RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə10/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   6   7   8   9   10   11   12   13   ...   97

32 
- bilavasitə  əlaqə. Mifoloji şüurda totemə insanın 
özünəbənzər  şəkildə yanaşılması arzusunun yaranması 
(buna birtərəfli sevgi də demək olar); 
- bilvasitə  əlaqə. Totemlə insanın arasında olan 
daxili əlaqələrin əcdadlarımız tərəfindən qəbul olunması. 
Mifoloji  şüurda heyvan və quş başlanğıclarının 
totem və onqon kimi qəbul olunması prosesi eyni cür baş 
verir. Ona görə  də onqonların iştirak etdiyi mif 
mətnlərində inisiasiya və inkarnasiya prosesləri totem 
miflərində olduğu kimidir. Belə düşünürük ki, totem və 
onqon miflərində totem və onqonun insan surətində dərk 
olunması mifoloji şüurun daha yetkin çağında, 
əcdadlarımızın mifoloji dünya modelini öz şüurlarında 
tam olaraq yaratdığı bir zamanda baş vermişdir. Təbii ki, 
bu proses sadə düşünülə bilməz. Bu prosesin tarixi 
inkişafı  təhtəlşüurdakı mifoloji-tarixi hadisələrin insan 
psixikasına məxsus bədii yaradıcılıqda necə  əks 
edilməsindən asılıdır. 
Müasir dövrdə isə folklor yaradıcılığının kamil 
forma alması  həmin tarixi proseslərdən keçmişdir. Buna 
görə  də  hər bir folklor janrında mif yaradıcılığı özünü 
müstəsna şəkildə qoruyub saxlayır. Biz yuxarıda mifolo-
ji-bədii yaradıcılığın janrlaşma xüsusiyyətindən danışdıq 
və onun bir neçə yolunu göstərdik. Mif mətnlərinin 
janrlaşmasının əsas xüsusiyyəti kimi mətnin süjet xəttinə 
malik olmasını, bədii obrazın və ya obrazların 
yaranmasını, mətndə 
hərəkətin (dinamikanın) 
tamamlanma sürətini də buraya əlavə etsək, mif mətninin 
konkret janr mətninə necə çevrildiyini müşahidə edə 
bilərik. Bu prosesi belə başa düşmək olar: mifoloji şüur 
tarixi və bədii şüura parçalanır, mifoloji şüurun yaratdığı 
mif dünyagörüşü sistemi tarixi şüurun süzgəcindən 
keçərək bədii şüurun vasitəsilə əsatiri, əfsanəvi, nağılvari 
və digər şəkillərdə sabitləşir. 


33 
Mifoloji şüur zamanı ilə tarixi şüur zamanı arasında 
zaman müddəti çox böyük olduğundan birinciyə məxsus 
mif düşüncəsi və onun formalaşdırdığı dünya modelinin 
strukturu ikincinin tərəfindən olduğu kimi qəbul oluna 
bilmir, həm unudulmalar, həm də yeni yaşam tərzindəki 
qəbul olunmayan dəyişikliklər  əvvəlki zamanla bağlı 
nostaljiliyin (petrospektivlikdən doğan) bədii formasını 
əmələ  gətirir. Bu yeni yaranan bədii forma əfsanə
rəvayət, nağıl, epos və dastandır. Bu nostaljilik daha çox 
əfsanədə hiss olunur. Tədqiqatçılar  əfsanəni daha çox 
mifin tərsinə çevrilmiş şəkli hesab edirlər. Həqiqətən də 
bu belədir. Mifdə gördüyümüz inkarnasiya prosesi 
əfsanədə reinkarnasiya prosesi ilə  əvəz olunur. Reinkar-
nasiya inkarnasiyanın  əksinə olan prosesdir. Mifdə baş 
verən hadisələr bu dəfə reinkarnasiyada geriyə doğru icra 
olunur, yəni mifdə gördüyümüz totemin insana 
çevrilməsi  əfsanədə insanın öz toteminə, onqonuna 
çevrilməsi prosesi ilə başa çatır. Burada totemə  və 
onqona çevrilmək istəyən bədii obrazın nostalji hisslərinə 
arzu hissi də qarışır. Bədii  şüurda hələ unudulmayan 
çevrilmənin mümkün olması obrazın psixikasına hakim 
olur. Bədii yaradıcılıqda  abır, ismət və  həya kimi 
psixoloji durumlar da yeni mətnə daxil edilərək, 
reinkarnasiya  prosesinin səbəbi kimi göstərilir. Bu kimi 
bədii yaradıcılıq növləri folklor düşüncəsində üslublar 
üzrə sabitləşir. Folklor düşüncəsindəki lirik və epik 
üslubların formalaşdırdığı  mətnlərin sabitləşmə prosesi 
yenə  də  əcdadlarımızın mifik dünyasına bağlıdır. Bilirik 
ki,  əcdadlarımızın müxtəlif məşğuliyyəti olmuş, onlar 
həyatları boyu ovçuluq, əkinçilik, maldarlıq, kümçülük, 
xalçaçılıq və s. peşələrə yiyələnmişlər. Bu peşə növləri 
hələ yaranmamışdan  əvvəl tarixi proseslərdən keçmiş, 
hər bir peşənin düşüncədə forması, hamisi, alətləri və s. 
əmələ gəlmişdir. Bunu nəğmə janrında daha çox görürük. 


34 
Ovçuluq peşəsi ilə bağlı mifik nəğmələrdə hami quşun 
obrazları yetərincə  təsvir olunur. Ayrıca olaraq “Əkil-
Bəkil” nəğməsini misal göstərə bilərik. Ovçu nəğmələ-
rində    Əkil-Bəkil, Sülöysün və  Ağ quşun tam və ya 
qismən obrazlaşdığını görürük. Deyə bilərik ki, tarixi 
şüurun formalaşdırdığı  bədii yaradıcılıqda mifik 
nəğmələr folklorda əmək nəğməsi janrının bir çox 
növlərini  əmələ  gətirmişdir. Lirik üslubun yaratdığı 
bayatı, layla, oxşama,  əzizləmə  və başqa  şeirlər isə 
nisbətən daha sonrakı dövrlərin məhsuludur. 


35 
MƏRASİM FOLKLORU 
 
Mərasim folkloru şifahi xalq yaradıcılığının  ən 
maraqlı  və  geniş  əhatəli sahələrindən birini təşkil edir. 
Adından göründüyü kimi, mərasim folkloru yazılı 
ədəbiyyatdan çox-çox əvvəlki dövrlərin məhsuludur. 
İbtidai insanlar hələ  təbiətdən ayrılmadığı bir dövrdə 
onlar üçün anlaşılmaz olan təbiət qüvvələrinin təsiri 
altında idilər. Onlar təbiətin bu gün başa düşülən 
hadisələrini qeyri-adi şəkildə qavrayır, onları öz şüurunda 
fövqəlləşdirirdilər. Hətta onları ram etmək üçün 
əllərindən gələni  əsirgəmirdilər.  İbtidai insanlar bunun 
üçün müxtəlif texniki üsullardan istifadə edirdilər. Bura 
ilk növbədə ibtidai insanların rəqslə müşayiət olunan 
ritual hərəkətlərini daxil etmək olar. Həmin ritual 
hərəkətlər magik sözlərlə müşayiət olunurdu. Bu magik 
sözlər ritmik, oynaq və  həzin sədalarla bir yerdə ifa 
olunaraq sonralar nəğmə  şəklinə düşürdü.  Şifahi xalq 
yaradıcılığının tarixinə nəzər  salsaq, görərik ki, bu xalq 
yaradıcılığının keçdiyi bütün tarixi dövrlərdə nəğmələrin 
yaranması, yayılması  və  şifahi repertuara  daxil olması 
müxtəlif görüşlərlə bağlı olmuşdur. 
İlkin ibtidai görüşdə ilk mərasimlərin  əsasında 
ritual təsəvvürlər dayanmışdır. Bu ritual təsəvvürlər, 
adətən, təbiətlə üz-üzə  gələrkən ibtidai insanlar üçün 
təbiət qüvvələrinin “qəzəbini yumşaltmağı” həyata 
keçirən ritualların məzmununu təşkil etmişdir. Məsələn, 
ibtidai insanlar şimşəyin çaxmasını, sellərin axmasını və 
s. təbiət hadisələrini qeyri-adi qarşıladıqları üçün bu 
hadisələri hansısa ilahi qüvvənin onlara qəzəbi kimi 
qiymətləndirmişlər. Bütün bunlar təhtəlşüurda ilkin 
fövqəladə qüvvəyə olan inamı yaratmış  və onların 
şərəfinə rituallar təşkil etməyə sövq etmişdir. 
Rituallar mərasimlərin ibtidai formasını təşkil edir. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə