QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə172/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   168   169   170   171   172   173   174   175   ...   182

 

478 


 

es; üzvi maddələrin tam parçalanıb qeyri-üzvi maddələrin  əmələ 

gəlməsi. 

ÜZVİ–MİNERAL gübrələr, humin gübrələri  – tərkibində üzvi 

maddə  və ya kimyəvi, yaxud adsorbsiyalı mineral birləşmələr olan 

gübrələr. Ü.m.g.-in tərkibi və adı müxtəlif olur: Huymofos, humofoska, 

torflu ammonyaklı gübrələr, torflu-minerallı-ammonyaklı gübrələr və s. 



ÜZÜM FƏSİLƏSİ – (Vitaceae) fəsiləyə 12 cins daxildir. 

Üzüm cinsi (Vitis)  – cinsə 30-dan çox artıq növ daxildir. Bir çox 

mədəni sortları vardır. Təbii halda geniş yayılanı meşə üzümüdür. 



Meşə üzümü  (V.silvestris) Azərbaycanda Samur-Dəvəçi, Qanıx-

Əyriçay vadisində, Kür-Araz ovalığında, Lənkəran düzənliyində, Böyük 

və Kiçik Qafqazın orta dağ qurşağına kimi meşələrdə ağaclara sarmaşan 

halda rast gəlinir. 



ÜZÜM MÜALİCƏSİ, ampeloterapiya – Müxtəlif xəstəliklərin 

üzümlə müalicəsi. Ü.m. nəticəsində su-duz mübadiləsi, bağırsaqların 

motor funksiyası sürətlənir, iştaha, sidik ifrazı artır və s. Ürək-damar, 

böyrək, qaraciyər, ağciyər, xəstəliklərinin müalicəsində istifadə olunur. 

Şəkərli diabetdə, ağız boşluğunda yara olduqda (stomatit, gigivit), 

kəskin və xroniki enteritdə, enterokolitlərdə, kəsgin ağciyər vərəmində 

Ü.m.-dən istifadə etmək olmaz. 

ÜZÜMÇÜLÜK  – Üzümün becərilməsi ilə  məşğul olan kənd 

təsərrüfatı sahəsi. Ü. əhalini üzüm və kişmişlə,  şərabçılıq və konserv 

sənayesini xammalla təmin edir. Azərbaycan Respublikasında Ü. kənd 

təsərrüfatı

 

-nın əsas sahələrindən biridir. 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 


 

479 


 



 

VAHƏ  – səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik 

rayonları, ağac, kol və ot sahələri. V.-nin əmələ gəlməsinə səbəb sahədə 

qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı 

suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı 

daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından su-

varma ilə əlaqədardır) çox olmasıdır. V.-lərin sahəsi (Afrikada Nil çayı 

dərəsi, Orta Asiyada Fərqanə  dərəsi, Amudəryanın aşağı axını  və s.) 

onlarca hektardan on minlərlə km

2

-ə  qədər olur. V.-lər səhralarda 



əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. V.-

lərdə  ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm 

və s. becərilir. Afrika və  Cənubi-Qərbi Asiyadakı V.-lərin xarakterik 

bitkisi xurma ağacıdır.      



VAHİD DÖVLƏT SU FONDU – Azərbaycan respublikasının 

bütün su obyektlərinin (çaylar, su anbarları, göllər, nohurlar, kanallar, 

daxili dənizlər və s.) məcmusu. Su obyektləri ümumxalq mülkiyyəti 

olub dövlətin tabeçiliyində olur, əhaliyə, müəssisələrə, təşkilatlara ancaq 

istifadə üçün verilir. 

VASİTƏLİ  RƏQABƏT,  İSTİSMAR RƏQABƏTİ  – müxtəlif 

növdən ibarət populyasiyaların miqdarı məhdudlaşmış olan eyni resurs-

dan istifadə etdikdə aralarında yaranan rəqabət; bu, müxtəlif növ 

populyasiyaların arasında əsas rəqabət forması sayılır. Yaşayış uğrunda 

belə mübarizədə konkurentlər (rəqiblər) «üz-üzə»” gəlmir, onlar 

arasındakı mübarizə bilavasitə hücum etməklə yox, acından ölməklə 

bilinir. 

VEGETASİYA – cücərmə, boyatma və yetişmə; bitkinin aktiv həyat 

fəaliyyəti halı (sakitlik halından fərqli olaraq). 



VEGETASİYA DÖVRÜ – il ərzində hər hansı bir iqlim şəraitində 

bitkinin boy artımı  və inkişafı (vegetasiya) mümkün olduğu dövr. 

Mülayim iqlim şəraitində bu dövr axırıncı yaz soyuqlarından ilk payız 

soyuqlarına qədər, tropik və subtropik iqlim şəraitində isə bütün il boyu 

davam edir. Azərbaycanda V.d. tərəvəz üçün 90-120, üzüm üçün 208-

239, pambıq üçün 130-140, payızlıq taxıl üçün 230-306, yarpağı tökülən 

ağac və kollar üçün 220-260, həmişəyaşıl bitkilər üçün 365 gün (bütün il 

boyu) hesab olunur. 



VEGETASİYA ÜSULU – bitkilərin vegetasiya evi və laboratoriya 

şəraitində becərilməsi üsulu. V.ü. ilə qida maddələrinin fizioloji rolu, 

onların bitki orqanizminə daxil olması, mühit reaksiyasının (pH), işığın, 



 

480 


 

temp-run, aerasiyanın, müxtəlif suvarma normalarının, gübrələrin, 

torpaqdakı  zərərli duzların bitkiyə  təsiri, bitkilərin kimyəvi vasitələrlə 

mühafizə edilməsi və s. məsələlər dəqiq öyrənilir. Müxtəlif amillərin 

bitki üçün əhəmiyyətini müəyyən etməkdən ötrü vegetasiya qablarına 

torpaq, təmiz kvars qumu, yaxud distillə edilmiş su (su kulturasında) 

doldurulur. V.ü. ilə alınmış məlumat tarla şəraitində yoxlanılır. 

VEGETATİV ÇOXALMA – qeyri cinsi çoxalma növlərindən biri; 

ana orqanizmin müəyyən hissəsindən yeni orqanizm əmələ gəlməsi. 

Mikroorqanizmlər, ibtidai heyvanlar, təxminən bütün bitkilər V.ç. 

üsulu ilə artır. Ali bitkilər vegetativ orqanalarla (firqəndə, sürünən 

gövdənin hissələri, bığcıq və kök pöhrələri) artır. Bir çox dekorativ və 

tərəvəz bitkiləri soğanaqla, çoxillik bitkilər isə bir qayda olaraq 

kökümsovla çoxalır. Bitkiçilikdə çiliklə çoxalma geniş yayılmışdır. 

Meyvəçilikdə, meşəçilikdə firqəndə, çilikbasdırma və calaq üsulu geniş 

tətbiq edilir. 

VEGETATİV HİBRİDLƏŞDİRMƏ  – calanmış bitkidə calaqla 

calaqaltının qarşılıqlı  təsiri. Onların bir-birinə  təsiri uzunmüddətli olsa 

da V.h.-də əsas növ xüsusiyyətləri dəyişmir. Calaq və calaqaltı öz cinsi 

xüsusiyyətlərini saxlayır və cinsi çoxalmada bu xüsusiyyətlər nəslə 

keçmir. V.h. üsulunu İ.V.Miçurin işləyib hazırlamışdır. 

VEGETATİV ORQANLAR – bitki orqanizminin yaşayışını  və 

qidalanmasını təmin edən hissələr. İbtidai bitkilərdə vegetativ cisim (tal-

lom) bir hüceyrədən ibarət olub, orqanlara ayrılmır. Alaq bitkilərində 

əsas V.o. kök, gövdə və yarpaqdır. 



VEKTOR (yun. Vector) – digər orqanizmlərə patogen agentlər (vi-

ruslar, bakteriyalar, ibtidailər, qurdlar və s.) yayan orqanizmlər. Ən çox 

həşəratlar arasında rast gəlinir. 

VENESİYA SİSTEMİ  – Beynəlxalq Limnologiya Konqresində 

(Venesiya, İtaliya, 1958) qəbul edilmiş təbii suların duzluluq dərəcəsinə 

görə təsnifat sistemi. 

VENTİLYASİYA  (lat. ventilatio - küləkləndirmək) – 1) 

heyvanların öz yuvalarının havasını  təmizləməsi (təzələməsi); 2) isteh-

salat yaşayış və ictimai evlərin gigiyena tələblərinə uyğun hava ilə təmin 

edilməsi. Yerli V.-da çirklənmiş hava yalnız çirklənmiş yerdən kənar 

edilir. Ümumidəyişmə V.-da çirklənmə yerindən asılı olmayaraq bütün 

binanın havası ventilyasiya edilir. Kombinasiyalı V.-da yerli və 

ümumdəyişmə ventilyasiyasının elementlərindən istifadə olunur. 

VERNADSKİNİN KOSMO-BİOGEOKİMYƏVİ PRİNSİPİ  – 

V.İ.Vernadski (1926) tərəfindən ifadə olunmuş bu prinsipə əsasən canlı 

maddə daim (fasiləsiz olaraq) kosmik mühit və onun əhatəsilə kimyəvi 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə