Qlobal iQTİsadiyyat və TƏHLİL



Yüklə 425,75 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix27.03.2018
ölçüsü425,75 Kb.
#35362
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

N1, 2016 

 

1.3.

 

İnkişaf iqtisadiyyatı üzrə 

tədqiqatlar 

Avropada əmək bazarı problemləri və 

həyata keçirilən son islahatlar 

Avropa  ölkələrində  2011-ci  ildə  gələn  ikinci 

böhran 

dalğasından sonra 2013-cü ilin ikinci 

yarısı  başlayan  iqtisadi  artım  tempi  2014-

2015-

ci  illərdə  də  davam  etdi.  Bəzi  ölkələrdə 

ümumi  işsizlik  səviyyəsi  artıq  böhrandan 

əvvəlki vəziyyətə qayıtsa da, bir çox ölkələrdə 

əmək  bazarı  ilə  bağlı  ciddi  problemlər 

qalmaqdadır  (Qrafik  1).  Bu  isə  bu  ölkələrin 

əmək  bazarlarında  əhəmiyyətli  struktur 

islahatlarının aparılmasını zəruri edir. 

 

Avropa  əmək  bazarında  mövcud 

problemləri  aşağıdakı  kimi  ümumiləşdirmək 

olar: 


1.  Qeyri-

elastik  əmək  bazarı.  Əməyin 

güclü  müdafiəsi,  iş  vaxtının  sərt  təsbiti  və 

işdən  azadetmələrə  ciddi  nəzarət  firmaların 

manevr  qabiliyyətini  məhdudlaşdırır.  Buna 

görə  də  şirkətlər  daimi  əsaslarla  deyil, 

müvəqqəti  işçi  götürməyə  üstünlük  verirlər. 

Beləliklə, 

qeyri-elastik 

əmək 

bazarı 


nəticəsində  daimi  müqaviləyə  malik  işçilərin 

hüquqları  yüksək  səviyyədə  qorunsa  da, 

əvəzində  müvəqqəti  müqavilə  ilə  işləyən, 

əksəriyyətini  gənclər  təşkil  edən  işçilər 

müdafiədən  kənarda  qalır.  Bu  problem 

xüsusilə  Fransada  daha  kəskindir.  Burada 

işsizlik son 18 ilin ən yüksək səviyyəsindədir 

(təxminən  10.3%).  Eyni  zamanda,  əmək 

bazarının  qeyri-elastikliyi  uzun  müddətli 

işsizlik  və  gənclər  arasında  işsizliyin  çox 

yüksək  olmasına  gətirib  çıxarır.  2015-ci  ildə 

işə  götürmələrin  87%-ni  müvəqqəti  müqavilə 

ilə işə götürülənlər təşkil etmişdir. 

Gənclər  arasında  yüksək  işsizlik. 

Qeyd  etdiyimiz  kimi,  əmək  bazarının  qeyri-

elastik  olması  bir  tərəfdən  daimi  məşğul 

əhalinin  mənafelərini  müdafiə  etsə  də,  daha 

çox  gənclərdən  ibarət  bir  kütlənin  daimi  işlə 

təmin  olunmasında  çətinliklər  yaradır.  AB 

ölkələrində gənclər arasında işsizlik səviyyəsi 

2015-ci il 

ərzində bir qədər azalmışdır (20.2%-

dən 19.7%-ə), lakin bəzi ölkələrdə bu problem 

hələ də kəskin olaraq qalmaqdadır (Qrafik 2).  

 

2. 



Əmək haqlarında staqnasiya. Sabit 

və  mülayim  artım  tempinin  əldə  olunmasına 

baxmayaraq  əmək  haqlarının  artıma  reaksiya 

verməməsi  gəlir bərabərsizliyinin dərinləşmə-

sinə  gətirib  çıxarır.  Bu  problem  xüsusilə 

İngiltərədə  daha  kəskin hiss olunur. Hal-

hazırda  burada  sabit  artım  tempi  müşahidə 

olunur  (ildə  orta  hesabla  2%),  işsizlik 

səviyyəsi  isə  rekord  aşağı  həddə  çatmışdır  – 

5.1%.   


Bununla  belə,  2009-cu  ildən  2014-cü 

ilin  sonlarına  qədər  əmək  haqqında 

əhəmiyyətli  azalma  müşahidə  olunmuşdur. 

Əmək  haqlarının  iqtisadi  artıma  reaksiya 

verməməsi iqtisadçılar tərəfindən müxtəlif cür 

izah olunur: 

əmtəələrin  ucuzlaşması,  iş 

saatlarının  qısalması  və  sair. Lakin bu 

problemin  əsas  səbəbi  kimi  digər  ölkələrdən 

ucuz işçi qüvvəsinin miqrasiyası göstərilir. 

 



 

 

N1, 2016 

 

3. 

Yüksək  əmək  xərcləri.  Əmək 

xərclərinin  yüksək  olmasının  əsas  səbəbi 

vergilərin  çox  olmasıdır.  Belə  ki,  işçilərin 

ödədikləri  orta  gəlir  vergisi  İspaniyada  30%, 

İtaliyada 32%, Fransada isə 38% ətrafındadır. 

Eyni  zamanda,  minimum  əməkhaqqı  da 

yüksəkdir. 

Bununla 


yanaşı, 

işsizlik 

müavinətlərinin  həddən  artıq  yüksək  olması 

işləmək motivasiyasına mənfi təsir göstərir. 

Problemlərin  həlli  məqsədilə  Avropa 

Birliyi  və  üzv  dövlətlər  tərəfindən  bir çox 

islahatlar 

həyata keçirilir.  

2013-

cü  ildə  Avropa Birliyi  ölkələri 



tərəfindən  qəbul  olunan  Gənclərin  təminatı 

Proqramı  (the Youth Guarantee)  25  yaşına 

qədər  şəxslərə  təhsili  bitirdikdən  və  ya  işsiz 

qaldıqdan sonra 4 ay müddətində yeni iş yeri, 

təhsilin davam etdirilməsi, ixtisasartırma və ya 

staj  keçmək  imkanının  təklif  edilməsini 

nəzərdə  tutur.  Proqramın  həyata  keçirilməsi 

üçün  maliyyə  vəsaiti  əsasən,  Avropa  Sosial 

Fondu  tərəfindən  və  bu  məqsədlə  yaradılmış 

Gənclərin  Məşğulluğu  Təşəbbüsü  (Youth 



Employment Initiative

)  çərçivəsində  təmin 

olunur.  Təşəbbüs  Gənclərin  Təminatı 

Proqramı üçün əlavə maliyyə mənbəyi rolunu 

oynayır.  Təşəbbüsün  həyata  keçirilməsi  üçün 

maliyyə  vəsaitini  AB  büdcəsindən  xüsusilə 

gənclərin  məşğulluq  problemi  üçün  nəzərdə 

tutulmuş  3.2  mlrd.  dollar  və  AB  Struktur  və 

İnvestisiya  fondlarına  üzv  dövlətlərin 

ayırmalarından  formalaşmış  əlavə  3.2  mlrd. 

dollar təşkil edir. 

Bununla  yanaşı,  Avropa  Komissiyası 

tərəfindən  Peşə  Təlimi  üzrə  Avropa  İttifaqı 

(European Alliance for Apprenticeship), 

Təlimlər  üçün  Keyfiyyət  Çərçivəsi  (Quality 

Framework for Traineeships

),  EURES  və 

“sənin  ilk  EURES  işin”  (“your first EURES 

job”) 

proqramları  inkişaf  etdirilməkdədir  və 

firmaların  gəncləri  işə  götürməsinə  vasitəçi 

olmaq  məqsədi  daşıyır.  Bütün  bu  tədbirlər 

sosial  tərəfdaşlar  və  maraqlı  tərəflərin  sıx 

əməkdaşlığı şəraitində həyata keçirilməlidir. 



Fransada  2013-

cü  ilin  yanvarında 

qüvvəyə  minən  Rəqabət  və  Məşğulluq  üçün 

Vergi  Güzəştləri  (competitiveness and 



employment tax credit –  CICE) bütün 

sektorlarda  fəaliyyət  göstərən  firmalar  üçün 

mənfəət  və  gəlir  vergisindən  güzəştlər 

verilməsini nəzərdə tutur. Bu güzəştlərin əsas 

məqsədi  firmaların  əmək  xərclərini  azaldaraq 

onların daha çox yeni iş yeri yaratmasına nail 

olmaq  və  kiçik  və  orta  sahibkarlığın  rəqabət 

qabiliyyətliyini 

artırmaqdır. 

Güzəştlər 

minimum  əmək  haqqının  2.5  mislindən  aşağı 

əməkhaqqı  alan  işçilərə  aid  edilir.  Vergi 

güzəştləri  nəticəsində  2013-cü  ildə  əmək 

xərcləri  4%,  2014-cü  ildə  isə  6%  azaldıldı. 

İslahat nəticəsində təkcə 2013-cü ildə 30 min

2

 



yeni  iş  yeri  yaradıldı.  2015-ci ilin iyulunda 

artıq 520 mindən artıq firma bu güzəştləri əldə 

etmək məqsədilə müraciət etmişdi. 

Fransa prezidenti Fransua Olland 

tərəfindən  əmək  bazarındakı  qeyri-elastikliyi 

aradan qaldırmaq məqsədilə irəli sürülən, sərt 

təsbit  olunmuş  35  saatlıq  iş  həftəsi  rejiminin 

yumşaldılması,  firmalara  iş  vaxtının  və  əlavə 

iş  saatlarına  görə  ödənişlərin  seçimində 

nisbətən  müstəqillik  vermək,  həmçinin  işdən 

azadetmələrin  sadələşdirilməsi  və  işdən  azad 

edilməyə görə ödənilən təzminatın məbləğinin 

məhdudlaşdırılmasını  nəzərdə  tutan  islahat 

layihəsinin 

hal-hazırda 

parlamentdə 

müzakirəsi  davam  edir.  Lakin  müzakirələr 

əhali,  xüsusilə  gənclər  birlikləri  tərəfindən 

güclü  sosial  narazılıq,  kütləvi  nümayiş  və 

etiraz dalğaları ilə müşayiət olunur. 

Gənclər  birliklərinin  liderləri  ilə 

görüşdükdən  sonra  Fransa  Baş  naziri Manuel 

Valls  gənclərə  yardım  məqsədilə  dövlət 

tərəfindən  illik  500  milyon  avro  ayrılacağını 

elan  etdi.  Bu  məbləğ,  əsasən,  tələbələr  üçün 

qrantların  vaxtının  uzadılmasına  və  gənclərin 

məzun olduqdan sonra iş tapmadıqda müəyyən 

müddət  kompensasiya  almalarına  sərf 

olunacaq.  Bu  son  tədbir  əsasən  etirazları 

2

 M



ənbə: Fransanın Milli Statistika və İqtisadi Tədqiqatlar 

İnstitutunun (INSEE) qiymətləndirməsi.

 



 



                                                           


Yüklə 425,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə