Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

65 

 

Bərpa olunmuş işçi qrupunun bir ildən az müddətdə fəaliyyəti 



dövründə adları hüquq müdafiəçilərinin siyahılarında olan 16 

məhkum azad edilib. Bu fakt özlüyündə işçi qrupunun fəaliyyətinin 

səmərəli olmasına dəlalət edir. Təəssüf ki, avropalılar istər 

Azərbaycanın hakimiyyət orqanlarının tamdəyərli dialoqa meyilli 

olmasını, istər onun qarşılıqlı məqbul qərarlara hazır olmasını, istərsə 

də xoş niyyətini qiymətləndirə bilmədilər.  

Birgə qrupun Qərbin arzularını danışıqsız yerinə yetirəcəyini

necə deyərlər, onun diktəsi ilə işləyəcəyini gözləmək ən azı qeyri-

ciddi olar. Bu qrup tamam başqa məqsədlər üçün yaradılıb. Nəzərdə 

tutulur ki, tərəflərin birgə işi daha məzmunlu və hüquq müstəvisində 

səmərəli olsun, Qərbin anti-Azərbaycan qüvvələrinin maraqlarına 

xidmət etmək üçün yox. 

Torbyorn Yaqlandın qəribə qərarı təsdiq edir ki, hökumətlərarası 

təşkilatlar, indiki halda Avropa Şurası müəyyən siyasi dairələrin 

sifarişlərini yerinı yetirir, bu isə parlament seçkiləri ərəfəsində 

“dövlət–vətəndaş cəmiyyəti” formatında dialoqu pozmaq məqsədilə 

Azərbaycana təzyiq göstərmək cəhdidir.  

Yeri gəlmişkən, T.Yaqlandın Azərbaycana qərəzli münasibəti 

Qərbin geniş dairələrinə də yaxşı məlumdur. Britaniyanın “News 

Perfomance” nəşri vaxtilə “Biz Azərbaycan kimi inkişaf etməkdə olan 

ölkələri tənqid etməliyik, yoxsa onları dəstəkləməliyik” sərlövhəli 

məqalədə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandı məhz 

Azərbaycanla əməkdaşlığa aid məsələlərdə kəskin tənqid etmişdir. 

Məqalə müəllifləri vurğulayırdı ki, bu material baş katibin 

“Azərbaycanda insan haqları bıçaq tiyəsi üzərindədir. Böyük Britaniya 

özünü kənara çəkməməlidir” adlı məqaləsinə cavabdır.  




66 

 

Siyasi nəşrin məqaləsində deyilir: “Biz Azərbaycanda insan 



hüquqları məsələsində Yaqlandın tənqidi ilə əsla razılaşmırıq və onun 

bəyanatını rədd edirik”. 

Eyni zamanda, britaniyalı müəlliflər vəziyyəti obyektiv 

qiymətləndirərək göstərirdilər ki, Azərbaycandan demokratiya 

sisteminin Böyük Britaniya səviyyəsində olmasını gözləmək olmaz, 

çünki bu gənc ölkə müstəqilliyin bərqərar olduğu andan 

demokratiyanın inkişafının öz modelini qurur. Onlar yazırlar: 

“Azərbaycanda insan haqları ilə bağlı vəziyyət yaxşılaşacaq, çünki 

ölkə rəhbərliyinin Azərbaycanı demokratiyanın Avropa səviyyəsində 

olduğu ölkəyə çevirmək üçün güclü iradəsi var”. 

AŞPA-da Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin 

fəaliyyəti müstəvisində də qərəzlilik Avropa Şurasından yan 

keçməyib. 2005-ci ildə yaradılmış bu alt komitə erməni nümayəndə 

heyətinin orada iştirak etmədiyinə görə bir neçə ildən sonra öz 

fəaliyyətini dayandırdı. Həmişə münaqişənin dinc yolla həllinin 

tərəfdarı imicini formalaşdırmaq məqsədilə beynəlxalq 

platformalardan istifadə edən, əslində isə təcavüzkar və işğalçı olan 

Ermənistan birdən-birə sülh və əmin-amanlıq mövzusunda 

müzakirələrdən imtina etdi. Rəsmi Yerevan üçün səciyyəvi olan 

“Tualet diplomatiyası” 2006-cı ildə Rambuyedə danışıqlar zamanı 

özünü bütünlüklə göstərdi. Əslində Ermənistanın o vaxtkı prezidenti 

Robert Koçaryan azərbaycanlı həmkarı ilə görüşdə özünü itirərək 

ayaqyoluna getmək üçün icazə istəməkdən yaxşı çıxış yolu tapmadı 

və bundan sonra o danışıqlar zalına qayıtmağa risk etmədi. 

Sonralar Ermənistanın xarici işlər naziri E.Nalbandyan 2013-cü 

ilin dekabr ayında Türkiyənin xarici siyasət idarəsinin rəhbəri 

Ə.Davudoğlu ilə görüşdən çəkinməklə bu biabırçı diplomatiyanın 



67 

 

təməlinə daha bir daş qoydu və prinsip etibarilə bu cür utancaqlıq 



bizi çox heyrətləndirə bilməz. Ermənistan razılıq əldə edilməsinin və 

status-kvonun dəyişməsinin mümkünlüyünü hiss edərək həmişə 

mümkün razılaşmaları pozmağa çalışır. Lakin bizi daha çox 

maraqlandıran başqa məsələdir – necə olub ki, AŞPA kimi nüfuzlu 

Avropa strukturu erməni lobbisinin tələsinə düşüb: “Yuxarıda adı 

çəkilən alt komitənin fəaliyyətinin dayandırılması Avropa Şurasının 

zəif cəhətlərini və orada ermənipərəst qruplaşmaların təsirinin 

artmasını əyani şəkildə göstərdi. Şübhəsiz ki, bu, beynəlxalq 

təşkilatın nüfuzuna və onun hazırladığı qərarların həyat qabiliyyətinə 

mənfi təsir göstərir. 

2015-ci ilin yanvarında AŞPA-nın sessiyasında bizim 

nümayəndə heyətinin səsverməsi də çoxlu mübahisələrə səbəb olub. 

Azərbaycan Krım problemi kontekstində Rusiya nümayəndə heyətinin 

səsvermə hüququndan məhrum edilməsinin əleyhinə çıxış etdi, çünki 

birləşmiş struktur tərəfindən təcavüzkar ölkə Ermənistanın 

hərəkətləri pislənmədi. Azərbaycan nümayəndə heyətinin bu addımı 

ikili standartlar siyasətinin qəbul edilməməsi məcrasında 

qanunauyğun idi. Məsələn, bir halda Aİ ABŞ-ın sayəsində ölkənin 

ərazi bütövlüyünə (söhbət Ukraynadan gedir) hörmət etməyə çağırır, 

başqa halda isə özünün Şərq qonşusuna qarşı təcavüz etmiş, üstəlik 

Azərbaycan ərazisinin işğaldan azad edilməsi haqqında BMT 

Təhlükəsizlik Şurasının dörd qətnaməsi üzrə öhdəlikləri yerinə 

yetirməyən bir ölkə kimi Ermənistana təsir göstərməkdən imtina edir. 

Qərəzliliyi nümayiş etdirən başqa bir misal: Aİ nəyə görə bəzi 

ölkələrə qarşı sanksiyalar tətbiq edir, amma sabitliyi pozanlara 

münasibətdə gərəksiz qətnamələr tirajlayır?! Azərbaycan ayrı-ayrı 

hallarda eyni bir problemə fərqli yanaşmaya prinsipial şəkildə etiraz 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə