_________________________________________Eşqə doğru
19
TƏKLİYİ BOŞAYAM GƏRƏK
Bir vaxt sevincimə qıyan kim idi?
O gözəl günlərdən doyan kim idi...
Məhəbbət eyniylə oyun kimidi,
Uduzdum, təzəsin başlayam gərək.
Qoy gedib başqasın salsın təlaşa,
Kimi istəyirsə eyləsin qoşa.
Kiminlə istəyir qalsın baş-başa,
Bu kifir təkliyi boşayam gərək.
Harda bir bəla var, gəzir başımı,
Fikirlər götürüb əsir başımı.
Yastıq çox yumşaqdı, əzir başımı,
Bir qızın dizinə baş qoyam gərək.
Məhəbbət cənnətə çağıran səsdi,
Kimə azadlıqdı, kimə qəfəsdi.
Allah xatirinə yaşadım, bəsdi,
Day bəndə xətrinə yaşayam gərək...
Elşad Ərşadoğlu ____________________________________
20
UZAQDAN GƏLƏSİ ADAM
Uzaqdan gələsi adam,
səndən başqa gəldi hamı.
Gəldi bütün gözləmədiklərim.
Harda qaldın,
gəl çıx daha,
bu qədər gözlətməzlər adamı.
Nə vaxt gələcəksən?
Ürəyimdə qəm,
saçlarımda dən olmağamı gələcəksən?
Əzraillə bir vaxtda
canımı almağamı gələcəksən?
Sonra gec olacaq,
çox gec olacaq.
Bəs necə göndərim,
kimdən göndərim mən xəbər sənə?
Tələs!!
Ağ saçlarla, ay canım-gözüm,
bəxş edə bilmərəm ağ günlər sənə...
_________________________________________Eşqə doğru
21
HƏLƏ SEVMƏK TEZDİ MƏNİ
Hələ gəz dolan beləcə,
Hələ sevmək tezdi məni.
At ömrünün bir küncünə,
Yaddaşında gizlə məni.
Nə vaxt sənə olsam lazım,
Çağırmağa yoxdu lüzum,
Mən səndəyəm, canım-gözüm!
Ürəyində səslə məni.
Hay verməsəm sənə haçan,
Tay eyləmə başqa güman.
Xəyallardan soruşgunan,
Duyğulardan istə məni.
"Haqq"salandan iz içimə,
Hey süzülür söz, içimə.
Mən çökmüşəm öz içimə,
Sən axtarma üzdə məni.
Elşad Ərşadoğlu ____________________________________
22
Gah deyirəm səndəyəm mən,
Gah deyirəm məndəyəm mən.
Yaman qəliz bəndəyəm mən,
Sən gəl indi çöz də məni.
_________________________________________Eşqə doğru
23
ƏN SƏRFƏLİ TƏKLİF
Hörümçək tor qurub hər tərəfində,
Basıb arzuları toz ürəyimdə.
Hara baxırsansa tör-töküntüdü,
Canım, yoxdu deyə qız, ürəyimdə.
Sevgi çox müqəddəs, sevgi çox qədim,
Gəlsənə, mən sənə sevmək öyrədim.
Sənə bundan yaxşı nə təklif edim,
Dörd otaq verirəm öz ürəyimdə.
Amma qoy xəbərdar edim öncədən,
Nə vaxt ürəyimdən getmək istəsən,
Səni öldürüb öz əllərimlə mən,
Sonra dəfn edəcəm düz ürəyimdə.
Elşad Ərşadoğlu ____________________________________
24
ELƏ SEVƏRDİM Kİ...
Elə sevərdim ki, o gözəl qızı,
Bir gün həsrətinə dayana bilsəm.
Gedərdi “içimin-çölümün pası”,
Qaynar nəfəsində yuyuna bilsəm.
Əynimə dar olur, sıxır gün-gündən.
Vecimə olmazdı soyuq, duman, çən,
Soyunub bu nimdaş tənhalığı mən,
Onun sevgisini geyinə bilsəm
Cənnətə dönərdi dünya bir anda,
Sanardım bu dünya mənimdi onda,
Yatıb saçlarının qaranlığında,
Parlaq gözlərində oyana bilsəm.
_________________________________________Eşqə doğru
25
TALEYİMİN İŞ VAXTI
Bənzərsiz, ilahi əsər yaradıb,
Salıb hər cizginə nəzər, yaradıb.
Allah səni gör nə gözəl yaradıb,
Saatının xoş vaxtına düşmüsən.
Göylərdə yaradıb, göndərib yerə,
Gül üzünə bəzək vurub yüz cürə.
Nəqqaş kimi işləyibdi min kərə,
Bekar olub, boş vaxtına düşmüsən.
Öz od nəfəsindən Yaradan, görən,
Nə təhər veribdi sənə can, görən,
Bəs niyə bu qədər soyuqsan, görən,
Yoxsa, Onun qış vaxtına düşmüsən.
Heyif, sənin kimi gözəl bəxtim yox,
Neyləyim ki, səadətim yoxdur, yox!
Heyif, səni sevmək üçün vaxtım yox,
Taleyimin iş vaxtına düşmüsən...
Dostları ilə paylaş: |