Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   18   19   20   21   22   23   24   25   26

83 

 

enerji layihələrinin reallaşdırılmasında problemlər yaranacağı halda 



Azərbaycan öz prioritetlərinə yenidən nəzər sala bilər. Mənim 

fikrimcə, bu xəbərdarlıq Aİ siyasətçiləri üçün dəqiq və birmənalı 

siqnal olmalıdır. Ona görə ki, həyata keçirilən enerji layihələrində 

həm Aİ-nin, həm də Azərbaycanın maraqları var və nəzərdə tutulan 

planların məntiqi sonluğa çatdırılması üçün bu qarşılıqlı maraq 

avropalı tərəfdaşlarda fəallıq, qətiyyət və hətta siyasi iradə 

yaratmalıdır. 

 

3.Güclü, müstəqil və demokratik Azərbaycan:  



bəs hakimlər kimdir? 

 

Az-çox savadlı insanların hamısına məlumdur ki, “standart” 



sözü unifikasiya, vahidlik, eyni normalar deməkdir. Buna 

baxmayaraq, müasir siyasi reallıqlar bu sözü də təhrif edib.  

İkinci Dünya müharibəsindən sonra aparıcı güc mərkəzləri 

müasir beynəlxalq hüquqa əsaslanan beynəlxalq sistem 

formalaşdırdılar və bir neçə onillik ərzində elə özləri müəyyən edilmiş 

qaydaları pozdular. Belə təsəvvür yaranır ki, həmin qaydalar başqa 

dövlətlər üçün yazılıbmış. 

Yuxarıda göstərdiyim kimi, ikili standartlar dövlətlərin

beynəlxalq təşkilatların və fövqəlmilli təsisatların davranışında 

normaya çevrilir, mövcud problemləri dərinləşdirir, yenilərinin əmələ 

gəlməsinə şərait yaradır.  

Aİ tərəfindən ölkəmizdə demokratik dəyərlərin dəstəklənməsi 

üçün tətbiq edilən metodlar çox vaxt ölkə vətəndaşlarında, ictimai 

qüvvələrdə narazılıq yaradır. Bu, elə məqamlarda baş verir ki, 

qarşılıqlı fəaliyyət məkanını konstruktiv dialoq əvəzinə, əsassız 



84 

 

tənqidlə dolu monoloq tutur. Bir qayda olaraq, tərəfdaşlarımızın bu 



cür izahedilməz hərəkətləri heç də ümumi rifah ideyalarına xidmət 

etmir və Azərbaycanın milli maraqlarına az uyğun gələn qərarlar 

qəbul edilməsi xatirinə siyasi təzyiq alətinə çevrilir.  

Regionda baş verən hadisələri diqqətlə izləyəndə labüd olaraq 

belə bir nəticəyə gəlirsən ki, kənardan zorla qəbul etdirilən siyasət 

heç vaxt uğur gətirməyib, çünki bu siyasət milli maraqlara ziddir. 

Avropa strukturları daxili siyasətə təsir göstərməklə müstəqil dövlətin 

xarici siyasət kursunu dəyişməyə çalışırlar. 

Tez-tez “No more business as usual” (Azərbaycanla “Daha 

əvvəlki kimi heç bir əməkdaşlıq etməmək”) barədə çağırışlar eşidilir. 

Lakin məgər biz qeyri-aktual məqsədlər güdərək mövcud problemləri 

gizlətməyə çalışırıq? 

Biz bərabərhüquqlu dialoqa həmişə açığıq. Dünyanın heç bir 

yerində ideal dövlətlər yoxdur və əsas insan hüquqlarının təmin 

edilməsi ilə bağlı problemlər hətta Aİ məkanında da mövcuddur. Buna 

baxmayaraq, Avropa ölkələri öz evlərində həmin problemlərə 

nümayişkaranə şəkildə etinasızlıq göstərirlər. Hökumətləri Qərb 

farvaterində danışıqsız gedən, avropalı müəllimlərinin istəklərinə tabe 

olan dövlətlərdə də eyni hadisələr baş verir. 

İkili standartlar siyasəti həm də onda təzahür edir ki, məsələn, 

bəzi ölkələrdə jurnalistlərin şəxsi baxışlarına görə işdən qovulması, 

onların təqib edilməsi, bəzi hallarda hətta qətlə yetirilməsi hüquq 

müdafiəçiləri tərəfindən görməzliyə vurulur, başqa dövlətlərə 

münasibətdə isə mətbuat nümayəndələrinin cinayət əməllərinə görə 

cəzalandırılması söz azadlığına məhdudiyyət kimi qələmə verilir.  

Bir ölkədə müxalifət partiyalarının nümayəndələrinin hamısını 

həbs edirlər, Ermənistanda prezidentliyə namizəd müxalifətçiyə hətta 



85 

 

sui-qəsd edilir, ona yaxın məsafədən atəş açılır və bu halda 



demokratik azadlıqlardan dəm vuranlar susurlar. Yaxud bir Avropa 

ölkəsində seçkilərdə bir namizədə verilmiş səslərin yüksək faizi 

demokratiyanın təntənəsi hesab edilir, seçkilər özü demokratik 

seçkilər kimi tanınır, başqa ölkədə isə bu cür nəticələr nədənsə 

“etibar doğurmur”.  

Dekart deyirdi: “

Hər şey müqayisədə bilinir

”. Düzdür, Dekart 

fransız, yəni avropalı idi, lakin bu halda onunla razılaşmaq lazımdır. 

Aİ-nin belə hallara və yuxarıda təsvir edilən bütün vəziyyətlərə 

reaksiyasını müqayisə edərək yalnız onu demək olar ki, bu, klassik 

qeyri-sağlam ikili standartlar siyasətidir. 

Bütün problemlərin kökü ölkəmizə qarşı qərəzli münasibətdə, 

regional təhdidləri, Azərbaycanın milli maraqlarını və onu əhatə edən 

geosiyasi qüvvə vektorlarını anlamamaqdan irəli gəlir. Tamamilə 

mümkündür ki, bu cür münasibət yaranmasının bir səbəbi də ölkə 

vətəndaşlarının böyük əksəriyyətinin müsəlman olmasıdır. Yeri 

gəlmişkən, Ermənistan bu amildən həmişə spekulyasiya məqsədi ilə 

istifadə edir, özünü Qafqazda xristianlığın sonuncu dayağı kimi 

qələmə verir. 

Sirr deyil ki, ermənilər fürsət düşən kimi dini fərqlər zəminində 

isteriya qaldırır, özlərini Cənubi Qafqazda xristianlığın beşiyi kimi 

qələmə verir, azərbaycanlıları və türkləri isə İsa peyğəmbərin dininin 

tərəfdarlarına zülm edənlər kimi göstərirlər. Ermənilər tərəfindən 

uydurulmuş bir mif üzərində mən artıq ətraflı şəkildə dayanmışam. 

Onlar iddia edirlər ki, guya Ermənistan tarixdə ilk xristian dövlətidir. 

Əlbəttə, bu nağıl heç bir tarixi-elmi tənqidə davam gətirmir

13

. Çox 



                                                           

13

 Bax: Ramiz Mehdiyev. “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti 



kontestində”. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2014. 


86 

 

təəssüf ki, Qərbin belə məsələlərdə marağı olan bəzi dairələri bir sıra 



hallarda ermənilərin ucuz oyununu dəstəkləyir, süni şəkildə siyasi 

gərginlik yaradırlar. Mənim fikrimcə, onlar özlərinə heç olmasa bir 

elementar sual verməlidirlər: əgər erməni müəlliflərin iddia etdikləri 

kimi, azərbaycanlılar və türklər əsrlər boyu erməniləri məhv 

ediblərsə, onda bu gün Türkiyədə və Qafqazda yaşayan ermənilərin 

bu qədər çox olmasını nə ilə izah etmək olar? 

Müəyyən qüvvələrin şüurunda kök salmış bütün bu əsassız 

iddialar erməni psevdoelmi tərəfindən faktların kobudcasına təhrif 

edilməsinin nəticəsidir. Cəsarətlə demək olar ki, bu paradoks Avropa 

diplomatiyasının mənhus səhvidir. O, məsələnin həqiqi mahiyyətini 

araşdırmaq üçün heç vaxt özünə əziyyət vermir. Nə yaxşı ki, tarixi 

salnamələr, zəngin arxiv materialları var. Üzə çıxan indiferentlik 

bəlkə də müəyyən dairələrin düşünülmüş siyasətinin bir hissəsidir.  

Lakin faktlar ciddi nəticə çıxarmağa sövq edir. Avropa İttifaqının 

fəaliyyətində yol verilən çoxsaylı qüsurlar ikili standartlar siyasətinə 

yenidən nəzər salmaq üçün hələ də ibrət dərsi olmayıb. Bir sıra başqa 

dövlətlər kimi, biz də getdikcə açıq-aydın görürük ki, bu korafəhim  

siyasət həm ikitərəfli əlaqələrə, həm də Avropa İttifaqının özünə zərər 

vurur. 

Azərbaycan əsrlər boyu bütün dünyada özünün tolerantlığı, 



çoxkonfessiyalılığı və multietnikliyi ilə məşhur olub. Ölkəmizdə 

tarixən çox müxtəlif dini, etnik, dil və mədəniyyət qruplarının 

nümayəndələri həmrəylik, sülh və əməkdaşlıq şəraitində yaşayıblar və 

indi də bu şəraitdə yaşayırlar. Azərbaycanın ümummilli lideri Heydər 

Əliyevin və indiki Prezident İlham Əliyevin ağıllı və uzaqgörən siyasəti 

sayəsində bu ənənələr daha da möhkəmlənib.  




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə