RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə13/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   9   10   11   12   13   14   15   16   ...   97

43 
 
Xırmanda şana qaldı, 
Yel əsdi, xana qaldı, 
Xırmana bir qız gəldi 
Saçı nişana qaldı. (45, s.59) 
 
F.ü.e.d., prof. R.Qafarlı Yel baba mərasimi ilə bağlı 
yazır ki, “Əcdadlarımızın  əski inamına görə, bu 
çağırışdan sonra Yel baba gəlib xırmanı sovurar, samanı 
aparıb öz atına verər, təmizlənmiş  dən isə adamlara 
qalardı” (45, s.59). 
Məzmundan göründüyü kimi, bu nəğmə  mərasim 
nəğməsidir.  Əkin-biçinlə bağlı xalq arasında yayılan, 
xalqın arzu və istəklərini ifadə edən nəğmədir. Nəğmənin 
oxunmasının vaxtı, səbəbləri mətndən aydın görünür. 
Tədqiqatçı bu nəğmənin məzmununu özünə 
aydınlaşdırandan sonra onu təhlil edə bilər. Bundan sonra 
“Yel baba kimdir? Xalq düşüncəsində  nə kimi rol 
oynayır?” və s. suallara cavab axtarmaq olar. Yel baba 
antropomorf obrazdır. Yel baba ibtidai düşüncədə od, su, 
torpaq, hava ünsürlərindən axırıncısının – havanın, 
küləyin  şəxsləndirilmiş  şəklidir. Mifoloji tanrı kimi 
küləklə bağlı yaranan obrazın xalq düşüncəsində adıdır. 
Bu mərasim nəğməsindən ritual nəğmənin və ritualın 
strukturunu bərpa etmək olar. Çünki ritual nəğməsi çox 
da struktur dəyişikliyinə  məruz qalmamışdır. Dəyişən 
nəğmənin bədii formasıdır. Ritual nəğmə ilə  mərasim 
nəğməsi arasında fərq bu bədii formaya görədir. Ritual 
nəğmələrdə metaforalardan, təşbehlərdən, məcazlar 
sistemindən mərasim nəğməsindəki kimi tam istifadə 
olunmamışdır. Ritual hərəkətlə birgə təşkil olunduğundan 
burada fikrin izahı əl və ayaq hərəkətlərinə əsaslanır. 
Yuxarıda misal verdiyimiz şeir parçası Yel baba 
mərasiminə aid nəğmədir. Deməli, bu nəğmə  əkin-biçin 


44 
mərasimində oxunur. Bu nəğmə  əsasında küləyin 
antropomorflaşdırılmış Yel baba obrazının ritual 
strukturunu bərpa etmək olar. Bu nəğmədən də 
göründüyü kimi, insan şüurunun təbiəti hissi yolla 
dərketmə qabiliyyəti ilə həmin obrazlaşdırılmış qüvvələr 
arasında həmişə birtərəfli münasibətlər olmuşdur.  İnsan 
öz  şüurunda yaratdığı obraza birtərəfli qaydada sitayiş 
etmişdir. Qarşı tərəfin ona olan “münasibətini” isə ancaq 
öz  şüurunda  əmələ  gətirmişdir. Bunu nəğmədən də 
görürük.  İbtidai insanla mifoloji tanrılar arasındakı 
əlaqələrin birbaşa yolu təbiət qüvvələrinin şərəfinə təşkil 
olunan belə  mərasimlərdir.  İnsan  şüurunda yaranan 
tanrıların sayından asılı olaraq mərasim-rituallar da 
müxtəlif olmuşdur.  
Belə demək mümkünsə, hər bir mərasimin 
(ritualın) konkret ünvanı vardır və həsr olunduğu konkret 
mifoloji tanrı obrazına malikdir. Bu mifoloji tanrılara 
olan sitayişin sayından asılı olaraq, mərasimlərin də 
çoxlu çeşidləri yaranmışdır.  İndi belə bir sual da 
maraqlıdır ki, mərasimlər tanrıları formalaşdırmış, yoxsa 
tanrılara olan sitayiş onların  şərəfinə  mərasimlərin 
keçirilməsinə səbəb olmuşdur? Axı, hər iki proses şüurda 
mərasim formasının yaranmasına, ilkin tanrıların 
formalaşmasına səbəb ola biləcək sitayişə kömək edir. 
Hər halda obyekt, yəni stiayişin predmeti insanın gözü 
qarşısında idi. Burada söhbət ritualın keçirilməsinin 
səbəbindən gedir. Mərasim-ritualdan qabaq insan 
şüurunda tanrı obrazı necə ola bilərdi? Bizə belə gəlir ki, 
insan  şüurunda təbiəti dərketmə çoxpilləli bir proses 
olmuşdur. Mərasim-rituallar da tanrıların dərk 
edilməsində  həmin çox pillələrdən birini təşkil etmişdir. 
Zənnimizcə, mərasim-rituallar tanrıların 
şərəfinə 
keçirilən ilkin qavrayış – dərketmə yolu olmuşdur. Bu 
cür keçirilən mərasimlər sonradan şüurlarda tanrı 


45 
obrazını tam formalaşdırmış, onların şərəfinə keçirilən və 
təkmilləşdirilən sitayiş vasitəsinə çevrilmişdir. 
Dərketmənin sonrakı inkişafında isə ritual 
düşüncəsi obrazı yaratmışdır. Bu o zaman mümkün 
olmuşdur ki, ibtidai insanın hissi qavrayış sistemində tam 
olaraq obrazlar silsiləsi artıq formalaşmış, bədii 
düşüncədə şifahi mətnlər (mif) yaranmağa başlamışdır. 
İbtidai insanın fəaliyyətində  həm düşüncə sistemi, 
həm də ritual-yaradıcılıq imkanları o qədər bir-birinə 
qarışmışdır ki, onları indi bir-birindən ayırmaq çətindir, 
buna uyğun olaraq ritualın əvvəl olduğunu, yoxsa insanın 
pozitiv düşüncəsinin ilkinliyini söyləmək çətinləşmişdir. 
Buna baxmayaraq ibtidai rasional düşüncədə ancaq hissi 
qavrayışların üstünlük təşkil etdiyini söyləmək olar. Hissi 
qavrayışların ilkinliyini əsas götürərək, belə demək 
mümkündür ki, rasional düşüncədə tanrıların surətinin 
yaranması ritual-mərasimlərin keçirilməsinə bağlı 
olmuşdur. 
Ritualın sabitləşmiş formasının yetkin dövründə 
mif şüurunun və şifahi mətnlərin yaranması qəbul edilən 
prosesdir. Mifin şifahi mətnlərinin üzə  çıxması ritual 
prosesində öz həllini tapa bilir. Ritual eyni zamanda 
təbiət qüvvələrinin ram edilməsinə 
əsaslanan 
manipulyasiya prosesidir. Müxtəlif  əl-qol hərəkətlərinin 
müşayiəti ilə icra olunan bu prosesdə qədim mif süjetini 
təşkil edən ilkin nəğmələrin oxunması ritual-mif 
əlaqələrinin semantikasını  əmələ  gətirir. Hər halda bu 
proses folklor düşüncəsindən  əvvəlki prosesdir. Ritual-
mif  əlaqələrinin yaranması sonradan bədii düşüncədə 
konkret obrazların formalaşmasına təsir etmişdir. Həmin 
obrazlar bədii düşüncədə yaranmamışdan  əvvəl mifoloji 
düşüncədə mövcud olmuş, tarixi şüur prosesində mifolo-
ji-tarixi obraza çevrilmiş, sonrakı  bədii düşüncə 
prosesində  qəhrəman səviyyəsinə enmişdir. Mərasim 


46 
folkloru məhz həmin tarixi-bədii düşüncənin insan 
təfəkküründə formalaşması  nəticəsində yaranmış,  şifahi 
yaradıcılığın bədii məhsulları kimi öz ifadəsini tapmışdır. 
Şifahi ənənədə yaranan obrazları iki qismə ayırmaq 
olar: Konkret subyektləri bildirən, sitayiş edilən obrazlar 
və predmeti əks etdirən və sitayiş  nəticəsində yaranan 
maddi obrazlar. Bu bölgü şərti xarakterdədir. Çünki 
onların hər ikisi mifoloji şüurda canlı təsəvvür olunur və 
konkret obrazların müqayisəsində öz təsdiqini tapır. 
Məsələn, Xızır obrazını subyekt kimi götürürük, ağac və 
ya daş isə sitayişin formasından asılı olaraq maddi 
obrazlardır. Onların iştirakı ilə yaranan mətnlər də 
mərasim folklorunda inancın növünü göstərən bədii 
nümunələr kimi təsbit olunur. Deməli, təsnifat aparmış 
olsaq, mərasim folklorunda tanrı obrazları ilə bağlı olan 
mətnlər daha çoxluq təşkil edir, bunlara daha çox 
substantivləşmiş obrazları göstərə bilərik. Məsələn, Yel 
baba, su əyəsi, günəş  və ay ilahələri, yağış tanrısı, dağ 
tanrısı  və s. substantivləşmiş obrazlardır.  İndi burada 
diqqət çəkən onların  şərəfinə keçirilən ritualların təşkili 
və bu ritualların sonradan böyük bir mərasim formasını 
almasıdır. Adları yuxarıda çəkilənlərə ritualın təşkil 
olunması sitayişin nəticəsində baş verir. Məsələn, dağ 
tanrısına olunan sitayiş ona məxsus ritualın formasını 
yaratmışdır. Bəs mərasim nə zamanda yarana bilir? Və 
hansı mifoloji səciyyəni daşıyır, hansı mifoloji obrazların 
şərəfinə keçirilir? Bəri başdan deyək ki, burada inancın 
sitayiş və pərəstiş formalarını ayırmaq lazım gəlir. Hansı 
mifoloji tanrıya inanc sitayiş formasındadır? Hansı 
substantivləşmiş obraza pərəstiş olunur? Bunlardan asılı 
olaraq, ritual və  mərasimin kimə  və  nəyə aid olduğunu 
ayırd edə bilərik. Zənnimizcə, ritual mifoloji təfəkkürdə 
hökmranlıq edən tanrıların  şərəfinə icra olunur. 
Substantivləşmiş obrazlara isə  mərasimlər təşkil olunur. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə