Qlobal iQTİsadiyyat və TƏHLİL



Yüklə 425,75 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix27.03.2018
ölçüsü425,75 Kb.
#35362
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

N1, 2016 

 

2.

 

FUNDAMENTAL  TƏDQİQAT-

LAR  BÖLMƏSİ  (AZƏRBAY-

CAN MƏRKƏZİ BANKI) 

2.1.

 

Əmanətçilərin davranışının 

determinant

ları: heterogen 

panel qiymətləndirmə 

Məqsəd.  

Tədqiqat  işində  Azərbaycanda  əmanət 

sahiblərinin  davranışının  əsas  determinantları 

qiymətləndirilmişdir.  İqtisadi  ədəbiyyata 

əsasən əmanətçilərin davanışı bazarda intizamı 

təmin  edir.  Əmanətlərin  sığortalanmasının 

effektiv  mexanizmi  bu  intizamı  kifayət  qədər 

möhkəmləndirir.  Əmanətlərin  sığortalanması 

həyata  keçirilən  ölkələrdə  tədqiqatçılar  həm 

bank xarakterl

i, həm də makroiqtisadi amillərə 

diqqət  yetirirlər.  Belə  ki,  iqtisadiyyatda 

formalaşan  qeyri-sabitlik  və  zəif  maliyyə 

sektoru 


əmanətlərin 

sığortalanması 

mexanizminin etibarlılığını korlayır və əmanət 

sahiblərinin davranışlarına təsir göstərir. 



Metodologiya 

D

epozit  sahiblərinin  makroiqtisadi,  alternativ 



investisiya  və  bank  xarakterli  şoklara 

reaksiyası  müasir  panel  dinamik  sıralar 

metodu 

vasitəsilə 



qiymətləndirilmişdir. 

Nəzərdə  tutulmuşdur  ki,  bu  şoklar  bank 

sistemi  üçün  əvvəlcə  ekzogendir  və  bütün 

bankları eyni zamanda vurur. Qiymətləndirmə 

2009-cu ilin yanva

rından 2015-ci ilin iyununa 

qədər  olan  dövrdə  21  bank  üzrə  aparılmışdır. 

Bu banklar Azərbaycan bank sisteminin 80%-

dən  çox  hissəsini  təşkil  edir.  Tədqiqat  işində 

panel göstəricilərin stasionarlığı yoxlanmışdır.  

Əmanətçilərin 

davranışına 

təsir 

göstərən  klassik  makroiqtisadi  şoklar  borc 



dayanıqsızlığı  və  məzənnə  riskləri  hesab 

olunur. 


Azərbaycanda  dövlət  borcunun 

səviyyəsi aşağı və uzun illərdir sabit olduğuna 

görə  borc  dayanıqsızlığı  riski  nəzərdən 

keçi


rilməmişdir.  Təsbit  məzənnə  rejiminə 

malik ölkələrdə məzənnə sabit olduğuna görə 

onun  dinamikası  riskləri  ölçməyə  imkan 

vermir.  Bu  baxımdan  məzənnə  riskinin  ölçü 

meyarı  kimi  Azərbaycan  Mərkəzi  Bankının 

valyuta ehtiyuatları əsas götürülmüşdür.  

Əmanətə  alternativ olan investisiya 

imkanı  kimi  bir  qayda  olaraq  kapital  və 

daşınmaz  əmlak  bazarları  çıxış  edir. 

Azərbaycanda  kapital  bazarlarının  kifayət 

qədər  inkişaf  etmədiyini  nəzərə  alsaq, 

alternativ  investisiya  imkanı  kimi  mənzil 

bazarında  qiymət  indeksi  götürülmüşdür. 

Bankların  maliyyə  dayanıqlığı  göstəriciləri 

qismində  əmanət  faizləri,  kapital  adekvatlığı 

və likvidlik normaları istifadə edilmişdir.    



Nəticə 

Müəyyən  olunmuşdur  ki,  depozitorların 

davranışlarını izah  etmək üçün məzənnə riski 

kifayət  qədər  əhəmiyyətli  amildir  və  digər 

amillərin rolunu kölgədə qoyur. Azərbaycanda 

əmanət 


sahiblərinin 

müxtəlif 

risklərə 

reaksiyası  dəyişkən  olsa  da,  iqtisadi 

ədəbiyyatda  aşkarlanmış  həddən  orta  hesabla 

daha kəskindir. 

İlk  növbədə  müəyyən  olunmuşdur  ki, 

əmanətçilər  Mərkəzi  Bankın  ehtiyatlarına 

müsbət reaksiya göstərir. Tədqiqat nəticəsində 

aşkar  olunmuşdur  ki,  təkrar  mənzil  bazarında 

qiymət  indeksi  ifadəsində  götürülmüş 

alternativ  investisiya  imkanları  əmanətçilərin 

qərarlarına təqribən 1 aydan sonra müsbət təsir 

göstərməyə  başlayır.  Üçüncü  qrup  amil  kimi 

istifadə 

olunan 


bankların 

sağlamlıq 

göstəriciləri  isə  əmanətçilərin  qərarlarında 

statistik  əhəmiyyətli  rol  oynamır.  Burada 

əmanətlərin  sığortalanması  mexanizminin 

tətbiqi də rol oynaya bilər.  

 

 

17 



 


 

 

N1, 2016 

 

2.2.

 

Azərbaycanda əmək bazarı 

M

əqsəd 

M

əlum  olduğu  kimi  müstəqillikdən  sonrakı 



illərdə  Azərbaycan  iqtisadiyyatı  böhran, 

canlanma,  neft  bumu  və  post-bum  dövrlərini 

yaşamışdır.  Bu  dövlər  iqtisadiyyatda  kəskin 

struktur  dəyişiklikləri  ilə  bir-birindən 

fərqlənmiş,  baş  vermiş  dəyişikliklər  işsizlik 

səviyyəsinə,  məşğulluğun  yaş,  cins,  sahə  və 

ixtisas 

strukturuna

,  əmək  ehtiyatlarının 

keyfiyyətinə  və  əmək  məhsuldarlığının 

dinamikasına  da  təsirini  göstərmişdir. 

Tədqiqat 

işində 

məqsəd 


bütövlükdə 

müstəqillik  illərində  Azərbaycanın  əmək 

bazarında  baş  verən  proseslərin  sistemli 

diaqnostikasını aparmaqdan ibarətdir.   



Metodologiya 

Tədqiqat  işində  əmək  bazarına  dair 

Beynəlxalq  Əmək  Təşkilatı  tərəfindən  aktiv 

istifadə  olunan  indikatorlardan  istifadə 

olunmuşdur.  Bu  indikatorlar  həm  dinamik, 

həm  də  MDB  və  Mərkəzi  və  Şərqi  Avropa 

ölkələri  ilə  müqayisəli  əsasda  nəzərdən 

keçirilmişdir.  Bundan  başqa  əmək  bazarında 

baş  verən  proseslərlə  əsas  makroiqtisadi 

proseslər  arasında  qarşılıqlı  əlaqə  təhlil 

olunmuşdur.  

Nəticə 

Tədqiqat  işində  müəyyən  olunmuşdur  ki,  son 

ill

ərdə  işçi  qüvvəsində  iştirak  səviyyəsi  və 



məşğulluq  yüksəlmişdir.  Bundan  başqa 

gənclər və qadınlar arasında işsizlik səviyyəsi 

orta  işsizlik  səviyyəsindən  çox  fərqlənməmiş, 

yoxsul  məşğulluğun  payı  kəskin  aşağı 

düşmüşdür  (1995-2008-ci  illərdə  91%-dən 

19%-


ə).  

Ötən  dövr  ərzində  Azərbaycanda  işçi 

qüvvəsinin hərəkət sürəti kifayət qədər yüksək 

olmuşdur.  2004-2013-cü  illərdə  iş  yerləri 

11.18% 

artmışdır.  Bu  postsosialist  məkanının 



orta  səviyyəsindən  xeyli  yüksəkdir.  İşçi 

qüvvəsinin  hərəkəti  sürətinin  yüksək  olması 

bir  tərəfdən  əmək  bazarının  çevik  olmasını, 

digər tərəfdən keçid iqtisadiyyatlı ölkələr üçün 

xas olan restrukturizasiya prosesinin getməsini 

göstərir.  Restrukturizasiya  prosesləri  kənd 

təsərrüfatı  və  xidmət  sektorunda  nisbətən 

yavaş,  sənaye  və  tikintidə  isə  nisbətən  sürətli 

getmişdir. 

Lakin  ibtidai  təhsilli  işçilərin  və 

özünüməşğul  əhalinin  məşğulluqda  payı 

yüksəlmiş,  əməyə  çəkilən  xərclər  əmək 

məhsuldarlığını üstələmişdir ki, bu da iqtisadi 

artım  mənbələrinin  öyrənilməsində  mühüm 

əhəmiyyət kəsb edir.  

1996-2013-

cü  illərdə  real  əməkhaqqı 

ildə  orta  hesabla  16.7%  artdığı  halda  əmək 

məhsuldarlığı  cəmisi  8.1%  artmışdır.  Qeyri-

neft  sənayesində  və  kənd  təsərrüfatında  fərq 

daha 

qabarıqdır. 



Bunun mümkün 

səbəblərindən  biri  məşğul  əhalinin  ixtisas 

strukturunda  baş  verən  meyilləri  göstərmək 

olar.  Xüsusilə,  ibtidai  təhsilli  şəxslərin  payı 

9%  bəndi  artmış,  orta  və  ali  təhsilli  şəxslərin 

payı isə müvafiq olaraq 3% və 6% azalmışdır. 

Tədqiq olunan dövrdə özünüməşğulluq 

səviyyəsi kifayət qədər artmış və 2013-cü ildə 

66.5%-

ə çatmışdır ki, bu da MDB və Mərkəzi 



və  Şərqi  Avropa  məkanında  ən  yüksək 

göstəricilərdən  biridir.  Müqayisə  üçün 

Qazaxıstanda  məşğul  əhalinin  30.6%-i, 

Moldovada 31.2%-

i,  Polşada  21.8%-i, 

Ukraynada 19.1%-i 

özünüməşğul şəxslərdir. 

 

 



 

 

18 



 


Yüklə 425,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə