QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə174/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   170   171   172   173   174   175   176   177   ...   182

 

483 


 

püskürmə  məhsulları  yığımının sementləşməsindən  əmələ  gələn süxur. 

Tərkibinə görə bazaltlı, andezitli, dasitli, liparitli və s. olur. V.t.-dan 

inşaat materialı kimi istifadə edilir. Azərbaycanda (Kəlbəcər, Xanlar və 

s. rayonlarınlarda) yataqları məlumdur. 

VULKANİK SÜXURLAR – bax Effuziv süxurlar. 

VULKANLAR (yun. Vulcanus) – Yer daxilindəki kanallar və çat-

larla dərinliklərdəki maqma mənbələrindən lavanın, isti qazların və 

süxur qırıntılarının yer səthinə püskürülməsi nəticəsində  əmələ  gələn 

təbii geoloji törəmələr. V.-ın püskürmə  məhsulları qaz, maye və  bərk 

halda olur. Vulkan qazları karbon qazları, su buxarı, karbon qazı, hidro-

gen-sulfid, kükürd qazları, xlorlu birləşmələr və s.-dən ibarətdir. 

Püskürmə zamanı lavanın temperaturu 800-1200

°, orta hərəkət sürəti 1-

2 m/san, xüsusi halda 8 m/san olur. Azərbaycanda Pliosen vulkan 

kraterləri Kəlbəcər rayonunda müəyyən edilmişdir. Bu V. lipirit və 

daskit püskürmüşdür. Antropogenə aid vulkan karaterləri Kəlbəcər və 

Laçın rayonlarında qeyd edilmişdir. Bu dövrə aid vulkan püskürmələri 

məhsulu Naxçıvan və Talışın dağlıq hissələrində geniş yayılmışdır. Bəzi 

vulkanik süxurlardan (andezit və bazaltlar) tikinti materialı kimi, şüşə və 

bazalt  ərintisi istehsalında istifadə edilir. Yer kürəsində maqmatik vul-

kanlarla bərabər palçıq vulkanları da inkişaf etmişdir. (bax. Palçıq 

vulkanları). 

 

 



Vulkanın 

kəsiyi 

a-krater; 

b-boğaz; 

c-yan 

krater 

 

 

 

 




 

485 


 



 

YABANI QİDA BİTKİLƏRİ  – insanın təsərrüfat  fəaliyyəti ilə 

bağlı olmayıb təbii halda yayılan (bitən) bitkilər. Respublikamızda 

4200-dən artıq çiçəkli bitki növü məlumdur. Onların çoxu qədim 

dövrlərdən bəri qida kimi böyük əhəmiyyət kəsb edir; bu bitkilərin 

bəzisi mədəni halda becərilir. Meşələrimizdə çoxlu yabanı halda meyvə 

və giləmeyvə, ağac və kol növləri bitir. Onlardan alma, armud, 

böyürtkan, qarağat, itburnu, əzgil, zoğal, alça, qoz, fındıq, sumaq, Qaf-

qaz xurması, çaytikanı, şabalıd, yemişan və s. göstərmək olar. 

K.S.Əsədovun (2001) tədqiqatına görə respublikamızın meşələrində 

meyvə  və giləmeyvələrin ehtiyatı 86700 ton təşkil edir. Onlardan tox-

umlar (tumlular)-22880 t, qərzəklilər – 21870 ton, subtropik meyvələr – 

4230 ton hesablanmışdır. 



YAD NÖVLƏR  – hər hansı qruplaşmaya aid olmayıb ora təsadüf 

düşən növlər. 



YAĞINTI – bax: atmosfer yağıntıları. 

YAĞLI BİTKİLƏR – yağ almaq məqsədilə becərilən bitkilər. Bu-

raya müxtəlif fəsilələrə  mənsub birillik və çoxillik bitkilər daxildir 

(günəbaxan, soya, yerfındığı, zeytun, şalğamturp, xardal, yağ çiçəyi, 

gənəgərçək və s.) Azərbaycanda bu məqsədlə pambıq, çaytikanı, zeytun, 

günəbaxan, qoz, badam becərilir. Fıstıq, itburnu və nar toxumlarından 

da yağ almaq üçün istifadə etmək olar. 



YAMAC  – dağın və ya təpənin  ətəkləri ilə yalı arasındakı hissəyə 

deyilir. Y. geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya 

proseslərindən asılı olaraq dik, meylli, qabarıq, batıq və pilləli formada 

olur. 


YANACAQ  – yandıqda istilik verən maddələr. Y. istiliyindən 

bilavasitə texnoloji proseslərdə  və ya başqa növ enerji formasında 

istifadə olunur. Y-ı yandırmaq üçün müxtəlif texniki qurğular (ocaq, 

soba, yanma kamerası və s.) işlədilir. Y.kimi əsas tərkib hissəsi karbon 

olan boz kömür, yanar qazlar, yanar şistlər, daş kömür, neft, torf kimi 

üzvi mənşəli faydalı qazıntılar, eləcə də ağac tullantıları işlədilir. 



– Dizel Y. – neft karbohidrogenlərinin qarışığı, 180-360

0

C-də 



qaynayır. Dizel mühərriklərində işlədilir. 

– Qazanxana Y. – yüksək dərəcədə qaynayan karbohidrogenlərin 

qarışığı, buxar qazanlarında,sənaye sobalarında və b. yerlərdə yanacaq 

kimi işlədilir. 

– Mühərrik Y. – Daxili yanacaq mühərrikləri üçün yanacaq. 



 

485 


 

– Raket Y. – karbohidrogenlərin maye qarışığı, əsasən neftin ağ neft 

fraksiyası; hava-reaktiv mühərriklərində işlədilir. 



 Sintetik maya Y. – bərk yanacağın (məs. qonur kömür, yanan şist 

və s.) üzvi kütləsinin termokimyəvi parçalanmasından alınan karbohi-

drogen qarışığı. 

– Nüvə Y. – nüvə reaktorlarında enerji mənbəyi kimi istifadə edilən 

materiallar. 



YANDIRMA  (otlaq, çəmən, kolluq və s.) – Sahələrin daha tez 

yaşıllaşmasına təsir etmək məqsədilə çəmən və kolluqlara od vurularaq 

yandırılması. Yandırma bitki örtüyünün və torpağın deqradasiyasına 

səbəb olur. 



YANĞIN SAHƏSİ  – bitki sahəsinin (əsasən meşəliyin) yanğına 

məruz qalmış hissəsi. Y.s.-də çox vaxt ilkin meşə bitki örtüyü törəmə 

tozağacı, qovaq, söyüdlə  və ya kolluqlarla əvəz olunur. Qrunt suyu 

dayazda yerləşən Y.s-də meşə sahəsinin məhv olması nəticəsində trans-

pirasiya azaldığından müvəqqəti bataqlaşma müşahidə olunur. 

YARARSIZ SÜXURLAR – tərkibində bitkilərin və torpaq 

orqanizmlərinin normal inkişafına toksiki təsir göstərən maddələrlə (su-

da həll olunan duzların, sulfidlərin oksidləşmə  məhsulları) zəngin olan 

dağ və ya çöküntü süxurları. 



YARARSIZ TORPAQLAR-BEDLENDLƏR  – quru iqlim, çətin 

keçilən, çox parçalanmış və torpaq örtüyü tamamilə yuyulmuş yararsız 

relyef sahələri. Ən çox səhra və yarımsəhra zonasındakı su keçirməyən 

gilli süxurların leysan yağışları ilə yuyulmasından  əmələ  gəlir. 

Azərbaycanda Bozdağ silsiləsində, Qobustanda və s.-də Y.t. var. Y.t. 

respublikamızda yaylaqlarda və meşə zonasında da insanların 

təsərrüfatsız fəaliyyəti nəticəsində əmələ gəlir. 

YARĞAN  – nisbətən hündür-düzənlik sahələrdə, xüsusən yumşaq 

çöküntülərdən (məs: lös) ibarət olan yerlərdə müvəqqəti və ya kiçik 

axarı olan suların fəaliyyəti ilə ovulmuş, dik yamaclı çüxura deyilir. Y-

ın baş  tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması  və 

yamacların  şumlanması Y-ın genişlənməsinə  səbəb olur. Yaylaq 

zonasında intensiv mal-qara otarılması ilə  əlaqədar bitki və torpaq 

örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Y-lar əsasən 

kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız 

hala salır. Y-larla mübarizə etmək üçün onun yamaclarında və ona 

bitişik sahələrdə  ağac və kollar əkilir. Genişlənməsi dayanmış, 

yamacları yastı və dibi hamarlanmış Y. quru Y. və ya qobu adlanır. 

 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə