Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

55 

 

hər şeyi edə bilərlər və buna görə cəzalandırılmayacaqlar. Bu, əsas 



səbəbdir. İndi isə onlar bizi günahlandırırlar və bizə deyirlər ki, atəş 

açmayaq. Mənim Ermənistana mesajım odur ki, işğalı dayandırsın. 

İşğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də, barışıq da 

olacaq. Bunun baş verməməsinin səbəbi odur ki, erməni əsgəri 

Ağdamda, Füzulidədir” 

7

.  



Nə üçün Aİ ölkələri və Brüssel özü bu “təlimlərin” təşkil 

olunmasını pisləmədilər? Nə üçün vurulmuş helikopter haqqında 

informasiya “Euronews” kanalında müxtəlif şəkildə təqdim edildi. Özü 

də bu xəbərin mətni ingilis dilində rus və ya türk dilindən fərqli 

şəkildə səsləndi.  

Nə üçün BMT NATO-nun Yuqoslaviyada həyata keçirdiyi 

bombardmanları “keçmiş tarixlə” “qanuniləşdirə” bilir? Amma məsələ 

Azərbaycana aid olanda “taleləri həll edənlər” onu təcavüzkara qarşı 

qanuni şəkildə güc tətbiq etdiyinə görə pisləməyə çalışırlar. Məgər, 

BMT Nizamnaməsində yazılmayıb ki, təcavüzdən və işğaldan müdafiə 

olunmaq hüququ hərbi qüvvədən istifadə edilməsinin yeganə leqal 

metodudur?  

Belə bir vəziyyətin yaranmasında ATƏT-in Minsk qrupu da əsla 

sonuncu rol oynamır. Minsk qrupu 20 ildən artıq müddətdə 

Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması və 

münaqişənin həlli üçün ciddi addımlar atmayıb. Azərbaycanın ictimai 

şüurunda bu format vaxtaşırı olaraq regiona səfər edən, burada 

dincələn, ictimaiyyətə boş bəyanatlar və vədlər verən, bəzən sosial 

şəbəkələrdə səciyyəvi “çıxışları” ilə insanları qıcıqlandıran və geri 

qayıdan “səyyah diplomatlar triosu” kimi kök salıb.  

                                                           

7

 Bax: “Azərbaycan” qəzeti. 8 fevral 2015-ci il. 



 


56 

 

Atəşkəs rejiminin tez-tez pozulması ən yaxşı halda onlarda 



“dərin narahatlıq” doğura bilər və doğurmalıdır, amma bir milyondan 

çox qaçqının və məcburi köçkünün taleyi onları əsla maraqlandırmır. 

Nə üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələri daim bəyan 

edirlər ki, münaqişə tərəfləri özləri kompromisə gəlməlidirlər? Məgər, 

Deytonda ABŞ və ya Yuqoslaviya münaqişəsi dövründə Rambuyedə Aİ 

ölkələri belə hərəkət etmişdilər? Nə üçün Deyton danışıqlarının 

nümayəndələrinə təzyiq göstərə bilən ölkələr Cənubi Qafqazda 

təcavüzkar ölkə olan Ermənistana münasibətdə bunu etmirlər? Bizcə, 

bunun cavabı hamıya aydındır.  

Sözdə bir cür bəyanatlar verən, praktikada isə əksinə hərəkət 

edən Aİ rəsmilərinin qeyri-ardıcıllığını göstərən daha bir nümunə 

2011-ci ilin yanvar ayında baş vermiş hadisə oldu. O vaxt Avropa 

Komissiyasının sədri Joze Manuel Barrozu Bakıya təşrif gətirmişdi. 

Barrozu səfər çərçivəsində qeyd etdi ki, Aİ özünün bütün 

tərəfdaşlarının, o cümlədən Azərbaycanın da ərazi bütövlüyünü 

dəstəkləyir. Lakin Brüsseldə komissiyanın rəsmi saytında 

yerləşdirilmiş onun bəyannaməsindən bu sözlər çıxarıldı.  

Nə olmuşdu? Belə çıxır ki, Aİ Azərbaycanı başqa tərəfdaşları ilə 

bir sıraya qoymur və bütün başqalarından fərqli olaraq yalnız 

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmir. Yəni, Aİ Azərbaycanın 

işğal edilmiş ərazilərində erməni silahının gücünə yaradılmış 

qanunsuz rejimi dəstəkləyir?  

Lakin bu halda Aİ keçmiş sosialist blokuna daxil olan ölkələrlə 

münasibətlər yaratmaq üçün özünün qəbul etdiyi prinsiplərə zidd 

çıxır. 1991-ci il 16 dekabr tarixli “Şərqi Avropada və Sovet İttifaqında 

yeni dövlətlərin tanınmasının rəhbər prinsipləri haqqında 

Bəyannamə”də deyilir ki, Aİ yeni dövlətlərlə münasibətlərini 



57 

 

“sərhədlərin toxunulmazlığı prinsipləri əsasında” quracaq və “təcavüz 



nəticəsində yaradılmış qurumları tanımayacaq”. Bəyannamədə belə 

yazılıb, əməli işdə isə Aİ faktiki olaraq nəinki onilliklər boyunca 

formalaşmış özünün qanunvericilik bazasını, həm də BMT-nin və 

ATƏT-in prinsiplərini faktiki olaraq rədd edir.  

Avropa strukturlarının bu məsələyə yanaşması münaqişənin 

həllinə əsla kömək etmir, Ermənistanın təhlükəli təcavüzkar kimi 

rolunun ört-basdır edilməsi üçün şərait yaradır. Başqa sözlə desək, 

bu strukturlar sözdə regionda sülhü və təhlükəsizliyi təmin etməyə 

çalışdıqlarını bəyan edir, əməli işdə isə təcavüzkarı dəstəkləyir, onu 

danışıqlar prosesini pozmağa sövq edirlər.  

Azərbaycan Qərb ölkələri ilə münasibətlər formatında daim süni 

şəkildə yaradılmış çətinliklər və ədalətsizliklə üzləşir. Mən hələ bir 

neçə il bundan əvvəl Qanlı 20 Yanvar faciəsi ilə əlaqədar yazdığım 

məqalədə göstərmişdim ki, Qərb Azərbaycan xalqının bu ağır 

faciəsinə etinasızlıq göstərir. Azərbaycan paytaxtında Yanvar 

qırğınının gedişində 130-dan çox insan həlak olub, 744 nəfər 

yaralanıb, onlarla insan itkin düşüb. Şübhəsiz, bu qırğın son 

yüzillikdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərin və zorakılığın 

növbəti qanlı mərhələsidir. Bu faciə zaman etibarilə sovet rejiminin 

mövcudluğunun məntiqi sona yaxınlaşdığı dövrlə üst-üstə düşdü. 

Dağlıq Qarabağdakı separatçılar onların Yerevandakı ideoloqlarının 

köməyilə dərhal bu muxtar vilayətin Azərbaycandan qoparılması və 

Ermənistana birləşdirilməsi barədə çoxdan hazırlanmış planları 

həyata keçirməyə başladılar. Silahlı bandit qruplaşmaları gizli 

mövqelərindən çıxaraq dinc azərbaycanlıları vəhşicəsinə qırırdılar. Bu 

vəziyyətdə dinc əhaliyə qarşı qeyri-insani qəddarlıq tətbiq edildiyi bir 

vaxtda ABŞ və onun Avropadakı müttəfiqləri bu hadisələri SSRİ-nin 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə