Qlobal iQTİsadiyyat və TƏHLİL



Yüklə 425,75 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix27.03.2018
ölçüsü425,75 Kb.
#35362
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

N1, 2016 

 

lirəsı  üzərində  təzyiqin  azalmasıdır.  Eyni 



zamanda, Federal Ehtiyatlar Sisteminin faiz 

artırılması  prosesində  olduqca  ehtiyatlı 

davranması  və  dolların  digər  valyutalar 

qarşısında  nisbətən  dəyərsizləşməsi  Mərkəzi 

Bankı  yumşaq  siyasətlə  bağlı  qərar  verməyə 

cəsarətləndirmişdir.  Buna  paralel olaraq, son 

dövrlərdə  xüsusilə  fevral  ayı  ərzində 

inflyasiyanın aşağı düşməsi də pul siyasətinin 

yumşalmasına dəstək vermişdir. Belə ki, ötən 

ilin  müvafiq  dövrü  ilə  müqayisədə  fevral 

ayında  inflyasiya  0.8  faiz  bəndi  azalaraq 

8.78% olmuşdur. Buna əsas səbəb kimi, enerji 

və  ərzaq  məhsullarının  qiymətlərində 

əhəmiyyətli azalmanın olması göstərilir.   

Mərkəzi 

Bankın 


açıqlamasında, 

yuxarıda  göstərilən,  həmçinin  digər  daxili  və 

xarici  səbəbləri  nəzərə  alaraq  geniş  faiz 

dəhlizinə 

olan 

ehtiyacın 



azaldığı 

vu

rğulanmışdır. Bəzi ekspertlər isə, bu artımın 



nominal  olaraq  sadəcə  formal  xarakter 

daşıdığını  və  Mərkəzi  Bankın  yumşalma 

prosesinə  başladığına  dair  bir  siqnal  olaraq 

qəbul edilməli olduğunu vurğulayırlar. 



Mənbə:  

 



http://www.tcmb.gov.tr/wps/wcm/connect/tcm

b+tr/tcmb+tr/main+menu/duyurular/basin/201

6/duy2016-15

 

 



http://www.businessht.com.tr/piyasalar/haber/

1214575-merkez-bankasi-faiz-kararini-

acikladi

 

 



 

 

 



 

 

1.5.



 

Ödəniş sistemləri üzrə son  

meyillər və qlobal tədqiqatlar 

Yaponiyada turistlər yeni ödəniş üsulu kimi  

barmaq izlərindən istifadə edəcəklər 

Yaponiyada  barmaq  izləri  vasitəsi  ilə  işləyən 

yeni ödəniş sistemlərinin tətbiqi planlaşdırılır. 

Yeni  sistem  tətbiq  olunduqdan sonra 

Yaponiyaya  üz  tutmuş  turistlər  artıq  pul 

konvertasiyasına  ehtiyac  duymayacaqlar. 

Barmaq  izləri  əvəllər  yalnız  şəxsiyyəti  təsdiq 

etmək  üçün  istifadə  olunsa  da,  hal-hazırda 

yaponlar  turistlər  üçün  yeni  ödəniş  üsulu 

olaraq da barmaq 

izlərindən  istifadəni  təklif 

edir.  Beləliklə,  mehmanxanalarda  şəxsiyyəti 

təsdiq  etmək  üçün  pasportlara,  həmçinin 

ödəniş  etmək  üçün  kredit  kartlarına  ehtiyac 

olmayacaq. Bu ilin yay ayında tətbiq olunması 

planlaşdırılan  yeni  ödəniş  vasitəsinin  təqdim 

olunmasında məqsəd 2020-ci ildə Yaponiyada 

keçirilməsi  planlaşdırılan  Tokio  Olimpiya  və 

Para

limpiya  oyunlarına  daha  çox  turist  cəlb 



etmək və onların qeydiyyat, alış-veriş zamanı 

rahat və sürətli əməliyyat həyata keçirmələrini 

təmin etməkdir. 

İlkin mərhələ olaraq, ölkəyə səfər edən 

xarici  turistlər  hava  limanları  və  ya  digər 

nəzərdə tutlmuş xüsusi yerlərdə barmaq izləri 

daxil  olmaqla  şəxsi  məlumatlarını  və  kredit 

kart 


informasiyalarını 

daxil 


etməklə 

qeydiyyatdan 

keçəcək. 

Daha 


sonra, 

qeydiyyatdan keçmiş turistlər xüsusi alış-veriş 

mağazalarında  barmaq  izlərini  oxuyan 

aparatlara  iki  barmağını  yerləşdirməklə  alış-

veriş  edə  biləcəklər.  Bu  sistemin  müsbət 

cəhətlərindən biri də ödəniş zamanı avtomatik 

olaraq  vergi  güzəştinin  tətbiq  olunmasıdır. 

Yeni  turistlərin  barmaq  izlərinin  tanınması 

sistemi, həmçinin mehmanxanlarda şəxsiyyəti 

təsdiq etmək üçün də istifadə olunacaq.  

Pilot  layihə,  ilkin  mərhələdə  ən  çox 

turist axını olan dağ kurort məkanı Hakone və 

sahilyanı şəhər Kamakurada fəaliyyət göstərən 

300  suvenir  mağazası,  restoran,  mehmanxana 

13 

 



 

 

N1, 2016 

 

və turistlər tərəfindən çox istifadə olunan digər 



məkanları əhatə edəcək.  

Beləliklə, yapon höküməti yeni sistemi 

həyata keçirməklə ölkəyə daha çox turist cəlb 

etməkdən  əlavə,  xarici  turistlərin  xərcləmə 

vərdişlərinin təhlili imkanı əldə edəcək.  

Mənbə: 

 



http://www.telegraph.co.uk/news/2016/04/11/tou

rists-in-japan-to-use-fingerprints-as-currency/

 



 



http://www.slashgear.com/japan-looks-to-

fingerprint-payment-system-for-tourists-

11435606/

 



 

http://www.ibtimes.co.uk/japan-testing-new-

fingerprint-system-tourists-make-cash-credit-

card-payments-1554192

 

 

Biometrik ödəniş sistemləri 

Visa  və  Mastercard  tərəfindən  verilən 

məlumatlara  əsasən  istehlakçılar  biometrik 

ödəniş  sistemlərindən  getdikcə  daha  rahat 

istifadə edirlər.  

Mastercard  şirkətinin  mobil  ödəniş 

sistemləri  sahəsindəki  son  araşdırmalarına 

əsasən  kart  sahibləri  onlayn  ödəmə  yolları 

haqqında  daha  çox  məlumat  alırlar. 

Mastercard  və  Prime  tərəfindən  aparılan 

tədqiqata  əsəsən  2015-ci  ildə  sosial  mediada 

mobil  ödənişlər  barəsində  2  milyon  rəy 

bildirilmişdir. Qeyd etmək lazımdır ki, 2012-ci 

il  araşdırmalarına  əsasən  bu  rəqəm  cəmi  85 

min idi. 

Rəqəmsal  pul  kisələri  (digital  wallet) 

mobil  ödəniş  sistemində  hakim  mövqe  tutsa 

da,  biometrik  ödəniş  üsulları  son  dövrlərdə 

daha 

çox 


aktuallaşmışdır. 

Tədqiqat 

nəticələrinə əsasən biometrik ödəniş üsulları - 

şifrənin  olmaması  rahatlığı  163  ölkə  sosial 

mediasında  ən  çox  müzakirə  olunan 

mövzulardan  olub.  Ən  çox  müzakirə  olunan 

biometrik 

ödəmə 


növləri 

əl 


izi, 

elektrokardioqramma (EKQ) texnologi

yası və 

üz cizgilərinin tanınması olub.  

Montreal  Bankı  Maliyyə  Qrupu 

Mastercard 

ilə  birgə  ilk  biometrik  korporativ 

kredit  kartı  layihəsinin  sınaq  mərhələsinə 

başlamışdır. Kanada və ABŞ-da aparılacaq  bu 

layihədə  kart  sahibləri  üz  cizgilərinin 

tanınması  və  əl  izi  texnologiyasından  istifadə 

edərək  onlayn  alış-veriş  həyata  keçirə 

biləcəklər.  Bu  texnologiya  sayəsində  onlayn 

ödənişlərin  təhlükəsizliyi  təmin  olunacaq  və 

fırıldaqçılıq hallarının qarşısı alınacaqdır. 

Visa  Morfo  (Safran)  ilə  əməkdaşlıq 

edərək,  biometrik  tanınma  da  daxil  olmaqla 

yeni  ödəniş  metodları  üzərində  işləyirlər. 

2016-

cı  il  fevral  ayında  Barselonada  Mobil 



Dünya  Konqresində  və  San-Fransiskoda Visa 

innovasiya  m

ərkəzində bu şirkətlər tərəfindən 

təqdim  olunan  yeni  ödəniş  konsepsiyasına 

əsasən  tək  əl  hərəkəti  ilə  4  barmaq  izini 

saniyədən  də  qısa  müddətdə  uyğunlaşdıran 

“Morp

howave” texnologiyası təqdim olunub. 



Visa  qlobal  trendlərə  əsaslanaraq 

təhlükəsizlik  üçün  innovativ  həll  yollarını 

həyata  keçirir.  Goode  Intelligence  tərəfindən 

verilən 


proqnozlara 

əsasən 


bank 

xidmətlərindən  istifadə  etmək  üçün  2017-ci 

ildə  biometrik  ödəniş  üsullarından  1  milyard 

insan istifadə edəcəkdir.   



Mənbə: 

 



http://www.secureidnews.com/news-

item/mastercard-and-visa-say-consumers-

want-more-biometric-payments/

 



 

http://www.techvibes.com/blog/selfie-pay-

2016-03-24

  

 



Mobil bankçılıq və ödəniş sistemləri 

Mobil  bankçılıq  populyarlıq  qazanmaqda 

davam  edir.  ABŞ-ın  Federal  Ehtiyatlar 

Sisteminin  (FES)  açıqladığı  sorğunun 

nəticələrinə  əsasən  (30  mart  2016)  yetkinlik 

yaşına  çatmış  şəxslərin  43%-i  telefonlarından 

maliyyə  fəaliyyəti  üçün  istifadə  edir  və  bu 

rəqəm əvvəlki illərlə müqayisədə daha çoxdur. 

“Wall Street 

Journal”  qəzetinin  məruzəsinə 

əsasən  2014-cü  il  ilə  müqayisədə  mobil 

bankçılıqdan istifadə edən sorğu iştirakçıları 4 

faiz  artıb.  Sorğu  müəyyən  edib  ki,  telefon 

14 


 


Yüklə 425,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə