QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə179/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   174   175   176   177   178   179   180   181   182

 

499 


 

15. Etil 

spirti 

1000 


16. Kəsgin (yeyici) qələvilər (məhlul) NaOH hesabı ilə 0,5 

17. Azot 

oksidləri (NO

2

 hesabı ilə) 5 



18. Toz 

 



19. Xlor 

 



20. Sulfat 

turşusu, kükürd anhidridi 

21. Metal 



civə 

0,01 - 


0,005 

22. Kalsiumlaşdırılmış soda 

23. Dördxlorlu 



karbon 

20 


24. Hidrogen-sulfid 

(karbohidrogenlərlə qarışıq) 3 

25. Dixloretan 

10 


 

YOL VERİLƏN REKREASİYA YÜKÜ – vahid rekreasiya 

sahəsində (adətən meşə) müəyyən vaxt ərzində əhalinin kütləvi istirahəti 

üçün  ətraf mühitə nisbətən zərərsiz istifadə edilən təbii kompleksdə 

istirahətçilərin yol verilən sayı. Y.v.r.y. ekoloq-mütəxəssislər tərəfindən 

mürəkkəb hesablamalar əsasında müəyyənləşdirilir. 

YOLKƏNARI MEŞƏ ZOLAQLARI – dəmiryolları  və  şose 

yollarını qardan, qum və tozlardan, yuyulmadan qorumaq üçün, 

həmçinin dekorativ məqsədlə zolaq şəklində meşəliklər salınır. Bu 

meşələr həm də sanitar-sağlamlaşdırıcı funksiyası daşıyır. 

Dəmir yolları boyu meşə zolaqları  kənar yoldan 15-20 m aralı 

yerləşdirilir. Meşəlik bir və ya çoxzolaqlı ola bilər. Bir zolağın eni 10-

25 m, 2-7 cərgəli götürülür. 

Avtomobil yolları boyu meşə zolaqları yoldan 15-50 m kənarda 

yerləşdirilib, eni 4-20 m, adətən 2-4 cərgəli olur. 

Y.m.z. uzunömürlü, küləyə, qara və qaza davamlı ağac cinslərindən 

salınır. 

 

 

 

 

 

 

 



 

500 


 

 

 

 

 

 

Lənkəran-Astara şose yolu kənarı meşə zolağı 

 

YOLUXMA  ƏMSALI  – hər hansı populyasiyanın ümumi 

miqdarının (sayının) zərərvericilərin kritik sayına (miqdarına) nisbəti. 

Y.ə. yoluxma dərəcəsini müəyyənləşdirməyə  və  zərərvericilərə qarşı 

effektiv mübarizə metodları seçməyə imkan verir. 



YOLUXUCU XƏSTƏLİKLƏR – bax infeksion xəstəliklər. 

YOSUNLAR  –  (Algae) – ibtidai bitki qrupu. Çiçək və toxumu ol-

mayan su bitkiləridir. Tərkibində xlorofil və b. piqmentlər var; avtotrof 

orqanizmlərdir. 10 tipi, 30 minə  qədər növü var. Ehtimala görə quru 

bitkiləri yaşıl Y-dan əmələ gəlmişlər. Əksəriyyəti birhüceyrəlidir. İri Y. 

vegetativ yolla, bir çox Y. isə spor və qamet əmələ gətirməklə çoxalır. 

Y.-ın  əksəriyyəti suyun səthindən başlayaraq 20-40 m-dək, tək-tək 

növləri (qırmızı  və qonur Y.) şəffaf sularda 200 m dərinlikdə yaşayır. 

Bəzi yosun növləri torpağın üst qatında və ya səthində, ağac qabığında, 

qaya və hasarlarda inkişaf edir. Göbələk və  bəzi heyvanlarla simbioz 

yaşayan Y.da var (şibyələr). Yer üzərində il ərzində  əmələ  gələn üzvi 

maddənin 80% qədəri Y. və b. su bitkilərinin payına düşür. Beləliklə, Y. 

bilavasitə və ya dolayı yolla su heyvanlarının qidasını təşkil edir. Y-dan 




 

501 


 

selikvarı aqar-aqar maddəsi, tərkibində mikroelement olan yem unu, yod 

və s. alınır. 

YUMŞAQ KİMYA  –  Y.k.-nın vəzifəsi sintetik maddələri onların 

təbii analoqlarına yaxınlaşdırmaqdır. Y.k. təbii boyalardan, bitki və 

heyvan ekstratından hazırlanan dərmanlardan, bitki mühafizəsində bi-

oloji vasitələrdən, təbiətdə  işıq və mikroorqanizmlərin təsirindən tez 

parçalanan, su ilə tez yuyulan sintetik polimerlərdən və toksik olmayan 

tipoqrafik rənglərdən istifadə edir. Y.k.-nın inkişafı  uğrunda «yaşıllar» 

mübarizə aparır. 

YUNESKO (UNESCO) – BMT-in elm, təhsil və  mədəniyyət üzrə 

təşkilatı. 



YUVALAR – müxtəlif heyvanların bala çıxarmaq, yaxud qışlamaq, 

gizlənmək və dincəlmək üçün hazırladığı yer. Arılar Y-ını mumdan, 

bəzisi ağacın oduncağını çeynəməklə düzlətdiyi kağızdan, qarışqalar 

bitki qırıntılarından, yaxud torpaqdan hazırlayır. Termitlərin yuvası 7-8 

m hündürlükdə piramidaya oxşayır. Bəzi kəpənək tırtılları hörümçək 

toruna oxşayan yuva düzəldir və orada qışlayır. İpəkqurdunun hördüyü 

barama həm də onun yuvasıdır. Çanaqlı bağalar və timsahlar 

yumurtalarını qumda və ya torpaqda qazdıqları Y-da basdırırlar. 

Quşların yuvası onların təkamülündən və  həyat tərzindən asılı olaraq 

daha müxtəlifdir. Qızılqaz palçıqdan yerüstü təndir formalı yuva qurur. 

Sərçəkimilərin yuvası fincan formalıdır. Sarıköynək və pəsnək quşunun 

yuvası  ağacın nazik budağından asılmış olur. Quşlar Y-ının içərisinə 

yumşaq quru ot, tük, xəzəl, ördəklərin bəzisi isə  lələklərini yolub 

döşəyir. Yırtıcı heyvanların kahaları və zağaları həm də onların Y-ıdır. 



YUYUCU VASİTƏLƏR –paltar yumaq üçün işlədilən toz, pasta və 

mayelər. Müasir yuyucu vasitələr bir neçə komponentdən, o cümlədən 

tenzid (sabun), ağardıcılar, duru şüşə  və yuyucu sodadan ibarətdir. 

Yuyucu vasitələr məişət axıntılarının (tullantılar) təmizlənməsində xeyli 

problem yaradır və təmizləmə  şlamlarının (təmizləndikdən sonra qalan 

quru qalıq) gübrə kimi istifadə edilməsini məhdudlaşdırır. 



YUYULMAQ  – (su ilə yuyulub çıxardılmaq) – dağ süxuru və ya 

torpağın suda həll olunan maddələrinin məhlula keçmə prosesi və 

onların ekosistemdən çıxarılması  və ya dərin horizonlara (qismən 

torpaqaltı qata) keçməsi. Yağıntı vaxtı yuyulub aparıcı su rejiminə malik 

olan ekosistemlər üçün xasdır, (karbonatlardan yuyulmuş dağ qonur 

meşə torpaqları). 



YUYULMUŞ TORPAQLAR axar səth suları  tərəfindən üst qatı 

yuyulub aparılmış torpaqlar. Y.t.-ın genetik qatların yuyulma dərəcəsin-

dən asılı olaraq zəif, orta və şiddətli yuyulmuş növləri olur. 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə