QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə173/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   169   170   171   172   173   174   175   176   ...   182

 

481 


 

mübadilədədir. Bu mübadilə  əsnasında canlı maddə Günəşin kosmik 

enerjisilə planetimizdə yaranır və saxlanılır. 

VERMİSİD  – parazit qurdların (nemaqon, nemasid, zinofos və b.) 

məhv etmək üçün təyin olunmuş kimyəvi maddələr. 



VEZİKANTLAR – övrə  xəstəliyinin yaranmasına səbəb olan 

müxtəlif canlı orqanizmlər (gicitkan, dəniz ulduzları), həmçinin kimyəvi 

maddələr (çirkləndirici). 

VƏHŞİ HEYVAN RESURSLARININ NİZAMLANMASI  – 

populyasiyanın yerinin və ya tərkibinin dəyişdirilməsi yolu ilə  vəhşi 

heyvanların sayının saxlanması və dəyişdirilməsi üzrə müxtəlif üsulların 

tətbiq edilməsi. 



VƏHŞİ HEYVAN SAXLAMA – vəhşi heyvanların (xüsusən xəzli) 

qəfəs-volyer  şəraitində artılırması  nəzəriyyəsi və praktikası. V.h.s. Ru-

siya, ABŞ, Kanada, İsveç, Danimarka, Finlandiya və digər ölkələrdə 

aparılır. Dünyada 20 növə  qədər vəhşi heyvan (su samuru, nutriya, 

tülkü, şinşilla, su qunduzu və s.) artırılır. 

VƏHŞİ HEYVANLAR – 1) digər heyvanı ovlayıb yeyən bitki və ya 

heyvan. 2) Yaxın sistematik növlərin (qrupların) nümayəndələri ilə qi-

dalanan heyvanlar. 

VƏRDİŞ  – Orqanizm davranışının xüsusi forması; fəaliyyətin 

dəfələrlə təkrarı sayəsində avtomatik icra olunur. Bəzən pis V. orqaniz-

min zəifləməsinə, bəzən məhvinə səbəb ola bilər. (məs., insanın siqaretə 

və ya alkoqola V.-i və s.). 



VİOLATOR BİTKİ ÖRTÜYÜ – daim insan fəaliyyətinin təsiri 

altında olan bitki örtüyü. 



VİOLENTLƏR  (lat. violent - qəzəbli)  – güclü qruplaşma yaratma 

qabiliyyəti olan, sürətlə inkişaf edərək  əraziləri zəbt edən, fəal həyat 

fəaliyyətilə rəqiblərini sıxışdırıb sıradan çıxaran növlər bura, əsasən me-

zofil dominantlar daxildir. V. anlayışı L.Q.Ramenski (1936) tərəfindən 

irəli sürülmüşdür. Belə növləri o, həmçinin «dünya bitki örtüyünün 

pələngləri”» adlandırır. 



VİRULENTLİK – patogen mikroorqanizmlərin digər orqanizmlərə 

daxil olub onlarda xəstəlik törətməsi. 



VİRUS XƏSTƏLİKLƏRİ – virusların törətdiyi xəstəliklər.  İnsan, 

heyvan, quş, balıq, həşərat, bitki, ibtidailər və hətta bakteriyalar tutulur. 

V.x-nə çiçək, su çiçəyi, qızılca, məxmərək, ploimielit, epidemik hepatit, 

epidemik və endemik ensefalitlər, sarı qızdırma xəstəlikləri aiddir. 



VİRUSLAR  – süzülən viruslar, ultraviruslar – bitki, heyvan və in-

sanlarda yoluxucu xəstəliklərin törədicisi. Yalnız canlı toxumla çoxala 

bilir. V. başqa orqanizmlərdən aşağıdakı xüsusiyyətlərilə fərqlənir: 1) V. 

mikroorqanizmlərin  ən kiçiyi olduğu üçün (m.mk.-la ölçülür) bakteri-

oloji filtrdən süzülür; 2) tərkibində yalnız bir tipli nuklein turşusu, RNT 

və ya DNT olur; 3) parazit olub, canlı hüceyrədə çoxalır; 4) hüceyrə 

quruluşu olmayan ən bəsit canlı mikroorqanizmlərdir. 

VİRUSŞÜNASLIQ – virusların tədqiqi ilə məşğul olan elmi fənn. 



 

482 


 

VİTAMİNLƏR – insan, heyvan orqanizmlərinin və s. qidalanması 

üçün əsas qida maddələrinə (zülal, yağ, karbohidrat və duzlara) nisbətən 

cüzi miqdarda tələb olunan üzvi maddələr qrupu. Orqanizmin həyat 

fəaliyyəti və maddələr mübadiləsinin normal getməsi üçün B.-in olduq-

ca böyük əhəmiyyəti var. İnsan və heyvanlar vitamini bilavasitə 

bitkilərdən və ya dolayı yolla heyvan məhsullarından alır. Suda həll olan 

V.: askorbin turşusu (C vitamini), tiamin (B vitamini) ribovlavin (B

2

 



vitamini), B

6

 vitamini, kobalamin (B



12

 vitamini), niabin (PP vitamini), 

folasin (foliyeva turşusu), hantoten turşusu, biotin. Yağda həll olan B: 

retinol (A vitamini), kalsiferol (D vitamini), tekoferol (E vitamini), fil-

loxanonlar (K vitamini). 

VİTAMİNLİ  BİTKİLƏR  – tərkibində xeyli miqdarda vitamin və 

ya vitaminlərin fizioloji aktiv hissəsi – provitamin olan bitkilər. 

Vitaminlərlə, xüsusən «C» vitamini zəngin olan bitkilər: itburnu 

meyvəsi (4500 mq%-ə qədər), qoz (3000 mq%-ə qədər), çaytikanı (300-

500 mq%-ə) quşarmudu 220 mq%, çiyələk (120-200 mq%). Ali 

bitkilərin demək olar ki, hamısında A provitamini olan karotin vardır. 

Qırmızı  və sarı meyvələr, yerkökü karotin ilə daha zəngindir. Yeməli 

göbələklər PP vitamini, taxıl bitkiləri toxumunun rüşeymi B

1

, B


2

, eləcə 


də PP vitamininin təmiz preparatlarını istehsal etmək üçün itburnu 

meyvəsindən, konsentratlarını hazırlamaq üçün isə qozdan (kal halda), 

qırmızı istiotdan, qarağat, çay tikanı  və s. bitkilərin meyvəsindən 

istifadə olunur. Bitkilərin hamısında D provitamini olan sterinlər var. 

“E” vitamini konsentratı buğda dəninin rüşeymindən alınır. Kələm, is-

panaq, adi şabalıd yarpağında, kök, qabaq, quşarmudu, pomidor 

meyvələrində çoxlu «K»” vitamini, itburnu və sitrus bitkilərinin 

meyvəsində isə «P»” vitamini olur. 



VİVARİ  – təcrübədə istifadə olunmaq üçün müxtəlif heyvanlar, 

əsasən laboratoriya heyvanları saxlanan bina. V.-dən eyni zamanda hey-

van yetişdirmə məntəqəsi kimi də istifadə olunur. 

VİTRİFİKASİYA  (lat. vitrum - şüşə) – kəskin soyuq şəraitdə (-

20

°C-dən aşağı) bitki və heyvan orqanizm toxumalarının donaraq şüşə 



halına duşməsi, lakin həyatilik qabiliyyətini itirməməsi. 

VOLF ƏDƏDİ – Günəşin fəallığını xarakterizə edən ədədlərdən bi-

ri. Günəş diskində görünən ləkələrin tutduğu ümumi sahə ilə  təqr. 

mütənasibdir və X=K(10d+f) düsturu ilə hesablanır. Burada K – 

müşahidəçinin vəziyyəti, teleskopun ölçüləri və b. səbəblərdən asılı 

əmsal, f – günəş diskindəki ləkələrin sayı, “d” isə  həmin ləkələri 

birləşdirən qrupların sayıdır.  İsveçrə astronomu R.VOLF elmə daxil 

etmişdir. 

VULKAN BOMBASI – vulkan püskürməsi vaxtı atılmış lava 

parçaları. Püskürmə məhsulunun havada soyumasından əmələ gəlir. 



VULKAN QAZLARI – vulkan püskürməsi zamanı və püskürmədən 

sonra kraterdən, vulkan yamaclarındakı çatlardan, lava axınlarından və 

piroklastik süxurlardan ayrılan qazlar. 

VULKAN TUFU – vulkan külü, vulkan qumu, lapilli və s. bərk 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə