Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   18   19   20   21   22   23   24   25   26

75 

 

Ukrayna, Gürcüstan və Şərq ölkələrində “ərəb baharı”nın qızğın 



dövründə inqilablarda Şarpın “taktikası və strategiyası” tətbiq edilirdi.  

Son illərdə Azərbaycanda bəzi QHT-lərin və fondların 

fəaliyyətinin aşkar görünən antidövlət xarakteri belə bir fikrə 

düşməyə əsas verir ki, C.Şarpın metodlarını bizim ölkədə də tətbiq 

etməyə çalışırlar.  

Belə ki, C.Şarpın əsas prinsiplərindən biri ondan ibarətdir ki, 

protest hərəkatı və onun fəalları öz fəaliyyətini məhz dövlətin zəif 

olduğu sahələrdə, yaxud elə yerlərdə genişləndirməlidirlər ki, iqtidar 

baş verən hadisələrin ona qarşı yönəlməsini dərhal başa düşmür. 

Müəllif hesab edir ki, protest hərəkatlarının çoxunun uğur 

qazanmamasına səbəb onların dövlətin mövqelərinin çox güclü 

olduğu sahələrdə mübarizə aparmalarıdır. C.Şarpa görə protest 

hərəkatının öz məqsədinə nail olması üçün əsas şərt fəalların 

siyasətdən uzaq məsələlərdən başlayaraq praktiki fəaliyyətə 

keçmələrinə imkan verən qüvvə toplamaqdır. Beləliklə, hakim rejim 

ilk vaxtlarda onların təhlükəsini az hiss edəcək və onlar bir növ gizli 

plan quraraq inkişaf etmək və güclənmək şansına malik olacaqlar.  

Azərbaycan turizmi və idmanı inkişaf etdirmək, ölkənin 

nüfuzunu yüksəltmək, öz mədəniyyətinə və tarixinə diqqəti cəlb 

etmək üçün bu gün beynəlxalq idman, gənclik və mədəniyyət 

məkanlarından fəal istifadə etməyə başlayıb. Lakin müxtəlif 

beynəlxalq idman və mədəniyyət tədbirlərinin təşkil edilməsi 

vasitəsilə ölkəmiz haqqında həqiqəti xarici auditoriyaya təqdim 

etmək üçün bütün cəhdlər Qərbin fövqəlmilli, qeyri-hökumət 

təsisatlarının və KİV-lərin əsassız, qərəzli və sistemli tənqidi ilə 

üzləşir.  




76 

 

Amerikanın demokratiya uğrunda Milli Fondu tərəfindən 



maliyyələşdirilən “Demokratiya üçün oxu” (Sing for democracy) 

kampaniyası yuxarıda deyilənlərə bir sübut ola bilər. 2012-ci ildə 

Bakıda populyar “Eurovision” mahnı müsabiqəsinin təşkil edilməsi 

ərəfəsində başlanmış bu kampaniyanın məqsədi Azərbaycana qara 

yaxmaq, avropalı tamaşaçıya onun mənfi obrazını təqdim etmək idi.  

2014-cü ildə başlanmış “Demokratiya üçün idman” (Sport for 

democracy) kampaniyası onun davamı oldu. Bu kampaniya da birinci 

Avropa Oyunlarının təşkili ərəfəsində suveren ölkənin imicinə qara 

yaxmağa yönəlmişdi. Bu kampaniyalar Azərbaycanda C.Şarp 

metodlarının tətbiq edilməsi cəhdlərini açıq-aydın nümayiş etdirir. Bu 

halda müxtəlif “fəallar”, “hüquq müdafiəçiləri” və “blogerlər” “qeyri-

siyasi” məsələlərə təsir göstərmək taktikası qurur, dövlətin 

diqqətindən yayınmağa çalışır, lazımi məqamda isə bu 

platformalardan kollektiv protestlər təşkil olunması üçün istifadə 

edirlər. Son məqsəd idman, mədəniyyət və başqa qeyri-siyasi 

məsələləri siyasiləşdirməkdən ibarətdir.  

Lakin bizim ölkədə bu cür planlar lap əvvəldən iflasa 

məhkumdur. 2015-ci ilin iyun ayında Azərbaycan birinci Avropa 

Oyunlarını uğurla təşkil etdi və keçirdi, bununla da daimi tənqidçilərə 

daha bir ciddi mənəvi-psixoloji zərbə vurdu. Bu aşkar uğura siyasi 

kontekstdə də nəzər salmağa dəyər. Çünki belə sürüşkən planların 

benefisiarı sakit ekspansiya stixiyasına uymuş Qərbin siyasi 

dairələridir.  

Təsadüfi deyil ki, Avropa Oyunlarının açılışı günündə Qərbdəki 

onlayn nəşrlər məkanında bizə ünvanlanmış əsassız tənqidin sayı-

hesabı yox idi. Qərəzli materialların dərc edilməsi ilk dəfə 2015-ci 

ilin əvvəlində qeydə alınıb. Belə ki, təkcə yanvar ayında Azərbaycan 



77 

 

haqqında xaricdə dərc edilib təhlil olunmuş 1094 məqalədən yalnız 



25-i müsbət, 586-sı mənfi və 583-ü neytral xarakter daşıyırdı. Bu 

göstərici yalnız onu təsdiq edir ki, anti-Azərbaycan kampaniyası 

Avropa Oyunlarından xeyli əvvəl planlaşdırılıb, Oyunlar isə bu 

kampaniyanı fəallaşdırmaq üçün yalnız bəhanə olub.  

Konkret siyasi məqsədlər güdən anti-Azərbaycan 

kampaniyaların, habelə sanksiyalaşdırılmamış protestlərin 

təşkilatçılarına demək istərdik ki, onların planları fiaskoya 

məhkumdur. Başqa cür ola da bilməz. Azərbaycan demokratik inkişaf 

yoluna qədəm qoyub, iqtidar demokratiya prinsiplərinə ciddi riayət 

edir, ölkədə bütün əsas siyasi hüquqlara, o cümlədən toplaşmaq 

azadlığı hüququna riayət olunur. Xalq və iqtidar daim dialoq apararaq 

öz istəklərində yekdillik və vəhdət tapıb. Təsadüfi deyil ki, düşmən 

qüvvələr Qərb KİV-lərində yüzlərlə məqalə və süjetin köməyi ilə 

genişmiqyaslı “artilleriya yaylım atəşi” açandan, qeyri-hökumət 

təşkilatlarının məruzə və bəyanatlarından, saxta tədqiqat şəbəkəsinin 

həyasız yalanlarından sonra 2015-ci ilin may ayında müxalifətin 

paytaxtın mərkəzində keçirdiyi mitinqə çıxanların sayı min nəfərdən 

az oldu.  

Müxalifətçilər protest aksiyasına on minlərlə narazı şəxs 

toplanacağı ilə hədələyirdilər. Geniş reklam edilmiş bu aksiya da 

hakimiyyətin opponentlərinin əhatə dairəsini genişləndirməyə 

yönəlmiş əvvəlki cəhdlərin kədərli aqibətini təkrarladı. Onlar heç nəyə 

nail ola bilmədilər. 2013-cü il prezident seçkiləri ərəfəsində 

Azərbaycandakı barışmazların xaricdəki himayədarları “rəğbətlər 

tərəzisi”ni hakim partiyanın əleyhdarlarının xeyrinə yönəltməyə çox 

cəhd göstərsələr də xalq İlham Əliyevə etimadını ifadə etdi.  




78 

 

C.Şarpın və “rəngli inqilablar”ın digər nəzəriyyəçilərinin 



adeptlərindən olan “fəallara” Azərbaycan reallıqları şəraitində heç nə 

kömək edə bilməz. Çünki ölkə əhalisinin böyük əksəriyyəti Prezident 

İlham Əliyevin yürütdüyü kursu dəstəkləyir. “Rənqli inqilablar”ın nəyə 

gətirib çıxardığını biz bilirik – misalların sayı kifayət qədər çoxdur.  

 

2.Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantı kimi 



 

“Biz Avropa İttifaqına mümkün qədər yaxın olmaq istəyirik”.  

Azərbaycan Prezidenti İ.Əliyev  

Davos Dünya İqtisadi Forumu, 2015-ci il.  

 

Energetika sahəsində Aİ ilə Azərbaycanın münasibətlərinin 



təhlilinə başlamazdan əvvəl Azərbaycanın və Qərbin tarixi qarşılıqlı 

münasibətlərinə kiçik bir icmal etməyə, bu münasibətlərin həlledici 

determinantlarını göstərməyə çalışaq.  

Hegel deyirdi ki, 

tarix iki dəfə təkrarlanır: birinci dəfə faciə 

şəklində, ikinci dəfə isə fars şəklində.

 Lakin tarixin ibrət dərsləri 

nəzərə alınmasa, o, hər dəfə faciə kimi təkrarlanacaq.  

Keçmişə və müasir dövrə ardıcıl və sistemli baxış göstərir ki, 

Azərbaycan ilə Avropanın münasibətləri yuxarıdakı mühakimənin 

mənasını tamamilə təsdiq edir. Azərbaycan ilə Avropa arasında siyasi 

əlaqələrin yaranmasının lap əvvəlindən biz demək olar ki, hər bir 

mərhələdə anlaşılmazlıq divarı ilə, habelə Avropa təsisatları 

tərəfindən konstruktivlik olmaması faktı ilə üzləşmişik.  

Azərbaycan tarixində Qərbin riyakarlığını göstərən faktlar 

çoxdur. Orta əsrlər Azərbaycanı tarixində böhranlı anlarda Avropa 

dövlətlərinin ölkəmiz qarşısında götürdükləri müttəfiqlik öhdəliklərini 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə