RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə12/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   8   9   10   11   12   13   14   15   ...   97

39 
genişlənmə xassəsinə malik olmasıdır. Bu xüsusiyyət 
mərasimin bayrama çevrilməsində  əsas rol oynayır. 
Lakin bu xüsusiyyət heç də bütün mərasimlərə aid deyil. 
Məsələn, bu genişlənmə xüsusiyyəti toy mərasiminə aid 
olsa da, onu bayrama çevirə bilmir, eləcə  də yas 
mərasimi də genişlənmək xüsusiyyətinə malik deyil. O, 
ailənin, nəsilin ümumi kədəri kimi qalır. 
Azərbaycanda mərasimlərin sayı lap çoxdur. 
Onların bəziləri xüsusiləşir, bəziləri kütləviləşir, bəziləri 
isə unudulmaqdadır. Mərasimlər müxtəlif inanclara 
söykənən ibtidai insanların dünyagörüşündən asılı olaraq, 
zaman keçdikcə yaddaşlardan silinir. Lakin mərasimlər 
unudulsa da, bu mərasimlərdə oxunan lirik nəğmələr hələ 
yaddaşlardan silinməmişdir. Bu sahədə Azərbaycan 
folklorşünaslığında böyük işlər görülmüş,  ən qədim 
nəğmələrdən tutmuş  mərasim nəğmələrinə  qədər bütün 
mətnlər toplanılmışdır. Həmin nəğmə  mətnlərindən 
tədqiqatımızda yeri gəldikcə istifadə edəcəyik. 
 
* * * 
Mərasim (ritual) şifahi xalq yaradıcılığının  ən 
qədim formalarından biridir. Mərasim folkloru 
 
Azərbaycan  şifahi xalq yaradıcılığının  ən zəngin 
qollarından birini təşkil edir. Mərasim folkloru şifahi 
yaradıcılığın daim maraq doğuran sahələrindən biri 
olmuşdur.  İbtidai insanlar təbiətlə üz-üzə qaldıqları 
dövrlərdə  təbiət hadisələrini mifoloji tərzdə başa 
düşürdülər. Buna səbəb onların  şüurunun təbiəti 
instinktiv  şəkildə qavraması idi. İlk dəfə olaraq ibtidai 
insanlar təbiət hadisələrini emosional-hissi qavrayış yolu 
ilə  dərk edib onlara münasibətlərini göstərirdilər. Təbiət 
qüvvələri qarşısında olan qorxu təbiətlə insan arasındakı 
əlaqələrin pozitiv şəkildə  həllinə  səbəb olurdu. İbtidai 
insanların  şüurunda həmin təbiət qüvvələrinin qeyri-


40 
adiliyi də bu işdə  həlledici rol oynayırdı. Onların 
şüurunda  əks olunan təbiətin “qeyri-adi obrazları” 
müxtəlif inam və inancların yaranmasına gətirib çıxarırdı. 
Beləliklə, ibtidai insanların təfəkküründə obrazlaşdırılmış 
tanrılar silsiləsi yaranırdı. 
Ritual nəğmələr, eləcə  də  mərasim nəğmələri lirik 
üslubun yaratdığı  ən qədim  şeir növlərindən biridir. 
Ritual nəğməsi ilə  mərasim nəğməsi arasında köklü 
fərqlər vardır. Ritual nəğməsi qəbilə üzvləri tərəfindən 
hər hansı bir prosesin icra olunması zamanı ifa olunur və 
sırf qəbilə  həyatını  əks etdirir. Ritual nəğmələrin qədim 
mətnləri bugünkü mərasim nəğmələrinin içində özünü 
qismən qoruyur. Azərbaycan mifologiyasında da mifoloji 
tanrılara həsr olunan çoxlu ritual nəğmə vardır. Məsələn, 
bugünkü Yel baba haqqında oxunan mərasim 
nəğmələrini həmin mifoloji tanrının  şərəfinə oxunan 
nəğmə tipi hesab etmək olar. Mərasim folklorunun, 
xüsusən, nəğmələrin öyrədilməsində 
aşağıdakı 
prinsiplərə əməl olunmalıdır. 
1.
 
Mərasim nəğməsinin ümumi nəğmə içində 
yerinin müəyyənləşdirilməsi; 
2.
 
Mərasim nəğmələrinin mövzu, süjet, motiv və s. 
ilə bağlı sisteminin açılması; 
3.
 
Nəğmə janrının 
şəkil xüsusiyyətlərinin 
araşdırılması; 
4.
 
Ritual nəğmədən mərasim nəğməsinə keçidin 
yollarının izah olunması; 
5.
 
Ritual və  mərasim nəğmələrinin semantik 
quruluşunun izah olunması; 
6.
 
Ritual və mərasim nəğmələrindən yaranan bədii 
nümunələrin izah olunması (məsələn, tapmaca); 
7.
 
Ritual və mərasim nəğmələrinin dil quruluşunun 
öyrənilməsi; 
8.
 
Köhnə  nəğmə  əsasında nəğmənin yeni tipinin 


41 
yaranma səbəblərinin öyrənilməsi; 
9.
 
Başqa epik mətnlərdə  nəğmə janrından istifadə 
olunma imkanlarının araşdırılması və s. 
Mərasim folkloru, ümumiyyətlə, mövsüm-mərasim 
nəğmələri ilə  şifahi xalq yaradıcılığının lirik, epik və 
dramatik üslublarının janrları arasında yaxın bağlılıq 
vardır. Mövsüm-mərasim nəğmələri folklorun lirik 
üslubunun tərkibində olduğundan bu nəğmələrlə lirik 
üslub arasında birbaşa əlaqə vardır. Belə nəğmələri izah 
edərkən onların  şəkli xüsusiyyətlərini lirik üslubun 
xüsusiyyətləri 
əsasında izah etməyə üstünlük 
verilməlidir. Eyni zamanda həmin nəğmələrin epik və 
dramatik üslubda işlənə bilmə xüsusiyyətləri nəzərə 
alınmalıdır. Aydındır ki, epik mətnlərdə lirik nəğmələr 
strukturun tələbinə görə işlənə bilir. Mövsüm və mərasim 
nəğmələrinin tam və ya hissə  şəklində  mətnə düşməsini 
izah edərkən əfsanə, rəvayət, nağıl və dastan mətnlərinin 
nəğmə ilə bağlılığı  əsas götürülür. Eləcə  də xalq 
oyunlarında və dramlarında əsas vasitə kimi nəğmələrdən 
istifadə oluna bilir. 
Ritual nəğmələr strukturca mürəkkəb olsa da, 
nəğmələrin daşıdığı funksiya sadədir. Ona görə  də  hər 
mürəkkəb ritual nəğmədə dünyagörüşdən asılı olaraq, bir 
neçə süjet xətti izlənə bilir. Belə nəğmələr sadə görünsə 
də, süjet xətti mürəkkəblik təşkil edir. Nəğmənin müasir 
oxunuşunda belə mürəkkəblik nəzəri o qədər də  cəlb 
etmir. Deməli, nəğmənin tarixi təkamül prosesindən 
keçərək müasir formaya düşməsi uzun bir dövr ərzində 
mümkün olmuşdur. 
Biz yuxarıda ritual nəğmələrin ünvanlarından 
danışdıq. Azərbaycan mifologiyasında sitayiş edilən 
çoxlu tanrılar olmuşdur. Belə düşünmək olar ki, mifoloji 
tanrıların sayına uyğun olaraq çoxlu ritual nəğmələr 
olmuşdur. Belə bir sual tədqiqatçını düşündürə bilər: 


42 
mərasimlər tanrıları formalaşdırmış (birbaşa konkret 
obyektə bağlı olmayan ən qədim ritual dünyagörüşünün 
ilkin hissi qavrayışla  əlaqəli olduğunu, sonradan tanrı 
haqqında düşüncəni yaratdığını düşünmək olar), yoxsa 
tanrılara olan sitayiş onların  şərəfinə keçirilən 
mərasimləri yaratmışdır? Bu suala cavab tapa bilsək, 
ritual nəğmələrinin yaranma səbəbini aydınlaşdıra 
bilərik. Bu sualın cavabı  mərasim və ritualın hansı 
hansını doğurmasından asılıdır. Konkret olaraq ritual 
dünyagörüşünün, yoxsa mərasim anlayışının ilkin olması 
düşündürücüdür. Ritual düşüncə mifoloji tanrı düşüncəsi 
ilə bağlıdır. Düşüncədə ritualın və tanrı obrazının 
yaranmasının eyni vaxtda olması bu qənaətə  gəlməyə 
əsas verir ki, ritual nəğmə  məhz onlardan sonra 
yaranmışdır. Yəni düşüncədə  əvvəl ideya formalaşmış, 
sonra ideyanın təsiri ilə  nəğmə tipi yaranmışdır.  Bu 
dediklərimizi Yel babaya həsr olunan nəğməyə  əsasən 
şərh edək. 
 
A Yel baba, Yel baba, 
Tez gəl baba, gəl baba. 
Sovur bizim xırmanı 
Dən yığılıb dağ olsun 
Yel babamız sağ olsun. 
 
Taxılımız yerdə qaldı, 
Yaxamız əldə qaldı. 
A Yel baba, Yel baba, 
Tez gəl baba, gəl baba. 
 
Sovur bizim xırmanı, 
Atına ver samanı. 
Dən yığılıb dağ olsun 
Yel babamız sağ olsun. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə