Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

52 

 

nəzərdən keçirilən xalqlara şamil edilir. Etnoslar yalnız 



müstəmləkəçiliyin ləğvi prosesində xalq kimi nəzərdən keçirilib. Hər 

hansı dövlətin ərazisindəki milli, etnik, dini və digər azlıqlar bu 

hüquqa istinad edə bilməzlər. Bu xüsusi kateqoriya spesifik hüquq və 

öhdəliklərə malikdir, onların təmin edilməsi və reallaşdırılması 

dövlətin ərazi bütövlüyünə ziyan vura bilməz. Azlıqların hüquqları 

Avropa Şurası çərçivəsində qəbul edilmiş milli azlıqların müdafiəsi 

haqqında Çərçivə Konvensiyasında və regional dillərin və ya azlıqların 

dillərinin Avropa xartiyasında, həmçinin ATƏT-in sənədlərində öz 

əksini tapıb.  

Erməni xalqı artıq öz müqəddəratını təyin edib. Özü də bu 

təyini-müqəddərat Azərbaycanın İrəvan, Zəngəzur, Göyçə və digər 

tarixi torpaqlarında baş verib. Dağlıq Qarabağda yaşayan ermənilər 

isə yalnız azlıqlara aid olan spesifik hüquqlara malikdirlər.  

Qeyd etmək yerinə düşər ki, sesessiya prosesini birtərəfli 

qaydada leqallaşdırmaq cəhdləri Avropa strukturları tərəfindən 

beynəlxalq hüquq normalarının təhrif edilmiş şəkildə şərhinə daha bir 

nümunədir. Sesessiya müəyyən dövlətin ərazisində yeni dövlət 

yaradılması deməkdir. Beynəlxalq hüquqa görə sesessiya yalnız 

ərazisinin bir hissəsi ondan ayrılan dövlətin razılığı ilə mümkündür.  

Müəyyən separatçı qruplar bu anlayışdan onların yaşadıqları 

dövlətin tərkibindən çıxmaq və yeni dövlət yaratmaq arzusunu həyata 

keçirmək və ya kənardan müdaxilə nəticəsində yaranmış işğal altında 

olan ərazilərin statusunu leqallaşdırmaq üçün istifadə edirlər.  

Ümumiyyətlə, sesessiya birtərəfli qaydada həyata keçirilə 

bilməz. Beynəlxalq hüquq bu qaydanın labüdlüyünü heç vaxt qəbul 

etməyib, indi də onu qəbul etmir. Məsələn, Millətlər Liqasının Aland 

adaları məsələsi üzrə komissiyasının rəyində sübut edilir ki, birtərəfli 



53 

 

sesessiya beynəlxalq hüququn qaydalarına ziddir. Beləliklə, heç bir 



qrup siyasi terminlərlə istədiyi kimi jonqlyorluq edərək beynəlxalq 

hüququn əsasını təşkil edən ərazi bütövlüyü prinsiplərini poza 

bilməz.  

Birtərəfli sesessiyanın yolverilməzliyinə dair daha bir nümunə 

Kanada Ali Məhkəməsinin Kvebek barədə sorğusudur. Məhkəmə 

həmin sorğuya cavabında qət edib ki, Kvebekin birtərəfli qaydada 

sesessiya hüququ yoxdur. Hətta regionda təyini-müqəddərat 

məsələsinə dair referendum keçiriləcəyi halda da birtərəfli sesessiya 

mümkün deyil.  

Dünya siyasətində beynəlxalq hüququn effektivliyi və təsirliliyi 

məsələsindən söhbət düşəndə Qərb ölkələri tərəfindən beynəlxalq 

hüquq normalarının hər yerdə pozulması ilə səciyyəvi olan 1990-cı 

illərin Yuqoslaviya böhranı yada düşür. BMT Təhlükəsizlik Şurasının 

sanksiyası olmadığı halda NATO ölkələri tərəfindən Belqradın 

bombardman edilməsini xatırlamaq kifayətdir.  

O dövrdə bu hadisə sülhyaratma kimi təqdim edilmişdi, hərçənd 

bu, beynəlxalq hüquq normalarının çox kobud şəkildə 

pozulmalarından biri və BMT təsisatlarına hörmətsizlik idi. Ən 

tragikomik təsir bağışlayan o idi ki, Yuqoslaviyada sülhyaratma 

əməliyyatı haqqında BMT Təhlükəsizlik Şurasının qətnaməsi NATO-

nun hərbi əməliyyatının aktiv fazası başa çatandan sonra dərc 

edilmişdi. Yəni, Qərb ölkələri BMT-ni fakt qarşısında qoydular və bu 

təşkilat beynəlxalq münasibətlərdə sanksiya verilmədiyi halda güc 

tətbiq edilməsinə qanuni don geydirməyə məcbur olmuşdu.  

Yenə də sual yaranır: nə üçün Azərbaycan beynəlxalq hüququn 

qaydalarına güvənərək onun döyüş sıralarına hücum edən, yeri 

gəlmişkən, işğalçı ölkəyə məxsus olan düşmən helikopterinə qarşı 



54 

 

güc tətbiq etməyə məcbur olanda Aİ rəsmiləri bu faktı münaqişənin 



eskalasiyasına doğru aparan insident kimi qiymətləndirirlər.  

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il fevralın 7–də 

cəbhə xəttində Ermənistanın pozucu siyasətini ətraflı açıqlayıb: 

“Gərginliyin kimin tərəfindən artırılması ilə bağlı suala cavab olaraq 

mən keçən ildən bir nümunə gətirə bilərəm. Keçən il beynəlxalq 

vasitəçilərin fəallığı nöqteyi-nəzərindən əlamətdar bir il olmuşdur. 

Ötən ilin avqust ayında Prezident Putin mənimlə prezident Sarkisyan 

arasında bir görüş təşkil etdi. Sentyabr ayında NATO sammiti zamanı 

ABŞ dövlət katibi Kerri üçümüzün iştirakı ilə belə bir görüş keçirdi. 

Oktyabrın sonunda Prezident Olland məni və prezident Sarkisyanı 

Parisə dəvət etdi. Bizim çox yaxşı və konstruktiv görüşümüz oldu. 

Hər iki tərəf – həm Azərbaycan, həm Ermənistan tərəfi ictimaiyyətə 

bu görüşün çox uğurlu keçdiyini və təmas xəttində gərginlikləri 

azaltmağa çalışacağını bəyan etdi. Bundan sonra nə baş verir? Heç 10 

gün keçməmiş Ermənistan işğal olunmuş ərazilərdə, xüsusilə 

Ağdamda genişmiqyaslı hərbi təlimlər təşkil edir. Onların özlərinin 

verdiyi məlumata görə, işğal olunmuş ərazilərdə 47 minlik ordunun 

iştirakı ilə təlimlər keçirilmişdir. Aviasiyadan, helikopterlərdən 

istifadə olunmuşdur. Üç gün ərzində bizim ordumuz səbir edərək heç 

bir reaksiya göstərməmişdir. Sonra onlar “Mİ-24” hərbi 

helikopterlərini bizim mövqelərimizə istiqamətləndirərək hücuma 

keçdilər. Bizim ordumuz helikopterləri vurmaq məcburiyyətində qaldı 

və onlardan biri vuruldu. Onlar Azərbaycanı günahlandırmaq üçün 

bundan bəhanə kimi istifadə etdilər. Onlar təxribatlar törədir, bizi 

təhrik edir, bizi gərginliyi azaltmağa sövq etmək üçün çoxlu səylər 

göstərən Fransa, Rusiya və ABŞ-ın dövlət başçılarına hörmətsizlik 

edirlər, heç bir məhəl qoymurlar. Onlar hesab edirlər ki, istədikləri 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə