“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   75   76   77   78   79   80   81   82   ...   114

 
 
242 
mühacirət irsi Azərbaycan xalqının sərvətinə çevrilməyib, o qədər 
də ədəbiyyatımızda, tariximizdə boşluq, natamamlıq hiss edəcəyik. 
     Fikrimizcə bu boşluğu aradan qaldırmaq üçün: 
     - ilk növbədə konkret sahələr üzrə araşdırmalar aparılmalı; 
     -  ayrı-ayrı  mühacirlərimizin  yaradıcılığı  toplanıb  küll 
halında nəşr edilməli
     -  əcnəbi  dillərdə  dərc  olunan  əsərlər  dilimizə  çevrilməli, 
eyni zamanda əski əlifbadan transliterasiya olunmalı; 
     - hələ də nəşrini gözləyən bir sıra əsərlər (Məsələn, M. Ə. 
Rəsulzadənin  “Azərbaycanın  tarixi  keçmişi”,  “Azərbaycan  bib-
lioqrafiyası” əsərləri) nəşr edilməli; 
     -  mühacirət  mətbuatı  toplu  halına  salınıb  yenidən  dərc 
olunmalıdır. 
     Təəssüflər olsun ki, son illər bu sahədə araşdırmalar apar-
mağa imkan yaransa da ciddi uğurlardan danışmaq hələ tezdir. 
     Doğrudur, mühacirlərimizin həyat və yaradıcılığı haqqında 
dövrü  mətbuatda  xeyli  məqalələr  dərc  olunmuş,  onların  bir  sıra 
elmi  və  bədii  əsərləri  yenidən  nəşr,  həm  də  transliterasiya 
edilmişdir.  Lakin  bunlar  ayrı-ayrı  vətənpərvərlərin  mühacirləri-
mizi  Azərbaycan  ictimaiyyətinə  tanıtdırmaq  cəhətləri,  populyar 
axtarışlarıdır. 
     Bir neçə elmi-tədqiqat işini istisna etməklə demək olar ki, 
mühacirət həyatı və irsi ilə bağlı ortada heç nə yoxdur. Mühacirət 
mətbuatının  vəziyyəti  isə  lap  acınacaqlıdır.  Belə  ki,  Türkiyənin 
təcrübəsinə  istinad etməklə (Ə. Cəfəroğlunun  “Azərbaycan Yurt 
Bilgisi”  məcmuəsi  toplu  halında  yenidən  nəşr  edildi),  “Yeni 
Qafqasya”, “Odlu Yurt”, “Azər-Türk”, “Qurtuluş”, “Azərbaycan” 
(Münxen)  jurnallarını,  “İstiqlal”,  “Bildiriş”,  “Yeni  Turan”, 
“Azərbaycan” qəzetlərini toplu halında yenidən nəşr etməyin də 
vaxtı çatmışdır. Əslində görüləcək bu tədbirlər mühacirət irsinin 
araşdırılmasının elmi bazasının yaradılması deməkdir. 
 
 
 


 
 
243 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
NƏTİCƏ 
 
     1920-ci  il  27  aprel  işğalı  ilə  başlanan  Azərbaycan  siyasi 
mühacirətinin  az  qala  bütün  XX  əsr  boyu  uzanıb  gedən  yeni 
mərhələsi əvvəlkilərdən kəskinliklə fərqlənirdi. Mütləq kəmiyyət 
üstünlüyünə,  daha  çox  ölkəyə  səpələndiyinə,  milli  təşkilatlar, 
mətbuat,  beynəlxalq  birliklər  yarada  bildiyinə  görə  ADR-in 
süqutundan  sonra  ölkəni  tərk  edənlərin  apardıqları  mübarizə 
əvvəlkilərə nisbətən daha mütəşəkkil və ardıcıl idi. Həm də bu mü-
hacirlər milli dövlət quraraq iki il onu idarə edənlər, dövlətçilik, 


 
 
244 
idarəçilik,  təşkilatçılıq  təcrübəsinə  yiyələnmiş  ictimai-siyasi 
xadimlər, ideoloqlar olmuşdu. 
     Milli  müstəqilliyin  praktikada  iki  illik  gerçəkləşməsi  nü-
munəsi, azadlığın reallaşması məsələsi, onun yenidən bərpası uğ-
runda  mübarizənin  ruhunu  təşkil  edirdi.  Eyni  zamanda  ADR-in 
zorla  devrilməsinə,  yeni  rejimin  xalqın  iradəsi  ziddinə  forma-
laşmasına  rəğmən  milli  dövlətin  xaricdəki  təmsilçiləri  itirilmiş 
dövlət  müstəqilliyinin  bərpasında  hüquqi  və  mənəvi  baxımdan 
tam səlahiyyətli idilər. Bu amil də mühacirlərimizin çoxşaxəli və 
effektli fəaliyyətinə müsbət mənada az təsir etmirdi. 
     Bütövlükdə, 1920-ci ildən sonra ayrı-ayrı dövrlərdə Azər-
baycandan mühacirətə gedənləri dörd qismə bölmək olar: birinci 
qismə hələ 27 apreldən əvvəl H. Ağayevin rəhbərliyi ilə Tiflisə, Ə. 
M.  Topçubaşovun  rəhbərliyi  ilə  Parisə  göndərilən  nümayəndə 
heyətləri, eyni zamanda ADR dövründə təhsil almaq üçün Avro-
paya  göndərilən  80-ə  yaxın  tələbə;  ikinci  qismə  27  aprel  işğalı 
ərəfəsində və ondan az sonra ölkəni tərk edənlər; üçüncü qismə ΙΙ 
Dünya müharibəsi başlayana qədər təqiblərdən, repressiyalardan 
yayınanlar, sürgündən, həbsxanadan qaçanlar; dördüncü qismə isə 
ΙΙ Dünya müharibəsində əsir düşən və könüllü olaraq almanların 
tərəfinə  keçənlərdən,  vətənə  qayıtmaqdan  imtina  edib  xaricdə 
qalanlar daxil idi. 
     Siyasi  motivlərdən  başqa  insanlar  iqtisadi,  dini  və  b. 
motivlərlə də mühacirətə üz tutmuşdu. 
     Azərbaycan  mühacirəti  öz  təşkilatlarını  və  mətbuatını 
yaratmaqda  milli  mühacirlər  arasında  önçülərdən  sayıla  bilər. 
1923-cü ildə “Yeni Qafqasya” ilə əsası qoyulan Azərbaycan mü-
hacirət  mətbuatı,  SSRİ-dən  olan  bütün  türk-müsəlman  təmsil-
çilərin  ilk  mətbuat  orqanı  idi.  Təqdirəlayiq  haldır  ki,  mühacir-
lərimiz  müxtəlif  ölkələrdə  çoxsaylı  milli  təşkilatlarını  qurmaqla 
yanaşı,  “Prometey”,”Qafqaz  Konfederasiyası  Şurası”  kimi  bey-
nəlxalq birliklərin qurulmasında da ilk təşəbbüsçülərdən olmuşdu. 


 
 
245 
     Adı  çəkilən  beynəlxalq  birliklər  kommunizm  ideologiya-
sını  Avropaya  yaymağa  çalışan  Kominternin  qarşısında  ciddi 
maneəyə çevrilmişdi. 
     Siyasi  mühacirətin  gücünü  çox  gözəl  bilən  V.  İ.  Lenin 
deyirdi: “Nə qədər ki, müraciət var, o qədər də təhlükə var!” (410, 
s.4). Elə bu prinsipdən çıxış edən Azərbaycan kommunistləri də 
“Müsavatla daxildə və xaricdə mübarizə aparmaq!” tezisini irəli 
sürmüşdülər.  Sovet  kəşfiyyatı  isə  mühacirəti  parçalamaq  üçün 
Qərbi  Avropa  ölkələrində  İran  və  Türkiyədə  geniş  iş  aparırdı. 
Xaricdəki sovet agentlərindən biri, gürcülərin mühacirətdəki lideri, 
menşevik  partiyasının  rəhbəri  N.  Jordaniyaya  qarşı,  ona  kəskin 
müxalifətdə  dayanan  Çelokayevdən  neçə  istifadə  etmək  barədə 
Zaq.  DSİ-yə  göndərdiyi  məlumatda  bildirirdi:  “Bu  vaxt  ərzində 
Çelokayevi  təmin  etmək  üçün  xahiş  edirəm  mənə  2000  dollar 
göndərəsiniz. Gürcüstanda isə sovet platformasına keçmək şərtilə 
Çelokayevin  adamlarına  amnistiya  verilməsi  məsləhət  görülür” 
[80, v.869]. 
     Gürcüstanda müəyyən nüfuz sahibi olan, sovet hakimiyyəti 
qurulduqdan  sonra  mühacirət  edən  Çelokoyevi  və  Spiridon 
Kedianı intriqaya təhrik edən sovet agentləri gürcü mühacirətini 
parçalaya bildi. 
     Analoji  proses  daha  kəskin  formada  erməni  mühacirləri 
arasında  da  gedirdi:  daşnaksütun  partiyasının  rəhbərliyi  daxili 
ixtilaflardan  iki  yerə  parçalanaraq,  hər  biri  ayrılıqda  öz  mətbuat 
orqanını  nəşr  edirdi.  Bu  parçalanmadan  çox  keçməmiş  Fransa 
mətbuatında  daşnaksütun  lideri  Kaçaznuni  qrupunun  çıxardığı 
qəzetin  bolşeviklər  tərəfindən  maliyyələşdirildiyini  bildirən 
yazılar görünməyə başladı. 
     Təbii  ki,  erməni  və  gürcü  mühacirətini  parçalayanlar 
azərbaycanlılarla  bağlı  da  planlar  qurmuşdu.  Bu  barədə  M.  Ə. 
Rəsulzadə  “Q.P.U.-ya  diqqət!”  məqaləsində  yazırdı:  “Gürcülər, 
ermənilər  və  digər  milli  mühacirlər  arasındakı  pozğunçu  fəaliy-
yətinin  birər  nümunəsinə  şahid  olduğumuz  düşmənin  bizim  ara-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə