Qlobal iQTİsadiyyat və TƏHLİL



Yüklə 425,75 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix27.03.2018
ölçüsü425,75 Kb.
#35362
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

N1, 2016 

 

miqyaslı  pilot  proqramı  həyata  keçirməyə 



hazırlaşır:  bu  ölkələrdə  6  mindən  artıq  şəxsə 

10  il  və  daha  artıq  müddətdə  şərtsiz  baza 

gəlirinin verilməsi planlaşdırılıb.  

UBI tipli sosial müavinətə qarşı bir çox 



t

ənqidi fikirlər də mövcuddur. Baza gəlirinin 

verilməsinə  qarşı  çıxan  sağ  yönümlü  siyasi 

partiyaların əsas arqumenti ondan ibarətdir ki, 

bu tip gəlirin təmin olunması əhalinin işləmək 

motivasiyasını  öldürə,  bir  sözlə  insanları 

tənbəlləşdirə  bilər.  Lakin  yanvar  ayında 

DemoSCOPE  tərəfindən  İsveçrədə  həyata 

keçirilən  sorğuya  əsasən  əhalinin  cəmi  2%-i 

baza  gəliri  ilə  təmin  edildikləri  halda 

işləməkdən  imtina  edəcəklərini  bildiriblər. 

Həmçinin,  baza  gəlirlərinin  inflyasiyaya 

artırıcı  təsir  göstərəcəyi  iddia  olunur,  ancaq 

nəzərə alsaq ki, bu proqram dövlət tərəfindən 

həyata  keçirilən  digər  bahalı  layihələri  əvəz 

edəcək,  o  zaman  inflyasiyaya  təsirin 

əhəmiyyətli olmayacağını güman etmək olar.  

Bununla  yanaşı,  bir  çox,  xüsusilə 

üçüncü  dünya  ölkələrində  dövlət  tərəfindən 

əhaliyə  subsidiya  və  ya  yardım  şəklində 

ayrılan müavinətlər bəzi hallarda mənimsənilir 

və  korrupsiya  mənbəyinə  çevrilir.  Fərdi  baza 

gəlirinin təqdim edilməsi yoxlama, nəzarət və 

inzibati  xərcləri  aradan  qaldırır  və  vəsaitin 

hədəflənmiş kütləyə çatmasını asanlaşdırır. 

Sol  yönümlü  siyasi  partiyaların  əsas 

narahatlığı  isə  baza  gəliri  təqdim  edildiyi 

halda  bunun  digər  bütün  sosial  müdafiə 

proqramlarına  əvəz  olaraq  görüləcəyi  və 

ümumilikdə,  əhalinin  sosial  müdafiəsi 

məsələsinə  marağın  azalacağı  ilə  bağlıdır. 

Lakin  bəzi  mühafizəkar  və  liberallar  da  baza 

gəliri  ideyasını  məhz  bu  səbəbdən 

dəstəkləyirlər.  Onlara  görə  bütün  sosial 

müdafiə  proqramlarının  baza  gəliri  ilə  əvəz 

olunması  həm  insanlara  daha  çox  seçim 

azadlığı  verəcək,  həm  də  dövlətin  digər 

proqramların  həyata  keçirilməsi  ilə  bağlı 

xərclərini əhəmiyyətli şəkildə azaldacaq. 



 

Mənbə: 

 



http://www.theguardian.com/politics/2016/apr/

13/should-we-scrap-benefits-and-pay-

everyone-100-a-week-whether-they-work-or-

not


 

 



http://www.remappingdebate.org/article/guara

nteed-income%E2%80%99s-moment-

sun?page=0,2

 



 

http://www.theguardian.com/business/econom

ics-blog/2014/dec/18/incomes-scheme-

transforms-lives-poor

 



 



http://www.fastcoexist.com/3056339/switzerla

nd-will-hold-the-worlds-first-universal-basic-

income-referendum

 



 

http://www.basicincome.org/news/2016/01/sw

itzerland-only-2-of-people-would-stop-

working-if-they-had-a-basic-income/

 



 



http://www.vox.com/2016/4/14/11410904/giv

edirectly-basic-income

 

11 


 


 

 

N1, 2016 

 

1.4.

 

Mərkəzi banklar və qlobal 

maliyyə sistemi 

Çin Mərkəzi Bankının xarici valyuta 

ehtiyatlarında kəskin dəyişmə 

Hazırda  qlobal  maliyyə  bazarlarını  narahat 

edən əsas məsələlərdən biri dünyada ən böyük 

valyuta  ehtiyatları  balansına  malik  olan  Çin 

Mərkəzi  Bankının  ehtiyatlarında  müşahidə 

olunan  kəskin  azalmadır.  Belə  ki,  Mərkəzi 

Bankın  ehtiyatları  2015-ci  il  ərzində  513 

milyard  dollar  əriyərək  tarixi  rekordunu 

yeniləmişdir.  Ümumilikdə  isə,  ehtiyatlarda 

azalma  tendensiyası  2014-cü  ilin  ortalarından 

etibarən  davam  etməkdədir  və  geridə  qalan 

müddət  ərzində  xarici  valyuta  ehtiyatları  762 

milyard  dollar  azalmışdır.  Verilən  rəsmi 

açıqlamalarda  ehtiyatlardakı  azalmanın  əsas 

səbəbləri  kimi,  əhalinin  xarici  valyutada  olan 

yığımlarını artırması və borclarını tez ödəmək 

istəyi göstərilir. Bu amil isə, əhali və şirkətlər 

arasında  keçən  il  ərzində  milli  valyutanın 

müəyyən  qədər  devalvasiyasının  yaratdığı 

mənfi gözləntilərin olduğundan xəbər verir.  

Buna əlavə olaraq, Çin iqtisadiyyatında 

geriləmə  və  Federal  Ehtiyatlar  Sistemi  (FES) 

tərəfindən  2016-cı  ildə  bir  neçə  dəfə  faiz 

artırılması  gözləntilərinin  mövcudluğu  da 

yuana olan təzyiqi  gücləndirir. Mərkəzi Bank 

vaxtaşırı  olaraq,  bu  göstəricilərin  müvəqqəti 

olduğunu  və  milli  valyutanın  etibarlılığının 

zədələnməyəcəyini vurğulayır.  

Valyuta ehtiyatlarında dəyişikliyin son 

aylardakı  dinamikasına  baxdıqda  Mərkəzi 

Bankın  mülahizələrinin  hələ  ki  özünü 

doğrultduğunu demək olar. Belə ki, 1-ci rübün 

ilk  2  ayında  xarici  valyuta  ehtiyatlarında 

müşahidə olunan azalma, mart ayında artımla 

əvəzlənmişdir. Ehtiyatlarda yanvar ayında 100 

milyard 


dollar  və  fevral  ayında  29  milyard 

dollar azalma müşahidə olunsa da, mart ayında 

yenidən  10  milyard  dollar  artım  olmuşdur. 

Buna əsas səbəb kimi, ötən ilin son ayında faiz 

artırılması qərarı qəbul edən FES-in bu ilin ilk 

rübündə kifayət qədər təmkinli davranması və 

maliyyə  bazarları  iştirakçılarında  il  ərzində 

faiz  artırılması  ilə  bağlı  veriləcək  qərarların, 

ilin  əvvəlində  təxmin  edildiyindən  az  olacağı 

gözləntilərinin formalaşmasını göstərmək olar.  

Hazırda  Çin  Mərkəzi  Bankının  xarici 

valyuta ehtiyatları 3.2 trilyon dollar həcmində 

qalmaqla ciddi təşviş üçün əsas vermir. Lakin, 

istər  daxili,  istərsə  də  xarici  amillərin  yuan 

üzərində olan təzyiqləri artıra biləcəyi ehtimalı 

qalmaqdadır. 



Mənbə: 

1.

 



http://www.reuters.com/article/us-china-

economy-forexreserves-idUSKCN0X41BE

 

2.

 



http://www.reuters.com/article/us-china-forex-

idUSKCN0W10PA

 

3.

 



http://www.cnbc.com/2016/02/07/china-fx-

reserves-fall-almost-100b-to-lowest-since-

may-2012.html

 

 



Türkiyə Mərkəzi Bankı yumşaq pul 

siyasətinə başlayır 

Türkiyə  Mərkəzi  Bankının  Pul  Siyasəti 

Komitəsinin  24.03.2016  tarixində  keçirilmiş 

görüşü zamanı qəbul etdiyi qərara əsasən, faiz 

dəhlizinin  yuxarı  həddi  0.25  faiz  bəndi  aşağı 

salınmışdır.  Bununla  Türkiyə  Mərkəzi 

Bankının uzun müddətdir həyata keçirdiyi sərt 

faiz 


dərəcəsi 

siyasətində 

yumşalma 

prosesibaşlamışdır. 

Mərkəzi 

Bankın 


açıqlamasında  və  müxtəlif  ekspertlərin 

şərhlərində  qeyd  olunduğu  kimi,  bu  addım 

simmetrik  faiz  dəhlizinin  tətbiqinə  doğru 

atılmış  ciddi  bir  addımdır.  Belə  ki,  hazırda 

asimmetrik  olan  faiz  dəhlizinin  yuxarı  həddi 

10.50%,  aşağı  həddi  isə  7.25%  olaraq  qəbul 

olunmuşdur.  Siyasət  faiz  dərəcəsi  isə  7.5% 

olaraq qalmaqdadır.  

Mərkəzi Bankın faiz dəhlizinin  yuxarı 

həddinin aşağı salınmasında müxtəlif daxili və 

xarici  amillərin  rolu  qeyd  olunur.  Bu 

amillərdən ən önəmlilərindən biri inkişaf etmiş 

ölkələrdə,  xüsusilə  Türkiyənin  əsas  ticarət 

tərəfdaşı  olan  Avropa  İttiqafı  ölkələrində 

yumşaq  pul  siyasəti  davam  etməsi  və  türk 

12 


 


Yüklə 425,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə