QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə181/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   174   175   176   177   178   179   180   181   182

 

505 


 

5 minə qədər zəhərli heyvan növü məlumdur. Onlardan məşhur olanları 

və yaxşı öyrənilənlərindən zəhərli buğumayaqlıları (əqrəb, hörümçəklər 

və cücülər), balıqlar və sürünənləri göstərmək olar. Kənd təsərrüfatı 

heyvanları üçün buğumayaqlılar və zəhərli heyvanlar ən qorxulu sayılır. 

Kənd təsərrüfatı heyvanlarının Z.h.-ın dişləməsinin profilaktikası üçün 

zərdablarla vaksinasiya (peyvənd) və immunizasiya tətbiq olunur. 

ZƏHƏRLİ KİMYƏVİ MADDƏLƏR – kənd təsərrüfatı bitkilərinin 

xəstəlik törədicilərinə  və  zərərvericilərinə qarşı mübarizə aparmaq, 

həmçinin insan və heyvan ektoparazitlərini məhv etmək üçün istifadə 

olunan mineral və ya bitki mənşəli, ya da sintetik kimyəvi maddələr. 

Fosfor-üzvi və xlor üzvi birləşmələr, karbonatlar, müxtəlif mis, sink, 

kükürd və flüor birləşmələri Z.k.m.-dəndir. Bax: həmçinin insektisidlər, 

pestisidlər. 

ZƏHƏRLİ MADDƏLƏRİN MAKSİMUM YOLVERİLƏN 

SƏVİYYƏSİ – ərzaq məhsullarında zəhərli maddələrin (məs., 

pestisidlərin) maksismum yol verilən səviyyəsi. 



ZƏHƏRLİLİK KRİTERİ – orqanizmin toksik (zəhərli) maddələrin 

təsirinə qarşı cavabının keyfiyyət və kəmiyyət göstəriciləri. 



ZƏHƏRLİLİK (TOKSİKLİK)  GÖSTƏRİCİLƏRİ – hər hansı 

maddənin orqanizmin həyat prosesinə  zərərli təsirinin göstəriciləri. Bi-

oloji, fizioloji, biofiziki və fiziki-kimyəvi Z.g. ayrılır. 

ZOĞAL FƏSİLƏSİ  (Cornaceae) – fəsilənin 16 cinsi məlumdur. 

Qafqazda və Azərbaycanda 2 cinsi təbii halda bitir.  



Zoğal cinsi (Cornus) – Qafqazda və Azərbaycanda geniş yayılanı 

adi zoğaldır (C.mas). Azərbaycanda Böyük və Kiçik Qafqazda, Samur-

Dəvəçi düzənliyində  və Qanıx-Əyriçay vadisində düzəndən başlamış 

orta dağ qurşağına kimi meşələrin tərkibində bitir. 



Sivida cinsi (Swida) –  Azərbaycanda 3 növü təbii halda bitir. Buna 

dəli zoğal da deyilir.  



Cənub dəli zoğalı  (S. australis) – Azərbaycanda bütün meşəli 

rayonlarda dəniz səthindən 1400 m yüksəkliyə qədər meşələrdə bitir.  



Qara murdarça (S. sanquinea) – Azərbaycanda introduksiya olu-

nub, Botanika bağında və Mərdəkan dendroloji bağında var.   



ZONA – Qurunun zonaları yarım zonalara, rayonlara və s. bölünür. 

Hər bir zonaya xüsusi ekosistem tipi məxsus olub özünün bitki örtüyü, 

heyvanat aləmi və torpağı ilə səciyyələnir. 

ZONALLIQ – Yer səthinin iqlim, biocoğrafi, quruda və torpaq 

xüsusiyyətlərinə görə isə günəş istiliyinin əsasən en dairəsi üzrə 

paylanmasına görə zonalara coğrafi differensasiyası. Müvafiq bitki 

zonasını (tundra, meşə, çöl, səhra) səciyyələndirən bitki örtüyü bitki 




 

506 


 

zonallığı yaradır.  Şimaldan cənuba getdikcə iqlimin dəyişməsi ilə 

əlaqədar bitki zonaları bir-birini əvəz edir. Tundra zonasının bitki örtüyü 

əsasən kollardan ibarətdir. Tundradan cənuba geniş meşə zonası 

yayılmışdır. Meşə zonasının cənubunda yerləşən çöl (step) zonası 

özündən  əvvəlki zonadan quru və isti iqlimi ilə  fərqlənir. Daha sonra 

gələn səhra zonası üçün torpağın duzluluğu xarakterikdir; bitki örtüyü 

seyrək, əsasən duzadavamlı kol və ot bitkilərindən ibarətdir. 



ZOOBENTOS, DİB FAUNASI – su hövzələrinin dibində  və ya 

qruntunda yaşayan heyvanların məcmusu. 



ZOOCOĞRAFİ FAUNİSTİK  ƏYALƏT  – vilayətə tabe olan 

zoocoğrafi rayonlaşdırma vahidi. 



ZOOCOĞRAFİ VİLAYƏTLƏR – Yer kürəsində heyvanların əsas 

coğrafi vilayətləri. 



ZOOCOĞRAFİYA, HEYVAN COĞRAFİYASI  – zoologiyanın 

bir bölməsi; Yer kürəsində heyvanların hazırda və keçmişdə coğrafi 

yayılmasını, bu yayılmanı müəyyən edən müasir və keçmiş tarixi 

amilləri, qanunauyğunluqları, həmçinin heyvanların ekoloji qruplarının 

coğrafi yayılmasını öyrənir. 

ZOOXORİYA  – meyvə  və toxumaların heyvanlar vasitəsilə 

yayılması. Z.-nın epizooxoriaya (meyvə və toxumların heyvanın bədən 

səthi ilə yayılması), endozooxoriya (heyvanların ekskrementi ilə 

yayılması) və sinzooxoriaya (Heyvanların meyvə  və toxumları ehtiyat 

məqsədilə toplanması ilə  əlaqələr yayılması) tipi müəyyən edilir. Bu-

nunla  əlaqədar bitkilər də epi-, endo-, və sinzooxorlara bölünür. Epi-

zooxor bitkilərin meyvə və toxumlarında qarmaq, tikan, selik yapışqan 

maddələr və s., endozoxor bitkilərin toxumu üzərində  ətli hissə olur. 

Heyvanlar belə meyvə və toxumları yeməklə yayırlar. Sinzooxoriyanın 

geniş yayılan forması və ya toxumların qarışqalar tərəfindən toplanması-

mirmekoxoriyadır. 

ZOOFABLAR  – heyvanların yeyilməsindən qorunmaq üçün 

müəyyən uyğunlaşmalara (tikanlı, acı, pis qoxulu, zəhərli və s.) malik 

olan bitkilər. 

ZOOFAQLAR – otyeyən heyvanlarla (fitofaqlar) və ya ətyeyənlərlə 

(zoofaqlar) qidalanan yırtıcı heyvanlar. Bitkilərdən bu qrupa cücülərlə 

qidalanan bitkilər aiddir. 

ZOOFİLLİK (zoofiliya) – bitkinin heyvanlarla tozlanması: 

məməlilərlə (məs., yarasa), quşlarla (ornitofiliya), cücülərlə (entomofi-

liya), malyusklarla (molokofiliya). 

ZOOFİTLƏR – bitkiyə oxşar heyvanlar (süngər, mərcan). 

ZOOHİDROBİONTLAR – su heyvanları. 

ZOOXORLAR  – meyvə  və toxumların heyvanlar vasitəsilə 

yayılmasına uyğunlaşan bitkilər. 




 

507 


 

ZOOGEN FAKTORLAR – heyvanların bitkilərin həyat tərzinə

çoxalmasına və xassəsinə təsirinin müxtəlif formaları. 



ZOOGEN RELYEF – bax: biogen relyef. 

ZOOGEN SUKSESSİYA  – heyvanların güclü təsirilə baş verən 

sukssesiya (məs., onların kütləvi artması ilə). 



ZOOGENETİKA – genetikanın bir sahəsi; heyvanların genetikasını 

öyrənir. 



ZOOGİGİYENA – veterenar və zootexnika elminin bir sahəsi; 

heyvanların saxlanılma 

şəraitinin onların sağlamlığını 

və 


məhsuldarlığını artırmaq üzrə tədbirlər hazırlayır. 

ZOOKÜTLƏ – Müəyyən populyasiya və biosenozda heyvanat 

aləminin biokütləsi. Quruda zookütlənin miqdarı 2,0 

⋅ 10

9

 t (Uitteker, 



1980) olub əsas torpağın heyvanat aləmindən ibarətdir. Dəniz və okean-

larda zookütlənin quru maddəsi 6,0 

⋅ 10

9

 t təşkil edir. (Vinberq, Çernov, 



1970). 

ZOOLOGİYA (yun. zoon  - heyvan, canlı) – Heyvanlar haqqında 

elm; biologiyanın bir sahəsi. Heyvanlar aləminin müxtəlifliyini, onların 

quruluşunu və  həyat fəaliyyətini, yayılmasını, xarici mühitlə  əlaqəsini, 

fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Z. insanların 

təsərrüfat fəaliyyəti, Yer üzərində heyvanların qorunması  və 

mənimsənilməsi ilə sıx əlaqədardır. Z. tədqiqat vəzifələrinə görə bir sıra 

əsas fənlərə bölünür: heyvan sistematikası, heyvan morfologiyası, hey-

van embriologiyası, heyvan ekologiyası. 



ZOOLOGİYA BAĞI  – vəhşi heyvanların kolleksiyası; nadir və 

məhv olmaq təhlükəsi olan heyvanların genefondunu göstərmək, 

öyrənmək, qorumaq və artırmaq məqsədilə yaradılır. 

ZOOLOGİYA MUZEYİ  – heyvan kolleksiyalarının (fiksəedici 

mayelərdə, qurudulmuş və ya xüsusi preparat halında saxlanan heyvan-

lar, bunların müqavvaları, skeletləri, dəriləri, eləcə də buynuz, sümük və 

çanaqdan düzəldilən məmulatlar) saxlandığı elmi və  mədəni-maarif 

müəssisəsi. Bakıda Z.m. Azərbaycan MEA Zoologiya institutunda 

yaradılmışdır (1971). Xaricdə ən böyük Z.m. Nyu-Yorkda. Vaşinqtonda, 

Parisdə, Londonda, San-Peterburqda, Moskvada və Kiyevdədir. 

ZOOLOGİYA PARKI – vəhşi heyvanları nümayiş etdirmək, 

öyrənmək və artırmaq məqsədilə onları bağlı və yarımbağlı şəraitdə sax-

layan elmi-maarif müəssisəsi. Z.p. Zoologiya bağından, adətən, 

ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə 

fərqlənir. Z.p. təbiətə və onun nemətlərinə məhəbbət aşılayan, nadir və 

nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan 

və  təbiətin mühafizə ideyalarını  təbliğ edən mərkəzdir. Tarixən Z.p.-



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə