Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

61 

 

qorxusu qarşısında özünü müdafiə etməyi və imic alverçilərinə qəti 



“yox” deməyi bacarır. 

 

3. İnsan haqları Avropa strukturlarının təzyiq aləti kimi 



 

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, tez-tez 

müxtəlif məruzələr, qətnamələr və digər profil sənədlərlə əlaqədar 

müzakirələrin gedişində insan haqları ilə bağlı məsələlərin qəribə, 

daha doğrusu sərbəst interpretasiyası ilə üzləşir. Bu cür müzakirələr 

adətən qərəzli xarakter daşıyır. Avropa təsisatları bizimlə dialoqu 

dayandıracaqları ilə hədələyərək Azərbaycanı müstəqil və praqmatik 

siyasət yolundan döndərməyə, Qərb təsisatlarının tövsiyə və 

göstərişlərini itaətkarcasına yerinə yetirməyə məcbur etməyə 

çalışırlar. Onlar Azərbaycanla münasibətlərində diktat metodunu 

xoşlayırlar. Lakin belə “uzaqgörənlər” çox yanılırlar. Bu baxımdan 

ATƏT də istisna deyil.  

Bu qurumun dəhlizlərində müəyyən dairələr gərginliyi artırmaq 

üçün süni motivlərdən istifadə etmək məsələsində ustalaşıblar. Əgər 

qeyri-formal problemlərin həllində nə isə tərəfdaşların əvvəlcədən 

hazırladığı təlim proqramına uyğun gəlməyəndə onlar bu yolu 

seçirlər. Bəzən bu təsisatın daxilində işlənib hazırlanan qərarların 

həyasızlıq dərəcəsi insanı mat qoyur. Bu “möhtərəm” təşkilatın 

Azərbaycana göndərdiyi elçisi ilə bağlı əhvalat səciyyəvi nümunədir. 

ATƏT-in Bakıdakı ofisinin rəhbəri Aleks Şahtaxtinskinin 

gözlənilmədən bu vəzifədən azad edilməsi üçün bəhanə sözün hərfi 

mənasında uydurma səbəb oldu. A.Şahtaxtinski həm Azərbaycan 

hökuməti, həm də özünün uğursuzluqlarına görə bütün təqsiri 

Azərbaycan iqtidarında axtarmağa adət etmiş milli müxalifətin 




62 

 

fəalları ilə kifayət qədər səmərəli və şəffaf münasibətlər yaratmağa 



müvəffəq olmuşdu. Lakin ATƏT rəhbərlərinin fikrincə, Azərbaycan 

kimi ölkələrdə ofislərin rəhbərləri rəsmi strukturlarla qənaətbəxş 

münasibətə malik olmamalı, onlar daim ehtirasları qızışdırmalı, 

qarşıdurma ruhunu qoruyub saxlamalı, amma bununla bərabər yalnız 

müxalifətlə dostluq əlaqələri saxlamalıdır. 

Belə çıxır ki, Azərbaycan kimi özünəyetərli ölkələrdə iqtidarla 

dialoqda ATƏT-in əsas nümayəndələri apriori qarşıdurma xətti 

qurmalı, həmin ölkəyə hətta bunun üçün heç bir obyektiv səbəb 

olmadığı halda da nifrət və amansız tənqid prizmasından baxmalıdır. 

Görünür A.Şaxtaxtinski ona qabaqcadan tapşırılmış işin öhdəsindən 

gələ bilməmiş və nəticədə öz vəzifəsini qurban verməli olmuşdur. 

Özünüz düşünün, diplomata yalnız ona görə etimad göstərilməyib ki, 

o, rəsmi tədbirlərin birində Azərbaycan Prezidenti İlham Əliyevlə 

birlikdə şəkil çəkdirməyə cəsarət edib. Absurd iraddır, deyilmi?! 

ATƏT-in üzv ölkələrə münasibətdə siyasəti nə dərəcədə 

rasional, obyektiv, qərəzsiz və düzgündür? Əslində bu təşkilat BMT 

Təhlükəsizlik Şurasının Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 

ona bitişik yeddi rayonun işğaldan azad edilməsi haqqında 

qətnamələrinin implementasiyası üçün heç bir tədbir görməyib, 

hərçənd onun adı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır. 

Üstəlik, bu qurumun rəhbərləri öz mandatlarını yerinə yetirən və 

olduqları ölkədə mandat çərçivəsindən kənara çıxmaqdan imtina 

edən diplomatlarını hakimiyyət orqanları ilə ölçülüb-biçilmiş və 

konstruktiv münasibətlərə görə cəzalandırır. İş o həddə çatır ki, ABŞ-

ın ATƏT-dəki nümayəndəsi öz səlahiyyətlərini aşaraq bu təşkilatın 

üçüncü ölkələrdəki elçilərinə təlimatlar verir. Bu, Qərb 




63 

 

demokratiyasının eybəcər sifətini açıb göstərən nonsensdir. Əgər 



möcüzələr zolağı bu qəribə notda başa çatsaydı, yenə dərd yarı idi. 

ATƏT öz mandatını yerinə yetirməkdən və 2015-ci ildən 

Azərbaycanda parlament seçkilərinin monitorinqini keçirməkdən 

imtina edir. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları 

Bürosu (DTİHB) əvvəlcə 400-ə yaxın müşahidəçi göndərməyi 

planlaşdırırdı. Lakin Azərbaycan müşahidəçilərin bu sayda olmasına 

razılaşmadı və bu, müşahidəçilər missiyası göndərilməkdən əsassız 

imtina edilməsinə “səbəb” oldu. Burada müqayisələr aparmaq lazım 

gəlir. 

Əhalisinin sayı təxminən Azərbaycandakı qədər (7 milyondan 



çox) olan Bolqarıstana 2014-cü il parlament seçkilərinə cəmi 26 

müşahidəçi, 140 milyon əhalisi olan Rusiyaya 2011-ci ildə 200-dən 

bir qədər çox, əhalisi 45 milyon nəfər olan Ukraynaya təxminən 700 

müşahidəçi göndərilib. Elə isə nəyə görə müşahidəçilərin diqqəti 

Azərbaycan üzərində cəmləşib və ağlabatan nisbətlər prinsipinə açıq-

aşkar məhəl qoymadan bu ölkəyə çoxsaylı desant göndərmək kimin 

ağlına gəlib? Biz çox yaxşı başa düşürük ki, bu, əməkdaşlıqdan 

imtina etmək üçün yalnız bəhanədir, səbəb isə Qərbin müəyyən 

dairələrin sifariş verdiyi anti-Azərbaycan kampaniyasını 

proqramlaşdırılmış şəkildə həyata keçirməkdir.  

Müxtəlif strukturların hərəkətlərinin incə şəkildə sinxronluluğu 

diqqəti cəlb edir. Görünür, həmin strukturlar bir mərkəzdən 

tənzimlənir. Bu sinxronluq baş verən hadisələrdə təsadüflük elementi 

axtarmağa əsas vermir. Belə ki, müşahidəçilər missiyasının geri 

çağırılması barədə bəyanat Avropa Parlamentində Azərbaycan 

barəsində qərəzli siyasi qətnamə qəbul ediləndən dərhal sonra 




64 

 

səsləndi. Bununla eyni vaxtda daha bir təsisat – ATƏT-in Parlament 



Assambleyası da öz müşahidəçilərini göndərməkdən imtina etdi. 

Bu fakt onu göstərir ki, adı çəkilən strukturlar müstəqil deyil və 

verilən komandaya müvafiq şəkildə işləyirlər. 

Rusiya XİN-in rəhbəri Sergey Lavrov ATƏT-in baş katibi Lambeto 

Zanyer ilə birgə mətbuat konfransında qeyd etdi ki, ATƏT bir qurum 

kimi “özünün əfəlliyi ucbatından ardıcıl olaraq sınaqlara məruz qalır, 

onu tamdəyərli təşkilata çevirməkdən imtina edənlər isə, - belələri 

azdır, – onu elə vəziyyətdə saxlamağı üstün tuturlar ki, onunla 

manipulyasiya etmək asan olsun”

9



2015-ci il seçkiləri ərəfəsində başlanmış anti-Azərbaycan 

kampaniyası Qərbdə tüğyan edir. Bu kampaniya həm ATƏT, həm də 

Avropa Şurası tərəfindən həyata keçirilir. 2014-cü ildə Avropa 

Şurasının baş katibi Torbyorn Yaqlandın xahişi ilə insan haqları üzrə 

işçi qrupunun fəaliyyəti bərpa edildi. Lakin 2015-ci ilin oktyabr 

ayında T.Yaqland Azərbaycanla insan haqları üzrə birgə işçi 

qrupunun fəaliyyətində iştirakını dayandırdığını bəyan etdi və bu, 

“Qərb demokratiyasını təbliğ edənlər” tərəfindən daha bir 

düşmənçilik hərəkəti oldu. 

Burada xatırlatmaq yerinə düşər ki, həmin işçi qrupu hələ 2005-

ci ildə yaradılıb, lakin 2008-ci ildə öz fəaliyyətini dayandırıb. 

Hərçənd, bu dövr ərzində 150 nəfər həbsdən azad edilib. Bu insanlar 

siyasi fəaliyyətdən uzaq idi və müxtəlif hüquq pozuntularına görə 

cəza çəkirdilər. Onların vaxtından əvvəl həbsdən azad edilməsi 

Azərbaycanın hakimiyyət orqanı tərəfindən həyata keçirilmiş 

xeyirxahlıq aktı nəticəsində baş verib. 

                                                           

9

 Bax: “Kaspi” qəzeti. 13 oktyabr 2015-ci il. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə