QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə178/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   174   175   176   177   178   179   180   181   182

 

495 


 

 

R+P+LE+V=0 



 

Burada: R – yer səthinin radiasiya balansı: P – yer səthi ilə atmosfer 

arasında turbulent istilik axını: LE – buxarlamaya sərf olunan istilik: V 

– yer səthindən torpağa və ya suya daxil olan və geri qayıdan istilik 

axını. Y.s.i.b.-nın məlumatları iqlim dəyişməsi, coğrafi zonallıq, 

orqanizmlərin termik rejiminin öyrənilməsində böyük rol oynayır. 



YERALTI SULAR – Yer qabığının üst hissələrindəki süxur 

qatlarında (12-16 km dərinliyədək) maye, sülb və ya buxar halında olan 

sular; su saxlayan süxur xüsusiyyətindən asılı olaraq məsamə, çat və 

karet sularına bölünür. Y.s. təzyiqsiz qrunt suları  və  təzyiqli artezian 

sularına ayrılır. Y.s.-n tərkibi 60-dan çox kimyəvi elementlə (ən çox Cl, 

S, C, Si, N, O, H, K, Na, Mg Ca, Fe, Al və s.) doymuş olur. Y.s. 

minerallaşma dərəcəsindən asılı olaraq şirin (1q/l-dək).  şortəhər (1.0-

dən 10q/l-dək),  şor (10-dan 50 q/l-dək), duzlu (50 q/l-dən çox) sulara 

bölünür. Temperaturuna görə soyumuş (0

°C-dən aşağı), çox soyuq (0-

dən 4C-dək) soyuq (4-dən 20

°C-dək), ilıq (2-dən 37°C-dək), isti (37-dən 

50

°C-dək), çox isti (50-dən 100°C-dək) və qaynar (100°S-dən yuxarı) 



olur. Tərkibindəki qazlar əsasən karbonlu, hidrogen-sulfidli, azotlu, 

kükürdlü, metanlı  və qarışıq sulara ayrılır. Y.s.-ı-içməli sular, sənaye 

suları, mineral sular və termal sulara ayırırlar. 

YERALTI SULARIN ÇİRKLƏNMƏSİ  – sənaye müəsisələrinin, 

xüsusilə energetika, neft-kimya və kimyəvi komplekslərinin fəaliyyəti, 

həmçinin neftin çıxarılması zamanı çirkləndirici maddələrin yeraltı sula-

ra daxil olması. 

Kənd təsərrüfatı da çirklənmə  mənbəyi ola bilər: tarlalardan 

gübrələrin yuyulması, maldarlığın çirkab axıntıları. 



YERALTI TROPOSFER – torpaq və torpaqaltı hava torpağın bərk 

hissəcikləri tərəfindən udulan, onların məsamələri arasında yerləşən, 

torpaq və torpaqaltı sularda həll olan hava. Y.t. yer səthindən 1,5 km 

dərinliyə qədər yayılmışdır. 



YERİN QÜTBLƏRİ  – Yerin gündəlik fırlanmasında  şimalda və 

cənubda «hərəkətsiz”» qalan iki nöqtəsidir, bu nöqtələrdə Yerin xəyali 

oxu yer səthi ilə kəsişir. 

YERİN  İSTİLİK BALANSI – bütövlükdə (atmosferlə birlikdə) – 

Yer üçün, habelə ayrılıqda bütün atmosfer və bütün yer üçün olan istilik 

balansı. 

YERİN MANTİYASI  – Yerin daxili təbəqələrindən biri, yəni yer 

qabığı ilə yerin nüvəsi arasındakı  təbəqə. Y.m.-nın aşağı  sərhədi 




 

496 


 

təxminən 2900 km dərinlikdə yerləşir. Y.m. qalınlığı 2 min km-ə 

yaxındır, əsasən maqnezium və dəmir zəngin ağır metalardan ibarətdir. 

500 km dərinlikdə temperaturu 1500

0

. 2900 km dərinlikdə  təzyiq 1,35 



milyon kq/sm

2

-ə bərabərdir. 



YERİN NÜVƏSİ  – Yerin mərkəzi, daha dərin geosferi. Y.n.-nin 

temperaturu 5000

°-yə, sıxlığı 12,5 t/m

3

-a yaxındır. Onun üst hissəsinin 



maye, daxili hissəsinin isə bərk olduğu ehtimal edilir. 

YERLİ FLORA – nisbətən kiçik quru sahəsinin və ya akvatoriyanın 

florası: (hər hansı bir dağın, gölün, inzibati rayonun, vilayətin, fiziki-

coğrafi bölmənin, qoruğun, yaşayış yerinin və s.-nin florası). 

YERLİ  İQLİM  – müəyyən bir sahənin (mühitin) iqliminin kiçik 

məsafədə (1 km və az) ona qonşu sahələrdən bir və ya bir neçə elementi 

ilə seçilməsi. Mezoiqlim anlayışına yaxındır. 

YERLİ KÜLƏK  – müəyyən coğrafi  ərazidə tez-tez təkrarlanan və 

həmin ərazinin havası üçün səciyyəvi olan külək. Y.k.-lərə xəzri, gilavar 

misal ola bilər. 

YERLİ NÖV – bax. aborigenlər. 

YERŞÜNASLIQ, ÜMUMİ YERŞÜNASLIQ – fiziki coğrafiyanın 

bölməsi. Yer qabığının tərkibi, strukturu və inkişafının ümumi 

qanunauyğunluqlarını öyrənir. Çox vaxt Y. fiziki coğrafiyanın sinonimi 

kimi istifadə edilir, bəzən isə Yeri bir planet kimi öyrənən bütün 

fənnlərin məcmusunun qısaldılmış adı kimi ifadə olunur. 

YETİŞKƏN LANDŞAFT  –  ətraf mühitlə  ən sabit müvazinət 

vəziyyətinə çatan landşaft. 



YETİŞMİŞ EKOSİSTEM – bax klimaks ekosistem. 

YIRTICI QUŞLAR – (Falconiformes) – quşlar dəstəsi. Bədəninin 

uzunluğu 16,5 sm-dən (cırtdan qızılquşlar) 112 sm-dək (kərkəslər) olur. 

Azərbaycan Respublikasında 36 növü yayılmışdır. Y.q. zəif və ya xəstə 

heyvanları qırmaqla populyasiyanı sağlamlaşdırır. Bəzi növləri ovçuluq 

təsərrüfatına zərər verir. 

YIRTICILAR, PREDİATORLAR  –  (Carnivora) – məməlilər 

dəstəsi. Bədəninin uzunluğu 13 sm-dən (gəlincik) 3 m-dək (ayılar), 

çəkisi 30 q-dan 700 kq-dəkdir. Y.-əsasən ətyeyən, az qismi bitki və hər 

şey yeyən heyvanlardır. Azərbaycan Respublikasında18 növü 

məlumdur. Y-ın bir qismi xeyirli (xəz və  dərisinə görə) heyvanlardır. 

Bir çoxu zərərli gəmiriciləri məhv edir; az qismi (məs. canavar) 

heyvandarlığa zərər verir. 

YOX OLMA, ÖLÜB SIRADAN ÇIXMA – təbii proseslər və an-

tropogen təzyiq nəticəsində canlının istənilən sistematik vahidinin 

başdan-başa yox olması (nəsil saxlamadan); kütləvi çoxalmanın  əks 



 

497 


 

hadisəsidir; nəsli kəsilmək təhlükəsi olan növlər Qırmızı kitaba daxil 

edilib dövlət tərəfindən mühafizə olunur. 

YOL EROZİYASI  toplanmış  səthi su axını  nəticəsində yolun və 

küvetin yuyulub dağılması. Buna qarşı profilaktik tədbirlər üç üsulla 

yerinə yetirilir: su axan yerlərin davamlılığını artırmaq üçün çim qatı 

yaradılır, beton su ötürücülər, şəlalələr və s. düzəldilir. 

Səthi su axınının sürətini azaltmaqdan ötrü yollar az meyllik 

istiqamətində layihələşdirilməlidir. 



YOL VERİLƏN (DÖZÜLƏN) KONSENTRASİYA HƏDDİ  – 

mühitdə  zərərli maddələrin (agentlərin) maksimum miqdarı, praktiki 

olaraq canlı orqanizmlərə, o cümlədən insana mənfi təsir göstərmir. 

– Suda maddələrin yol verilən konsentrasiyası (S.m.Y.V.K.). 

– S.m.YVK-dan yüksək olduqda, su bir və ya bir neçə növ üçün 

yaramır. 

–  Atmosferdə qarışıqların YVK – Atmosferdə qarışıqların YVK 

insan üçün ziyanlı təsir göstərmir. 

–  Yol verilən tullantı – elmi-texniki normativ, yer səthi qatda 

çirkləndirici maddələr (mənbədən)  əhali, bitki və heyvanat aləmi üçün 

zərər yetirmir. 



 

İŞÇİ ZONASINDA HAVADA ZƏRƏRLİ MADDƏLƏRİN  

YOL VERİLƏN KONSENTRASİYASI 

 

Say 

№-si 

Zərərli maddələrin adı 

YVK, 

mq/m

3

 

1. Qazşəkilli karbohidrogenlər 300 

2. 

Yanacaq benzin (karbon hesabı ilə) 100 



3. Ağneft fraksiyası (karbon hesabı ilə) 300 

4. Benzol 

 



5. Toluol 



 

50 


6. Ksilol 

 

50 



7. Qaz 

kondenatı 300 

8. Metal 

spirti 


9. Etanolamin 

 

0,5 


10. Etilenqlikol 

 

0,2 



11. Amonium 

 

20 



12. Etilen 

 

300 



13. Karbon 

oksidi 


20 

14. Qaz 


hisi 

(qurumu) 

3,5 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə