RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə18/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   14   15   16   17   18   19   20   21   ...   97

62 
dəstəsi ilə qarşılaşarmış. Bu iki dəstə arasında nəğmə-
dialoq olarmış. Qız evinin qızları soruşarmış ki, niyə 
gəlmisiniz? Bəy evinin oğlanları onlara “filankəsin qızını 
istəyirik” deyərlərmiş. Qarşı  tərəf “biz filankəsin qızını 
sizə vermərik” deyə cavab verərmişlər. Oğlan evi pul 
təklif edərdi, qızlar razı olmazdılar. Bu təhər dialoq 
davam edərmiş. Bu deyişmə  də ritualdan qopmuşdur. 
Guya qızın rəfiqələri qızı vermək istəmir, oğlan dəstəsi 
isə onların müqavimətini qıraraq qızı aparmaq istəyir (Bu 
nəğmədə  qızqaçırma adətinin müəyyən izləri də qoru-
nur). Bu baş    vermədikdə  ən fərasətli oğlan gəlinə 
məxsus əşyanı (badyanı) götürərək gəlinin simvolu kimi 
bəyə yetirərdi. Beləliklə, toy başqa mərhələyə daxil 
olurdu. 
Toy mərasimini əlvanlaşdıran bir cəhət də onun toy 
adətləri ilə  zəngin olmasındadır. Müxtəlif bölgələrdən 
toplanan bu adətlərin regional xarakterli olmasını faktlar 
özləri də sübut edir. Məsələn, Lənkəranda toy mərasi-
mində  oğlanın anası  qızıl üzüyü balığın ağzına keçirib 
qız evinə  gətirir. Göründüyü kimi, bu adət qədim olub 
təkcə  Lənkəran bölgəsində yayılmışdır. Bu kimi 
fərqlənən adətlər çoxdur və bunlar toyun məhəlli 
xüsusiyyətlərinə aiddir. Müxtəlif toy mərasimindən 
danışarkən digər bölgələrdə – Muğanda, Qubada, 
Basarkeçərdə, Tovuzda, Şəkidə keçirilən toyların  ən 
xırda detallarından aydın olur ki, bölgələrdəki toylar 
xüsusi kəskinliklə bir-birindən o qədər də  fərqlənmirlər. 
Məsələn, bəzi yerli xüsusiyyətlər nəzərə alınmasa, 
elçidüşmə, xəbərə 
gəlmə, üzüktaxma, bəlgə, 
xonçagətirmə, cehiz, paltarkəsmə, xınayaxma, 
gəlingətirmə, kəbinkəsdirmə,  şaxbəzəmə, bəy və  gəlinin 
tərifi, bəy və  gəlinin üzə  çıxması, yengə qonaqlığı, 
ayaqaçdı, bəy qonaqlığı adətləri demək olar ki, hər yerdə 
eynidir. 


63 
Toy mərasiminin dərviş toyu və dini toy adlanan 
xüsusi növü də vardır ki, bu da xüsusi inama malik olan 
insanların, hacıların, məşədilərin, namaz əhlinin öz 
övladları üçün təşkil etdiyi mərasimdir. Belə toylarda içki 
və musiqi olmur, dini söhbətlər, hədislər söylənir, 
insanlar arasında mehribanlıq, dostluq, müqəddəs duy-
ğulara inam, İslami dəyərlərə hörmət təbliğ olunur. Toy 
mərasiminin digər bir növü “lotu toyu” adlanır. Bu 
mərasimi keçirənlər oğlu, qızı olmayan, elin bütün 
toylarında iştirak edən, vərəsəsi olmasa da, eli, qohum-
qardaşını əzizləmək istəyənlərdir. Bu toyda gəlin və bəy 
olmasa da, orada mərasimin bütün atributlarına  əməl 
olunur. 
Toy kimi yas mərasimi də ritual xarakteri daşıyır. 
Bu rituallıq daha çox qədim zamanlarla bağlı olduğundan 
onun mahiyyəti indiki yaslarda o qədər də özünü 
göstərmir. Belə  məlum olur ki, yas mərasimində ozan 
qopuz çalıb ağı deyir. Qəhrəmanın igidliyi tərif edilir. 
Cənazə  ətrafında rəqs edilir. Qədim ağılar indiki 
ağılardan fərqlənir. Qədim ağılar üç-dörd hecalı, daxili 
qafiyələri olan şeir parçalarıdır. Qədim yas 
mərasimlərinin “Kitabi-Dədə Qorqud” dastanında da 
izlərinə rast gəlinir. Buradakı  ağılar da uzun şeirlərdir, 
indiki bayatı  şəklində qoşulmayan ağılardan ibarətdir. 
Beyrəyin öldürülməsini təsvir edən boyda da yasın ritual 
xarakterinə rast gəlmək olur. Beyrəyin atının kəsilməsi, 
ətindən ehsan verilməsi və s. detallar, yasın 
keçirilməsində  kədərin simvolu kimi qız-gəlinin ağ 
çıxarıb qara geyinməsi, göy sarınması kimi əlamətlərin 
də qalması fakt kimi araşdırıcıların diqqətini cəlb 
etmişdir. 
Ağılar, oxşamalar, laylalar və s. bayatıların eyni 
olsa da (hecaların sayı, qafiyələnmə, sərbəst misra və 
s.), məzmunca fərqlidir.  Bədii dəyərinə görə, ağılarda 


64 
kədərin çox olması əsas xüsusiyyətdir. Ağılar ana-bacılar 
tərəfindən əzizləri öldükdə deyilir. Həm bayatılarda, həm 
də  ağılarda ifadə olunan fikir böyük əsərlərin 
məzmununun yığcamlaşdırılmış, qəlibə  sığışdırılmış 
məğzidir. Əsasən, yas mərasimlərində oxunan bu ağıları 
ağıçılar deyir, onun avazını  məclis iştirakçıları xorla 
təkrar edirlər. Folklor mətnləri içərisində  ən qədim ağı 
Alp ər Tonqanın ölümünə həsr edilmişdir. 
Xalq arasında bir müdrik kəlam vardır: “Toyla yas 
əkiz qardaşdır”. Və toyun yaraşığı oynamaqdırsa, yasın 
da yas olmasını  ağlamaq büruzə verir. Bu isə  ağıçının 
seçdiyi ağıların təsiri ilə mümkün olur. Lakin çox 
qədimlərdə yas mərasimi indikindən müəyyən qədər 
fərqlənmişdir. Bu barədə danışarkən M.H.Təhmasib 
deyir ki, qədim Midiyada ölü üçün ağlamazdılar, 
ağlamaq nisbətən sonrakı dövrlərdə xüsusi məna daşımış, 
ölünün o dünyaya getməsi üçün göz yaşının magik rol 
oynaması barədə  təsəvvürlər yaranmışdır. “Kitabi-Dədə 
Qorqud” qəhrəmanları öldükdə qara geyinərdilər, atını 
boğazlardılar, ətini ehsan verərdilər. M.H.Təhmasibin bu 
fikrindən belə çıxır ki, “Dədə Qorqud”la bağlı ən qədim 
dövrlərin yas mərasimlərində ağı demirmişlər. O yazır ki, 
daha sonrakı  əsrlərdə bayatı matəmin  ən təsirli bəzəyi
tərcümanı olmuşdur. Yasın lalı çox dəhşətli olur, buna 
ürək dözmür, belə anda ağılar ürəklərin köməyinə  gəlir, 
onlara təskinlik verir.
 
Nəğmələrin ümumi səciyyəsinə diqqət yetirəndə 
onları ifa edənlərin əksəriyyətinin qadın olduğu görsənir. 
Bu, Novruzdan sonra söylənən bəzi nəğmələrdə də özünü 
göstərir. “Qarı ilə Martın deyişməsi” adı ilə məşhur olan 
mətndə  də  mətnin yaradıcısının və ifa edənin qadın 
olduğu görünür. Şərti olaraq qadının adı ilə bağladığımız 
digər nəğmələr də vardır ki, bunlar da doğum mərasimi 
ilə bağlıdır. Doğum mərasimi ilə bağlı  nəğmələrin son 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə