RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə19/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   15   16   17   18   19   20   21   22   ...   97

65 
inkişafı beşik nəğmələrində sona yetir. İfaçısının gəlin 
olduğu bu cür beşik nəğmələrinə laylalar, nazlamalar, 
oxşamalar və s. aiddir. Bu nəğmələrin quruluşu bayatı 
üzərində qurulmuşdur. Məsələn, ağı  nəğməsinə fikir 
versək, onun bayatı üslubunda qoşulduğunun  şahidi 
olarıq. Məsələn, 
 
Quşum qaçdı tüləkdən, 
Qolum düşdü biləkdən. 
Gör başıma nə gəldi, 
Çərxi dönmüş fələkdən. 
 
- ağısının forması bayatı  şəklindədir. Elə toy 
nəğmələrinin də ifaçısının qadınlar olduğu başa 
düşüləndir.  
Yas nəğmələrinin də  əsas yaradıcısı  və ifaçısı 
qadınlardır. Yas nəğmələrinin formaları  ağılar, edilər və 
mərsiyələrdir. Belə  nəğmələr daha çox kədəri ovutmaq 
məqsədilə, eyni zamanda ruhun o dünyaya rahat gedə 
bilməsi üçün oxunur. Mifoloji təsəvvürlərə görə ruh 
kənardan öz matəm məclisini müşahidə edir, gözlərdən 
çıxan yaş onun ruhunun ali məkana çatmasına kömək 
edir. Ağı nəğmələrinin son dil həddi “Şaxsey-vaxsey”dir. 
Ağıçının ürək ürpədən sözlərindən heyrətə gələn qadınlar 
“şaxsey-vaxsey” deyərək ölünün halına yandıqlarını 
büruzə verirlər. 
Azərbaycan məişət mərasimləri milli düşüncədən 
qidalanır. Məişət mərasimləri dedikdə yas və toy 
nəğmələrini düşünürük. Məişət mərasimlərinin yaranması 
bədii təfəkkürlə  əlaqəlidir. Məsələn, yas mərasimi 
nəğmələri xalqın milli adət-ənənələrinin bədii təfəkkürdə 
şeir  şəkli alması  nəticəsində yaranmışdır. Burada bir 
həqiqət vardır. Ölümün türk xalqlarında nə demək 
olduğunu başa düşmək üçün onun fizioloji proses 
olmaqdan savayı, yaxınları üçün ağır itki olduğunu da 


66 
düşünmək lazımdır. Məhz ölümü dəyərləndirmək 
məqsədilə oxunan ağılar, nəğmələr hər  şeydən  əvvəl 
bədii təfəkkürün məhsuludur. Yas mərasimi və orada 
oxunan nəğmələr xalqın folklorunda emosional-lirik 
hisslərin ifadəsinə xidmət etmişdir. 
Toy mərasimi haqqında da eyni sözləri demək olar. 
Toy mərasimi Azərbaycanda müxtəlif fərqliliklərə 
malikdir və milli mentalitetdən asılı olaraq dəyişikliyə 
uğrayır. Çünki toy mərasimi regional xüsusiyyətlərdən 
asılı olaraq, məhəlli mahiyyət daşıyır. 
Məişət mərasimi nəğmələri bir neçə qrupa ayrılır. 
Bu qruplardakı doğum nəğmələrindən, toy və yas 
mərasimi nəğmələrindən, adqoyma nəğmələrindən, 
onların süjet quruluşundan, janr və ifa xüsusiyyətlərindən 
və s. sözbət açmaq olar. Bu nəğmələrin daxili məzmunu 
mərasimin növündən asılı olmuşdur. Doğum nəğmələri 
haqqında elmi ədəbiyyatda qeyd edilir ki, bu nəğmələrin 
ilk ifaçısı xalq mamaçaları olmuşdur. Bu nəğmələrdə 
anaya sağlamlıq arzu olunur, uşağını böyüdərək nəsilin 
davamçısı etməsi, qızın ataya, oğlun anaya oxşaması  və 
s. tərənnüm edilir. Mamaçalar belə nəğmələrlə hətta ağır 
doğuş zamanı qadını sakitləşdirir, ona ürək-dirək verirlər. 
 
Sancılar gələr gedər, 
Atalar gülər gedər, 
Nənələr nənni qoyar 
Nəvəsin bələr gedər. 
 
Təbii ki, belə nəğmə ilə qadında xoş əhval-ruhiyyə 
yaranırdı. 
Milli epik ənənədə adqoyma mərasimi adqoyma 
motivi ilə bağlıdır. Adqoyma mərasimi ilə bağlı 
nəğmələrin izlərinə isə eposşünaslıqda, klassik 
ədəbiyyatda və folklorda rast gəlinir. Xalq içərisində 
adqoyma mərasimi zamanı  nəğmələr oxunduğu barədə 


67 
məlumat vardır. Lakin toy və yas nəğmələrindən fərqli 
olaraq, onlar geniş yayılmamışdır. Bundan əvvəlki 
kitablarda toy və yas nəğmələrinin müxtəlif çeşidləri, 
növləri haqda məlumat verildiyindən burada həmin 
nəğmələrdən danışmağa lüzum yoxdur.  
 
 Əmək nəğmələri.  
Mövsüm-mərasim nəğmələri ilə  bərabər xalq 
düşüncəsində  əmək nəğmələri də böyük rol oynayır. 
Nəğmə sözlərdən yaranır.  Əzəli dünyanın başlanğıcı da 
sözdür. Tarixin müxtəlif dövrlərində sözə yanaşma 
həmişə eyni olmuşdur. Söz qalaları  fəth etmişdir. Söz 
musiqinin ahəngində hökmdarları riqqətə  gətirmişdir. 
Sözə ulu babalarımız böyük qiymət vermişlər. Söz 
nəğmədir. İstər bu günümüz üçün, istər ulu babalarımızın 
dilində. Xalqın keçmişində  nəğmə  qədər onun 
iztirablarını, taleyini, həyatını, məişətini,  əkin-biçinini, 
mal-qarasını, nəyini-nəyini  əzizləyən ikinci bir janr 
yoxdur. Nəğmələrdə  ən uzaq keçmişin kəşməkəşləri, 
düyün-toyları, ağır yasları, milli-mənəvi dəyərləri 
qorunur. Müdrik xalqımız  əmək nəğmələrini yaratmaqla 
ulu keçmişimizin nə qədər qədim olduğunu, bu torpaqda 
yaşayan  əcdadlarımızın  əkinçilik mədəniyyətinə, oturaq 
həyatın vacib atributu olan yüksək maldarlığa sahib 
olduğunu sübut etmişlər. 
Azərbaycan folklorunun ilkin janrları arasında 
xüsusilə diqqəti cəlb edən  əmək nəğmələridir. Onlar 
tədqiqatlarda əkinçi nəğmələri, xırman nəğmələri, sayaçı 
nəğmələri, sağın nəğmələri, ovçu nəğmələri, balıqçı 
nəğmələri, ipəkçi nəğmələri, hana nəğmələri kimi 
növlərə bölünür. 
Folklorumuzda  əmək nəğmələri janrı geniş 
anlayışdır. Əmək nəğmələrinin çox növləri vardır – əkin 
nəğmələri, biçin nəğmələri, cütçü nəğmələri, holavarlar, 


68 
sayaçı  nəğmələri, çoban nəğmələri, sağın nəğmələri, 
xırman nəğmələri, kümçü-ipəkçi nəğmələri, dulusçu 
nəğmələri,  hana nəğmələri və s. 
Nəğmədən nəğməyə ahəng dəyişir, ritm dəyişir, 
arzu təzələnir. Bu nəğmələrə niyə əmək nəğmələri deyi-
lir? Çünki əmək nəğmələrində əkin, biçin, cütçü, maldar 
həyatı  tərənnüm olunur. Bu nəğmələr  əmək prosesində 
ifa edilir. Onu oxumaqda əsas məqsəd  əməyi 
yüngülləşdirmək, onu əməyin ritminə uyğunlaşdırmaq 
olmuşdur.  Əkinçi nəğmələrini oturaq həyat  şəraitinə 
keçən  əcdadlarımızın erkən nəğmələri hesab edirik. İlk 
yaranmada bir səsli və ya iki səsli olan bu nəğmələr 
insanın sevincini, qəzəbini, təəccübünü, itaətini, inamını 
əks etdirmişdir.  İlk “ho” nəğməsi heyvana çağırış kimi 
səslənmişdir. Səsin uzadılması ritmik hərəkətlərin, 
ahəngin müşayiəti ilə birgəliş təşkil etmişdir. Səslər sözə 
çevrildikcə, söz nəğmənin hecalarını  əmələ  gətirmişdir, 
2-3 hecalı  əmək nəğmələrini yaradan əməyin özüdür. 
Əmək nəğmələrinin nəqarətli formalarının olduğu 
məlumdur və “xalq içərisində bu formada yaranan 
nümunələrdə 
əkinçi nəğmələrinin ilkin janr 
xüsusiyyətləri ilə bağlı elementlər – nəqarətlər mühafizə 
edilmişdir” (19, s.8). Bizim fikrimizcə, həmin nəqarətlər 
əmək nəğmələrinin yaranmasında ilk model olmuşdur ki, 
insan zehni inkişaf etdikcə  əməyin tərənnümü sonrakı 
mərhələdə poetik olaraq misralara həkk olunandan sonra 
yaddaşda qalan iki hecalı nəqarət dediyimiz hissə nəğmə 
mətninin sonunda təkrarlana bilir.  
 
Sayaçı nəğmələri.  
Sayaçı nəğmələri isə nisbətən inkişaf etmiş dövrün 
–  əkinçilikdən sonra qoyunçuluq həyatının yaratdığı 
nəğmələrdir. Eyni yaradıcılıq metodu burada da özünü 
göstərir. Qədim qoyunçu öz davarını  əzizləmək, 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə