QəRİBƏ adam



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix27.10.2018
ölçüsü1,35 Mb.
#75802
1   2   3   4   5   6   7   8   9   10   ...   23

Elşad Ərşadoğlu ____________________________________ 
 
 
42 
 
 
 
 
 
                SEVGİM 
 
Özünü nə yaman naza çəkirsən
Xoşuna gəlmədi, qadası, sevgim? 
Neyləyək, görünür sənlik deyilmiş, 
Göylərin qəribə butası sevgim. 
 
Kim nəyi, nə vaxtsa düz eləmədi, 
Abrına qısıldı, səs eləmədi. 
Nə oldu tək sənə bəs eləmədi, 
Bütün insanlığa çatası sevgim? 
 
Yeyib içərimdə nifrəti, kini, 
Yeyib qəzəbimi, udub hirsimi. 
Sonsuz deyil sənin inadın kimi, 
Dərdimin, qəmimin atası sevgim. 
 
Həsrətdən yoğrulub, şirin həsrətdən, 
Ülvi bir kədərdən, ali bir dərddən. 
Arvaddan, uşaqdan, vardan, dövlətdən
Olanım bir budur, budur, bu sevgim... 
 


_________________________________________Eşqə doğru    
 
 
 
43 
 
 
 
 
 
              SORAQLA MƏNİ 
 
    Oduna yandığım gündən boylanıb, 
    Kənarda dayanıb, gendən boylanıb, 
    Həsrətimin düz içindən boylanıb, 
    Canım, nə süzürsən maraqla məni? 
  
    Yola getməyəndə özüm-özümlə, 
    Qəzəbim yaş olub gəlib gözümdən. 
    Mən ki, çıxmamışam heç vaxt özümdən, 
    Sən mənim özümdə soraqla məni. 
 
    Gəl gör bir üzümün harasındayam, 
    Bu səbrin, dözümün harasındayam. 
    Axtar gör özümün harasındayam, 
    Gəz-dolan beləcə ayaqla məni. 
 
    Bax, mən bir kitabam, tale yazandı,        
    Oxumaq, anlamaq, bilmək asandı. 
    Ay zalım, nə olar, oxumasan da, 
    Barı heç olmasa varaqla məni... 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
44 
 
 
 
 
 
              NƏ  QƏDƏR   
 XƏYALLA YAŞAMAQ  OLAR? 
 
Yenə həsrətinlə əlbəyaxayam, 
Mən kimi çağırım köməyə, gülüm?! 
Səninçün nə qədər darıxdığımı,  
Sözün gücü çatmır deməyə, gülüm! 
 
Başımda fikirlər var düzüm-düzüm
Bu həsrət bitərmi büsbütün, görən? 
Sən ki qəlbimdəsən, ay canım-gözüm! 
Niyə darıxıram səninçün, görən? 
 
Yumuram gözümü güman içində, 
Gəlib dayanırsan qarşımda gerçək. 
Gözümü açanda bir an içində, 
Necə yox olursan şirin yuxutək? 
 
Mənə Allah verən ömür bu deyil, 
Nə qədər qəm yükü daşımaq olar? 
 
      


_________________________________________Eşqə doğru    
 
 
 
45 
 
 
 
 
     
          Xəyal hava deyil, xəyal su deyil
          Nə qədər xəyalla yaşamaq olar? 
 
         Bu həsrət yandırıb yaxacaq məni, 
         Bu həsrət edəcək talan ömrümü. 
         Səni bircə dəfə görməkçün, gülüm, 
         İnan ki, verərəm qalan ömrümü< 
 
                                                        
            
 
 
 
 
 
 
 
 
 
 
 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
46 
 
 
 
 
 
    NƏ  SƏN  DÜNƏNKİSƏN,   
       NƏ  MƏN  DÜNƏNKİ  
 
Dünəndən bu günə nə dəyişib ki? 
Həyat da, 
ölüm də, 
yaxşı da, 
pis də 
elə həmənkidir vallah, 
həmənki. 
Dünya həmənkidir, 
Allah həmənki< 
 
Bəs sənə nə olub, 
durmusan gendə bu qədər? 
Dünəndən bu günə nə dəyişib ki
niyə soyumusan məndən bu qədər? 
 
Elə bil,  
baharın bu gözəl çağında 
qəlbinə qar yağıb, 
 


_________________________________________Eşqə doğru    
 
 
 
47 
 
 
 
 
 
     şaxta düşübdü? 
                 Elə bil,  
     dünənki adam deyilsən, 
     nəsə, baxışın da ögeyləşibdi, 
     nəsə, gülüşün də ögeyləşibdi< 
 
     Bilirsənmi, doğrusu, 
     heç mənim də 
     sənə olan hisslərim, 
     duyğularım,  
     sözlərim  
     dünənki deyil, 
     başqadır. 
     Heç mənim də ürəyim  
     dünənkinə oxşamır< 
 
        dünəndən bu günə  
    çox şey dəyişib. 
    Ölüb, 
    dünən ölüb həmin dünənki. 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
48 
 
 
 
 
 
Dünəndən bu günə çox şey dəyişib, 
nə sən dünənkisən,  
nə mən dünənki... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_________________________________________Eşqə doğru    
 
 
 
49 
 
 
 
 
 
      BAXIŞLARIN QOCALIB 
 
 Qız, daha gözlərinin əvvəlki baxmağı yox, 
 Baxışların qəlbimə süzülüb axmağı yox, 
 Daha əvvəlki kimi yandırıb yaxmağı yox, 
 Gözlərin öləziyib, baxışların qocalıb. 
 
 Bir vaxt özündən böyük ədan, nazın varıydı, 
 Bir vaxt ömründən böyük alın yazın varıydı. 
 Sən qocalsan, üz-gözün qırışsa dərd yarıydı, 
 Üzünə çıxa bilmir, qırışların qocalıb. 
 
 Vaxt varıydı gəzərdi eşq havası başında, 
 İndi necə qalmısan özün öz yaddaşında? 
 Yeri gəldi-gəlmədi süzülür göz yaşın da, 
 Yanağını isladan göz yaşların qocalıb... 
 
                                                 
 
 
 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə