RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə11/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   7   8   9   10   11   12   13   14   ...   97

36 
Rituallar ictimai mənası o qədər də başa düşülmədən 
keçirilən magik söz oyunu və manipulyasiyadan – 
hərəkətlərdən ibarət olmuşdur. Ritual xüsusi mahiyyət 
daşıyır və  qəbilənin geniş üzvlərinin sacral rəqslərini 
özündə əks etdirir. Bütün ibtidai icma quruluşu dövründə 
nə  qədər ibtidai tanrı olmuşsa, bir o qədər ritual 
dünyagörüş olmuşdur. Belə demək mümkünsə, ritual 
ibtidai icma cəmiyyətinin yaratdığı özünəməxsus 
dünyagörüş sistemidir. İbtidai icma quruluşu yeni ictimai 
quruluşla  əvəz olunduqca ritualın da ictimai mənasında 
dəyişikliklər baş verir. Məsələn, tayfa quruluşu 
sistemində ritualın sosial mənası  dəyişməyə başlayır. 
Təhtəlşüurda qəbul olunan ilk yaradıcıya olan baxış  və 
onun şərəfinə keçirilən riutallar formasını dəyişir. Ritual 
yeni cəmiyyət üçün arxaik düşüncə sisteminə çevrilir və 
inancın yeni formasına uyğun olan, ritualdan üstün 
hərəkətlərə  əsaslanan tipik söz, nəğmə  və  hərəkətlərlə 
icra olunur. Aralıq mərhələdə olan belə manipulyativ 
rəqslər ümumi məzmun daşıyır, qədim tanrının bütün 
müsbət xüsusiyyətlərini tərifləyir, onun şərəfinə oxunan 
ümumi nəğmə tipini təşkil edir. Bunlar hələ  öz-
özlüyündə tam mərasim forması deyil və düşüncədə 
ibtidai icma quruluşu ilə quldarlıq quruluşu dövrlərinin 
özünə  məxsus ritualdan üstün dünyagörüş formasını 
yaradır. Bu dövrdə mifoloji şüurda tanrıların oynadığı 
rol, onların ibtidai insanların  şüurundakı funksiyaları 
artıq sabitləşmişdi. Ona görə də konkret mifoloji tanrıya 
həsr olunan ritual da öz ictimai mənasını daha da 
genişləndirmişdi. Bu mənada ritual artıq öz sosial 
funksiyasını, təsir etmə imkanlarını daha da artırmışdı. 
Ritualın ibtidai insanların həyatında oynadığı rol – 
mifoloji  şüurun bütöv tarixi bir dövrdə oynadığı rola 
bərabərdir. Yəni ritual da mifoloji şüurun tərkib hissəsi 
olub, onun sosial həyatını  tənzimləyən ictimai bir 


37 
hadisədir. Ritual ona görə ictimai hadisədir ki, toplumun 
siyasi-ictimai həyatını  tənzimləyir, ibtidai cəmiyyətin 
bütün üzvlərini  əhatə edir. İlk  əvvəlki dövrlərdə ritual 
xüsusi hadisə olsa da, təhtəlşüurdan keçərək ictimai 
məzmun daşımış  və beləliklə, toplumun, ibtidai 
cəmiyyətin ilin müəyyən dövrlərində onların həyatını 
nizama salan qüvvəyə çevrilmişdir. 
Mifoloji  şüurdan tarixi şüura keçid baş verdikdən 
sonra ritualların da məzmununda böyük əhəmiyyətli 
dəyişikliklər baş vermişdir. Ümumiyyətlə, tarixin inkişaf 
mərhələlərinə  nəzər salsaq, tarixi şüurun yaratdığı  bədii 
şüurun da insanların həyatında necə mühüm rol 
oynadığını görmək olar. Folklorun da tarixi həmin bədii 
şüurun yaratdığı ilkin nümunələrdən başlanır. 
İlk  şifahi sözlü mətnlər ritualların icra olunduğu 
zamandan başlayaraq formalaşmışdır. Mifoloji şüurdan 
tarixi  şüura keçid dövründə  də bu mətnlər aparıcı rol 
oynamış, bir tanrıya həsr olunan nəğmə kimi formalaşsa 
da, sonradan onların  ətrafında xüsusi mətnlər, miflər 
yaranmışdır. Buna görə  də mifləri eyni zamanda 
dünyagörüş adlandırırlar. Çünki miflərdə ibtidai 
cəmiyyətin bütün əxlaq normaları öz əksini tapırdı. Bədii 
şüurun formalaşdığı dövrdə  həmin  əxlaq normaları  və 
dünyagörüş sistemi ibtidai cəmiyyətin bütün sahələrini 
əhatə edən bədii mətnlərdə əks etdirilirdi. 
Tarixi  şüur ritualların da ictimai funksiyasının 
dəyişilməsinə səbəb olmuşdur. Tarixi şüur eyni zamanda 
ritualların sosial mahiyyətinin dəyişilməsinə    səbəb 
olmuş, yeni məzmunlu ritual-mərasimlərin keçirilməsinə 
şərait yaratmışdır. Bəs ritual nəyə görə  mərasimlə  əvəz 
olunmuşdur? Bu sualın cavabını ritualın yaratdığı xüsusi 
inanc formalarının ümumi inanc formaları ilə  əvəz 
olunmasında axtarmaq lazımdır. Məsələn, qış  və yaz 
fəsilləri ibtidai insanların  şüurunda  şər və xeyirxah 


38 
qüvvələr kimi qalmış, insanların həyata baxışını  əks 
etdirmişdir. Qış onların nəzərində  şər qüvvəni təmsil 
etməklə yanaşı, antropomorf obraz kimi yazın düşməninə 
çevrilmişdir. Yaz isə ölüb-dirilən tanrını  şüurda forma-
laşdırmış, qışdan sonra yazın gəlişi əkinçiliklə bağlı ölüb-
dirilən tanrının  şərəfinə keçirilən  mərasimlə qeyd 
edilmişdir. Mərasim o vaxt geniş şəkil alır ki, toplumdan 
böyük kütlələrin bayramına çevrilir. Mərasimi 
səciyyələndirən digər bir xüsusiyyət orada ifa olunacaq 
nəğmələrin çeşidlərinin bol olmasıdır. Məsələn, Novruz 
bayramı ilə əlaqədar keçirilən şənliklərdə çoxlu nəğmələr 
ifa olunur. Bu da onu göstərir ki, Novruz bayramı öz 
əhatəsinə görə  nəinki ritualı, hətta mərasimi də 
üstələmişdir. Qısaca sözümüzü belə ifadə edə bilərik ki, 
ritual dar bir çərçivədə yaranıb, bir nəğmə tipi və 
manipulyativ hərəkətlə müşayiət olunur. Mərasimdə isə 
nəğmənin sayı arta bilir və yenə manipulyativ 
hərəkətlərlə bir yerdə icra olunur. Məsələn, “Günəşi 
dəvət” mərasimində ilk doğan günəşi qarşılamaq üçün 
insanlar dağa çıxır, qurban kəsir, rəqslərlə bir yerdə 
nəğmələr ifa edirdilər. Günəş onların hamısı üçün 
yaradıcı qüvvə idi, tək-tək tirələrin yox, bütün tayfanın 
nəzərində ilahi qüvvə idi və günəşin  şərəfinə keçirilən 
mərasimdə o, ilin müəyyən günündə, deyək ki, yazqabağı 
torpağı isindirən, ona həyat bəxş edən qüvvə kimi 
anılırdı. Bu da mərasimi ritualdan ayıran  əsas fərqdir. 
Mərasimin kütləviləşməsi tanrılara inanan kütlənin daha 
çox geniş  əraziləri  əhatə etməsindən asılıdır. Kütlənin 
sayı nə qədər çox olarsa, mərasim daha yüksək səviyyədə 
keçirilər, ictimai məzmun qazanar. Mərasimin ən yüksək 
forması bayramlardır. Bayramlar, adətən, ümumxalq 
mahiyyəti daşıyır və cəmiyyətin bütün təbəqələrini əhatə 
edir. 
Mərasimin digər bir əsas xüsusiyyəti onun 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə