QəRİBƏ adam



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix27.10.2018
ölçüsü1,35 Mb.
#75802
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

_________________________________________Eşqə doğru    
 
 
 
59 
 
 
 
                        
 
                  İŞIQ 
 
olsun dünyaya gecə gəlmisən
İşığı sönməyə qoyma içində. 
O işıq yaşadır səni, bilmirsən, 
İşığı sönməyə qoyma içində. 
 
Bu nağıl dünyada itlərin səsi, 
Çətin doğru yola çəkə bir kəsi. 
Bürüyüb hər yanı it hürüşməsi, 
İşığı sönməyə qoyma içində. 
 
Çox da işıq qaranlıqda doğulur, 
Elə zülmətdə də bir gün yox olur. 
Deyirlər zülmətə qurd-quş yığılır, 
İşığı sönməyə qoyma içində. 
 
Özün öz içində itərsən birdən, 
Özünə xəyanət edərsən birdən, 
Azıb başqa yerə gedərsən birdən
İşığı sönməyə qoyma içində. 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
60 
 
 
 
 
 
     Taleyin asılıb tək o işıqdan, 
     Həyatına işıq çək o işıqdan, 
     Özünə ev-eşik tik o işıqdan, 
     İşığı sönməyə qoyma içində -  
     Allahı ölməyə qoyma içində... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_________________________________________Eşqə doğru    
 
 
 
61 
 
 
 
 
 
      MƏN  BELƏ YAŞADIM 
 
Mən ömrü ömür tək yaşamadım ki, 
Yerlə göy arası gərdiş eylədim. 
Gündə neçə dəfə öldüm, dirildim, 
Hər iki dünyanı təftiş eylədim. 
 
Yandırıb günləri göyə sovurdun, 
Axşam qovulurdum, səhər qovurdum. 
Qəlbimdə dərd çəkib, kədər qovurdum, 
Özümçün yaxşıca biş-düş eylədim. 
 
Ömrümü yellərə verdim açıqca, 
Verdim, qəsdən verdim, verdim acıqca. 
Qızdan söz almağı bacarmadıqca, 
Sözdən qız almağa vərdiş eylədim. 
 
İçimdə olmadı başqa bir istək, 
Maraq saldım bircə marağın üstə. 
Səpdim söz toxumun varağın üstə, 
Becərdim, qorudum kiş-kiş eylədim. 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
62 
 
 
 
 
 
          Mən belə yaşadım həyatı, nəsə. 
          Ömrümü-günümü çevirdim sözə. 
          Kasıbın olanı nəyim vardısa, 
          Verdim insanlığa, bəxşiş eylədim... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_________________________________________Eşqə doğru    
 
 
 
63 
 
 
 
 
 
     SEVGİ YOLUXDURAN   
 
Mən  arzu dəlisi oldum ilk gündən
Doldu içim, çölüm arzularla tən. 
Arzular cücərdi hər tərəfimdən, 
Allahdan səadət diləyən kimi. 
 
Hey seçdim, ələdim arzularımı, 
Ruhuma çilədim arzularımı. 
Şeirlə bələdim arzularımı, 
Ana körpəsini bələyən kimi. 
 
Nifrəti içimdə çəkdim dara mən, 
Dedim şad olaram bundan sonra mən. 
Sevgi yoluxdurdum adamlara mən, 
Balaca toxunan, əl dəyən kimi... 
 
Gör necə yanıldım mən, başıma kül, 
Dedilər şirindi xoşbəxtlik zibil, 
Dadmaq həvəsiylə 27 il, 
Düşdüm arxasınca süləyən kimi. 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
64 
 
 
 
 
 
   Arzular qəlbimi dalayır indi, 
   İçimi çirkləyir, bulayır indi. 
   İçim tənhalıqdan ulayır indi, 
   Gecələr yalquzaq ulayan kimi... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_________________________________________Eşqə doğru    
 
 
 
65 
 
 
 
 
 
  APARASAN ÖZÜNÜ 
 
Bir gün özünə gələsən
gəlib aparasan özünü... 
 
Səpələndiyin 27 illik ömürdən, 
təmiz-təmiz, 
rahat-rahat, 
il-il, 
ay-ay, 
gün-gün, 
saat-saat, 
dəqiqə-dəqiqə 
yığıb toplayasan, 
bütöv gücün çatmasa da, 
yarı ruh, 
yarı bədənə 
bölüb aparasan özünü... 
 
Qızların baxışından, 
dostların sevgisindən, 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
66 
 
 
 
 
 
         düşmənlərin nifrətindən
         hirsindən, 
         doğmaların qayğısından, 
         göz yaşından, 
         bir sözlə, 
         bu dünyanın yaddaşından 
         silib aparasan özünü. 
 
         Beləcə
         bu dünyada səninlə bağlı nə varsa, 
         burda da qoyub gedəsən. 
         Sonuncu dəfə, 
         bağışlayın, 
         mən səhvən bu dünyaya gəlmişdim –  
         deyib gedəsən... 
   
                                                               
 
 
 
 
 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə