Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

58 

 

adi daxili işi kimi qiymətləndirdilər. Dəhşətli cinayətə münasibətin 



konkret ifadəsi belə oldu.  

Digər tərəfdən, Qərb KİV-ləri özlərinin çoxsaylı məqalələrində 

Vilnüsdə və Tbilisidə baş vermiş hadisələri (orada da dinc 

vətəndaşlara qarşı hərbi cinayətlər törədilmişdi, lakin bu hadisələr 

1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qırğınla müqayisə edilə 

bilməzdi) pislədilər. O vaxt Azərbaycan paytaxtında həlak olmuş dinc 

vətəndaşların sayı qat-qat çox idi. Burada belə güman etmək 

lazımdırmı ki, insan həyatının dəyəri dəyişkəndir, o, insanın yaşadığı 

ölkədən, onun etnik mənsubiyyətindən və dini etiqadından asılı 

olaraq dəyişir?  

Avropanın Xocalıda törədilmiş soyqırımına münasibəti Qərbin 

ikili standartlar siyasətinin daha bir nümunəsidir. 1992-ci il fevralın 

26-na keçən gecə Ermənistanın indiki prezidenti Serj Sarkisyanın və 

müdafiə naziri Seyran Ohanyanın bilavasitə rəhbərliyi ilə erməni 

ordusunun hərbi bölmələri dinc Xocalı şəhərinə irimiqyaslı hücum 

etdilər, onu mühasirəyə alıb dinc əhalini qırdılar.  

Bu, insanlığa qarşı törədilmiş ən ağır və qanlı cinayətlərdən 

biridir. Açıq-aydın soyqırımı olan bu hücum nəticəsində 613 nəfərin 

həyatına son qoyuldu, minlərlə Xocalı sakininin taleyi şikəst edildi. 

Günahsız uşaqlar, qadınlar və qocalar yalnız azərbaycanlı olduqlarına 

və başqa dinə etiqad etdiklərinə görə amansızcasına və 

soyuqqanlılıqla qətlə yetirildi. Erməni silahlı qüvvələri bu hadisədən 

əvvəl də Azərbaycanın müxtəlif kəndlərində, həmçinin Ermənistanın 

özündə azərbaycanlılar yaşayan məntəqələrdə dinc əhalini kütləvi 

şəkildə məhv edirdi. Xocalı genişmiqyaslı və eşelonlaşdırılmış 

cinayətin dəhşətli kulminasiyası oldu.  




59 

 

Ermənilərin məqsədi Ermənistanda və Dağlıq Qarabağda 



yaşayan azərbaycanlı əhalini fiziki surətdə məhv etmək, onların 

arasında vahimə yaratmaq idi. Erməni millətçilərin məqsədini 

anlamaq üçün S.Sarkisyanın britaniyalı jurnalist-yazıçı Tomas de 

Vaala verdiyi müsahibəsindən bu sözləri xatırlamaq kifayətdir: 

“...Xocaluya (Xocalıya) qədər azərbaycanlılar elə düşünürdülər ki

ermənilər dinc əhaliyə əl qaldıra bilməyəcək adamlardır. Bütün bu 

təsəvvürləri dəyişmək lazım idi. Belə də oldu...” 

8

.

 Ermənilər öz 



niyyətlərini məqsədyönlü şəkildə həyata keçirdilər. Hüquqşünaslar bu 

məsələni hərtərəfli araşdırdılar və sübut etdilər ki, Xocalıda törədilmiş 

kütləvi qırğın soyqırımı aktıdır. Lakin Qərbdə çoxları erməni 

millətçilərin üzərində həmişəlik ləkə kimi qalan bu dəhşətli cinayətə 

hələ də məhəl qoymur.  

Yalnız bir müqayisə aparmaq olar. 2015-ci ilin aprel ayında 

Avropa Parlamenti qondarma “erməni soyqırımı”nı tanıdı. Lakin 

bunun müqabilində radikal ermənilər tərəfindən Xocalıda törədilmiş 

soyqırımını pisləmədi.  

Yüz il bundan əvvəl baş vermiş hadisələr tarixçilər tərəfindən 

araşdırılmalıdır. Onlar törədilmiş cinayətləri təsdiq edən 

təkzibolunmaz faktları üzə çıxarmalıdırlar. Hər bir qərar faktlara 

əsaslanmalıdır. Lakin ermənilər bur cür araşdırma aparılmasından 

qəti imtina edirlər. Görünür, onlar qorxurlar ki, iddiaçı tərəfin 

iddialarının əsassız olmasını təsdiq edə bilən faktlar aşkar olunar, 

həmçinin törədilmiş cinayətlərdə özlərinin əli olması üzə çıxar. 

                                                           

8

 Интервью Томаса де Ваала с Сержем Саргсяном, министром обороны Армении 



(ныне президентом Армении), 15 декабря 2000 г.  

http://carnegieendowment.org/files/DeVaalinterview_r.pdf 




60 

 

Bununla belə, Avropa parlamentariləri erməni lobbisinin təsiri altında 



belə bir qərar qəbul etdilər.  

Xocalı hadisələri isə nisbətən yaxın vaxtlarda, dünyanın gözü 

qabağında baş verib, amma Avropa Parlamentində bu dəhşətli faktı 

israrla görməzliyə vururlar. Əksinə, deputat korpusunun bir hissəsi 

hər cür vasitələrdən istifadə etməklə Azərbaycana böhtan atmağa 

çalışır, Bakının obyektiv gözləntilərinin ziyanına olaraq Ermənistanı 

müdafiə edir. Bu da təsadüfi deyil. Millətçı və separatçı erməniləri 

təmizə çıxarmaq və cəzalandırılmaqdan qorumaq üçün onların 

cinayətkar əməlləri barədə susmaq “prinsipial” Avropa 

parlamentarilərinin permanent hədəfidir.  

Yuxarıda göstərilən faktlar Avropa strukturlarının riyakarlıq 

çirkabına batdıqlarını, müxtəlif dairələrin lobbiçi maraqlarına xidmət 

etdiklərini bir daha nümayiş etdirir. Onlara sərf edəndə ən incə 

usullarla və var səsləri ilə beynəlxalq hüququn pozulması barədə 

qışqırmağa hazırdılar, amma məsələ onların mənafelərinə toxunanda 

ictimai qüvvələrin diqqət və etimadı ilə manipulyasiya edərək 

protokol xarakterli bəyanatlarla kifayətlənirlər.  

Problemin mahiyyəti heç də kontinental orqanın mühakiməsinə 

çıxarılan məsələlərin mövzusunda deyil. İstər münaqişələr və 

təhlükəsizlik məsələləri olsun, istər insan hüquqları və ya söz 

azadlığı, onları qane etməyən ölkələrin taleyi və bu ölkələrin 

maraqları ilə bağlı bütün məsələlərdə Avropa isteblişmentinin 

qərəzliliyi əyani şəkildə görünür. Bu halda ədalət mühakiməsi 

quranların  hiyləgərliyi insanı mat qoyur. Onlar hədsiz uzanmış 

münaqişə nəticəsində zərər çəkmiş ölkəni başqalarına dərs olmaq 

üçün vurmaqdan çəkinmirlər, özü də yalnız ona görə ki, həmin ölkə 

mövcud vəziyyət barədə öz mövqeyini bildirir, bədxahların hədə-



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə