, 
“Qurtuluş” mətbəəsində dərc edildi) əsəri də mahiyyət və məqsəd 
baxımından H. Münşinin “Azərbaycan Cümhuriyyəti” əsərinə çox 
yaxındır. 


 
 
217 
     Azərbaycan  siyasətçilərinin  istər  praktiki,  istərsə  nəzəri 
fəaliyyətində  yol  verdiyi  nöqsanları  araşdıran  Şərafəddin  Erəlin 
mühacirlərin yaradıcılığına münasibəti tərtiş xarakteri daşıyır. Bir 
sıra  məqalələrin  obyektiv  təhlilinə  baxmayaraq  müəllif, 
“Azərbaycan politikaçılarının  yanlışları”  əsərində əksər hallarda 
faktları dolaşdırır və ifrata vararaq gerçək tarixi hadisələrlə bağlı 
ziddiyyətli fikirlər irəli sürür. “Azərbaycan” adının qondarma ol-
ması barədə onun mülahizəsinə diqqət yetirək: “Qafqazda qurulan 
bir  türk  hökumətinə  bu  yabançı  adın  taxılması  bu  ölkə  xalqına 
uğur  gətirmədiyi,  əksinə  bu  isimdən  faydalanaraq  Qafqaz  Tür-
kilərini məmləkətlərindən ayırmaq istəyən bəzi kimsələrə də firsət 
təmin  etdiyi  inkaredilməz  bir  həqiqət  olmuşdur”  (223,  s.12).  Ş. 
Erəlin  fikrincə  M.  Ə.  Rəsulzadə,  F.  Xoyski,  N.  Yusifbəyli,  və 
başqa  dövlət  xadimləri  Cümhuriyyəti  rəsmən  Azərbaycan 
adlandırmaqla özlərini digər Qafqaz türklərindən ayırıb səhvlərə 
yol vermişlər. 
     M.  Ş.  Əfəndizadə  də  “Azərbaycan  və  inqilabı”  əsərində 
rəngləri çox tündləşdirir. O, ADR-in süqutunda rusları günahlan-
dırsa  da,  bu  faciənin  əsas  səbəbkarı  kimi  Azərbaycan  siyasətçi-
lərini, onların idarəçilikdə, kadr siyasətində  yol verdiyi səhvləri, 
yerliciliyi, rüşvətxorluğu və s. amilləri göstərməyə çalışır. Müəllif 
yerliçiliyi kəskin tənqid edərək yazır: “Gəncə bəylərinin hökuməti 
ələ almaq istəklərinin səbəbi, ancaq məmələkəti yemək üçün idi” 
[223,  s.87].  Fikrimizcə  şərhə  ehtiyac  yoxdur.  Bir  çox  hallarda 
ifratçılığa  varılsa  da,  hər  iki  əsər  Azərbaycanın  yaxın  tarixi 
keçmişi barədə (1918-20) bəzi mətləblərə aydınlıq da gətirir. 
     Mühacirlərimizin ideoloji-siyasi yaradıcılığında ana xətlər-
dən biri də pantürkizm və panturanizmə modern baxışdır. 
     1930-cu ildə Parisdə N. Jordaniyanın giriş sözü ilə çap edi-
lən (rusca) “Pantürkizm haqqında” əsəri ilə M. Ə. Rəsulzadə Azər-
baycan-Türkiyə  münasibətləri  və  Qafqaz  birliyi  məsələsi  haq-
qında  mətbuat  orqanlarında  dərc  olunan  yazıları  tənqidi  şəkildə 
araşdıraraq,  türkçülük,  turançılıq,  islamçılıq  ideyalarına  yeni 
baxışın mahiyyətini açıqladı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə