QəDİm diyari xinaliq azərbaycan Dövlət Nəşriyyatı



Yüklə 397,14 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix14.01.2018
ölçüsü397,14 Kb.
#20516
1   ...   7   8   9   10   11   12   13   14   15

biri  adi  qara  sal  daş  olsa  da  digəri  qədim  Orxon 

abidələrində  olduğu  kimi  insan  silueti  formasında  kobud 

şəkildə  yonulmuş 

ağ  daşdan 

ibarətdir  (şəkil 

14). 


Məlumdur  ki,  Monqolustan  ərazisində  tapılmış  Orxon- 

Yenisey  əlifbasının  olduğu  qəbir  abidəsində  də  daşdan 

kobud  çəkildə  yonulmuş  insan  heykəli  aşkar  edilmiıdir 

(19,  180).  Maraqlıdır ki,  Gabbar baba pirindəki  baş daşı  da 

eyni  formada  ağ  daşdan  kobud  şəkildə  yonulmuş  insan 

heykəlini  xatırladır.  Həmçinin  bu  pirin  yerləşdiyu  qəbiris- 

tandakı  daşlardan  birinin  üzərində  müşahidə  etdiyumiz 

qədim  dini  təsəvvürlərə əsaslnan  rəsmlər və  işarələr böyük 

bir  təsvir  kompozisiyası  cızıldığını  müşahidə  etdik  (şəkil 

10).  Bu  təsvirlərin  qədim  Şumer  ideologiyası  ilə  bağlı 

olduğunu ehtimal etmək olar (13,51).

Kənd  əhalisinin  söylədiklərinə  görə,  ümumiyyətlə, 

Cabbar  baba  nəslindən  olanlar  həmişə  müqəddəs  sayıl­

mışlar  və  kəndin  ağsaqqllarından  olan  Hacı  Suvahil  baba 

həmin  nəslin  varisidir.  Maraqlıdır  ki,  Şəki-Zaqatala  böl­

gəsində  də  Suvagil  adlı  qədim  kənd  mövcuddur.  Beləliklə 

də,  yuxarıda  bəhs  etdiyimiz  Vardanlı  qəbri  ilə  Cabbar 

baba  qəbrinin  eyniyyət  təşkil  etməsinin  təsadüfolmadığı 

qənaitinə gəlmək olar.

“Cabbar  baba”  pirində  daş  kultunun  da  izlərinə  rast 

gəlininr.  Pirin  içərisində  qoyulmuş  müxtəlif  ölçülü  və 

yumru  formalı  daşlar  xalq  arasındakı  rəvayətlərə  görə 

balalayırdı  və  büna  görə  də  məhsuldarlıq  simvolu  hesab 

olunurdu.  Piri  ziyarəıtə  gələn  sonsuz  qadınlar  bu  daşlan 

öpərək  övlad  sahibi  olacaqlarına  inanırdılar  (şəkil  14) 

Beləliklə,  bu  qədim  pirdə  izləri  qalan  istər ay  kultu,  istərsə 

də  daş  kultu  simvolları  qədim  türk  inanclar  sisteminin  bir 

parçası  idi.



33


X ıd ır  Nəbi  piri.  Xınalıq  kəndinin  cənub  hissəsində 

yerləşən  “Xıdır  Həbi”  piri  çay  daşlarından  hörülmüş 

divarlarla  əhatə  olunmuşdur.  Pirin  düz  qapısının  ağzında 

gillə  suvanmış  qəbir,  qəbirin  üzərində  isə  məhsuldarlıq 

simvolu  olan  yumru  çay  daşları  var.  Bu  pir  xalq  inamına 

görə  xəstələrə  (xüsusilə  də  dişi  ağrısına)  və  səfərə 

gedənlərə  kömək  olurdu.  Xıdır Nəbi  pirinə  xüsusilə də  yaz 

ərəfəsində  Xıdır  Nəbi  bayramında  qurban  gətirmək  adəti 

də  mövcuddur.  Ziyarətə  gələnlər  buradakı  qəbirin  üzərinə 

arpa  səpərdilər.  Buna  görə  də  qəbirin  ətrafında  hər  zaman 

təzə  arpa cücərtiləri  görmək  olardı.  (8)  Onu  da  qeyd  edək 

ki,  ekspedisiya  zamanı  biz  də  pirə  arpa  gətirib  yerə 

səpmək  adətinə  rast  gəldik.  Məlumatçılärımızın  söylədik­

lərinə  görə  səfərə  gedənlər  əsasən  bu  pirə  nəzir  kimi  arpa 

dənələri  gətirirdilər.  **

M araqlıdır ki,  İraqda yaşayan  türk əsilli  kərküklərdə 

səfərlə  bağlı  qədim  adətə  görə  “obadan  köçmək  istəyəndə 

arpa əkər,  arpa göyərəndə köçərdilər”*  (20,  21).  Bir cəhəti 

də  qeyd  etmək  lazımdır  ki,  bütün  türk  xalqlarında  “Xıdır 

Nəbi”,  “Xıdır  Əlləz”,  “Xıdır  İlyas”  adı  ilə  bilinən  Xızır 

Peyğəmbər  inancı  mövcuddur  və  Xızır-Xıdır  od,  yaşıllıq, 

dirilik  (əbədilik)  simvolu  olmaqla  bərabər  yolda qalanlara, 

itənlərə  yardım  edən  mifoloji  obrazdır.  (5.  128)  Bütün 

bunlar  Şahdağ  etnik  qrupuna  aid  olan  etnosların  qədim 

türkmənşəli  tayfaların  varisləri  olması  ehtimalımızı  bir 

daha  təsdiq  edir.  Bahar  mərasimlərində  ziyarət  olunan 

Xıdır  Nəbi  pirində  bütün  türk  xalqlarının  qədim  mifologi 

dünyagörüşündə  məhsuldarlıq,  təbiət  və  həyat  simvolu 

kimi  müqəddəsləşdirilən  Xızıra  sitayişin  qalıqları  özünü 

göstərir.

Xıdır  Nəbi  pirinə  keçmişlərdə  gələnlər  daha  bir  qə­

dim  ayin  icra  edərək  ziyarətgahdakı  qəbirin  bir  küncündə



34


yağış  damcılarının  toplandığı  çökəklikdən  palçıq  götürüb 

alınlarına  yaxırdılar  (8).  Bu  adətə  Azərbaycan  ədəbiy­

yatında  -  Y.  V.  Çəmənzəminlinin  əsərində  də  təsadüf 

edilir.  Qədim Azərbaycan  adətinə görə hörmətli  və əziz bir 

şəxs  öləndə  hüzr  sahibi  və  hüzrə  gələnlər  başlarına, 

paltarlarına  palçıq  sürtərlərmiş.  M araqlıdır  ki,  Kərkük 

dolaylarının 

yas 


mərasimlərində  bu 

adət 


indi 

də 


mövcuddur (20,  30).

Yerli  əhali  bu  pirin  diş  ağrısına  da  kömək  olduğuna 

inanırdı.  Diş  ağrısını  kəsmək  üçün  qəbirin  ətrafından  bir 

dəstə ot qoparılaraq qəbirin üzərinə qoyulurdu.  İnama görə 

ot  çürüdükcə  diş  ağrısı  da  kəsməli  idi.  Burada  da  ibtidai 

inanclar  sisteminin  bir  parçası  olan  magiyanın  qalıqlarını 

görmək  mümkündür.

Göründüyü  kimi,  Xınalıq  ərazisində  yerlışən  “Xıdır 

Nəbi”  piri  də  kökləri  ilkin  inanclar  sisteminə  söykənən 

qədim  pirlərdən biridir.

Q üllə  p iri.  Xınalıq  kəndində  hüzırda  ancaq  xara­

balıqları  qalan  cox  qədim  vəmaraqlı  arxitekturaya  malik 

olan  və  qülləvari  formada  olduğuna  görə  Qüllə  piri  adla­

nan  bir  ziyarətgah  da  mövcud  olmuşdur.  Kənd  əhalisinin 

təsvir  etdiyinə  görə  bu  abidə  kəndin  digər  abidələrinə 

bənzəməyən,  olduqca  fərqli  formada  inşa  edilmiş  qədim 

bir  pir  olmuşdur.  Məlumatçıların  söylədiyinə  görə  beş  və 

ya  altı  guşəli  bünövrəsi  olan  və  yuxarıya  getdikcə  daralan 

formada,  ən  yuxarı  hissəsində  gündoğan  tərəfə  açılan  tək 

bir  pəncərəsi  olan,  qapısı  Qiblə  dağı  tərəfdən  açılan  bir 

tikili  idi.  Məlumdur  ki,  islam  dininə  ibadət  edənə  qədər 

türklər  hətta evləri  də  üzü  şərqə  yəni  gündoğana tikərdilər. 

Məlumdur ki,  qədim  Şumerdə Goy üzünü  müşahidə etmək 

və  zikr etmək üçün  belə qülləli  məbədlər (zikkuratlar)  inşa 

edilirdi  (13).  Görünür  Qüllə  piri  adlanan  bu  qədim  məbəd

35



Yüklə 397,14 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə