QəDİm diyari xinaliq azərbaycan Dövlət Nəşriyyatı



Yüklə 397,14 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix14.01.2018
ölçüsü397,14 Kb.
#20516
1   ...   7   8   9   10   11   12   13   14   15

Əksinə,  aramsız  yağışlar zamanı  günəşçağırma ayini 

icra  edilirdi;  “qujul  “adlı  müqəvva  kəndin  gəncləri 

tərəfindən  bəzədilərək  kənd  boyu  gəzdirilir  və  “Günəş- 

çağırma”  mahnıları  oxuyardılar  (və  pay  yığardılar)  və  pay 

yığardılar.  Bu  zaman  gənclərə  məhsuldarlıq  və  bərəkət 

simvolu  kimi  yumurta  və  şirniyyat  paylanardı.  Bu  qədim 

ayinə  Azərbaycanın  bütün  bölgələrində  rast  gəlinirdi. 

Hazırda  yalnız  əyləncə  xarakteri  daşıyan  bu  qədim  ayin, 

təbii  ki,  qədim  Azərbaycan  tayfalarımnı  kocmoqonik 

inamları  ilə  əlaqədar  idi.  Müxtəlif  fonetik  fərqliliklə 

səslənən  qodu  kəlməsi  (huda-huday,  quda-qodu,  qujul 

vəs.)  qədim  türk  xalqlarında  göylər  tanrısını  ifadə  etdiyi 

şübhəsizdir.  XIX  əsrə  aid  bir  mənbədə  də  qodunun 

Azərbaycan  əhalisi  tərəfindən  “Günəş  və  Ay  “kimi  izah 

olunduğu  yazılır (22,  128).  Ciddi  astral  biliklərə sahib olan 

qədim  Azərbaycan  sakinləri  fəsillərin  bir-birini  əvəz 

etməsinini  məhz  ulduzlar  topasının  Ay  və  Günəşlə 

qarşılaşması  ilə  əlaqədar  olduğunu  anlamış  və  yerdə  dini- 

magik  mərasimlərlə  təbiət  hadisələrinə  təsir  göstərməyə, 

bunula  da  təbiəti  özlərinə  ram  etməyə  çalışmışlar.  Quda- 

qujul  (xmalıqca)  kəlməsinin  mənşəyinə  gəlincə  isə  qeyd 

etmək  lazımdır  ki,  qədim  şumer,  həmçinin  Azərbaycan 

münəccimlərinin  də  müşahidəsində  də  bahar  girəndə  goy 

üzündə  oküz  və  maral  adlı  ulduz  topaları  üfüqdə  yox  olur 

və  yalnız  bundan  sonra  günəş  çıxır.  Maraqlıdır  ki,  qədim 

şümer 


dillərində 

öküz-qud, 

öküz-maral 

isə 


qudaa 

deməkdir.  Beləliklə  də.  minilliklər boyu  bütün  türkmənşəh 

xalqların  icra  etdiyi  “Qud-quda”,  “qodu-qodu”  və  ya 

xınalıqların  ifadə  etdikləri  kimi  “qujul”  mərasiminin 

ıəqiqi  kökləri  üzə  çıxır  və  Azərbaycanın  qədim  şumer 

nədəniyyəti  ilə  dərin  etnogenetik  əlaqələrimin  olduğu 

:htimalımız  daha  artır.  Qeyd  etmək  lazımdır  ki.  Xinalıq

39



əhalisinin  də  dərin  astral  biliklərə  sahib  olduğu  həm 

yuxanda  bəhs  etdiyimiz  qədim  kosmoqonik  inamların 

izlərində  özünü  göstərir,  həm  də  kənd  sakini  Z.  Şərifovun 

verdiyi  məlumata  görə  Xınalıq  əhalisi  də  göydəki  ulduzlar 

topasının  hər  birini  yerdə  simvolik  heyvan  obrazları  ilə 

özlərinəməxsus  şəkildə  adlandırmışlar.  Məlumatçı  xınalıq 

dilində  12  bürcün  adının  olduğunu sğyləmişdir.

B aba  dağı.  Bu  ərazidə  digər  müqəddəs  dağ  olan  , 

Baba  dağının  zirvəsində  olan  oyuğun  altında  xalq 

arasındakı  rəvayətə  görə  Baba  adlı  müqəddəsin  qəbri  var. 

Dişi  ağrıyan,  övladsız  qadınlar  və  s.  bu  piri  ziyarət edirlər. 

Baba  dağını  7  dəfə  ziyarət  etmək  əhalinin  inamıma  görə 

Həcc  ziyarətinə  bərabərdir  (23).  Bu  pirə  'ətraf rayonlardan 

da  -  Quba,  Qusar,  Xaçmaz.  Dəvəçi,  İsmayıllı,  Şamaxı, j 

Ağsu  rayonlarından  da  ziyarətə  gəlirlər.  Baba  dağının 

şimalında Aman evi  adlanan sığınacaq da var.

Yerli  əhali  arasındakı  inama  görə  Baba  dağının 

şimal  yamacı  qüzeyində  tüksək  dağlıq  meşəsinin  bir talası 

xüsusilə müqəddəs  bir  yer kimi  qorunur.  Buna səbəb  Baba 

dağı  adının  müqəddəs  sayılmasıdır.  Baba  dağ  əfsanələ­

rindən  birində  çox  uzaqlardan  gələn  Baba  adlı  müqəddəs 

şəxs  torpaqsız-  bitkisiz  uca  dağın  başında,  qarla  örtülü 

zirvələrdə  qeyri-adi  taxıl  növü  yetişdirmişdir.  Buna  görə 

də  bu tala xüsusilə müqəddəs bir yer kimi  qorunur.

Ümumiyyətlə,  qədim  Asərbaycan  sakinləri  dağı  ulu 

baba-soyun  başlanğıcı  kimi  müqəddəsləşdirmiş,  dağı  həm 

də  Göydən,  Günəşdən  gəlmiş  müqəddəs  başlanğıc, 

qoruyucu  kimi  mifikləşdirmişdilər.  Maraqlıdır  ki,  qədim 

qıpçaq  əfsanəsinə  görə  mifolji  personaj  olan  “Babay  ağa” 

hər  zaman  göydə  uçaraq  insanlara  xoşbəxtlik  gətirirdi. 

Onun  endiyi  ərazi  müqəddəs  yer  sayılırdı  (12,  67). 

göründüyü  kimi  qədim  qıpçaq  mifoloji  obrazı  “ Babay



40


ağa”  ilə  Baba  adlə  mifik  şəxsiyyət  arasmda  müəyyən 

oxşarlıq  var.

Qeyd  etmək  lazımdır  ki,  qədim  skif  miflərində  də 

Günəş  tanrısı  Papay  adlanırdı  və  bu  türk  dillərində  baba, 

ulu  baba  kimi  tərcümə  edilir  (28).  Şahdağ  kəndlərində 

Günəş  kultu  ilə  bağlı  qədim  inaclarında  “baba”kəlməsinə 

tez-tez  rast  gəlinməsi  (Baba  dağı,  “baba  qolu”daşı,  baba 

daşı  və  s.)  bir  daha  bu  qədim  Azərbaycan  sakinlərinin 

qədim köklərindən  xəbər verir.

Bundan  başqa  ziyarətə  gələnlər  Baba  dağındakı 

müqəddəs  sayılan  bulağın  da  suuyundan  içirdilər.  Bir  sıra 

türk  xalqlarında  da  su  ilə  dağ  ruhunun  birləşdirilməsi 

məlumdur.  Məsələn,  Altay türklərindən  olan  şorların  su  ilə 

dağ  ruhuna həsr olunmuş birgə ayin  keçirdikləri  məlumdur 

(25).  Göründüyü  kimi,  bu  inancın  izlərinə həm Tufan  dağı, 

həm də Baba dağı ziyarətgahlarında rast gəlinir.

Umuiyyətlə,  xalq  arasındakı  inama  görə  Baba  dağı 

canlı  bir  varlıqdır  və  Baba  dağından  götürülən  hər  bir  daş 

parçası  bu  daş  bədənin  bir  hissəsi  kimi  müqəddəs  hesab 

edilir.  “Baba  daşı”  adlanan  belə  daşlar  bərəkət,  məh­

suldarlıq  simvolu  kimi  evlərdə  saxlanırdı.  Hətta  quraqlıq 

zamanı,  yağışçağırma  ayininin  icrasında  Xınalıq  əhalisi 

özlərinin  ifadə  etdikləri  kimi  “təmiz,  pak  bir  adamın  Baba 

dağından  daş  götürərək  Damdamınkaya  atması  ilə  yağış 

yağacağına inanırdılar.

Şahdağ  etnik  qruplarından  biri  olan  qrızlarda  toy 

ərəfəsində  bəyin  7  atlı  ilə  pirə  gedib  onun  başına 

dolanması 

adəti 

mövcuddur. 



Məlumdur 

ki, 


qədim 

Azərbaycan  sakinləri  ati  günəşin  yerdəki  simvollarından 

ən  başlıcası  kimi  müqəddəsləşdirmişlər.  Strabon  yazırdı 

ki,  atı  massaqetlər  ən  böyük  sürətlə  hərəkət  edən  canlı 

hesab  edərək  onun  göylərə  daha  tez  çatacağına  inanır  və

41



Yüklə 397,14 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə