Qlobal iQTİsadiyyat və TƏHLİL


N1, 2016    Biznes  inamı



Yüklə 425,75 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix27.03.2018
ölçüsü425,75 Kb.
#35362
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

N1, 2016 

 

Biznes  inamı.  Qlobal  sənaye  və 

xidmətlər  üzrə    PMI

1

  indeksi 2015-



ci  ildə 

göstərdiyi  məyusedici  trendi  cari ilin ilk 

rübündə də davam etdirmişdir. Belə ki, indeks 

2012-


ci  ilin  son  rübündən  bəri  ən  aşağı 

səviyyəyə  (51.6)  düşmüşdür.  Milli  PMI 

indekslərinə nəzər yetirdikdə, son rübdə ABŞ, 

Avrozona, Böyük Britaniya 

və  Rusiyada 

istehsalın  artma  meyllərini,  Yaponiyada 

staqnasiyanın,  Brazilyada  isə  ciddi  iqtisadi 

daralmanın davam etdiyini görmək olar. 

Sektorial qlobal PMI-

a  gəldikdə  isə  bir 

çox  sənaye  sahələri  fevral  ayındakı 

geriləmədən  sonra  mart  ayında  tədricən 

genişlənmişdir.  Xüsusilə,  metallurgiya  və 

mədən  sənayesində  2015-ci ilin yanvar 

ayından  etibarən  ilk  dəfə  müsbət  dəyişmə 

qeydə  alınmışdır.  Ərzaq,  içki,  səhiyyə 

xidmətləri  və  texnologiya  sektoru  mart  ayı 

üzrə artım cədvəlinin ilk sıralarında yer aldığı 

halda  digər  maliyyə  xidmətləri  sahəsində 

əhəmiyyətli enmə baş vermişdir. 



Əmək  bazarı.  Dünya  iqtisadiyyatında 

baş  verən  dəyişikliklər  əmək  bazarından  da 

yan  keçməmişdir,  lakin  bu  effektlər  ölkə 

qrupları  üzrə  müxtəlif  meyllər  yaratmışdır. 

Belə  ki,  ABŞ,  Avrozona  (Yunanıstan  istisna) 

və  Asiyanın  inkişaf  etmiş  ölkələrində 

məşğulluğun  tədircən  yüksəliş  sərgilədiyi 

vaxtda bir çox əmtəə ixracatçısı olan İEOÖ-də 

əks  trend  müşahidə  edilmişdir.  BVF-nun 

qiymətləndirmələrinə əsasən 2016-cı ildə ABŞ 

və  inkişaf  etmiş  Avropa  ölkələrində  işsizlik 

səviyyəsinin  uyğun  olaraq  4.9%  və  8.9%-ə 

düşəcəyi,  Çində  dəyişməyəcəyi,  Rusiyada  isə 

6.5%-


ə yüksələcəyi gözlənilir. 

Maliyyə bazarları. Qlobal mühitdə baş 

verən  iqtisadi  və  qeyri-iqtisadi  proseslər 

maliyyə 

bazarı  şərtlərinin  daha  da 

sərtləşməsinə,  riskə  qarşı  ehtiyatlılığın 

yüksəlməsinə,  kredit  risklərinin  artmasına  və 

balans  hesabı  uyğunsuzluqlarının  aradan 

qaldırılmasına  mane  olmaqla  ümumilikdə 

1

 JP Morgan v



ə Markit tərəfindən hesablanır. 

maliyyə  sabitliyini  sarsıtmışdır.  Maliyyə 

bazarlarında  2015-ci ilin oktyabr-noyabr 

aylarında 

dalğalanmaların 

azalmasına 

baxmayaraq  dekabr  ayında  və  cari ilin 

əvvəlində  yenidən  artması  qeydə  alınmışdır. 

Eyni  zamanda,  qlobal  səhm  bazarında  ciddi 

enmələr  müşahidə  edilmiş,  tam  etibarlı  (safe-

haven)  dövlət  səhmləri  üzrə  faizlər  tarixi 

minimum  səviyyələrinə  çatmışlar.  Suveren 

istiqrazlar  üzrə  spredlər  Latın  Amerikası 

ölkələrində,  xüsusilə  Brazilyada,  həmçinin 

Asiya 

və 


Avropanın 

sənayeləşmiş 

iqtisadiyyatlarında genişlənmişdir. 

Əmtəə  bazarları.  Bir çox neft ixrac 

edən 


ölkələr 

tərəfindən 

istehsalın 

dondurulacağı  gözləntilərinə  baxmayaraq 

neftin 

qiyməti 40 dolları keçmişdir. Gələcək il 



üçün  fyuçers  bazarında  qiymətlərin  artacağı 

gözləntiləri ilə  yanaşı  bazarda qeyri-

müəyyənliklər də maliyyə böhranından bəri ən 

yüksək səviyyəyə qalxmışdır. Risklərə durğun 

məcmu  tələb,  neft  istehsalının  davamlı  artımı 

və  geosiyasi  prosesləri  aid  etmək  olar. 

Metal

ların  qiymətinin  tələbin  zəifliyi  və 



təklifin  izafiliyi  səbəbindən  artmayacağı 

gözlənilir.  Ərzaq  qiymətləri  üzrə  gözləntilər 

isə məhsullardan asılı olaraq dəyişir.  Belə ki, 

düyü,  buğda,  qarğıdalı  və  kofenin  qiymətinin 

təklif  qıtlığına  görə  yüksələcəyi,  paxlalı 

bitkilərin  qiymətlərində  isə  dəyişmənin 

olmayacağı gözlənilir.  

İnflyasiya. 2015-ci  ildə  İEÖ-də  ümumi 

inflyasiya  maliyyə  böhranının  baş  verdiyi 

dövrdən  bəri  ən  aşağı  səviyyəyə  –  0.3%-ə 

enmişdir.  Baza  inflayasiya  isə  1.6-1.7% 

ətrafında  sabit  qalaraq  mərkəzi  bankların 

hədəflərindən aşağı olmuşdur. Bir çox İEOÖ-

də inflyasiya enerji və əmtəələrin ucuz olması 

səbəbindən aşağı istiqamətli trendə keçmişdir. 

Ancaq Braziliya, Kolumbiya, Rusiya kimi 

ölkələrdə  məzənnə  uzuclaşması  dünya  əmtəə 

bazarlarından  gələn  deflyasiya  təsirlərini 

azaldaraq 

ümumi 

qiymət 


səviyyəsini 

yüksəltmişdir. Ümumilikdə, BVF cari ildə də 

İEÖ-də  inflyasiyanın  hədəf  səviyyədən  aşağı 

 



                                                           


 

 

N1, 2016 

 

olacağını,  digər  qrup  ölkələrdə  isə  4.5%-ə 



düşəcəyini proqnoz edir.  

Siy

asət 

t

övsiyələri. 

BVF-nun 


tövsiyələrinə  görə  dünya  ölkələri  cari  və 

potensial  məhsul  buraxılışı  arasındakı  fərqi 

diqqətdə  saxlamalıdır.  İqtisadi  artımın 

səngiməsinə dair ehtimalların artdığını nəzərə 

alaraq 

məcmu 


buraxılış 

kəsrinin 

genişlənməməsi üçün təcili və vaxtında siyasət 

qərarlarının qəbul edilməsi vacibdir.  

İEÖ-də  daha  yüksək  və  davamlı  artıma 

nail olmaq üçün struktur islahatlar

ı, 

akkomodativ  monetar  siyasət  və  inkişafı 



dəstəkləyən  fiskal  alətlər  də  olmaqla 

“üçyaruslu

”  yanaşmadan  istifadə  tövsiyə 

edilir. 


İEOÖ-də  prioritetlərə  nail  olmaq  üçün 

siyasət 


təklifləri 

onların 


qarşılaşdığı 

çətinliklərin  heterogenliyi  səbəbindən  daha 

geniş  müxtəlifliyə  malikdir.  Bu  çətinliklər 

ümumilikdə 

artımın 

aşağı 


səviyyəsi, 

iqtisadiyyatda kövrəkliklərin artması və sürətli 

kred

it  artımı  ilə  xarakterizə  oluna  bilər. 



Priorotetlərə 

Çin 


iqtisadiyyatının 

müvəffəqiyyətlə yenidən balanslaşmasına nail 

olma,  Çindəki  iqtisadi  zəifləmədən  gələn 

neqativ  təsirləri  azaltmaq,  kapital  axınlarının 

azalması,  maliyyə 

bazarında  şərtlərin 

sərtləşməsi və ucuz əmtəə qiymətləri mühitinə 

uğurla  adaptasiyanı  aid  etmək  olar. 

Siyasətçilər  bununla  yanaşı  ortamüddətli 

dövrdə  də  artımı  və  həyat  standartlarını 

yüksəldəcək,  eyni  zamanda  inkişaf  etmiş 

iqtisadiyyatlara 

konvergensiyanı 

sürətləndirəcək  siyasət  qərarları  qəbul  etməli 

və reallaşdırmalıdırlar.  

Mənbə:  

 



IMF WEO, April 2016 

 



IMF Global Financial Stability Report, April 

2016 


 

IMF Commodity Prices Outlook and Risks, 



April 2016 

 



JP Morgan & Markit Global Manufacturing & 

Services PMI, April 2016 

 

UNCTADSTAT  



 



Yüklə 425,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə