Qlobal iQTİsadiyyat və TƏHLİL



Yüklə 425,75 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix27.03.2018
ölçüsü425,75 Kb.
#35362
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

N1, 2016 

 

2.3.

 

Postneft dövründə inflyasi-

yanın proqnozlaşdırılması: 

qeyri-

xətti modellər 

uyğundurmu? 

Məqsəd 

Tədqiqat  işində  inflyasiyanın  proqnoz-

laşdırılması  məqsədilə  müxtəlif  modellərin 

adekvatlığı  yoxlanmışdır.  Azərbaycan  üzrə 

inflyasiyanın  proqnozlaşdırılması  məqsədilə 

istifadə  olunmuş  bir çox modellərin  proqnoz 

dəqiqliyi müqayisəli təhlil edilmişdir.  

İndiyədək  aparılmış  tədqiqatlarda 

əsasən  xətti  modellərin  proqnoz  dəqiqliyi 

araşdırılmış,  qeyri-xətti  modellərin  nəticələri 

isə əhatəli və sistemli incələnməmişdir. Lakin 

postneft dövrü iqtisadiyyatda struktur 

dəyişikliyi  ilə  müşayiət  olunduğuna  görə 

qeyri-


xətti modellərin də sınaqdan keçirilməsi 

zərurəti yaranmışdır.  



Metodologiya 

Tədqiqat  işində  11  müxtəlif  spesifikasiya 

verilmiş  qeyri-xətti  modellərdən  istifadə 

edil


mişdir.  Bu  məqsədlə  müxtəlif  qeyri-xətti 

modellərin  proqnoz  dəqiqliyi  təkdəyişənli 

avtoreqressiv,  3  dəyişənli  VAR  və  təsadüfi 

dolaşma  modellərinin  proqnoz  dəqiqliyi  ilə 

müqayisə edilmişdir. 

Bu qeyri-

xətti  modellərə  Markov 

dəyişməsinə 

əsaslanan 

təkdəyişənli 

avtoreqressiv və çoxdəyişənli VAR modelləri, 

hədli  tək  və  çoxdəyişənli  modellər,  hamar 

keçidli  hədli  modellər  və  vaxta  nəzərən 

dəyişən  parametrli  təkdəyişənli  modellər 

daxildir

.  Qiymətləndirmələr  zamanı  Bayez 

yanaşmasına  müraciət  olunmuşdur.  Proqnoz 

dəqiqliyi  meyarları  kimi  mərkəzi  proqnoz 

dəqiqliyi  (proqnoz  xəta  kvadratları  ortasının 

kvadrat kökü) və proqnoz sıxlıq dəqiqliyi (loq-

xalı) nəzərdən keçirilmişdir. Bütün modellərin 

qiymətləndirmə dövrü 2003-cü ilin I rübündən 

2014-cü ilin IV rüb

ünədək olan müddəti əhatə 

e

tmişdir.    



Nəticə 

Müəyyən olunmuşdur ki, qeyri-xətti modellər 

birdəyişənli 

avtoreqressiv 

modellərlə 

müqayisədə  orta  proqnozun  dəqiqliyinə 

nisbətən  daha  yaxşı  təminat  verir,  lakin 

üçdəyişənli  VAR  modellərindən  və  təsadüfi 

dolaşma modellərindən geri qalır. Bu isə post-

neft  dövründə  Azərbaycanla  bağlı  aparılan 

digər  tədqiqatların  nəticələri  ilə  uyğunluq 

təşkil  edir.  Bundan  başqa  proqnoz 

diapazonunda  ehtimalın  sıxlığına  görə  qeyri-

xətti  modellər  xətti  və  təsadüfi  dolaşma 

modellərindən daha üstündür. 

 

19 



 


 

 

N1, 2016 

 

3.

 

MALİYYƏ   SAVADLILIĞI   

M

aliyyə savadlılığı və özünüməşğulluq  

Almaniyanın  Halle  İqtisadi  Tədqiqatlar 

İnstitutunun  apardığı  araşdırmalar  göstərir  ki, 

fərdlərin 

maliyyə 

savadlılığı 

onların 

məşğulluq  seçiminə  ciddi  təsir  göstərir.  Belə 

ki,  peşə  ixtisasından  asılı  olmayaraq  təhsil 

müəssisələrindən məzun olan yüksək maliyyə 

savadına  malik  şəxslər  kiçik  sahibkarlıq 

fəaliyyəti ilə məşğul olmağa dha çox üstünlük 

verirlər.  

B

u  məqəsədlə  Almaniyada  yaşı  18-65 



aralığında  olan  1039  məşğul    respondent 

arasında  rəy  sorğusu  keçirilmişdir.  Məşğul 

əhali 

aşağıdakı 



qruplara 

ayrılmışdır: 

vaxtamuzd  fəhlələr,  ofis  işçiləri,  dövlət 

qulluqçuları, 

fermerlər, 

ayrı-ayrı 

kooperativlərdə  üzv  kimi  çalışan  özəl 

sahibkarlar  (həkimlər,  vəkillər  və  s.),  fərdi 

sahibkarlar, 

treyderlər 

yaxud 

digər 


özünü

məşğul  işçilər.  İlk  3  qrupa  aid  olan 

şəxslər muzdlu işçilər, sonuncu 4 qrupa daxil 

olan  şəxslər  isə  özünüməşğul  işçilər  kimi 

təsnifləşdirilmişdir.  Özünüməşğul  şəxslərin 

gəlir  səviyyəsi  muzdlu  işçilərin  gəlir 

səviyyəsindən əhəmiyyətli geri qalmışdır.  

Respondentin y

aşı, ailə vəziyyəti, cini, 

uşaqlarının  sayı  kontrol  dəyişənlər  qismində 

istifadə  olunmuşdur.  Bundan  başqa  şəxsi 

mənzilin  olması  və  keçmiş  sosialist 

Almaniyasına  aid  təhsil  müəssisələrindən 

məzun olma fiktiv dəyişən kimi modelə daxil 

edilmişdir.  

Fərdlərin  maliyyə  savadlılığı  3 

səviyyədə yoxlanmışdır. Birinci, sadə maliyyə 

biliklərini  yoxlamaq üçün 3 test  sualı  təqdim 

olunmuşdur.  İkinci,  mürəkkəb  maliyyə 

biliklərini  yoxlamaq  üçün  11  çətin  test 

sualından  istifadə  olunmuşdur.  Üçüncü, 

respondentlərin 

məntiqi 

bacarıqlarını 

yoxlamaq üçün 3 sual təqdim olunmuşdur. 

Qiymətləndirmə  nəticəsində  müəyyən 

olunmuşdur  ki,  özünüməşğul  şəxslər  muzdlu 

işçilərlə  müqayisədə  maliyyə  savadının 

yoxlanmasına  dair  11  çətin  test  sualının 

hamısına  daha  düzgün  cavab  vermişdir.  Sadə 

test

lərə  və  məntiq  testlərinə  verilən  düzgün 



ca

vabların  faiz  nisbəti  də  özünüməşğul 

respondentlərdə daha yüksək olmuşdur. 

Təhlil  nəticəsində  müəlliflər  belə 

qənaətə  gəlmişdir  ki,  özünüməşğul  əhalinin 

maliyyə  savadı  muzdlu  işçilərin  maliyyə 

savadından  aşkar  yüksəkdir.  Burada  qarşılıqlı 

səbəb-nəticə  əlaqəsi  mümkündür.  Belə  ki,  ya 

yüksək  maliyyə  savadına  malik  təhsil 

məzunları  özünüməşğulluğa  daha  çox  meyil 

edir,  ya  da  əksinə  özünüməşğulluq  maliyyə 

maarif


lənməsinə kömək edir.  

Səbəb-nəticə  əlaqəsinin  istiqamətini 

müəyyənləşdirmək 

üçün 


instrumental 

dəyişənlərdən  istifadə  olunmuşdur.  Modellər 

təsdiq  etmişdir  ki,  birinci  mühakimə  daha 

düzgündür,  belə  ki,  yüksək  maliyyə  savadına 

malik təhsil məzunları özünüməşğulluğa daha 

çox meyil edir.  

Özünüməşğulluq əsasən fərdi sahibkar-

lıqdan  ibarət  olduğuna  görə  fərdlərin  öz 

üzərinə  daha  çox  risk  götürməsini  tələb  edir 

ki,  bu  da  insan  təbiəti  ilə  bağlıdır.  Bəzi 

insanlar isə daha çox sabit və aşağı riskli həyat 

tərzinə  üstünlük  verir.  Maliyyə  savadlılığı 

fərdlərdə 

özünə 


əminlik 

yaratmaqla 

sahibkarlığa meyli gücləndirir.  

AzDSK-


nın 

məlumatlarına 

görə 

Azərbaycanda  məşğul  əhalinin  33%-i muzdla 



çalışır,  qalan  67%-i  özünüməşğul  şəxslərdir. 

Sahibkarlıq  fəaliyyətinə  meyillilik  mühüm 

sosial-

iqtisadi  dəyər  olsa  da,  bu meyilin 



adekvat sah

ibkarlıq  bacarıqları  ilə  dəstəklən-

məsi  zəruridir.  Burada  maliyyə  savadlılığının 

rolu xüsusilə aktuallaşır. 

       

   


20 

 



Yüklə 425,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə