QəDİm diyari xinaliq azərbaycan Dövlət Nəşriyyatı



Yüklə 397,14 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix14.01.2018
ölçüsü397,14 Kb.
#20516
1   ...   7   8   9   10   11   12   13   14   15

də  qədim  Azərbaycan  sakinləri  tərəfindən  bu  məqsədlə 

tikilmişdi.  Arxeoloqlar qıpçaqların  qədim  məbədləri  haqda 

yazırdılar ki,  bu  məbədlərin  istiqaməti  şərqə  doğrudur (12, 

167).  Qüllə  pirinin  də  yeganə  pəncərəsinin  şərqə  istiqa­

mətlənməsi  bu  zyarətgahın  qədim  türk  köklərindən  xəbər 

verir.


Kənddə  bu  abidə  ilə  bağlı  maraqlı  bir  rəvayət  də 

mövcuddur.  Müğan  baba  adlı  bir  şəxs  müqəddəslik 

qazanmaq  üçün  hər  gün  təkcə  bir  xurma  yeməklə  40  gün 

bu  pirdə  yaşamalı  idi.  Lakin  40-cı  gün  şeytana  uyduğu 

üçün  Muğan  baba  vergidən  məhrum  olmuşdu.  ***Görün- 

düyü  kimi  bu  rəvayətdə  qədim  Azərbaycan  nağıllarının 

təsiri  hiss  olunur.  Burəvayətlə  bağlı  olaraq  bəzən  Qüllə 

pirinə  Müğam  baba  piri  də  deyirdilər.  Çox  təəsüf  ki,  bu 

qədim 

sitayiş 


yerinin 

hazırda 


yalnız 

xarabalıqları 

qalmışdir.  Lakin  dağılmış  qüllənin  yerində  kənd  camaatı 

tərəfindən  İbrahimxəlil piri  tikilmişdir.



Möhiic  baba  piri 

Xınalıq  kəndində  yerləşən 

ziyarətgahlardan  ilan  Möhüc  baba  piri  əsasən  xəstə 

uşaqların  gətirildiyi  ziyarətgahdır.  İnama  görə  özündən 

getməsi  olan  uşaqlar  bu  pirdə  bir  neçə  saat  yatırılmaqla  ı 

sağalırlar.  Ümumiyyətlə,  xalq  arasında  özündən  getməsi 

olan  uşaqlar  üçün  “ələm  vurub”  ifadəsi  işlədirlər  və  ələm 

ruhunun olduğuna inanırlar.



Şıxşalburuz  baba 

piri  də  Xınalıq  kəndinin  qədim 

pirlərindən  sayilir.  Kənd  əhalisinin  söylədiyinə  görə  bura 

vaxtilə  mollaxana  və  ya  mədrəsə  olmuşdur.  Mədrəsə 

sahibi  olan  Şalburuz  baba  mədrəsənin  içəri  otağında 

yerləşən  qaranlıq  hücrədə  zikr  edərmiş.  Rəvayətə  görə 

XIII  əsrdə  İraqdan  Xınalığa  gələn  bu  mömin  şəxs  həmin 

mədrəsədə  tələbələrini  oxudarmış.  Bunu  türbədə  tapılmış 

qədim  kitabxana  da  təsdiq  edir.  Şıxşalburuz  babaya

36



ehtiram  əlaməti  olaraq  onu  öz  hücrəsində  dəfn  edərək  ağ 

daşdan  qəbir  daşı  qoymuşlar.  Kənd  əhalisi  bu  ibadətgaha 

ən  cox  orucluq  ayında namaza yığılırlar.

Maraqlıdır  ki,  məlumatçılarımızın  söylədiklərinə 

görə  eyni  adlı  pir  hazırda  Dağıstan  ərazisinə  aid  edilən 

Rutul  rayonu  ərazisndə  də  var  və  vaxtilə  Xınalıq 

kəndindən  Ərənlər  baba  adlanan  müqəddəs  dağı  aşaraq 

Rutula gedən  yol  var idi.



X I X   əsrdə  Rusiya  imperiyası  Qafqazda  apardığı 

işğalçılıq  müharibəsi  nəticəsində  “parçala,  hökm  sür!” 

müstəmləkə  siyasətini 

həyata  keçirərək  Azərbaycan 

ərazisini  inzibati  bölgələr  yaratmaq  bəhanəsilə  istədiyi 

şəkildə  qayçılamışdı  və  nəticədə  Rutulun  da  daxil  olduğu 

Samur  dairəsi  Azərbaycan  ərazisindən  qoparılaraq  Dağıs­

tan  ərazisinə  qatıldı.  Beləliklə  də,  məkrli  müstəmləkə 

siyasəti  nəticəsində  Azərbaycan  ərazisinin  bir  hissəsi 

Azərbaycanın tərkibindən çıxarıldı.



Tufan  dağı. 

Şahdağ  xalqlarının  inanclar  sistemində 

dağ  kultu  da  mühüm  yer  tutur.  Dağlar  əhatəsində  yaşayan 

Şahdağ  əhalisi  bu  dağları  mifikləşdirərək  Tufan  dağını, 

Qiblə  dağını,  Baba  dağını  miiqəddəsləşdirmiş,  onlarla 

bağlı  müxtəlif  əfsanələr  yaratmışlar.  M əlumdur  ki, 

Göylərə-Tanrıya  sitayiş  edən  türklər  yüksək  dağlara 

tapınmışlar.  Əsasən  türkdilli  əhalinin  məskun  olduğu 

ərazilərdə  yayılan  və  bir  sıra  dağların  adında  yad  edilən 

(Gəmiqaya,  İlanlı  qaya,  Ağrı  dağı  və  s.)  Nuh  mifi 

xalqımızın  yaddaşında  hələ  çox  qədim  zamanlardan  “Nuh 

peyğəmbər”,  ’’Nuhun  tufanı”,  ”Nuh  gəmisi”  anlayışları 

Şahdağ  kəndlərində  də  qorunub  saxlanmışdır.  Ümumiy­

y ə tlə ,  bu  qədim  mifin  qaynağı  şumer  mənbələrindən 

götü rü lm ü şd ü r 

və 


Nuh 

“Bilqamıs“dastanında 

Ubar 

■Tutunun  oğlu  Dədə  Utnapişti  şəklində  xatırlanır  (22,  144).




“Şahdağ  xalqlarının  Tufan  dağı  ilə  bağlı  əfsanəsi  bütün 

türk  xalqlarının  dini-mifik  dünyagörüşlərində  mühüm  yer 

tutan  Nuhun  tufanı  ilə  əlaqələndirilərək  Ağrı  dağı  əfsanəsi 

ilə  eyniyyət  təşkil  edir.  Xalq  arasındakı  rəvayətə  görə 

Nuhun  gəmisi  Tufan  dağma  dəyərək  parçalanmışdır. 

Hazırda  da  Tufan  dağı  yaxınlığında  adım  Tufan  dağından 

götürən  və  əhali  arşında  müqəddəs  sayılan  göldə  Nuhun 

parçalanmış  gəmisindən  qalan  taxta  parçalarının  hələ  də 

qaldığına  inanılır.  Maraqlıdır  ki,  iki  nohurdan  ibarət  olan 

və  hər  zaman  birindən  digərinə  su  axıntısı  olan  bu  gölün 

suyu  hər zaman  eyni  səviyyədə qalır.  Bu  nohurlarda suyun 

heç  bir  zaman  tükənməməsi  və  mənbəyinin  naməlum 

qalması  bu  gölün  kənd  əhalisi  arasında  mifikləşməsinə 

səbəb  olmuşdur*  Buna  görə  də  Şahdağ  əhalisi  arasında 

quraqlıq  zamanı  yüksək  dağ  silsilələri  arasında  əmələ 

gələn  bu  gölü  müqəddəsləşdirərək  yağışçağırma  ayini 

zamanı  onun  suyundan  istifadə edirlər.  Ümumiyyətlə,  yerli 

əhali  həm  yağışçağırma,  həm də  günəşçağırma  ayinlərinin 

icrası  zamanı  qurban  kəsərək  Tufan  dağı  yaxınlığındakı 

gölü  ziyarət  edirdilər.  Bundan  sonra  kəndin  1  və  ya  2 

nüfuzlu  ağsaqqalı,  gölün  müqəddəs  sayılan  suyundan 

götürüb  mollaya  gətirirdilər.  O  da  bu  suyu  Xınalıq 

kəndinin  yaxınlığında  Qudyalçayın  yuxarı  hissəsində 

yerləşən  Dam-dam  çayına  (xınalıqlılar  bu  çaya  Dam- 

damınka  deyirlər)  tökürək  daha  sonra  birlikdə  namaz 

qılırdılar.  Türklərin  qədim  dini  haqqında  VI  əsrin  70-80-cı 

illərində  tərtib  edilmiş  “Veyşu”  və  VII  əsrin  30-cu 

illərində  qələmə  alınmış  “Suyşu”  adlı  salnamələrdə 

türklərin  adətləri  barədə  yazılırdı  ki,.  .  .  Hər il  beşinci  ayın 

orta  ongünlüyündə  hamını  yığıb  çay  qırağında  goyiin 

ruhuna qurban  kəsirdilər (20,  28). 

,

38




Yüklə 397,14 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə