“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   64   65   66   67   68   69   70   71   ...   114

 
 
209 
Bunlardan: M. Ə. Rəsulzadənin “Rusiyada siyasi vəziyyət” [162], 
“Bolşeviklərin rus koloni siyasəti” [310], “Şəkilcə də, mühtəvaca 
da  ruslaşdırma”  (310);  M.B.  Məmmədzadənin  “Azərbaycanda 
sovet  kolonizasyon  siyasəti”  [32,  N-282,  1991]  əsərlərini  və 
müxtəlif  müəlliflərin  çoxsaylı  qəzet  və  jurnal  məqalələrini 
göstərmək olar. 
     Mahiyyət  etibarilə  bir-birinə  bənzəyən  bu  əsərlərin  əsas 
qayəsini rəsmi Moskvanın milli bölgələrdə  yürütdüyü siyasət və 
onun müqabilində öz azadlığı uğrunda mübarizə aparan millətlərin 
qarşısında dayanan vəzifələrin müəyyənləşməsi təşkil edir. Milli 
bölgələrdə yürüdülən siyasətin əsas istiqamətlərini (respublikalara 
xammal  resursları  kimi  baxmaq,  Ukraynaya-daş  kömür, 
Türküstana-pambıq, Qafqaza-neft mənbəyi kimi, milli dillərin və 
mədəniyyətlərin küncə sıxışdırılması, ictimai-siyasi həyatın əksər 
sahələrində,  mədəniyyətdə  ruslaşdırma)  təhlil  edən  müəlliflərin 
gəldiyi qənaət bu idi ki, öz daxilində də rıskulovçuluq, qəliyevçilik, 
xanbudaqovçuluq kimi müxalifətin meydana gəldiyi Kommunist 
Partiyasının  yeganə  istinadgah  nöqtəsi  hərbi  gücüdür  və  onun 
yoxluğu ilə rejimin çökməsi labüdür. 
     “Rusiyada  siyasi  vəziyyət”  əsərində  M.  Ə.  Rəsulzadə 
SSRİ-nin  dövlət  strukturunun  və  onun  təşkili  prinsiplərinin  for-
mallığı  məsələsinə  də  toxunaraq  yazırdı:  “Kommunist  hüquq-
çularından Dranitsın... bu hüququn (İttifaqı təşkil edən üzvlərdən 
hansının istərsə onu tərk etməyə haqlı olduğunu göstərən “SSRİ 
təşkilat  əsası  qanununun”  4-cü  bəndi  nəzərdə  tutulur-X.  İ.) 
deklarativ (bəyani) mahiyyətdə  olub,  qanuni  heç  bir  əhəmiyyətə 
malik olmadığını açıqcasına söylər və inqilabi kommunizm nöq-
teyi-nəzərdən ittifaqdan çıxmanın milliyyətçilik və inqilab əleyh-
darlığından doğulma bir hərəkət olduğunu iddia edir” [162,s.54]. 
Əsərdə SSRİ-nin təşkilat prinsiplərinin sözdə federalizmə, həqi-
qətdə isə inzibati-mərkəzçiliyə əsaslanması da bu qurumun saxta-
lığını  və  formallığını  təsdiq  edən  dəlillərdən  biri  kimi  göstəril-
mişdir. Sovet müstəmləkəçiliyi siyasətinin əsas xətlərindən biri də 
ruslaşdırma idi ki, birinci fəsildə onun ümumi istiqamətləri barədə 


 
 
210 
yığcam məlumat verilmişdi. Problem kifayət qədər mürəkkəb və 
çox şaxəli olduğundan, Azərbaycan mühacirlərinin əksəriyyəti bu 
məsələyə öz yaradıcılığında yer ayırmışdı. Lakin, belə “yaradıcılıq 
bolluğunda” təkrarçılığa, qeyri-sistemliliyə yer verilmədiyi örnək 
haldır. 
     Məsələn,  əgər  M.  Ə.  Rəsulzadə  “Rus  koloni  siyasəti”ndə 
XΙX  əsrin  əvvəllərindən  başlayaraq  Azərbaycanda  tətbiq  edilən 
müstəmləkəçilik  üsul-idarəsinin  tarixini,  ruslaşdırma  siyasətinin 
mahiyyət və istiqamətlərini tədqiq edirsə, onun məntiqi və xrono-
loji davamına M. B. Məmmədzadənin mahiyyəti qalıb şəkli dəyi-
şən “Azərbaycanda sovet kolonizasyon siyasəti”ndə təsadüf olu-
nur. Və yaxud M. Ə. Rəsulzadə Sovet Azərbaycanında ruslaşdır-
ma siyasətindən yazanda yenə M. B. Məmmədzadəni təkrarlamır, 
ümumi çərçivədə boş qalan yerləri tamamlayır. 
     Mühacirətdə  ruslaşdırmanın  bütün  aspektləri  araşdırılıb 
(rus  müəlliflərinin,  sovet  mətbuatının  özünə  daha  çox  istinad 
etməklə); milli mədəniyyət və dillərin bu siyasətin təcavüzünə mə-
ruz qalmasına isə xüsusi diqqət yetirilib. “Yeni sosializm kültürü 
rus  dilidir”  şüarı  ilə  hərəkət  edən  kommunistlərin  niyyətini 
M.B.Məmmədzadə “Milli Dil və Milli Kültür” məqaləsində belə 
açıqlayırdı: “Bolşeviklər...fikirlərini heç gizlətmirlər, deyirlər ki, 
islamiyyətlə  bərabər  ərəb  mədəniyyəti  alınarkən  ərəb  sözləri  də 
alınmışdır,  indi  isə  sosializm  mədəniyyəti  alınmaqla  bu 
mədəniyyətin dili rusca da təbii alınacaqdır” [39, N-3, 1935]. 
     Doğrudur, hansısa mədəniyyət alınanda istər-istəməz onun 
dilindən  bəzi  sözlər  də  alınır,  lakin  yuxarıdakı  nümunədən  gö-
ründüyü  kimi  kommunistlər  ərəb  sözlərinin  alınmasından  danı-
şırsa, sosializm mədəniyyəti ilə bərabər bütöv ruscadan dəm vu-
rurlar.  Digər  tərəfdən  “islam  mədəniyyəti”  məlumdur,  bəs  ona 
qarşı  qoyulan  “sosializm  mədəniyyəti”  hansı  mədəniyyət  idi? 
Bəşəriyyətə məlum olmayan bu mədəniyyətin mahiyyəti, söykən-
diyi  dəyərlər  uzun  illər  “mədəniyyət  müəlliflərinin”  özlərinə  də 
qaranlıq qaldı. 


 
 
211 
     Milli dil milli mədəniyyətin (bütövlükdə mentalitetin) ifadə 
vasitəsi  olduğundan  dilin  sıxışdırılması,  qeyri-işlək  şəklə  salın-
ması ilə mədəniyyət də təftişə, senzuraya məruz qalaraq tədricən 
atrofiyaya (cılızlaşma) uğrayırdı. 
     “Bolşeviklər pantürkizm qoxuyur” deyərək ədəbi türkcəni 
yasaq etdikdən sonra, yerli şivələri himayə edir” [39, N-3, 1935], 
əlifbaları olmayan etnik azlıqlara süni əlifba düzəldərək parçalan-
maya  rəvac  verirdilər.  1939-cu  ildə  isə  M.  Ə.  Rəsulzadənin 
“Şəkilcə də, mühtavaca da (mahiyyətcə-X. İ.) ruslaşdırma” məqa-
ləsində  göstərdiyi  kimi  “bütün  türk  cümhuriyyətlərində  latın 
hərfləri  ilə  yazılmağa  başlanmış  bulunan  yazılar  rus  hərfləri  ilə 
yazdırılmağa icbar edildi” [310, s.31-33]. 
     Maraqlı məsələlərdən biri də sovetlərin dinlə  bağlı  yürüt-
düyü siyasət və onun müqabilində yarana biləcək mənəvi böhranın 
qismən  də  olsa  qarşısını  almaq  məqsədilə  mühacirlərimizin 
apardığı tədqiqatlardır. Azərbaycanda uçurulub dağıdılan məscid-
lərin, tarixi  abidələrin, mühacirlərimiz tərəfindən kağız üzərində 
“bərpasını”  görürük.  Nümunə  kimi  göstərmək  olar  ki,  Bibi-
Heybət    məscidi  uçurulduqdan  sonra  “Azərbaycan  Yurt  Bilgisi” 
dərgisində (Ə. Cəfəroğlu) onun tarixi, arxitekturası, müəllifləri və 
tikildiyi (həm də uçurulduğu) yer barədə maraqlı məqalə və məs-
cidin fotosu dərc edildi [310, s.31-33]. 
     Rusiyanın daxilində yaranmış acınacaqlı vəziyyətin, yürü-
dülən antimilli, anti humanist siyasətin müqabilində mühacirlərin 
qarşısında  dayanan  vəzifələr  barədə  M.  Ə.  Rəsulzadə  yazırdı: 
“İstiqlal  mücadiləsinin  müxtəlif  səhifələri  və  çox  müxtəlif  vasi-
tələri vardır. Bunlardan biri də dünya ziyalılarında bu müqəddəs 
mücadilənin  keçirdiyi  səhifələrlə,  olduğu  vəziyyətlər  haqqında 
aydınlıq yaratmaqdır” [162, s.43]. 
     Daha sonra müəllif, konkret olaraq azərbaycanlıların əsas 
vəzifələrindən biri kimi başda Türkiyə olmaq üzrə bütün türk və 
İslam dünyasında Rusiyanın düşdüyü bu günkü vəziyyət ilə bağlı 
aydın təsəvvür yaratmaq məsələsini ortaya qoyurdu. Göründüyü 
kimi  mühacirlərin apardığı  tədqiqatlar, konkret  hədəfləri  gözaltı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə