RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati


Məişət mərasimi nəğmələri



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə17/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   13   14   15   16   17   18   19   20   ...   97

58 
Məişət mərasimi nəğmələri.  
Məişət mərasimi ilə bağlı oxunan nəğmələr də 
müəyyən ritual, hadisə  və s. ilə bağlı olub xalqın 
sevincini, kədərini, arzularını paylaşan nəğmələr kimi 
diqqəti çəkir. Məişət mərasimi nəğmələri aşağıdakı kimi 
qruplaşdırılır: doğum nəğmələri, adqoyma mərasimi 
nəğmələri, toy və yas nəğmələri. Bu nəğmələrin hər 
birinin öz funksional xüsusiyyətləri vardır. Məsələn, 
doğum nəğmələrində qadının sağlamlığı, körpənin həyata 
qədəm qoymasının uğurlu, qədəmlərinin düşərli olması, 
oğul olarsa atanın kürəyi, qız olarsa, evin ələyi olması 
tərənnüm edilir. Doğum nəğmələrinin qısa təhlilindən 
aydın olur ki, bu mərasim nəğməsinin doğuşla bağlı pis 
hadisə baş verdikdə oxunan nəğmə tipi də vardır. Belə 
nəğmənin oxunması ölən gənc ananın anası, qayınanası, 
yaxın qohumları tərəfindən icra olunur. Məsələn, belə bir 
hadisə baş verəndə  kədərli tonda qız anası  aşağıdakı 
bayatını oxuyur: 
 
Görmədi lala dağı, 
Çox gəzdi lala dağı. 
Yaralar keçib gedər, 
Sağalmaz bala dağı. 
 
Yaxud gənc ailə üçün hər  şey yaxşı qurtararsa, 
mamaça doğulan körpəni belə əzizlər: 
 
Oğlanım dağdan düşər, 
Ormandan, bağdan düşər, 
Ata öz ovun ovlar 
Gül balam candan düşər. 
 
Məişət mərasimi nəğmələrinin bir qolunu da 
adqoyma mərasimi nəğmələri təşkil edir. Adqoyma 
mərasimi məişət mərasimi nəğmələrinin yaratdığı 
assosiasiyaların davamı kimi xarakterizə oluna bilər. 


59 
Ümumiyyətlə, folklorda adqoyma bir motiv kimi iştirak 
edir. Ancaq adqoyma mərasiminin nəğmə ilə müşayiət 
olunmasının özündə  də ritual elementi çıxış edir. 
Məsələn, “Kitabi-Dədə Qorqud”da Dədə Qorqud ad 
qoyduğu gənc üçün onun atasından bəylik, taxt, boynu 
uzun bədöy at, çiyni quşlu cübbə don istəyir. Dastanda 
verilən bu misralar nəğmə formasında Dədə Qorqudun 
ifasında oxunur. Türk xalqlarının tarixində adqoyma 
motivi qəhrəmanlıq motivi ilə birləşir. Adqoyma 
mərasimində oxunan nəğmələrin məzmunda uşağı yad 
ruhlardan qorumaq, hal arvadının  əlindən xilas etmək, 
eyni zamanda qoyulan adın ilahi qüvvələr tərəfindən 
bəyənilməsi arzusu hiss olunur.  
Toy nəğmələri də kifayət qədər toplanılmış, hətta 
toy mərasiminin bütün detallarını  tərənnüm edən nəğmə 
tipləri ortaya qoyulmuşdur. Belə toy nəğmələrinin 
oxunmasında məqsəd həm toyun böyük bir ritual 
olduğunu, həm də onun ayrı-ayrı elementlərinin bir-
birinə bağlılığını, davamı olmasını  təsdiq etmək, köklü 
bir adət-ənənə kimi yaşamasına, gələcək nəsilə 
ötürülməsinə yardım etməkdir. Mərasimin ritual 
köklərinin qızı nişan verən nəğmədən başlandığını, bu 
nəğmələrdə qızın gözəlliyinin, əsli-nəsilinin, evdarlığının 
tərənnümünün, oğlan evi ilə  qız evinin bir-birinə  tən 
olmasının ritualdan gəldiyini söyləmək olar. 
Toy çox böyük ritual hadisədir. Toy mərasimi 
aşağıdakı strukturda həyata keçirilir: nişantaxma (bəlyə), 
paltaraparma və ya paltarkəsdi, xınayaxma, gəlinaparma, 
üzəçıxma, gəlingörmə. Bu mərhələlərin hər birinin öz 
nəğmə bəzəyi vardır. 
 Toy mərasimini xarakterizə edən xüsusiyyətlərdən 
biri orada müəyyən  əyləncəli oyunların, məsələn, 
atçapma, güləş, kəndirbazlıq tamaşalarının keçirilməsidir. 
Biz bu kitabda kəndin 80–100 il əvvəlki qış toylarını 


60 
təsvir edəcəyik. Yaz, yay və  payızda iş-güc çox 
olduğundan toylar da qışda olarmış. Deyilənə görə, o 
vaxtlar kəndə çox qar yağarmış. Kişilər səhər tezdən 
durub enli kürəklə qarı sovurar, müxtəlif istiqamətlərə 
yol açarmışlar. Toylarda gecələr böyük manqallar 
yanardı. Adamlar dairə  şəklində oturardılar və  həmin 
yanan manqaldan od götürüb adamların qarşısına isinmək 
üçün yığardılar. Toy qızışanda kəndin cavanları üst 
paltarlarını  çıxarıb qar üstünə döşənmiş xalça-palazın 
dövrəsinə  yığışar, bir-biri ilə qurşaq tutardılar,  əsil 
zorxana qurardılar. Qalib gələnə toy sahibi bəxşiş 
verərdi. Kim belə soyuq havada bir köynəkdə güləşə 
çıxardısa,  ən dözümlü, qorxmaz adam sayılardı. Gəlini 
atla aparacaq dəstədə azı iki yüz atlı iştirak edərdi. Oğlan 
evindən qız evinə qədər havaya güllə atılar, at çapardılar. 
Bəzi oğlanlar bir neçə  dəfə  qız evinə gedər, bir də geri 
qayıdıb dəstəyə qoşulardı. Kim neçə  dəfə  dəstədən çox 
dəsmal (cib yaylığı) aparıb qız evindən dəsmal  
gətirərdisə  bəxşiş alardı. Ritual ünsürü olan bu 
tamaşalarda qalib gələnə  bəy atası  nəmər verərmiş. Toy 
rituallarının ən qədim ünsürü kimi oğlanın qıza, qızın isə 
oğlana alma atmasını qeyd etmək olar. Almanın yerdən 
götürülməsi razılıq əlaməti kimi dəyərləndirilirmiş. Hətta 
Qərbi Azərbaycanın bir çox yaşayış  məntəqələrində 
adamları toya dəvət etmək üçün ona alma verilməsi 
haqda məlumatlar vardır. Ümumiyyətlə, toy geniş 
anlayışdır. Onun müxtəlif mərhələləri vardır. “Hər 
mərhələnin özünəməxsus nəğməsi, tərifi, mahnısı var-
dır”. Qız evi ilə oğlan evinin tanışlığı “bəlyə/bəlgə” adlı 
mərasimdə baş verir. Şəki adətlərinə görə, oğlan evi 
ailəyə yaxın 15-20 adamla qız evinə tanışlığa (“bəlyə”) 
gedir. Bəlyədə əsas məsələ qızı nişanlamaqdır, üzük qızın 
barmağına keçirilir. Oğlan evi ilə  qız evi toyun bəzi 
məsələlərini həll edirlər. Bu mərasimdə “bəlyə” nəğ-


61 
mələrinin oxunmasına aid heç bir məlumat yoxdur. Bu 
mərasimdə  hər iki tərəf özünü ağır aparır,  şənlənmək, 
artıq hərəkətlər olmur.  Oğlan və qız evinin adamları bir-
biriləri ilə tanış olurlar. Nişanlanandan sonra qız və oğlan 
evində oxunan nəğmələr “toyqabağı mahnılar” 
adlandırılır. “Yar-yar” mahnısı bu cəhətdən çox xarak-
terikdir. Mahnı mətnindən aydın olur ki, oğlan dəstəsi ilə 
qız dəstəsi qarşı-qarşıya dayanır və ritmik ahənglə mahnı 
oxuyurlar. Əsas misraları səsi olan qız oxuyur, qalanları 
isə xorla onun səsinə  səs verirlər. Azərbaycan xalq 
mahnılarından olan “A gülüm, maşallah”, “Ləli qurbanın 
olum”, “Nar-nar”, “Bala yar mənəm, mən”, “A gülüm, 
nanay”, “Asta çal sazandanı”, “Örpəyi ala, yerişi sona” 
mahnılarının oğlanla qızın nişanlı olduğu dövrdə 
oxunduğunu, sonra xalq mahnısına çevrildiyini təxmin 
etmək olar. 
Başqa regionlarda “bəlyə”yə “nişantaxdı” da deyi-
lir. “Nişantaxtı”da müxtəlif nəğmələrin oxunduğu haqda 
məlumatlar vardır. Məsələn, “nişantaxdı”dan qayıdan 
oğlanın bacısı belə oxuyur: 
 
Əcəb şalım güllüdür, 
Ortası bülbüllüdür. 
Qardaş, adaxlını gördüm 
Əcəb şirindillidir. 
 
Toyun “paltarkəsdi”, “xınayaxdı” mərhələlərindən 
keçərək səciyyəvilik qazanmasını, bu mərhələlərdəki 
nəğmələrin də xüsusi mahiyyətdə olmasını xalqın milli-
mənəvi həyatına  əsasən demək olar. Xüsusilə 
“xınayaxdı” nəğmələrinin qız evində onun rəfiqələri 
tərəfindən ifa olunması “xınayaxdı”nın qədim mərasim 
olduğunu dəqiq göstərir. 
Şəkinin qədim toylarında gəlin gətirməyə gedərkən 
oğlan evini təmsil edən bir dəstə cavan qız evindəki qız 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə