QəRİBƏ adam



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix27.10.2018
ölçüsü1,35 Mb.
#75802
1   2   3   4   5   6   7   8   9   ...   23

Elşad Ərşadoğlu ____________________________________ 
 
 
26 
 
 
 
                                         
 
 VURULMAĞIN  ƏLAMƏTLƏRİ 
 
Həyat başqalaşıbsa gözlərində bir anda. 
Anlamı dəyişibsə 
indi daha səninçün
bu dünyada  hər şeyin: 
ulduzlu gecələrin, 
günəşli səhərlərin, 
yerin, 
göyün, 
odun,  
suyun, 
gülün,  
çiçəyin, 
şəhərin mərkəzində 
gözəl qoxular gətirdiyini zənn etdiyin 
küləyin... 
Əgər fərqi yoxdursa 
indi daha səninçün 
bu dünyada heç nəyin: 
 
 


_________________________________________Eşqə doğru    
 
 
 
27 
 
 
 
            
           
hava ilə çörəyin, 
ağıllıyla axmağın, 
igid ilə qorxağın, 
İblis ilə Mələyin... 
 
Əgər varsa canında 
soyuqdan bişməyin, 
istidən titrəməyin. 
Saniyədə 3 dəfə döyünürsə ürəyin. 
 
Daha yorma özünü
daha iş-işdən keçib. 
Nə həkim, 
nə də dərman, 
ola bilməz köməyin. 
Demək ki, vurulmusan... 
 
 
 
 
 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
28 
 
 
 
 
 
QOŞUL MƏNƏ ÇIXIB GEDƏK 
     
      Qoşul mənə çıxıb gedək! 
      Xəyallardan özümüzə 
      bir cüt qanad taxıb gedək. 
      Min rəng qataq 
      ömrümüzün gecəsinə, 
      gündüzünə. 
      Qoşul mənə çıxıb gedək 
      dünyanın  o biri üzünə. 
      Gəl, batmamış bu dünyada 
      biz günaha
      şərə, gedək. 
      Şirin-şirin arzuların 
      çin olduğu yerə gedək. 
      Qoşul mənə çıxıb gedək, 
      sevgi kimi 
      ürəklərdə məskən salıb, 
      ürəkləri oxşamağa. 
      Qoşul mənə çıxıb gedək, 
      xəyallarda yaşamağa... 
 


_________________________________________Eşqə doğru    
 
 
 
29 
 
 
 
 
 
ALLAH  TƏK  GƏLDİN 
                    
Sən mənim ömrümə  
yaraşıq tək gəldin
həyatımın ən rəngsiz
ən maraqsız məqamı. 
Sən mənim ömrümə 
işıq tək gəldin, 
aydınlaşdı yaşamağımın 
məqsədi, məramı. 
 
Sən mənim ömrümə 
bahar tək gəldin, 
gəlişinlə  
hər yan gül-çiçək açdı, 
dünyam gözəlləşdi. 
Ömrüm boyu gözlədiyim, 
ən gözəl xəbər tək gəldin... 
Axır ki,  
mən də səadətin 
yadına düşdüm. 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
30 
 
 
 
 
 
Sən mənim ömrümə 
külək tək gəldin, 
silib-süpürüb apardın 
bütün faniləri, 
getməliləri. 
Sən mənim ömrümə  
mələk tək gəldin, 
gəlişindən heç kəsin 
olmadı xəbəri. 
 
Sən mənim ömrümə  
bulud tək gəldin,  
sulayıb  
sevgisizlikdən cadarlanmış ürəyimi,  
sevgi göyərtdin. 
Sən mənim ömrümə  
ümid tək gəldin,  
içimi isitdin,  
ruhumun buzunu əritdin. 
 


_________________________________________Eşqə doğru    
 
 
 
31 
 
 
 
 
 
     Sən mənim ömrümə 
     sabah tək gəldin, 
     mənim üçün yepyeni, 
     təzə həyat başladı... 
     Diqqətinin, sevginin  
     bolluğuna düşmüşəm. 
     Hələ varlığına öyrəşməmişəm. 
     Hələ elə bilirəm  
     olanlar bir yuxudu... 
     Sən mənim ömrümə 
     Allahtək gəldin, 
     hər şey sevgi qoxudu... 
 
 
 
 
 
 
 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
32 
 
 
 
 
 
 QƏLBİMİN  KEYİNİ AÇDIN 
 
Sən mənim ömrümdə günəştək doğub,  
Ömrümün buludlu göyünü açdın.  
Taqətdən salmışdı yaşamaq məni,  
Taqətimi açdın, heyimi açdın. 
 
Həsrət çəkib getdi köçün, duruldu,  
Bilmədim heç necə, neyçün duruldu.  İçimə 
neylədin, içim duruldu,  
Nəyini bağladın, nəyini açdın? 
 
Hər gün xəyalımda oxşadım səni,  
Hər gecə yuxumda yaşadım səni<  
Beləcə, sevməyə başladım səni,  
Beləcə, qəlbimin keyini açdın< 
 
 
 
 
 
 


_________________________________________Eşqə doğru    
 
 
 
33 
 
 
 
    
               
         YUXU  GÖRÜŞLƏRİ 
                                  
           Canım-gözüm! 
           İndi sən 
           mənim yuxularımın 
           əbədi sakinisən. 
           Sənin ilə görüşə 
           gör necə can atıram? 
           Qaranlıq yuxularda 
           tək qoymamaqçün səni, 
           gecələr də yatıram, 
           gündüzlər də yatıram. 
           Qaranlıq yuxulardı 
           sevgimizin şahidi. 
           Qaranlıq yuxularda 
           heç kəs, 
           bizi görə bilməz. 
           Yuxulardı ən gözəl 
           görüş yerimiz bizim. 
 
                       
 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə